SUAL 38. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılmasında nəqliyyat və kitab guşələrinin əhəmiyyəti. Nəqliyyat guşəsi. Bu guşədə əlavə olaraq yol hərəkət nişanlarını əks edirən plakatlar və yol işarələrinin maketləri yerləşdirilir. Nəqliyyat guşəsində uşaqlar üçün müxtəlif nəqliyyat vasitələrinin (yerüstü, su və hava) oyuncaq variantları təqdim olunmalıdır. Bu guşədə əlavə olaraq yol hərəkət nişanlarını əks edirən plakatlar və yol işarələrinin maketləri yerləşdirilir.
Kitab guşəsi. Məktəbəqədər yaşlı uşaqlarda bədii ədəbiyyata marağın formalaşdırılması və kitaba qayğıkeş münasibətin tərbiyə edilməsində kitab guşəsi mühüm rol oynayır. Bu guşə sakit, rahat və estetik cəhətdən tərtib edilmiş və xüsusi olaraq ayrılmış bir yerdir. Burada uşaq müstəqil olaraq jurnal və albomları nəzərdən keçirə və zövqünə görə bir kitab seçə və sakitcə baxaraq "Yenidən oxuya” bilər. Kitab guşəsi məktəbəqədər təhsil müəssisəsinin bütün qruplarında təşkil edilməlidir.
Tərbiyəçi-müəllimlərin - kitab guşəsinin təşkili zamanı riayət etməli olduqları əsas prinsip uşaqların müxtəlif ədəbi maraqlarının təmin olunmasıdır. Materialın (ədəbiyyat, rəsm və portret) vaxtaşırı dəyişilməsi və bu yenilənmənin qrupda aparılan tərbiyəvi-təhsil işi ilə əlaqədə olması lazımdır. Məsələn, kitab guşəsində uşaqları öz şəhəri haqqında söhbətə hazırlamaq olar: İllüstrasiya və fotolara baxmaq, albom hazırlamaq və sair.
Kitab guşəsinə dair bir sıra tələblər vardır:
• Rahat yer - səs-küyün qarşısının alınması üçün qapılardan uzaq sakit bir yer;
• İşıqlanma - uşaqların görmə qabiliyyətinin pozulmaması üçün gündüz və axşam saatlarında yaxşı işıqlandırma və işıq mənbəyinə yaxınlıq (pəncərənin yaxınlığı və axşam saatlarında elektrik işıq mənbəyinin olması);
• Tərtibatın estetikliyi - kitab guşəsi bir qədər fərqli üslubda tərtib edilməli və cəlbedici olmalıdır. Divarda şəkillərin reproduksiyaları, böyük qruplar (5-6 yaşlı uşaqlar) üçün isə yazıçıların portretlərini asmaq olar;
• Yaşa uyğunluq - kitab guşəsində təşkil olunan ədəbiyyat seçimi uşaqların yaş xüsusiyyətləri və tələbatına uyğun olmalıdır;
• Rahatlıq - kitablar, oyun dəstləri, şəkil və illüstrasiyalarla albomlar bütün uşaqlara əl çatan vəziyyətdə saxlanılır;
• Kiçik qruplarda kitab guşəsi - bu dərhal təşkil edilmir, çünki uşaqların kitabdan istifadə etmək bacarığı yoxdur və onlar kitabdan bir oyuncaq kimi istifadə edirlər.
Kitab guşəsinə, bir qayda olaraq, uşaqlara artıq tanış olan nəşrlər yerləşdirilir və kitablardan başqa, burada kağıza yapışdırılmış ayrı-ayrı şəkillər və tematik albom ola bilər. Kitablar böyük rəngarəng illüstrasiyalar və kiçik bir mətnlə olmalıdır.
Orta qrupda isə kitab guşəsi ilin əvvəlindən uşaqların iştirakı ilə təşkil edilir. Rəfdə 4-5 kitab olmalı, qalanları isə şkafda saxlanılır. Kitab guşəsində rəsm əsərləri mövzusunda uşaq rəsmlərini nümayiş etdirmək olar.
Böyük və məktəbəhazırlıq qruplarında kitab guşəsinin məzmunu uşaqların ədəbi inkişafında dəyişikliklərlə müəyyən edilir.
Kitab rəfində müxtəlif 10-12 kitab yer tapa bilər:
• Bütün məktəbəqədər uşaqların nağıllara xüsusi, daimi və üstün marağı nəzərə alınaraq 2-3 nağıl əsəri kitab guşəsinə mütləq yerləşdirilir;
• Kitab guşəsində uşağın şəxsiyyətinin inkişafına yönəldilmiş, yaşadığı ölkənin tarixi və onun bugünkü həyatı ilə tanış edilən şeir və hekayələr daim olmalıdır;
• Həmçinin təbiət həyatı, heyvanlar və bitkilər haqqında 2-3 kitab olmalıdır. Təbiət haqqında kitabların illüstrasiyalarını nəzərdən keçirərkən uşaq təbii olaraq təbiət dünyasına daxil olur və onun şeir nümunələrini daha yaxşı bilir;
• Kitab rəfində hal-hazırda uşaqların məşğələlərdə tanış olduqları əsərlərin nəşri olmalıdır;
• Kitabın nəzərdən keçirilməsi uşağa oxuduqlarını yenidən yaşamaq və öz ilkin təsəvvürlərini dərinləşdirməyə imkan verir;
• Uşaqlar yumoristik kitablarda məzəli şəkillərə baxmaqdan xüsusi zövq alırlar;
• Guşədə bəzən uşaqların evdən gətirdikləri maraqlı və yaxşı təsvir edilmiş kitablar, həmçinin “Qalın” kitabları yerləşdirmək olar.
Kitabın guşədə qalma müddəti uşaqların bu kitaba olan marağı ilə müəyyən edilir. Orta hesabla isə onun orada qalma müddəti 2-2.5 həftədir. Əgər kitaba maraq itmişdirsə, onu nəzərdə tutulmuş müddəti gözləmədən rəflərdən götürmək olar.
Tərbiyəçi-müəllimin oxuması və danışması ilə yanaşı, kitab, kitab sərgilərinin təşkili, yazıçı və rəssamlar haqqında söhbətlər və ədəbi səhnəciklər kimi iş formalarından istifadə olunur.
Böyük qruplarda kitab guşəsində tematik kitab sərgiləri təşkil oluna bilər. Onların əsas məqsədi uşaqların ədəbi maraqlarını dərinləşdirmək və məktəbəqədər uşaqlar üçün xüsusilə əhəmiyyətli və aktual ədəbi bir mövzu yaratmaqdır.
Onun hazırlanmasında uşaq və ayrı-ayrı valideynlər iştirak edirlər. Kitabların seçimi ciddi olmalıdır (bədii tərtibat, bir kitabın müxtəlif nəşrləri, xarici görünüşü və s.). Sərgi üç gündən artıq davam edə bilməz, çünki uşaqların ona marağı sürətlə azalır.
Nəticədə, uşaqlarda bədii zövq formalaşır, dünyagörüşü genişlənir, ədəbi əsərin qavranılması dərinləşir və yaradıcılıq qabiliyyəti inkişaf edir.
Uşaqlara özünəməxsus kitablar hazırlamaq, süjetlər uydurmaq və ifa etmək, hekayələri dinləməyi təklif edirlər.
Tərbiyəçi-müəllim uşaqların maraqları, sevimli məşğuliyyəti və nağıllarını müəyyən etməlidir. Rəngarəng və müvafiq yaşa uyğun ədəbiyyat seçmək lazımdır.
Tərbiyəçi-müəllim uşaqların hekayələrini yazır və onlara kitab seçimində kömək edir. Bundan əlavə, tərbiyəçi-müəllim uşağın tərəqqisi barədə qeydlər aparır. Bu guşədə nağıllar, hekayələr və şeirlər yerləşdirilir.