Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
#16010
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
vətənləri  ilə  qarşılaşmaqdan  çox  şad  idi.  Biz  dərhal  hər  şey 
haqqında  təəssüratlarımızı  bölüşdük:  həm  bizim  yerlər  üçün 
xas olmayan şiddətli külək, həm də nəhəng göydələnlər şəhəri- 
Nyu-York haqqında.  Həm də bu şəhərdə gecələr dolaşan, için-
də çox sayda qaradərililərin, latinosların olduğu izdihamdan. 
Bütün bunlar – insanlar və binalar tamamilə başqa landşaftda 
olduğundan xəbər verir. Burada adama elə gəlir ki, sən sadəcə 
olaraq okeanın o tayında deyilsən, bəlkə də ayrı planetə gəlib 
düşmüsən. 
Aksyonov  artıq  alışmaqda  olduğu  ölkə  haqqında  mənim 
ilkin  və  təzə  təəssüratlarımı  maraqla  dinləyirdi.  Aleksey  isə 
“başqa planet”də rus yazıçısının özünü necə hiss etməsini və 

170
təsəvvürə gəlməz bolluğun hökm sürdüyü ölkədə daha çox nə-
yin çatışmamasından əziyyət çəkdiyini bilmək istəyirdi. 
Aksyonovun cavabı bizi təəccübləndirdi. O, heyrətamiz şey-
lər danışırdı:
- Bilirsiniz, Moskvada içində pul olan pulqabımı və sürücü-
lük  vəsiqəmi  evdə  unudaraq,  xüsusilə  harasa  tələsəndə,  geri 
qayıtmaya  və  sakitcə  sükan  arxasında  əyləşə  bilərdim.  Məni 
saxlayanda, maşından çıxanda, avtomobil müfəttişinin sifətinə 
baxmaqdan həzz alırdım. Bu sifət adətən, “Mən axı sizi tanı-
yıram”, deyirdi. Bəzən isə ədəbiyyatla maraqlanan avtomobil 
müfəttişləri  ilə  qarşılaşırdım  və  onlar  dərhal  mənə  adım  və 
atamın adı ilə müraciət edirdilər: “Vasili Pavloviç, siz Aksyo-
novsunuz?” Bəziləri hətta mənə növbəti romanım üçün mövzu 
verirdilər. Ya da yeni roman haqqında təəssüratlarını bölüşür-
dülər.  Mən  hətta  avtomobil  müfəttişləri  mühitində  populyar 
olmağımdan çox böyük zövq alırdım. – O, güldü. – Burada isə 
tamam başqadır. Burada məni mühacirlərdən başqa (onların da 
hamısı yox), heç kim tanımır. Mən tələbələrə mühazirə oxuma-
ğa gələndə, deməliyəm ki, kiməm. Mənə burada çox güman ki, 
bizim çox mütaliə edən avtomobil müfəttişlərimiz çatışmır.
Biz həm də mühacirlər, onların taleləri haqqında danışdıq. 
Vasili Pavloviç isə öz növbəsində Alekseydən acgözlüklə Mos-
kva həyatı barəsində soruşurdu.
Mənə məhz sizin fikriniz maraqlıdır, - o, etiraf etdi, - çünki 
mühacirlər bir qayda olaraq, öz seçimlərinə haqq qazandırmaq 
üçün  adətən,  necə  deyərlər,  rəngləri  tündləşdirirlər.  Onların 
qiymətləndirmələri çox vaxt subyektivdir, düzgün deyil. Bütün 
bunların arxasından onların öz seçimlərinin düzgün olduğunu 
bir daha özlərinə təsdiq etdirmək istəyinin dayandığı asanlıqla 
oxunur.  Ümumiyyətlə,  mühacir  həyatı  çox  mürəkkəbdir:  çox 
şeydən imtina etmək lazım gəlir. Heç də hamı yeni həyata baş-
lamaq üçün özündə güc tapa bilmir. Özün haqqında təsəvvür-
ləri dəyişmək, peşə vərdişlərindən imtina etmək, aldığın təhsili 
unutmaq lazım gəlir. Çoxları üçün yeni dil öyrənmək çətindir. 
Beləcə də öz dairələrində, problemlərlə əhatə olunmuş halda, 
etdiklərinə görə peşmançılıq keçirərək və yeni həyata uyğun-
laşmanın mümkünsüzlüyü ilə yaşayırlar. 

171
Cins köynəklər və şlyapalar gecəsi. 
Amerika milyonçularının sadə cazibəsi

172
Bizim Amerika səfərimiz belə bir görüşlə başlandı.
Növbəti  səhər  isə  biz  Koloradoya  uçduq.  Denver  aero-
portunda bizi böyük ağ limuzin gözləyirdi. Bu kadillak idi, 
çünki Amerika  öz  maşınlarını  çox  sevir.  Bu  nəhəng  uzun 
maşın  mənim Amerika  təcrübəmin  Hollivudunun  davamı 
idi. 
Bu da qəşəng maşınlarla dop-dolu olan qəribə tunel. Biz 
gah aşağı sürətlə hərəkət etdiyimiz çox dar, ikitərəfli yolla, 
gah da az qala kosmik sürətlə şütüdüyümüz geniş hayveylə 
gedirdin.  
Denverdən biz balaca Biver-Krik şəhərçiyinə yollandıq. 
Şəhərçiyin adı “kiçik qunduz körfəzi” kimi tərcümə olunur. 
Özü  də  bu  poetik  müqayisə  deyil,  adi  məişət  reallığıdır. 
Sonradan  orada  çay  sahilində  gəzişərkən,  kiçik  körfəzlər 
qurmaqla məşğul olan çoxlu qunduzlar gördüm.
Biver-Krik  tər-təmiz  bir  yer  idi.  Elə  gözəl  mənzərələr 
vardı  ki,  onları  xüsusi  səylə  qurulmuş  kino  pavilyonları-
na bənzətməyə bilmirdim. Havası elə təmiz və şəffafdı ki... 
Meqapolisdə  belə  hava  ilə  nəfəs  almaq  xoşbəxtliyi  haqda 
düşünmək belə çətindir. 
Amerikalılar öz təbii gözəlliklərindən əla istifadə edirlər. 
Məsələn, məni ustalıqla təbii mənzərəyə uyğunlaşdırılmış 
cakuzi heyran etdi. O, otelin qarşısındakı çəmənlikdə yer-
ləşirdi. Rahatca cakuzidə uzanan adam, əlbəttə, heyranlıqla 
açıq səmaya, buludlara baxır və vannanın əks istiqamətin-
dən alp marmontunun onu seyr etdiyini dərhal görə bilmir. 
Onu  qorxutmamaq  üçün  uzanırsan  və  özünü  təbiətin  bir 
hissəsi  kimi  aparırsan.  Tərpənmədən,  quruldayan  və  par 
çıxan oksigenli suyun içində uzanaraq.  
Nə vaxtsa üç kəndi birləşdirən bu dağ şəhərciyində yük-
sək səviyyəli otellər var. Bizə ərimlə “Hyatt” otelində nöm-
rə verdilər, on altı yaşlı qızımız Daşa isə bizimki ilə palıd 
ağacından olan qapı ilə birləşən ayrıca nömrəyə köçdü. O 
valideynlərindən asılı olmadığını və öz yetkinliyini hiss et-
mək üçün bu qapını dərhal o biri tərəfdən açarla bağladı. 
Tədbirin  özünün  keçirildiyi  yer  də  Amerika  filmlərini 
xatırladırdı.  Təpənin  üstündə  kifayət  qədər  böyük  at  fer-

173
ması, dağlara gedən alp çiçəklərinə bürünən uzun yol var-
dı.  Vadidə də qəşəng şəhərcik. Hündür dağlarla şəhərciyin 
arasında, mənzərəli yerdə qərar tutmuş mehmanxanalarda 
da forum iştirakçıları yerləşdirilmişdi. 
Qonaqlar  arasında  Fransanın  eks-prezidenti  Valeri  Jis-
kar  D’Estenlə  həyat  yoldaşı  da  vardı.  Həmçinin,  ABŞ-ın 
ticarət  naziri  –  yaraşıqlı  bir  qadın,  konqresmenlər,  Alma-
niyanın sabiq kansleri Helmut Şmidt, bir çox hazırki və keç-
miş nəhəng siyasətçilər vardı. Prezident Ford öz Forumuna 
Amerikaya rəhbərlik etdiyi dövrdə dövlət başçıları olan bir 
neçə şəxsi dəvət etmişdi. 
Yaşına və ayağında ciddi əməliyyat keçirməsinə baxma-
yaraq, onun sinninə uyğun olmayan cəldliyi və diribaşlığı 
sezilirdi.
Fransa prezidenti sıxılırdı, amma çox nəzakətli idi. Hamı 
bilirdi ki, o, qədim fransız zadəgan nəslindəndir. O, ünsiy-
yətə  həvəs  göstərmirdi.  Onun  amerikalı  həmkarı  isə  tam 
əksinə. Üstəlik, amerikalı öz yaşından xeyli cavan görünür-
dü.  Ucaboy,  təxminən  bir  metr  doxsan  santimetr  hündür-
lükdə, bəlkə də daha hündür, gündə qaralmış, gülərüz, əsl 
idmançı kimi qamətli. 
Biz tennis kortuna yaxınlaşanda, Ford raketkasını örtük-
dən çıxarırdı. Onun partnyoru məşqçi ilə ötürmələr üzərin-
də işləyirdi.
Hə, oynayaq? – Ford gözlənilmədən Alekseyə təklif etdi. 
– Heç vaxt Moskvadan olan jurnalistlə oynamamışam.
Mənim üçün böyük şərəfdir, - ərim nəzakətlə cavab ver-
di.
Mən  divarın  qabağında  məşq  etməyə  getdim.  Amma 
Amerika  prezidentinin  bir  ayağının  ortadan  baldır  əzələ-
sinə kimi sarıqlı olduğunu görə bildim. “Bəlkə o, bu yolla 
dizini qoruyur”, - deyə  düşündüm.
Alyoşa,  onun  neçə  yaşı  var?  Əlli  beş? Altmış?  –  Fordla 
oynadıqdan sonra mənə qoşulan Alekseydən soruşdum.
Yox,  çoxdur...  Bəlkə  də  yetmişə  yaxın.  Qaçmaq  onun 
üçün ağırdır. Ayağında da nəsə var. Amma ümumiyyətlə, 
afərin!

174
Ertəsi gün Forum iştirakçılarından bəhs edən  kitabçada 
Fordun anadan olduğu tarixi – 14 iyul 1913-cü ili görəndə 
ikimiz də heyrətləndik. Başqa sözlə, mənim 40 yaşlı ərimlə 
kortda qaçan adamın bir neçə gündən sonra 81 yaşı tamam 
olacaq! O, isə təravətli və gümrahdır! Bütün iclaslarda çıxış 
edir, səhv etmir, hər şeyi xatırlayır...
Biz insanın hərəkətli olduğu təqdirdə qocalığa qalib gələ 
biləcəyi  haqda  xeyli  danışdıq.  Ayaqlarımızın  altında  isə 
yerli faunanın balaca nümayəndələri qaçışırdılar. 
Forum günləri çox tez keçdi. Təşkilatçılar sessiyalar ara-
sındakı boş vaxtları amerikalıların adətləri və meyl göstər-
dikləri əyləncələrlə tanışlıqla doldurmağa çalışırdılar. On-
lar forum iştirakçılarını gah yerli fermalara, gah uzun sürən 
atlı yürüşlərə, gah da hündür dağ çaylarından qayıqla düş-
məyə - “raftinq”ə dəvət edirdilər. Alekseylə Daşa “raftinq”i 
sınamaq qərarına gəldilər.
Biz  instruktaja  getdik.  Arzu  edənlərin  hamısına  orada 
doldurulmuş jiletlər və baş üçün çox qalın dəbilqələr verir-
dilər. Mən davranış qaydalarını eşidən kimi, imtina etdim. 
Bunlar ondan ibarət idi ki, əgər adam qayıqdan kənara dü-
şürdüsə,  avar  çəkməməli,  axınla  başı  aşağı  üzməlidir,  əks 
təqdirdə  burulacaq,  burulğanda  isə  hökmən  daşa  çırpıla-
caq.
Çalışın  ki,  ayaqlarınız  göydə,  başınız  isə  aşağıda  olan 
vəziyyətdə olasınız! – təlimatçı məsləhət verirdi. – Sizi hök-
mən  tutacaqlar.  Siz  qorxmayın!  Sadəcə  olaraq  sakit  yerə 
çıxmağınızı gözləyin, oradan sizi götürəcəklər.
Bu  sayaq  təlimatı  eşidən  kimi  mən  bu  qayığı  “tərk  et-
dim”. Axı “avar çəkməyin” nə deməkdir? “Çaya etibar edin 
və  çayla  başı  aşağı  üzün”  nə  deməkdir?  Bu  mənim  səbir-
sizliyimlə heç uyuşmur. Həm də mən artıq bir dəfə kliniki 
ölümlə suyun dibindən çıxarılmışam. Buna görə də coşqun 
dağ axınını fəth etməyə Aleksey qızımla yollandı, mən isə 
mağazalara,  özümə  axşam  geyimi  almağa  getdim. Axşam 
prezident Ford öz arvadı Betti ilə rançolarında yekun qəbu-
lu təşkil etmişdilər.
Onların evi şəhərdə deyil, dağın ətəyində idi. Bizi oraya 

175
Kolorado. Biver-Krik. At ferması belə görünür

176
balaca avtobuslarda apardılar. Qonaqlarla dolu avtomobil-
lər bütün axşamı ora-bura gedib-gəlirdilər. 
Mənim gündəliyimdə bu axşam yalnız əla sözlərlə təsvir 
olunub.  Hətta  indi  də  mənə  bunu  anlamaq  çətin  deyil.  Əl-
bəttə,  mən  o  vaxtkı  vəziyyətimi  xatırlayıram.  Axı  1994-cü 
ildə bizim ölkəmizdə hələ başa çatmamış ac sosializm davam 
edirdi. Küçələrdəki, istirahət yerlərindəki şərait, mənzillərdə, 
restoranlarda, klublarda həyat çox sadə idi. Əlbəttə, tamamilə 
başqa bir aləmin prezidentinin evində olmaq mənə çox ma-
raqlı  gəlməli idi. İstər-istəməz göz bütün təfərrüatları, davra-
nışdakı fərqləri, reaksiyaları, təzahürləri qeyd edirdi.
Hər şey çox maraqlı idi və hərdən mənə elə gəlirdi ki, Hol-
livudda möhtəşəm bir şounun çəkilişində iştirak edirəm. Əs-
lində müəyyən mənada bu belə idi. Amerika ulduzlarının və 
forum qonaqlarının iştirakı ilə şou.
Biz  Ford  ailəsinin  evi  qarşısında  maşından  çıxan  kimi, 
gözəl geyimli, gülərüz insanların əhatəsinə düşdük. 
Mənim yeni amerikalı rəfiqəm, ştatlardan birinin quberna-
torunun xanımı, ahıl yaşda olmasına rəğmən, əslində yəqin ki, 
yalnız gənc xanımların seçə biləcəyi cəsarətli paltar geyinmiş-
di. Özünü çox rahat, sərbəst hiss etdiyi aydın sezilirdi. İsti yay 
gecəsi olmasına baxmayaraq, bəzi xanımlar çiyinlərinə xəz at-
mışdılar. Kiminsə kürəyi açıq idi – Naomi Kempbellinki kimi 
uzun,  cilalanmış  deyildi,  real,  piyə  tutulmuş,  şişkin  qadın 
kürəkləri. Boyunsuz, düz çiyinlərin üstündəki başlara baxdıq-
ca düşünürdüm: “Bizdə beləsini hökmən gizlədərdilər, hamı-
ya  nümayiş  etdirməzdilər”.  Betti  Fordun  tarixçəsi  haqqında 
həddindən artıq çox danışırdılar. Mən əvvəlcə, söhbətin nə-
dən getdiyini anlamırdım. Yalnız sonradan başa düşdüm ki, 
ev  sahibəsinin  kitabı  müzakirə  edilir.  Kitab  “Bettinin  böyük 
oyanışı”  adlanırdı  və  bu  kitab  əsasında  “Bettinin  hekayəti” 
adlı film də çəkilmişdi. 
Heç  demə  Fordun  həyat  yoldaşı  vaxtilə  alkoqolizmdən 
əziyyət  çəkirmiş.  Əri  seçkilərdə  uduzduqdan  sonra  o  qədər 
həyəcan keçirib ki, möhkəm içməyə  başlayıb və içkiyə aludə 
olub. Çox ciddi müalicə olunub. Hamı elə bu barədə də danı-
şırdı. O, qətiyyən çəkinmədən kitabında bu barədə danışır və 

177
inanırdı ki, oxşar problemli insanlara kömək edə bilər.
Bütün bunlar mənə əcaib görünürdü. Mən bunu öz ölkə-
mizlə müqayisə edirdim. Deyək ki, bizdə Naina Yeltsina al-
koqolik  ərlə  yaşamağın  çətinliyindən  kitab  yaza  bilərdimi? 
Burada isə, problem yoxdur, yazırlar. 
Biz dağılışdıq, patio və çəmənliyə yayıldıq. Hər yanda ma-
salar  qoyulmuşdu.  Bu  içkilərin  bol  olduğu  və  daş  üzərində 
qızardılmış  ət  iyli  furşet  idi. Amma  yemək  adamı  çəkmirdi. 
Moskvada gecənin yarısıydı. Ünsiyyətdən doymaq olmurdu. 
Yüksəklikdəki evin işıqları parlayır və bayram atmosferindən 
xəbər verirdi. Bütün söhbətlərdən sonra Fordun arvadı ilə ta-
nış  olmağı  çox  istəyirdim.  Səkkiz  saatlıq  zaman  fərqini  çox 
hiss edən Daşa isə istirahət etmək istəyirdi:
Ana,  mən  artıq  yatmaq  istəyirəm.  Məni  mehmanxanaya 
göndərin. Mən ev sahibinə təşəkkür edib, gedəcəyəm. Yaxşı, 
ana?
Sən ona necə təşəkkür edəcəksən, onu hələ burada tapmaq 
lazımdır.  –  Daşanın  ev  sahiblərinə  dəvət  üçün  minnətdarlıq 
etmək qaydasını möhkəm mənimsəməsi mənə xoş gəlirdi.
Daşanın babası,  mənim qaynatam diplomat idi və nənəsi 
öz nəvəsinə bəzi etiket qaydalarını öyrətmişdi. Xüsusilə qəbul 
edən tərəfə zəng edərək, xoş keçirilmiş gecəyə görə minnət-
darlıq etməyi. Hətta balaca olanda, bəzən bizə nəzarət edirdi: 
“Ata, ana, filankəsə zəng edin. Biz axı dünən onlarda idik”.
Qızımın  mehmanxanaya  göndərilməsi  haqqında  söhbət 
düşəndə  bizim  yanımızda  Sahibkarlıq  İnstitutunun  direktoru-
nun oğlu kiçik-Kris de Muss dayanmışdı. Onun atası da eyni adı 
təbii ki, eyni soyadı daşıyırdı, amma “böyük” qoşması ilə.
Kiçik de Mussun on yeddi yaşı vardı. O, kollecdə təhsilini 
başa vurmuşdu və universitetə daxil olmağa hazırlaşırdı. Da-
şadan cəmi bir yaş böyük olsa da, Kris məktəbliyə oxşamırdı. 
O, bütün iclaslara və dəyirmi masalara gedir, daim nəsə yazır 
və ciddi adam təəssüratı yaradırdı. Mən hətta bir dəfə ona de-
dim:
Kris, sən yəqin ki, nə vaxtsa ABŞ prezidenti olacaqsan.
Cavan oğlan bunu zarafat kimi qəbul etməyərək, ciddi və 
inamla mənə dedi:

178
Əlbəttə, olacağam, missis Puşkova. Axı mən indidən buna 
hazırlaşıram.
Atası ilə birgə buralarda tez-tez olan kiçik-Kris de Muss bu 
yerlərin  bilicisi  kimi,  kiçik  Puşkovanı  maraqlı  məlumatlarla 
təchiz edirdi. Daşanı bəyəndiyi hiss olunurdu, o özü də qızı-
mın xoşuna gəlmək istəyirdi. Burada isə belə bəhanə tapılmış-
dı – prezidentin arvadı ilə şəxsi tanışlığın olması ilə diqqəti 
cəlb etmək. 
- Gəlin, mən indicə missis Fordu bax orada gördüm.
Kris cəld və bacarıqla masalarla dolu olan çəmənlik boyu 
hərəkət edirdi. Mən və Daşa ona zorla çatırdıq.  Projektor-
larla altdan gözəl işıqlandırılan böyük ağacın altında iki cüt-
lüyün  arasında  zərif,  saçları  qısa  kəsdirilmiş  qadın  dayan-
mışdı. Çoxdan altmışı ötməsinə baxmayaraq onun əynində 
qolları  açıq,  qısa  qara  paltar  var  idi.  Sovet-Amerika  nidası 
“You do look well!” mənim ifamda “Siz əla görünürsünüz” 
komplimentindən çox, rus meyarlarına görə, çoxdan təqaüd 
yaşında  olan  bir  qadının  görünüşünə  səmimi  heyranlığım 
kimi  səsləndi.  Halbuki  bu  yaşda  gözəl  görünmək  vacib  ol-
maya da bilər. 
Kris de Muss məni və Daşanı çox ciddi görünüşlə, böyük-
lər kimi təqdim etdi. Moskvada mən “Böyük Pyotrun kiçik 
Hollandiyası”  filmini  bitirmişdim.  Mən  bu  filmin  həm  sse-
nari müəllifi, həm də prodüseri idim. Amerikada olarkən də 
mən  işləməkdə  davam  edirdim.  Bir  dəfə  Kris  məni  ssenari 
yazarkən görmüşdü.
Məndən  nə  yazdığımı  soruşanda,  bildirdim  ki,  Rusiya 
donanmasının  300  illiyinə  həsr  olunmuş  filmin  ssenarisini 
tamamlayıram.  Filmin  donanma  və  çar  Pyotr  haqqında  ol-
duğunu söylədim. O, bunu yadda saxlayıbmış. Buna görə də 
məni missis Forda təqdim edəndə, o, təntənəli surətdə mə-
nim adımı, sənətimi və son işimi söylədi.
O məni az qala Rusiyanın yeni Lev Tolstoyu kimi təqdim 
etdi.  Mən  təntənəli  təqdimatla  bağlı  zarafat  etməyə  macal 
tapmamış,  təşəbbüsü  Daşa  ələ  keçirdi.  Bir  sözlə,  cavanlar 
liderlik edirdilər. Daşa danışırdı ki, o, məktəblidir və cəmi 
iki  gün  əvvəl  babasının  bağında  hasar  rəngləyirdi,  indi  isə 

179
Bax bu cür coşqun çayda qayıqdan kənara yıxılırsansa, avar 
çəkmək lazım deyil, səni nə vaxt çıxaracaqlarını gözləməlisən

