Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı



Yüklə 129,61 Kb.
səhifə30/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

Guşənin mövzusu

Lazım olan resurslar, oyuncaqlar

Poçt

Bağlama, məktublarla zərflər, açıqcalar, qəzetlər, jurnallar, teleqramlar, poçtalyon çantası, poçt qutusu

Mağaza

Oyuncaq kassa, çek lenti, oyuncaq pul, paketlər, maketlər, mulyajlar, idman avadanlıqları

Xəstəxana

Tibb mövzusunda oyuncaqlar (termometr, stetofonendoskop, dərmalar, sarğı və s.)

Bərbərxana

Güzgü, oyuncaq kosmetika, oyuncaq alətlər (fen, qayçı, daraq və s.).








SUAL 37. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılmasında tikinti guşəsinin rolu.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Bu guşələr inkişaf sahələri üzrə qurulur və uşağın inkişafını təmin edir. Məktəbəqədər qruplarda şərait elə yaradılmalıdır ki, uşağın sərbəst seçim imkanı olsun. Hər yaş qrupunda bir neçə guşə yaradılır və bunların da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar təqdim olunur. Yaş qruplarından asılı olaraq guşələr müxtəlif olur.
Guşələr aşağıdakı şərtlər nəzərə alınmaqla tərtib olunur:
1. Uşaqların maraq və inkişaf ehtiyacları;
2. Mövcud olan təlim resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
• Riyaziyyat guşəsi;
• Kitab guşəsi;
• Stolüstü oyunlar guşəsi;
• Elm guşəsi;
• Təsviri fəaliyyət guşəsi;
• Qum və su guşəsi;
• Tikinti materialları guşəsi;
• Sujetli-rollu oyunlar guşəsi;
• Məişət-təsərrüfat guşəsi;
• Milli guşə;
• Gəlincik guşəsi;
• Nəqliyyat guşəsi;
• Təbiət guşəsi;
• Əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi.
Tikinti guşəsi. Tikinti uşağın yaradıcılığı, quraşdırma qabiliyyəti, problemlərinin həll edilməsi riyazi və sosial bacarıqlarının inkişaf etdirilməsinə kömək edir. Uşaqlar bu guşədə yaradıcı yanaşma nümayiş etdirmək və yerinə yetirilən işə diqqət yetirməyi öyrənirlər. Guşə kifayət qədər mobil ola bilər. Onun praktikliyi ondan ibarətdir ki, istənilən konstruktor istənilən yerə asanlıqla hərəkət etdirilir. Tikinti guşəsinin məzmunu (müxtəlif növ konstruktorlar, kublar, iri və xırda taxta tikinti materialları və tikililərin sxemləri) uşaqlara böyük bir qrup, yarımqrup və fərdi olaraq konstruktiv fəaliyyət təşkil etmək, xalça və ya masada tikinti işlərinə başlamağa imkan verir.
Tikinti guşəsi elə təşkil olunmalıdır ki, o, uşaqların diqqətini cəlb etsin. Materialın miqdarı uşaqların yaşı ilə müəyyən edilir. Tədris ilinin başlanğıcında bütün materiallar dərhal yayılmamalıdır. Material əlavə edilməli, azaldılmalı və dəyişdirilməlidir. Guşədə oyun zamanı tərbiyəçi-müəllimin rolu uşaqların bir-biri ilə necə qarşılıqlı əlaqədə olduqlarını müşahidə etmək, onları həvəsləndirmək, problemlərini həll etməyə kömək edən suallar vermək, lazımi materiallar əlavə etmək, oyuncaq binalar üçün lövhələr hazırlamaq və uşaqların növbəti günə qədər binalarını saxlamağa icazə verməkdir. Burada müxtəlif bərkidilmə üsulları olan plastik konstruktorlar, yumşaq modullar və konstruktorun müxtəlif növləri olmalıdır.


Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin