Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


Məktəbəqədər təhsil müəssisəsinin müxtəlif yaş qrupları üçün təhsil mühitinin təşkili



Yüklə 129,61 Kb.
səhifə27/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   23   24   25   26   27   28   29   30   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

32. Məktəbəqədər təhsil müəssisəsinin müxtəlif yaş qrupları üçün təhsil mühitinin təşkili
32. Sual 33 ile 34 un birlesmesidir

33. Körpələr və orta qrupların quruluşu, məzmunu və təşkili xüsusiyyətləri
I. Erkən yaş dövrü
Körpələr qrupu (1-3 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:
• sadə fiziki hərəkətləri yerinə yetirir;
• sadə gigiyena qaydalarına əməl edir;
• masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir;
• həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır.
İdrakın inkişafı:
• özünü, ailə üzvlərini və vətənini adlandırır;
• sadə suallar əsasında danışır;
• müşahidə etdiyi əşyaları adlandırır;
• sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, böyük, kiçik, uzun, qısa);
• ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir;
• dairəvi əşyaları adlandırır.
Estetik və yaradıcı inkişaf:
• təsvir vasitələrindən təyinatına görə istifadə edir;
• rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır;
• hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır.

Sosial-emosional inkişaf:


• ilkin ünsiyyət bacarıqları nümayiş etdirir;
• hissləri başa düşür və adekvat cavab verir.
II. 3-4 yaş dövrü
Orta qrup (3-4 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:
• fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir;
• ilkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir;
• masa arxasında yemək dəstindən istifadə bacarığı nümayiş etdirir;
• həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir.
İdrakın inkişafı:
• özü, ailəsi və vətəni haqqında suallara cavab verir;
• əşyalar və sadə süjetli şəkillər üzrə danışır;
• müşahidə etdiyi əşyaları fərqləndirir;
• əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
• əşyaları forma və ölçüsünə görə fərqləndirir;
• həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır.
Estetik və yaradıcı inkişaf:
sadə təsvirlər çəkir;
• təsvirlərində uyğun rənglərdən istifadə edir;
• musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir.
Sosial-emosional inkişaf:
• sadə ünsiyyət etiketlərinə əməl edir;
• arzu, hiss və istəklərini ifadə edir.


Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin