yimli reklam agentləri sevinclə əl edir, yoldan keçənləri içəri
dəvət edirdilər. İyul satışının pik nöqtəsi idi.
Aleksey etiraz etdi:
- Nə eynək, qızlar? Biz təyyarəyə gecikirik.
Amma mən qızımı yaxşı anlayırdım və gözəl bilirdim ki,
Moskvada nə və hansı qiymətə satılır.
- Alyoşa, bir saniyəliyə. Biz tez gələcəyik. Sən heç hiss et-
məyəcəksən.
- Ata, bu, düz girişdədir. Xahiş edirəm! – Biz tandemlə çıxış
edirdik.
Azlıq çoxluğa tabedir, odur ki, Aleksey güzəştə getməli
oldu. Bizə elə gəldi ki, lazım olan eynəyi tez tapdıq və maşına
qayıtdıq, amma Daşanın atasını bu, sakitləşdirmədi.
- Siz eynəyi düz on beş dəqiqəyə aldınız! Nə üçün onu al-
dın? Sən bu eynəkdə kor Pyuya oxşayırsan, - o, qızıma dedi.
– Biz sənin ucbatından gecikə bilərik.
185
- Yaxşı, Alyoşa, biz heç yerə gecikmirik. Tez gedərik. Yadın-
da deyil, bura nə tez gəldik və hansı sürətlə?
Mən bunu deməyə macal tapmamış, sürücü maşını saxla-
dı. Həm də mən Moskvada artıq normaya çevrilən, Amerikada
isə ilk dəfə qarşılaşdığım fenomenlə tanış oldum – tıxac! Özü
də bir neçə kilometr uzunluğunda. Ürəyim şiddətlə döyündü.
Doğrudan da geciksək, necə olacaq?
Çox asta gedirdik, bəzən bir dəqiqəyə maşının yarım kor-
pusu qədər. Sürücü güman edirdi ki, qəza olub. Nə qədər vaxt
itirəcəyimizi təsəvvür belə etmək olmurdu. Mən Alekseyin
necə həyəcanlandığını görürdüm. Daşa əhvalı pozulmuş hal-
da, öz yeni eynəyini çantasının dərinliyində gizlətmişdi. Hətta
mən də bütün nikbinliyimə baxmayaraq, əməlli-başlı həyəcan-
lanmışdım. Üstəlik, sürücüyə məsləhətlər də verirdim.
- Gəlin, o biri çərgəyə keçək, - dostcasına dedim. – Mənə elə
gəlir ki, birinci cərgə daha tez hərəkət edir.
Bizim yaxınlığımızda sirenanın uğultusu eşidildi. Bütün
maşınlar bir-birinə sıxılaraq, yaxınlaşan təcili yardım maşınına
yol verdilər.
- Dərhal təcili yardım maşınının arxasınca sürün, - sürücüyə
məsləhət gördüm.
- Yox, mem, ixtiyarım yoxdur. Ayrılmış zolaq başladı. –
Mənə cavabı belə oldu.
Biz tıxacda iyirmi beş dəqiqə itirdik. Yanından keçib getdi-
yimiz qəza o qədər də ciddi deyildi. Yüngülcə əzilmiş iki avto-
mobili artıq kənara çəkmişdilər. Bununla belə, parıltılı işıqları
yanıb-sönən yanğın söndürmə, polis və əslində lazım olmayan
təcili yardım maşınları dayanmışdı.
Yaxınlıqda hər iki maşının görünür, heç də dilxor olmamış
sərnişinləri dayanmışdı. Hamı sərbəst şəkildə bir-biri ilə söh-
bət edirdi.
Bizim də içində olduğumuz axın sürəti artırmışdı. Amma
mənə elə gəlirdi ki, bizdən başqa heç kəs tələsmir.
Tamaşaçılar Bryus Uillisə ümid etdikləri kimi, mən də hələ
sürücüyə ümid edirdim. Amma daz olmasına baxmayaraq,
get-gedə “Məğlubedilməz” filminin qəhrəmanına daha az ox-
şayır, mənim ümidimi isə boşa çıxarırdı.
186
Mükəmməl olmayan ingiliscəmdə mən bir daha ona sürəti
artırmağı inandırmağa cəhd etdim.
- Yox, mem, yol işarəsinə görə, burada sürət məhdudiyyəti
var, - sürücümüz dedi.
- O, nə dedi? – qaşqabaqlı ərimdən soruşdum.
- Bura sənin üçün Rusiya deyil, - Aleksey rişxəndlə söylədi
və mənə elə baxdı ki, hətta rusca bir söz də başa düşməyən
sürücü də hər şeyi anladı.
Amma mən hələ də inanırdım ki, pis heç nə ola bilməz, biz
axı indicə Fordla söhbət edirdik! Bu yaxınlarda Valeri Jiskar
d’Estenlə yanaşı dayanmışdıq! Baş nazirlər, nazirlər... Və biz
gecikəcəyik, uçmayacağıq?..
- Zəhmət olmasa, zəng edin və deyin ki, təyyarəni bir az ge-
cikdirsinlər, - mən sürücüyə təklif etdim. Həyəcandan mən çox
danışqan olmuşdum və maşındakı gərginliyi azaltmağa cəhd
edirdim.
- Yox, yox. Mən heç yerə zəng edə bilmərəm. Edə biləcəyim
yeganə şey sizin əşyalarınızı qeydiyyat masasına kimi çatdır-
maqdır.
Nəhayət, aeroport göründü.
Biz qeydiyyat masasına yaxınlaşıb, əşyalarımızı tərəziyə
qoyanda, aeroportun işçisi kompüterdə bizim adlarımızı, so-
yadlarımızı çap edib, çamadan birkalarımızı yapışdırdı. “Şü-
kür tanrıya, - mən düşündüm – özümüzü çatdırdıq”. Gərginlik
zəifləməyə başladı.
Budur, artıq bizim baqajımız nəqliyyat lenti ilə aeroportun
dərinliyinə getdi. Pasportlarımızı və çamadan birkalarımızı
bizə qaytardılar. Amma bir neçə dəqiqə sonra minik çıxışına
yaxınlaşanda, minik talonlarını yoxlayan aeroport işçisi bizi
karıxdırdı:
- Cənablar, siz gecikmisiniz. Sizin yerləriniz artıq başqa sər-
nişinlərə verilib.
Mənə elə gəldi ki, yanlış eşitdim.
- Siz bizimləsiniz?
- Bəli, mem. Siz gecikmisiniz və biz yerlərinizi gözləyənlərə
vermək məcburiyyətində qaldıq.
- Necə yəni vermək? Məgər belə ola bilər? Onda nə üçün əş-
187
Texasda şlyapasız gəzmək mümkün deyil, göydən nəyin düşə-
cəyini bilmək olmaz
188
yalarımızı qeydiyyata aldınız?
- Sizin əşyalarınız Vaşinqtona göndəriləcək və orada sizi göz-
ləyəcək.
- Necə? Bizim əşyalarımızı bizsiz göndərəcəklər? – mən bütün
ailəmi şahidliyə çağıraraq və hələ nəyisə başa düşmədiyimi zənn
edərək , dəqiqləşdirdim.
Ərim dönərək, başqa tərəfə baxdığından, mən Daşadan soruş-
dum.
- Daşa, onlar doğrudan bizim yerlərimizi veriblər? Bu, belədir?
Və əşyalarımız bizsiz uçacaq?
- Hə, ana, - özünü gözləri önündə cərəyan edən dramın günah-
karı olduğunu hiss edən qızım gözləri yaşarmış halda cavab verdi.
- Bura baxın, mem, - bir dəqiqəlik sükutu aeroportun işçisi poz-
du. – Bu gün artıq Vaşinqtona təyyarə olmayacaq. Siz aeroportun
yaxınlığındakı mehmanxanada gecələyə bilərsiniz. Siz oraya bizm
“şattl”da gedərsiniz. Mən indi sizə rahat nömrə düzəldərəm. Sabah
tezdən isə siz uçacaqsınız.
O, bütün bunları elə bir tonla deyirdi ki, sanki heç nə baş vermə-
mişdi!
- Siz nə danışırsınız?! Bəs əşyalar? – onun gözlərinin içinə baxa-
raq, kirpiklərimi qırpmadan ucadan səsləndim. – Bizim əşyala-
rımız?! Bəs onlar bu gün axşam mənə lazım olsalar necə? – mən
amerikalı qadını sual yağmuruna tutmuşdum, amma o, deyəsən
mövcud vəziyyətin müdhişliyini anlamırdı.
Bütün Amerika mənim üçün tədricən dəhşətə çevrilirdi! Elə bu
anda tərtəmiz yuyulmuş böyük pəncərədən qoşqulu balaca maşı-
nın bizim doğma çamadanlarımızı sakitcə təyyarənin yanına apar-
dığını gördüm.
Yəni əşyalarımızı götürdülər! Onları artıq yükləyirlər! Bizi isə
oraya buraxmırlar!!!
Sovet keçmişi olan insanın içində yeni və gözəl əşyaları olan
baqajının onun nəzarətindən kənar, onun müşayiəti olmadan
məchulluğa uçmasından nə qədər məyus ola biləcəyini təsəvvür
edə bilərsiniz.
- Siz həyəcanlanmayın, - aeroportun işçisi birnəfəsə danışmağa
davam etdi, - əşyalarınız sizi Vaşinqtonda gözləyəcək. Burada meh-
manxana isə kifayət qədər rahatdır, - “Red Lion”, - deyərək, o, meh-
189
manxana üçün üç vauçeri adi təbəssümlə bizə uzatdı.
Ona qulaq asmağa məndə taqət qalmamışdı. Bir andaca dünya-
nın ən bədbəxt qadınına çevrildim: mənim qəbul paltarlarım, təzə
əşyalarım, suvenirlər, hamısı-hamısı bir dəfəyə həyatımdan uçub
getdi! Yanımızda ancaq içində pasportlarımız və kor Pyunun eynə-
yi olan kiçik yol çantası qalmışdı.
Biz “Red Lion”a gedənə kimi, Aleksey bizi o ki, var danladı. Pa-
rıdayan “Hyatt” parlaq həyatla birgə yuxu kimi uzaq keçmişə uçub
getdi. Qarşıda isə bizi hansısa “Qırmızı Aslan” və səhər reysinin
intizarı ilə kədərli axşam gözləyirdi.
On dəqiqədən sonra, hüznlü əhval-ruhiyyədə biz “Red Lion”a
daxil olduq. Amma gözlənilmədən başa düşdüm ki, aeroport işçisi
haqlı imiş. Mehmanxana həqiqətən də yaxşı idi. Üstəlik burada nə
qədər heyrətli olsa da, basseyn və SPA vardı. Elə nömrənin özü də
“Hyatt”dakı kimi də olmasa, kifayət qədər rahat idi, yumşaq divan-
lar qoyulmuşdu. Sakitlik və rahatlıq məni həqiqətlə barışdırmağa
başladı.
- Alyoşa, bəsdir kədərləndin. Biz sağıq. Salamatıq. Nə olsun ki,
gecikmişik? Sabah tezdən bizi yola salarlar. Əşyalarımız isə bəlkə
doğrudan da gedib çatacaq. Gedək, içək. Ya da basseyndə üzək,
stress ataq.
Bu anda biz çimərlik paltarı və sauna üçün ləvazimatlar olan
şüşəli vitrinin yanından keçirdik. Qiymətlər gülməli idi. Beş dolla-
ra... yeddi dollara... Moskva, Moskva, axı sən nə vaxt möhtəkirçilik-
dən əl çəkəcəksən?
Amma ərim acıqlı və ac idi və mənim həddini aşmış nikbinli-
yimə reaksiya vermədi. Başa düşürdüm ki, onu təcili olaraq yedirt-
mək lazımdır.
Şam etməyə əyləşəndə, ofisiantın: “Nə içəcəksiniz” sualına cə-
sarətlə cavab verdim:
- Mənə ikiqat “Macallan” gətirin.
Sonra bir daha ikiqat viski, daha sonra isə təkrarı oldu. Beləcə
həyatımda ilk dəfə olaraq rus ənənəsinə uyğun hərəkət etdim.Və
öz dərdimin üstünə üç dəfə spirtli içki səpdim. Amma təəccüblü-
dür: səhər başım ayıq idi. Mən asanlıqla və yaxşı əhval-ruhiyyədə
oyanmışdım.
Tez səhər yeməyini yeyərək, bir dəqiqə də gecikmədən aeropor-
190
ta yollandıq.
Bu dəfə biz vaxtından əvvəl gəldik və heç bir hadisə baş ver-
mədən dərhal qeydiyyatdan keçdik. Dünənkinin təkrarlanmasını
istəmirdik.
“Neşnl” Vaşinqton aeroportunda saatın erkən olmasına bax-
mayaraq, çox adam vardı. Mən “İtmiş baqaj” duracağını tapmaq
ümidilə informasiya lövhələrini gözdən keçirirdim. Bizə doğru ae-
roportun sinəsində böyük nişan olan işçisi gəlirdi.
- Gəlin, itmiş əşyaların harada olmasını bu adamdan soruşaq, -
mən təklif etdim.
Amma adam qəfildən hansısa nəfəsliyə doğru çevrildi və... İlahi!
Mən gözlərimə inanmadım! Bu işçinin arxasında, əlli metrlik mə-
safədə, düz zalın ortasında bizim üç rəngli çamadanımızı gördüm!
Mən onları intuitiv olaraq tanıdım. Mənim beynim hələlik ça-
madanların salamat çatmaları, açılmamaları və elə burada, zalın
mərkəzində, tranportyorun yaxınlığında olmaları haqqında infor-
masiyanı dərk etmirdi.
Ətrafda isə insanlar gəzişir... Şübhəli görkəmli afroamerikalılar
rəngli toxunma beretlərdə, yay olmasına baxmayaraq başlarında
papaq, öz yük arabaları ilə ora-bura vurnuxurlar, amma bizim ça-
madanlara heç kim toxunmur! Onlar bütün gecəni beləcə qalıblar.
Onları hətta tərpətməyib, çevirməyiblər. Amerika!
Bax, beləcə qəfildən öz baqajımızı tapdıq və Alekseyi yola sal-
mağa yollandıq. O, Moskvaya yola düşməli idi, bizi isə Daşa ilə
Amerika evlərində gözləyirdilər.
* * *
Əvvəlcə biz düz Potomokun üstündəki məşhur “Waterga-
te” kompleksinin nəhəng apartamentlərində yaşayırdıq. Böyük
ikimərtəbəli mənzil naşir Fil Mürreyə məxsus idi. Mürrey bizə Va-
şinqtondakı boş mənzilində yaşamağı təklif etdi və sadəcə olaraq
açarı haradan götürməyimizlə bağlı telefonla təlimat verdi. Biz də
bundan yararlandıq.
İki gün sonra Koloradodan uçan Kris de Muss qızımla məni öz
evlərinə apardı. Onun ailəsi Vaşinqton ətrafındakı böyük, gözəl
evdə yaşayırdı.
Şəhərətrafı inanılmaz dərəcədə yaşıllıq rayon idi. Orada
191
Hamı elə hesab edir ki, “Forbs” – jurnaldır. Amma bu, həm də
onu yaradan ailənin soyadıdır. İsveçrə Alpında Robert Forbsla
192
hətta qartallar yaşayırdılar.
Ev sahibi Amerika Sahibkarlar İnstitutunun prezidenti idi.
Əvvəlcə amerikalıların bizi, yarıtanış adamları öz evlə-
rinə buraxmaları, orada yaşamalarına imkan vermələri, ye-
dirib, ora-bura aparmaları və əyləndirmələri məni çox hey-
rətləndirdi.
Amma sonra mən mühüm bir şeyi sezdim: bütün zahiri
demokratizminə rəğmən, ABŞ-da cəmiyyətin təbəqələşməsi,
kastalar mövcuddur. Düzdür, o müxtəlif sosial təbəqədən,
məşğul olduğu sənətdən asılı olaraq müxtəlif insanların hər
cür qapalı klublarda birləşdiyi İngiltərədəki kimi aşkar deyil.
Amerikada təbəqələşmə bu qədər hiss olunmasa da, hər
halda mövcuddur. Əgər hesab edirlərsə ki, insan onlarla bir
dairədəndir, onu qəbul etməyə şaddırlar. Həm də ona görə
yox ki, bu qədər xeyirxahdırlar. Bunun arxasında adi hesab-
lama, praqmatizm dayanır.
Amerikalılar əmindirlər: əgər sən uğur qazanmış insan
təbəqəsinə mənsubsansa, öz uğurluluğunu dəfələrlə isbat
etmisənsə, səninlə dost olmağa dəyər. Axı uğurlu tanış kim
istəsən ola bilər: nüfuzlu senator, prezidentin köməkçisi, iri
korporasiyanın rəhbəri, hətta ABŞ-ın dövlət katibi. Və əmin
ola bilərsən ki, həmin insan zirvəyə çatana qədər ona edilən
köməyi unutmayacaq. Həmin insanla yüksək vəzifə tutma-
mışdan öncə yaratdığın dostluq, yaxud səmimi münasibət-
lər, nadir hallarda unudulur və yüksək qiymətləndirilir.
Buna görə də müəyyən səviyyədə hamı, hətta yüksək sta-
tuslu şəxs də hər kəsə, o cümlədən də böyük ümid verən
gənc insanlara – iyirmi və otuz yaşlılara diqqət və iltifatla
yanaşır.
Bizdə isə amerikalılardan fərqli olaraq hamı paxıllıq və
qısqanclıq girdabına yuvarlanıb. Sənə nəinki hansısa köməyi
etmirlər, badalaq vurmağa, mane olmağa, dostluq etdiyinlə
dalaşdırmağa səy göstərirlər. Hələ sənin haqqında qeybət
edə, olmayanları uydura bilərlər. Mən hesab edirəm ki, bu
murdar xüsusiyyət bizi amerikalılardan çox fərqləndirir.
Bizim insanlarımız öz paxıllıqlarını ram edə bilmirlər.
Demək istəmirəm ki, paxıllıq amerikalılara xas deyil. O bu
193
və ya digər dərəcədə bütün bəşəriyyətə xasdır, lakin Ame-
rika cəmiyyəti meritokratikdir. Belə bir anlayış var – meri-
tokratiya, mənası “xidmət” olan fransız sözü “merit”dən
götürülüb. ABŞ-da sənin qiymətin xidmətlərinlə müəyyən-
ləşdirilir. Bu, o anlama gəlmir ki, orada əlaqələrdən və tanış-
lıqlardan istifadə etmirlər. Bu, hər yerdə var. Amma orada
hər halda insan qazandıqlarına daha çox öz xidmətləri sayə-
sində nail olur. Buna görə onu irəli çəkir, cəlb edir, pulla
mükafatlandırırlar. Elə də olur ki, böyük pullar insanı korla-
yır, şəxsiyyətini deformasiyaya uğradır, amma mən əminəm
ki, pul ancaq zəif, formalaşmamış insanı korlaya bilər.
Mənim fikrimcə, müasir rus cəmiyyətinə iki xüsusiyyət
xasdır: amerikalılara xas perfeksionizmin və meritokratiya-
nın olmaması.
Harada işləmələrindən asılı olmayaraq, perfeksionizm
amerikalılarda özünü hər şeydə biruzə verir. Onları elə tər-
biyələndirirlər ki, özlərinin ən yaxşı olduqlarını hiss etsinlər
və məşğul olduqlarını ən yaxşı qaydada yerinə yetirsinlər.
İnsanın harada işləməsi vacib deyil, istər küçədə ayaqqabı,
istərsə də müştərilərin hər saniyə toxunduqları giriş qapısı-
nın dəstəyini təmizləsin, elə silməlidir ki, güzgü kimi parıl-
dasın. Və əlbəttə, səy göstərən insanı irəli çəkəcəklər.
ABŞ-da bir çox milyarderlərin bioqrafiyası çox sadə və az
pul ödənən işlərdən başlanıb. Bizdə isə mənzərə tamamilə
fərqlidir.
Mən ərimin sürücüsünü xatırlayıram, bir dəfə o, soruşdu:
- Aleksey Konstantinoviç, bütün bu varlılar necə zəngin-
ləşiblər? Doğrudanmı, hamısı nəsə oğurlayıb? Siz necə fikir-
ləşirsiniz?
- Yox, Seryoja, əlbəttə, hamısı oğurlamayıb. Yaxşı qazan-
maq yolu həmişə var, - Aleksey cavab verdi. – Bax sən, an-
caq maaşla dolanırsan, amma öz biznesini də qura bilərsən.
Sən deyirdin ki, tanışlarının maşından yaxşı başları çıxır.
Üçünüz pul qoyun və belə deyək, özünüzə maşın təkərləri-
nin doldurulması üçün avadanlıq, yaxşı alətlər alın. Başınız
var, əlləriniz var, başlayın. Yaxud borc pul götür və başqala-
rını özləri üçün işləməyə dəvət et. Öz qarajında balaca ema-
194
latxana aç. Sən ehtiyat hissələri tapacaqsan, kimsə maşını
düzəldəcək, kimsə də yağı dəyişəcək. Maşın təmiri ilə bağlı
bu və ya digər işin firmada neçəyə edildiyini öyrənin, həmin
işləri daha ucuz edin. Camaat hökmən sizin emalatxananıza
axışacaq.
Sürücü fikirləşdi və cavab verdi:
- Yox, Aleksey Konstantinoviç. Orada işləmək lazımdır.
Yenə təkər daşıyacağam? Bəs futbola baxmaq, pivə içmək?
Yox, belə həyat kimə lazımdır?
- Bilirsən, Sergey, gərgin işləmədən heç nə mümkün de-
yil. Nəyəsə nail olmaq istəyirsənsə, gərgin çalışmağa hazır
ol. Ancaq belə.
Amma Sergey, bir çox başqaları kimi, gərgin işləmək
istəmir. Nə üçün? Çünki işləmək lazımdır. Sonralar o, iş-
dən çıxdı və pizza daşımağa getdi. Yəqin indiyə kimi da-
şıyır.
Bizim ərimlə həyatımızın böyük hissəsi – gərgin işdən
ibarətdir. Bizim qızımızın yetkinlik həyatı da gərgin iş-
ləməklə başladı, instituta daxil olmazdan öncə, o, gecə və
gündüz hazırlaşırdı. Əminəm ki, həddindən artıq çox uğur
qazana bilmiş insanların həyatı gərgin işdən ibarətdir.
Belə iş hökmən nəticə verir.
Amma amerikalı evinə qayıdaq. Amerikalı evi və ame-
rikalı üslubu nə deməkdir? Mənim fikrimcə, bu, istənilən
səbəblərdən, xüsusilə də məişət məsələlərində çətinliklərin
olmaması, işdən sonra sərbəstləşmək və elə işi də rahatlaş-
dırmaq cəhdidir. Təsadüfü deyil ki, “relax” onların ən çox
sevdiyi sözlərdəndir.
Deyək ki, Kris de Mussun evi zəngindir. Milyonçu evi-
dir – adam çox böyük müəssisəyə rəhbərlik edir. Amma bu
ev “yeni rus”ların evlərinə qətiyyən oxşamır. Amerikalıla-
rın evləri yataq otaqlarının sayı ilə qiymətləndirilir. Yataq
otağının balacalığı, çarpayı, əşyalar üçün dolabın və tua-
let masasının oraya zorla yerləşməsi isə vacib deyil. Vacib
olanı odur ki, bu yataq otağında sənin şəxsi sahən (ameri-
kalılar bunu “privacy” adlandırırlar) olsun.
Axşam bizi gətirdikləri de Mussların evində hərəmizə bir yataq
195
Nyut Qinqriç, Konqresin Nümayəndələr Palatasının spikeri və
Amerikanın ifadələrinə diqqət etməyən siyasətçisi, üç dəfə evli
olub. Bütün bunlar onun prezident olmasına maneə törətdi
196
otağı təqdim olundu. Heyrətlənmiş Daşa öz əşyalarını qarşıdakı
otağa qoyduqdan sonra mənim otağıma daxil oldu və soruşdu:
- Ana, necə bilirsən, ütü xahiş etməyim nəzakətsizlik olmaz?
Mənim yataq ağlarım ütüsüzdür.
Qeyd etmək lazımdır ki, mənim yatağımda da ədyal əzik
yorğan ağının içinə salınmışdı, yastıqüzü də ütülənməmişdi.
Daşanın sualından sonra isə ədyalı qaldırıb gördüm ki, döşəka-
ğını da yuyucu maşın “çeynəyib”.
Yəni hər şey yuyulub, təmizdir, amma ütülənməyib.
- Eybi yox, Daşa, gəl yataq. Sabah soruşarıq.
Səhər Syuzan, ev sahibəsi, bizim yataq ağlarını ütüləməyə
hazır olduğumuzu biləndə, axşam bizim təəccübləndiyimiz
kimi təəccübləndi:
- Ütüləmək nəyə lazımdır? Məgər siz öz evinizdə yataq ağlarını
ütüləyirsiniz? Axı, bu ziyandır. Bu qayda ilə siz sanki parçanı qay-
naq edir, məsamələri tıxayırsınız. Yataq ağı nəfəs almır və siz də
onunla bilikdə nəfəs ala bilmirsiniz. Biz onu heç vaxt ütüləmirik.
Bizdə isə hamımızın bildiyimiz kimi, yataq ağlarını nişastala-
yır, bəzən ağardır, bəzi hallarda xlorlayır və əlbəttə ki, ütüləyi-
rik. Bir sözlə, özümüzü yükləyirik.
Yaxud da tutaq ki, ailə naharının və ya ailə şam yeməyinin ha-
zırlanması. Amerikalılar onların hazırlanmasına sərf edilən vaxtı
minimallaşdırmağa çalışırlar. Evin yaxınlığında folqaya bükül-
müş, yaxud qrildə qızardılmış bir parça balıqdan, suda qaynadıl-
mış spagettidən böyük ailənin şam yeməyi alınır. Həm də bütün-
bunlar cəmi iyirmi dəqiqəyə hazırlanır. Əgər iyirmi dəqiqəniz
də yoxdursa, benzin doldurma məntəqəsindən asanlıqla pizza,
ya da düyü ilə toyuq alaraq, onu gözəl nimçələrə düzmək, bir
şüşə şərabla aldığınız yeməyi şam işığında axşam yeməyinə çe-
virmək olar. Amerikasayağı romantika – bütün hallarda masa
üzərində yandırılan şamların olmasıdır.
* * *
Bir dəfə Bostonda yaşayan tanışımın evində qonaq idim. Bir
axşam onu qonaq dəvət etdilər. İki gün evdə tək qalmaq lazım
gələcəyini düşündüm, amma mənim tanışım rəfiqəsinin ikimizin
də birlikdə getməyimizə çox şad olacağını bildirdi.
197
- Corcinaya moskvalı qadınla tanış olmaq maraqlı gələ-
cək. Gedək, gedək! Heç şübhən olmasın! Yoxsa o, öz kəndin-
də çox darıxır.
Orit (rəfiqəmin adı belədir) çox zəngin adamların yaşa-
dığı Atlantik okeanı sahilindəki Nyuport şəhərciyini kənd
adlandırırdı. Orada yaşayanların əksəriyyətinin okeana öz
çıxışları var. Amma məni bu təəccübləndirmədi. Bizdə var-
lı evlərini bir qayda olaraq nəhəng hasarlar əhatə edir və
mühafizəçilər qoruyur. Orada isə gözəl bir evin qarşısında
heç bir hasar yoxdur. Maksimum, sahənin perimetri boyu
adamın dizinə çatan budanmış sıx kollar əkilib və onlar sə-
nin ərazini, “privacy”ni məhdudlaşdırır. Elektrik dirəyində
isə poçt qutusu asılıb, hərçənd çox vaxt poçtalyonlar poçtu
kolluğun üstündən düz çəmənliyə atmağa üstünlük verir-
lər. Həm də bunu dayanmadan, birbaşa velosiped sürə-sürə
edirlər.
Corcinanın səkkiz yataq otağı olan evi zəngin ev sayılırdı.
Qeyd etdiyim kimi, evin zənginliyi yataq otaqlarının sayı ilə
müəyyən edilir. Lakin onların hamısında duş olmaya bilər.
Məsələn, mənim yeni tanışımın üst mərtəbədə üç otağı duş-
la idi, qalan beşinə isə bir ümumi vanna otağı düşürdü.
Ümumiyyətlə, bu çox rahat idi. Əgər qonaqlar gecə get-
mək istəmirlərsə, mehmanxanadakı kimi, evdə çox qonaq
yerləşdirmək olar. Onlar həm ayrıca otaqlarda yatar, həm
də hamıya yataq ləvazimatı çatar. Və hər birində doğrudan
da yataq ağları ütülənməyib.
Evə giriş poçtun atıldığı çəmənliyin qarşısındadır və sa-
dədir. Zənginlik və rahatlıq isə okeana çıxışın olduğu digər
tərəfdədir. Evin iki girişi var: biri – yoldan, digəri isə - okean
tərəfdən. Bu, sənin ərazindir. Okean tərəfdən heç kəs evinə
gəlməyəcək.
Bostondan Nyuporta yol üç saat çəkdi. Məlum oldu ki,
biz ev sahibəsinin okeanın sahilində dostları üçün təşkil et-
diyi kübar axşam qəbuluna gəlmişik.
Qonaqlar çox idi. Göz işlədikcə uzanan su dünyasına açı-
lan mənzərə və yaşıl çəmənliyin üstündə şezlonqlar, divan-
lar və digər bağ mebelləri. İstənilən yerdən qüruba tamaşa
198
etmək olardı. İnsanlar qruplarla dayanmış, divan və kreslo-
larda əyləşmiş, gənclər elə kostyumdaca otun üstündə otur-
Dostları ilə paylaş: |