34. Böyük və məktəbəhazırlıq qruplarının quruluşu, məzmunu və təşkili xüsusiyyətləri 4-5 yaş dövrü
Böyük qrup (4-5 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:
• fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirir;
• müəyyən olunmuş gigiyena qaydalarına əməl edir;
• masa arxasında mədəni davranış qaydalarına əməl edir;
• həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir.
İdrakın inkişafı:
• özü, ailəsi və vətəni haqqında məlumat verir;
• müşahidə etdikləri barədə danışır;
• ətraf aləmdə baş verən hadisələri adlandırır;
• əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
• əşyaları formasına, ölçüsünə və sayına görə qruplaşdırır;
• məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir;
• həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) fərqləndirir.
Estetik və yaradıcı inkişaf:
• verilmiş süjet əsasında təsvirlər çəkir;
• rəng çalarlarını fərqləndirir;
• musiqini xarakterinə görə fərqləndirir.
Sosial-emosional inkişaf:
• əməkdaşlıq bacarıqları nümayiş etdirir;
• digərlərinin arzu və istəklərini dəyərləndirir.
IV. 5-6 yaş dövrü
Məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:
• fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir;
• gigiyena qaydalarını özünənəzarət əsasında nümayiş etdirir;
• masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir;
• həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir.
İdrakın inkişafı:
• özü, ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir;
• verilmiş mövzu ətrafında danışır;
• ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir;
• hərfləri tanıyır, hərf və səsləri fərqləndirir;
• hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur; • kəsmə əlifba vasitəsilə sözlər düzür;
• əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
• hadisələri məkan və zamana görə müqayisə edir;
• həndəsi fiqurlardan (dairə, üçbucaq, kvadrat) aidiyyəti üzrə istifadə edir.
Estetik və yaradıcı inkişaf:
• sadə kompozisiyalar qurur;
• təsvir prosesində rəng çalarlarından istifadə edir;
• ifaçılıq bacarıqları nümayiş etdirir.
Sosial-emosional inkişaf:
• ünsiyyətini sosial normalara əsasən tənzimləyir;
• birgəfəaliyyət bacarıqları nümayiş etdirir.