180
birdən Amerika, Kolorado ştatı, Qayalıqlı dağlar, prezident 
Fordun evi və onun balerinaya oxşayan həyat yoldaşı...
Daşa  öz  ingiliscəsini  nümayiş  etdirirdi.  Mən  onu  saxla-
maq istədim. Və gördüm ki, qızımın səmimi monoloqundan 
prezidentin arvadının gözləri yaşarıb. O da cavabında dedi 
ki,  hələ  heç  vaxt  rus  qızı  ilə  danışmayıb.  Və  həqiqətən  də 
uşaqlıqda balerina olmağı arzulayırmış və balet məktəbində 
oxuyub. Atasının  ölümündən  sonra  isə  Daşa  ilə  yaşıd  olan 
zaman rəqslə yaşamaq üçün pul qazanırmış. 
Mən bir dollar rəqs dərsi keçilən otağın icarəsi üçün ödə-
yirdim. Bir dollar pianoçuya gedirdi. Altı dollar isə anama 
verirdim.  Deməliyəm  ki,  bu,  kifayət  qədər  yaxşı  pul  idi. 
Amma biz burada niyə dayanmışıq? Gedək, sizə evi göstə-
rim. – O, öz gözəl əli ilə evi göstərdi və qızımla məni ardınca 
getməyə dəvət etdi.
Adətən, romanlarda yazılır: “Ev öz gözəlliyi ilə bizi hey-
ran  etdi...”  Bu  halda  isə  ev  öz  qeyri-adiliyi  ilə  heyranlıq 
doğurdu. Bu mənim Amerikada gördüyüm ilk şəxsi ev idi. 
Həm  də  bunun ABŞ  prezidentinin  evi  olmasına  şübhə  yox 
idi. Geniş hollun mərmər döşəməsində müxtəlif rəngli mər-
mər parçalarından prezident möhürü düzəldilmişdi. İngilis-
cə “möhür” sözünü bilmədiyimdən, Amerika ingiliscəsi isə 
başqa cür səsləndiyindən, Betti Fordun verdiyi izahatın bir 
çox məqamlarını anlaya bilmədim. 
Amma  məndə  elə  bir  hiss  qaldı  ki,  mərmər  döşəmədəki 
ornament rakursdan asılı olaraq, şəklini dəyişir, elə bil han-
sısa müəmmanı yaşadırdı.  Elə görünürdü ki, o nəsə vacib, 
dini mənanı gizləyir. Ola bilsin ki, altında hansısa dərinlik 
var, başqa mühitə, ayrıca  binaya girişdir. Sonralar Den Bra-
unun  romanlarında  bütün  bu  işarələr,  möhürlər  və  digər 
rəmzlər mistik, mason izahını tapdılar.
Biz  otaqdan-otağa,  bir  yerdən  başqasına  keçirdik.  Bəzi 
şeyləri  Daşadan  soruşurdum.  Betti  çox  gözəl  hekayəçi  idi. 
Həm də fokusçu kimi, bizim şəxsimizdə dinləyiciləri sürp-
rizlərə hazırlayır, sonra isə danışdıqlarının təsdiqini nüma-
yiş etdirirdi. 
Sən axı bilirsən, prezident Ford döyüşüb, - o, bir az müəl-

181
lim  kimi  Daşaya  müraciət  edirdi.  –  Bəli  o,  donanma  zabiti 
idi,  ayağından  yaralanmışdı.  Sonralar  ayağının  bir  hissəsi-
ni kəsdilər, əməliyyat olunmuş oynaqlarını işlətmək üçün o, 
hər gün üzməli idi. 
“Ah, bəs belə de, - mən düşündüm. – Deməli, tennis kor-
tunda Fordun ayağında gördüyüm sarğı bununla izah olu-
nurmuş”. 
Bax, indi – prezidentin arvadı davam etdi, - siz ərimin hər 
gün yarım mil üzdüyü basseyni görəcəksiniz. – O, başqa ota-
ğın qapısını açdı. Mən nəhəng, olimpiya basseynini görməyə 
hazırlaşırdım,  amma  bu  otaqda  təxminən  on-  iyirmi  metr 
uzunluğu və dörd metr eni olan hovuz vardı.  
Bu basseyni inşa etmək çox çətin idi, axı onu qayada ça-
pıblar. Fəhlələr çox yorulurdular. Mən tez-tez onlara barbek-
yu gətirirdim. Bir dəfə ət iyinə meşədən bizə ayı balası-qrizli 
gəlmişdi. Kişilər qonağı görəndə çox sevindilər. Dadlı təam-
lara qonaq etdilər, yedirtdilər. Təsəvvür edirsiniz, o bizə tez-
tez gəlməyə başladı. Mən o vaxt bu barədə bilmirdim. Bura 
səfərlərimdən birində isə onu gördüm və çox qorxdum. Mən 
fəhlələrə  xəbərdarlıq  etdim  ki,  belə  etmək  olmaz. Axı  istə-
nilən anda onun anası da gələ bilər və nəticə çox gözlənilməz 
olar. Bizim diyardakı qrizlilər çox böyükdür. Bəzi “analar”ın 
çəkisi ton yarımdan artıq, hündürlüyü isə üç metr yarımadək 
ola bilər. Təsəvvür edirsinizmi, öz balasını müdafiə etməyə 
gələn ana nələr törətməyə qadirdir.
Fəhlələr möhkəm qorxdular. Onlar bu barədə bilmirdilər 
axı. Həmin gündən onlar ayı balasından gizlənməyə başladı-
lar. Hətta bir neçə günlüyə işi dayandırdıq ki, o daha gəlmə-
sin. Ayı balası isə hələ uzun müddət evimizə gəldi: qapının 
dəstəyini cırmaqlayırdı ki, onu içəri buraxsınlar, öz şirniyyat 
payını tələb edirdi. 
O, bizə kifayət qədər dərin və dəfələrlə cırmaqlanmış tax-
tadan dayaq dirəyini göstərdi.
Budur,  bu  da  onun  qonaq  gəldiyi  günləri  xatırladan 
əlamətlər, - o, öz hekayətini gülə-gülə yekunlaşdırdı. 
Ümumiyyətlə,  amerikalıların  insanları  öz  evlərinə  asan-
lıqla dəvət etmələri məni təəccübləndirir və təsirləndirirdi. 

182
Yalnız qonaq kimi axşama yox, həm də qalmağa, bir müddət 
yaşamağa. Bizdə belə deyil. Bizim evlərimiz, bizim hasarlı, 
qıfıllı qalalarımızdır. Onlarda isə çox vaxt heç hasar da yox-
dur. Ev çəmənlikdədir, hər yerdən görünür, giriş qapıları isə 
yarıya kimi şüşəlidir. 
Forum başa çatdıqdan dərhal sonra Süzan və Kris de Mus-
lar  məni  və  qızımı  bir  neçə  günlüyə  evlərinə  qonaq  dəvət 
etdilər.  Aleksey  məzuniyyəti  başa  çatdığından  Moskvaya 
uçmağa hazırlaşırdı. Biz isə Daşa ilə Vaşinqtonda qonaq qal-
maq üçün daha bir gözlənilməz təklif aldıq.

183
81 yaşında ABŞ prezidenti qamətli və iti ağıllı idi

184
AMERİKA GÜNDƏLİYİ
Kolorado əfsanəsi başa çatdıqdan sonra, aeroporta yollan-
dıqda, qızımız gözlənilmədən gün eynəyi almaq istədi. Ame-
rikalıların taxdıqları eynəkdən. Onda amerikalı yeniyetmələr 
Con Lennonsayağı qara eynəklər taxırdılar. Xırda, yumru, na-
zik sağanaqlı. 
- Sənin ki, artıq bir eynəyin var. – Mən vaxt itirmək istəmir-
dim.
- O Krisin eynəyi idi. Mənə müvəqqəti vermişdi.
- Bəs niyə əvvəlcədən almamısan?
- Ana, bu bizim yolumuzun yaxınlığındadır. Düz şossenin 
üstündə. Odur, mağazanı görürsən?
Biz  o  anda  təpədən  aşağıya,  baş  magistrala  enirdik,  düz 
yolumuzun  üstündə,  “hayvey”dən  üç  yüz  metrlik  məsafə-
də həqiqətən də birmərtəbəli supermarket vardı. Super mar-
ket hər bir tərəfdən reklam lövhələri, fırlanan şəkilli kublarla 
əhatələnmişdi. Girişdə gəzişən Mikki Maus və pişik Cerri ge-

Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin