30. Pedaqoji prosesdə inkluziv və həvəsləndirici mühitinin qurulması Mühit obyektiv olaraq öz məzmunu və xüsusiyyəti ilə hər bir uşağın yaradıcılıq fəaliyyəti üçün şərait yaratmalı, aktual fiziki və psixi inkişaf və təkmilləşmə məqsədlərinə xidmət etməli, yaxın inkişaf zonasını təmin etməlidir. Uşağın həyatının hər anında ünsiyyət, məşğələ və inkişaf fəaliyyəti tədris fəaliyyəti kimi eyni vaxtda mövcuddur, lakin onların hər biri fəaliyyətin aparıcı növünə çevrilən ana qədər öz inkişaf yolu ilə gedir. Məsələn, erkən yaşda aparıcı fəalliyyət əşya fəaliyyəti, məktəbəqədər yaşlı uşaqlarda oyun və s. Ətraf mühit uşağın idrak sahəsinin strukturuna uyğun olmalıdır. Uşaqların keyfiyyətli təhsil və yüksək islahatlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması və yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşdırılması üçün şərait olmalıdır. İnklüziv təhsil bütün uşaqların hər hansı bir sahədə güclü və zəif cəhətlərindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisəsinin tərkib hissəsinə çevrilməsi, eyni hüquqlara malik olması, eyni tədris otaqlarında təhsil alması dərslər və məşğələlərdə bərabər iştirak etməsi deməkdir.
İnklüziv təhsil mühiti aşağıdakı prinsiplər üzərində qurulur:
• Uşağın dəyəri onun bacarıq və uğurlarından asılı deyil;
• Hər bir uşaq hiss edir və düşünür;
• Hər bir uşağın eşidilmək üçün danışmaq haqqı var;
• Bütün insanların həmyaşıdlarının dostluğu və dəstəyinə ehtiyacı var;
• Bütün təhsil alanların nailiyyətləri onların edə bilməyəcəyində deyil, edə biləcəyindədir.
Psixoloqlar hesab edirlər ki, məhz həvəsləndirici mühit fəaliyyət çərçivəsini müəyyən edir. Məsələn, əgər valideyn uşağın yaxşı rəsm çəkməsini istəyirsə, masanın üstündə həmişə qələm və kağız saxlamalıdır. Uşağın proqramlaşdırma işini bilməsini istəyirsə, ona kompüter almalıdır. Uşaqların təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunmalı və dəyərləndirilməlidir. Məktəbəqədər təhsil müəssisəsində daha çox oyun zamanı uşaqların stimullaşdırılması aparılır. Oyun öz-özlüyündə uşaqlara təkan verir, stimullaşdırır, həvəsləndirir və təşviq edir. Təhsil mühitinin də stimullaşdırılması zəruridir. Uşaqlar stimullaşdırıcı mühitdə daha yaxşı öyrənirlər. Uşaqlara kifayət qədər dəstək almasa, öyrənməyə münasibətləri dəyişir. Onların daha çox motivasiyaya ehtiyacları olur. Müəllim və valideynlər lazımsız təzyiqlərdən qaçmaq üçün uşaqlarını düzgün üsullarla motivasiya edə bilərlər. Buna görə də məktəbəqədər müəssisədə stimullaşdırıcı, müstəqil-praktik, demokratik və inklüziv təhsil mühiti yaratmaq lazımdır.