Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix28.04.2017
ölçüsü2,76 Kb.
#16010
1   ...   8   9   10   11   12   13   14   15   16
Meydan  tamamilə  dəyişdi.  Sanki  evlərin  fasadına  dəyən 
musiqi, səmaya, görünməyən günbəzə qalxırdı. Bütün mey-
dan ilahi məbədə çevrildi. Yalnız mənim deyil, bütün sarsıl-
mış çəkiliş qrupunun gözləri yaşla doldu. Mən bunu cavan 
oğlanların simasından görürdüm.
Nədənsə, Boris Pasternak yadıma düşdü: 
Mənə bir dəfə, nə vaxtsa, konsert zalında,
Bramsı çalacaqlar, həsrətdən üzüləcəyəm... 
Uçub gedən səs itənə kimi, təntənəli həyəcan bizi saxladı. 
Elə bil ki, bütün evlərdə həyat donmuşdu. Pəncərələr tayba-
tay açılmışdı, kremonlulara əla konsert bəxş edilmişdi. Onlar 

242
bunu dəyərləndirdilər.
-  Bravissimo!  –  gecə  səmasında  möhkəmdən  səsləndi. 
–  Bravissimo!  –  Səs  gözəl  akustikalı  konsert  zalındakı  kimi 
yüksəlirdi.
Sergey  səhnədəki  kimi  təzim  etdi.  Skripkasını  götürüb, 
futlyara qoydu və bizimlə xudahafizləşdi.
- Siz doğrudanmı gecə vaxtı küçə ilə elə-belə Stradivari ilə 
gedəcəksiniz? Mühafizəçilərsiz?
- Mən ki, küçə ilə mühafizəçilərsiz, Stradivari ilə gəlmişəm.
Gecə  qaldığımız  Milana  qayıdanda,  bizim  yaşadığımız 
hissləri təsvir etməyə çətinlik çəkirəm. 
Artıq Milana yaxınlaşanda, işıqlar get-gedə çoxalanda və 
yolboyu şəhər evləri qırılmaz xətt boyunca uzananda, sürü-
cümüz gözlənilmədən əyləci basdı.
- Bu nədir? – Fedya elə bir səslə soruşdu ki, sanki kabusla 
qarşılaşmışdı.
Heyrətlə  gözlərini  bərəldərək,  o,  evlər  boyunca  səkiləri 
göstərdi. Küçə fonarları və evlərin pəncərələrinin işıqlandır-
dığı səkilərdə çılpaq qadınlar dayanmışdılar. Onlar təkbaşına 
və qruplarla durmuş, açılıb-bağlanan stullarda, yaxud hara-
dansa çıxarılmış kreslolarda əyləşmişdilər.  Bu qadınlar bizə 
fantasmaqoriya kimi görünürdülər. Birbaşa qızmış səkilərin 
üstünə  sərələnərək  uzanan  qadınlar,  təəssürat  yaratdıqları 
tamaşaçı ilə təcili görüşə hazır olanlar daha çox ruhlara bən-
zəyirdilər.    Onlar  çimərlik  xalçalarında,  fitnes-mərkəzlərdə 
məşğələlər üçün nəzərdə tutulmuş hava ilə doldurulmuş re-
zin  döşəkcələrdə  uzanmışdılar.  Bu  çimərlik  az  qala  qəzaya 
səbəb olurdu. Xüsusilə bu “diyar”da ilk dəfə olan italyanla-
rın idarə etdikləri maşınların əyləcləri vıyıldayırdı. 
- İlahi, bu nədir belə? – Fyodorun ardınca mən də soruş-
dum.
İlahinin  əvəzinə,  Rusiya  Federasiyasının  Milandakı  kon-
sulluğunun  bizə  məsləhət  gördüyü  sürücü  Volodya  cavab 
verdi:
- Onlar həmişə belədir. Şosse hərəkətlidir. Müştərilər çox-
dur. 
- Bəs onları polis qovmur?

243
1 200 000 funt sterlinq qiyməti olan əsil Stradivari skripkaçı Ser-
gey Krılovun əlində. Küçədə! Mühafizəsiz

244
- Bura İtaliyadır, - Volodya filosofsayağı qeyd etdi. – Bəlkə 
də qadınlar polislərlə əlbirdirlər. Kino, komissar Katani ya-
dınızdadır? Mafiya... Onunla necə mübarizə aparmaq olar?
- Gəlin, çəkək! Bəlkə lazım oldu, - Fyodor təklif etdi.
- Yox, dərhal görəcəklər! Sənin kameranı qıracaqlar, mə-
nimsə maşınımın şüşələrini. – Volodya sürəti artırdı.
Qəddar reallıq gözəllik vaxtını sıxışdırdı.
* * *
P.S. Sergey Krılov isə 2009-cu ildə Litva Kamera Orkestri-
nin baş dirijoru oldu.

245
SERB LƏNƏTİ. KÜLDƏN TÖRƏYƏN İNSAN 
Radovan Karaciç siyasətə qırx il bundan əvvəl, Sarayevo 
universitetinin  tələbəsi  olanda  gəlib.  Fəlsəfə  fakültəsinin 
binasının  damında  dayanaraq  gənc  üsyancılar  dəstəsinə, 
“Böyük Serbiya” ideyası uğrunda məsləkdaşlarına passio-
nar çıxışla müraciət edəndə.
Siyasət yolunu isə Haaqa tribunalının əsiri, “dünya miq-
yaslı cani” kimi başa vurdu. “Sərhədsiz ədalət” uzun müd-
dət idi ki, onu tədbirli, tələlərdən qurtulan heyvanı  təqib 
edən kimi onun dalınca düşmüşdü. 
Bizim  qısa,  bir  günlük  görüşümüz  isə  onun  hələ  cani 
elan  olunmadığı,  özünü  isə  zalım  dünyanın  istədiyi  kimi 
oynatdığı dövrə təsadüf etmişdi. 
1993-cü il. Bosniyada Sbornik adlı yer. Serbiyanın NATO 
tərəfindən bombalanmasına hələ bir neçə il var, amma bu-
rada artıq müharibə gedir. 
Bizim o zaman hələ də Yuqoslaviya adlandırdığımız bu 
ölkəyə  yuxarı  sinif  şagirdi  olan  qızımla  birgə  getmişdim. 
Mən o vaxt Mənəvi yaxın ölkələr konfransının mədəni la-
yihələr üzrə direktoru və icraçı katibi işləyirdim. 
İslam  dünyasında  daimi  fəaliyyət  göstərən  orqan  möv-
cuddur  –  İslam  Konfransı  Təşkilatı.  Bir  neçə  pravoslav 
ölkəsini  birləşdirən  bizim  struktur  İKT-nin  analoqu  kimi 
yaradılmışdı.  Ona  Yeltsin  konstitusiyasının  müəllifi  –  Ali 
Sovetin deputatı Oleq Rumyantsev rəhbərlik edirdi. Amma 
konstitusiya  üzərində  iş  xeyli  vaxt  apardığından,  o,  yeni 
beynəlxalq  siyasi-mədəni  strukturun  təşkilatlanması  və 
mədəni təminatı ilə bağlı məsələləri mənə həvalə etmişdi. 
Biz gah Yunanıstana, gah Yuqoslaviyaya, gah Kiprə, gah 
da Bolqarıstana yollanırdıq. Mən hər yerə qızımı da özüm-
lə  aparırdım.  İstəyirdim  ki,  onun  dünyanın  müxtəlifliyi 
haqqında təsəvvürü formalaşsın. Bu səfərdə isə o, hələ mü-
haribənin bədheybət üzünü görəcəkdi.

246
Budur,  Bosniyaya  səfər  edirik.  Ən  yaxşı  döyüşçü  kimi 
yekdilliklə Sborniki meri seçilən şəxs bizi avtobusla yaxın-
lıqdan keçən cəbhə xəttinə apardı. 
İngilis dilində bilmədiyindən, hərəmiz öz dilimizdə da-
nışırdıq. Mən onu yaxşı başa düşürdüm, çünki qulaqlarım 
serb-xorvat  dilinə  alışmışdı.  Həm  də  çex  dilini  bilməyim 
köməyimə çatırdı. 
Hərbçi  kimi  o,  çox  danışmırdı  və  geniş  jestlərlə  sözlər-
dən daha mənalı izahatlar verirdi. Biz mərmilərin dağıtdığı 
müsəlman  şəhərciyinin  yanından  keçirdik.  Mer  möhkəm-
dən öskürərək qulağıma qışqırdı: “Burada türklər yaşayır-
dı. Biz onların hamısını...” – və əli ilə voleybol topunu oyu-
na daxil edirmiş kimi jest göstərdi. Bu, hər şey ola bilərdi. 
Mən vaxtilə burada yaşayan türklərin başlarına nələrin gəl-
diyini öyrənməyə cürət etmədim. 
XVII əsrin əvvəllərindən bu ərazidə müsəlmanlar yaşa-
yırdı – Osmanlı imperiyasının Balkan yarımadasına doğru 
genişlənməsi  nəticəsində  islamı  qəbul  edən  yerli  sakinlər. 
Osmanlı imperiyasında islamı qəbul edən ərazilər zorakılıq 
və soyğunçuluqdan xilas olurdu. Amma islamı yeni qəbul 
edənlərlə  xristianlar  arasında  düşmənçilik  davam  edirdi. 
Və budur, üç yüz il sonra bu evlər boşalmışdı. 
Ətrafımızda  gördüklərimiz  öz-özünə  danışırdı:  iki  illik 
müharibə ərzində insanın qurşağına çatan alaqotu qəbirs-
tanlığı  bürümüşdü,  məzarları  heç  kimin  ziyarət  etmədiyi 
aydın  sezilirdi.  Burada  müsəlmanlar  tərəfindən  öldürül-
dükləri deyilən serblərin evləri də vardı. Yarıdağılmış evlər 
boş idi, ətrafda ins-cins yoxdu. Bəzi yerlərdə, qayaların ara-
sından qızılgüllər qızarır, hortenziyanın papaqları ağarırdı 
və bu da cansıxıcı təəssüratı daha da gücləndirirdi.  
Fikrə  daldığımdan,  Karaciçlə  -  Serb  Krainasının  Pre-
zidenti  ilə  görüşümün  baş  tutmalı  olduğu  restorana  necə 
yaxınlaşdığımızı  duymamışdım.  O,  artıq  burada  idi.  Qar-
şımda  hündür,  yekəpər,  təqribən  əlli  yaşlı  adam  dayan-
mışdı.  Qırmızı  çalarlı,  parıldayan  dərisi  vardı,  donqarbu-
run idi, türk qanı hiss olunurdu.  Sıx, çal saçları, tünd albalı 
rəngli  gözəl  gözlərində  qırmızımtıl  damarlar  vardı.  Qərara 

247
Prezident Karaciç – Bosniya serblərinin hələlik hamı tərəfindən 
qəbul edilən lideridir.  Bu, onların qələbə dövrü idi
14 il sonra həbs olunarkən

248
aldım  ki,  o  yata  bilmir,  ya  da  həddindən  artıq  yorğundur. 
Hazırki  şəraitdə  bu  qətiyyən  təəccüblü  deyildi.  İxtisasca, 
həkim, psixoloqdur. Əlbəttə, həkim kimi ona nəyin faydalı 
olub-olmadığını yaxşı başa düşürdü. Amma pəhriz saxlayan 
adama oxşamırdı: qəhvə fincanına düz dörd çay qaşığı qənd 
tozu tökdü. 
Serblər yeməyi çox sevirlər. Əsas milli yeməkləri olan çor-
ba çox yağlıdır. O müxtəlif cür ola bilər: içalat, ət və tərəvəz-
lə. Çox dadlıdır, amma həddindən artıq yağlıdır. Yağ haləsi 
üzə çıxır.
Serblər əti adətən böyük məcməyidə, ən müxtəlif növlər-
lə verirlər: donuz əti, mal əti, sümüklü qoyun əti, içi donuz 
piyi ilə doldurulmuş kolbasa, qızardılmış bekon: çəkilmiş ət, 
formaya salınmış kökə, donuz piyi ilə kabab halında birləş-
dirilmiş halda və s. Bütün bunları serblər həm gecə saat iki-
də, həm səhər saat səkkizdə, həm də günorta vaxtı yeməyə 
hazırdırlar. Onlarda hətta bu barədə məsəl var: “Əlli yaşına 
kimi serb öz qarnına, əlli yaşdan sonra isə qarın öz serbinə 
əziyyət verir”. 
Restoranda olarkən kənardakı faciəvi kaleydoskopu: mü-
haribəni, ölümü, əzabları, tabutları təsəvvür etmək çətindir. 
Elə  restoran  binasının  özündə  də  güllə  izləri  və  dağıntılar 
vardı. Mən Karaciçlə müharibədən danışırdım. Nə qədər ki, 
müharibə  insanın  özünə  toxunmayıb,  o,  bu  barədə  düşün-
mür, fikirləşir ki, hər şey qaydasındadır. Əks-təqdirdə ağlını 
itirə bilər.
Amma  mən  özüm  anlamaq  üçün  münaqişənin  düzgün 
sxemini  qurmaq,  onun  təbiətini  aydınlaşdırmaq,  başlanğıc 
nöqtəsini, sərhədlərini, son həddini qeyd etmək istəyirdim. 
Həkim və şair, insan qəlbinin incəliklərinin bilicisi kimi Ka-
raciçin  döyüşməyə  və  öldürməyə  necə  başladığını  özünün 
izah etməsini istəyirdim. 
Nə üçün əlinə silah alıb? Əgər bu, şair qəlbinin fədakar-
lıqla coşmasıdırsa, bütün dəhşətləri dayandırmaq üçün şans 
var ikən, ağrıları daha da artırmaq nəyə lazımdır?
O,  deyir:  “Əgər  NATO  öz  qoşunlarını  Serbiyanın  sərhə-
dində yerləşdirsə, biz NATO ilə döyüşəcəyik. Tanrı serblərin 

249
tərəfindədir, çünki Tanrı-serbdir”. Belə oxuyaq: əgər dünya 
bizə qarşıdırsa, biz bütün dünya ilə vuruşacağıq. Vəssalam. 
Düstur  belədir.  Şüurlara  nüfuz  edən,  şüurları  gücləndirən 
şüar  hazırdır.  Məhz  bu  şüar  altında  oğlanlar,  atalar,  ərlər 
döyüşə, ölümə gedirlər. Bundan sonra isə qızlar nişanlısız, 
ailələrdə uşaqlar yetim qalır, dul qadınlar ordusu formalaşır. 
Yerdə  qalanları  yalnız  boş  sözlərdir:  “Əgər  mən  hətta  sülh 
planını imzalamaq istəsəm, parlament bunu bəyənməyəcək”. 
Bu uzun, həyəcanlı söhbət-danışıqların lap sonunda, ba-
yırda hava qaralanda və biz getməyə hazırlaşanda, mən Ra-
dovan Karaciçə onun öz şeirini xatırlatdım:
 
    İnanma, gecəyarısının qaranlığına,
 
    Bunu dəyişməyin mümkünsüzlüyünə,
 
    Tanrı iradəsinin sabitliyinə.
 
    Bir də öz iradənlə baş verir nəsə.    
Onun gözləri və görkəmi dəyişdi. Az qala çiyninə düşən 
sıx saçlarını külək oynatdı. Qarşımda yenidən şair dayandı. 
O, mənə çoxlarının proqram xarakterli hesab etdiyi özünün 
“Küldən  törəyən  insan”  şeirini  oxudu.  Serb-xorvat  dilində 
oxusa da, mən demək olar ki, hamısını başa düşürdüm. 
 
    Ölür mart,
 
    Gözdən itir pop-art,
 
    Ölüm görür məqsədi
 
    Yenə başlayır start.
 
    Amma hər şeydən qorxan insan – canlı
 
    Halbuki bütün dünya ona çevirib arxasını. 
Mən  onu  dinləyirdim  və  başa  düşürdüm  ki,  “küldən 
törəyən insan” mövzusu onun üçün əsasdır:
Bax, küldən törəyən insan ürəyini batırıbdır mürəkkəbə.
Ətrafda  hər  şey  məhv  olur,  iblis,  cavab  ver,  görmürəm 
burdan.
Deyilmi, bu böyük həqiqətin məşum  bir parçası?

250
İblis görünür, nə bürüşmüş “küldən törəyən adam”a”,  nə 
də müəllifə cavab vermir.
Lakin  onun  şeirlərindəki  iblis  motivləri  bu  gün  kiminsə 
tərəfindən  bu  psixiatr-şair-siyasətçinin  daha  öncədən  hə-
kimə  aparılmasının  vacibliyini  sübut  etməyə  cəhd  göstər-
mək  üçün  istifadə  edə  bilər.  Guya,  o,  qocaların,  qadınların 
və uşaqların kütləvi məhv olunması üçün əmrlər verərkən, 
manyak kimi hərəkət edib.
Haaqa  tribunalı  onu  bəşəriyyətə  qarşı  cinayətdə  ittiham 
etdi. Yeri gəlmişkən, hər şeyi səmimiyyətlə etiraf etdiyi mis-
ralar budur:
 
    Çoxdan imtina ediblər məndən
 
    Bütün altruistlər.
 
    İltihabllı dodaqda siqaret kimi çürüyürəm:
 
    Axtarırlar hər yerdə məni - 
 
    Mənsə şehli pusquda,
 
    Böyük şansı gözləyirəm
 
    Əyilərək aşağı enmək,
 
    Öz hüququnu rədd etmək
 
    Və səhər bombasını atmaq
 
    Gülüş –
 
    Mən, tənha insanam,
 
    Tünd xasiyyətli. 
Onu hər halda həbs etdilər, bizim qısa görüşümüzdən on 
altı il sonra. Onu parçalanmanı və Avropanın mərkəzindəki 
paytaxtlarını NATO-nun bombalamasını unudulmaz dəhşət 
kimi xatırlayan adamlar gizlətmişdilər.
O, arxasınca gələnlərə müqavimət göstərmədi. Qəzetlər-
də uzun çal saçlarını boynunun arxasında toplamış adamın 
fotoları dərc edildi. Bu adamda Serb Krainasının keçmiş pre-
zidentini, döyüşçü və şairi, dəqiq sözlə, çağırışla, öz iştirakı 
ilə ürəklərdə atəş yandıran şəxsi tanımaq çətin idi. O, daha 
çox  hind  qurusuna  oxşayırdı.  Tanrı  qurban  gətirən  və  özü 
qurbana çevrilən insana hansı yeni sınağı hazırlamışdı?

251
Yevgeni Primakov – baş nazir, xarici işlər naziri, Serbiyada mü-
haribə üzündən məşhur “Atlantika üzərindən dönüş”ün müəllifi-
dir. Alekseyi Rusiya XİN-də rəhbər vəzifəyə dəvət edirdi

252
O  vaxt  mən  Karaciçdən  öz  suallarımın  heç  birinə  cavab 
ala  bilmədim.  Növbəti  gün  isə  biz  Belqrada  qayıtdıq.  Əsas 
tədbirlər  orada  keçirilməli  idi.  Bizi  qızmar  şəhər  qarşıladı. 
Serb-xorvat dilindən tərcümədə “ağ şəhər” mənasını verən 
Belqrad  sıx  tüstü  dumanına  bürünmüşdü.  Şəhər  sanki  isti-
dən  əriyirdi.  Hətta  səhər  tezdən  termometr  yuxarı  şkalanı 
göstərirdi,  gecəki  şərti  sərinlik  isə  bircə  saatın  içində  uçub 
getmişdi. Orada yəqin ki, yalnız suda yaşamaq olardı. 
Mehmanxanada tələsik duş qəbul edərək, qızımla birlikdə 
küçəyə çıxmağa tələsdik. Balaca avtobus nümayəndələri ar-
tıq aparmışdı. Biz taksi tutmaq ümidi ilə şosseyə çıxdıq. Ma-
şın az idi. On dəqiqə ərzində yanımızdan Sovet İttifaqı döv-
ründən  qalma  iki  köhnə  “Lada”dan  başqa  maşın  keçmədi. 
Biz şosse boyunca getmək və yol gedən maşınlardan birini 
saxlatmaq qərarına gəldik. Birdən arxada biz hətta mühərrik 
səsi də deyil, xışıltı, güclə hiss edilən hərəkət duyduq. Əsən 
ilğımdan, təpədən bizə doğru gələn kabus kimi heyrətamiz 
maşın  göründü.  Qızmar  günəş  bu  hərəkət  edən  möcüzəli 
texnikanın ətrafında zərrələrdən, parıltılardan, göyqurşağın-
dan ibarət bütöv halə yaratmışdı. 
Səkidən keçən piyadaların hamısı şosse ilə gedən bu gözəl 
maşının  arxasınca  boylanırdılar.  Superavtomobil  qızımla 
mənim yanımda dayandı. Qapı qonaqpərvərliklə açıldı.
- Kuda idete?
Sürücü  oturacağından  bizə  sevinclə  qarabığlı  yaraşıqlı 
kişi baxırdı.
- Treba li vas odvesti?
Tərcüməçisiz də hər şey aydın idi. Cavabında biz sevinclə 
başımızı tərpətdik. Mən serb-xorvat dilində ləhcəsiz yeganə 
sözü dedim:
- Molim, - “xahiş edirəm” mənasını verirdi. – Bizi “İnter-
kontinentala”a kimi aparın.
- Kto ste?
- Biz rusuq, Moskvadan.
- A! Srdce moe! Rusca danış! Mən hər şeyi başa düşürəm, 
- sürücü şövqlə qışqırdı. 
Biz böyük məmnuniyyətlə sərin cənnətdə əyləşdik.

253
-  Bu  maşın  hansı  markadandır?  –  Mən  həvəslə  qapının 
laklanmış oxrasına, qızılı dekorativ elementlərinə, oturacaq-
ların zərif süd rəngli dərisinə baxırdım. 
- Bu, “Maserati”dir, - sürücü təmkin və məğrurluqla ca-
vab verdi və yüngülcə qızılı düyməciyə toxundu. “Sən mə-
nim yatmış ağcaqayınımsan” səsləndi.
Hətta indi, demək olar ki, iyirmi ildən sonra da bu maşın-
ları əksəriyyət heyranlıqla süzür. O vaxt, uzaq 1993-cü ildə 
isə qərb dövlətlərinin iqtisadi sanksiyaları altındakı ölkədə 
demək olar ki, benzin tapılmırdı, sərhəddə isə ərzaq, yuyu-
cu toz, corab, uşaq paltarı, tualet kağızı, oyuncaqlarla dolu 
nəhəng  furqonlar    böyük  növbələrdə  dayanmışdılar.  Buna 
görə də boş yolda italyan avtosənayesinin fəxrini görmək – 
qəribə hadisə, mistika və xəyal idi.
Maraq məni didib-parçalayırdı: bu kimdir? Hardandır? 
Necə olub?
- Axı sizdə müharibə, embarqodur?.. – ehtiyatla, Sergey 
Yesenin  şeiri  və  Nikolay  Sliçenkonun  səsi  altında  başla-
dım. Belə avtomobil hardandır – birbaşa soruşmaq istəyir-
dim. Amma həmsöhbətim mənim sözlərimi özünəməxsus 
tərzdə yozdu. Onun gözləri parıldayırdı.
-  Bizi  boğmaq  istəyirlər.  Onlarda  heç  nə  alınmayacaq. 
Onlar pravoslav dünyasını didirlər, parçalayırlar, bomba-
layacaqlar da , - naməlum şəxs inamla təkid edirdi.
- Siz nə danışırsınız! – hündürdən etiraz etdim. – Bizim 
zamənəmizdə heç kəs heç kimi bombalamayacaq. Siz bunu 
necə  təsəvvür  edirsiniz?  Sivilizasiyalı  Avropa  təyyarələr-
dən  Avropa  ölkəsini  bombalayacaq?  Avropa  paytaxtını? 
Deməli, həm də öz mərkəzini?
Bombalayacaqlar,  bombalayacaqlar,  mənim  əzizim,  - 
mənə  “sən”  deyə  müraciət  edən  müsahibim  cavab  verdi. 
– Amma  biz  təslim  olmayacağıq.  NATO-nin  bir AVAKS  –
ını  (pilotsuz  kəşfiyyat  təyyarəsi  –  N.P.)  artıq  vurmuşuq, 
yenə vuracağıq. Əgər Rusiya bizə S-300 satsa, yalnız onda 
bombalamayacaqlar. Amma Yeltsin onlarla əlbirdir. Bizim-
kilər  nahaq  ona  ümid  edirlər.  Sizin  Yeltsin  lazım  gələrsə, 
öz ölkəsini də bombalada bilər. Siz hələ onunla çox acılar 

254
dadacaqsınız. Görərsən.
Biz artıq çatırdıq. Mən çantamdan on dollar çıxartdım. O 
baxdı, ağ dişlərilə güldü.
- Zarafat edirsən? Gəl tanış olaq, mən hələ sənin adının 
nə olduğunu bilmirəm. Mən Draqanam. Gəlin, axşam şam-
da görüşək, danışaq, - Draqan təklif etdi. – Qızını da götür, 
gör nə gözəl və ağıllıdır, dərhal görünür. Mən oğlumu gə-
tirərəm, o da məktəblidir. Qoy bir-birinə həyatları, adətləri 
haqqında  danışsınlar,  maraqlıdır.  Düzdür,  onun  görünü-
şü, - Draqan başını buladı, - başını daz qırxdırıb. Mən ona 
deyirəm: “Səfeh, niyə daz qırxdırmısan? Sənə tez-tez sata-
şacaqlar,  dalaşmalı  olacaqsan”,  o,  isə  cavab  verir:  “Atacan, 
mən cəbhəyə gedəcəyəm, heç nədən qorxmamalıyam”. Hə, 
gəl, bizim həyatımız haqqında öz konfransındakından daha 
çox şey öyrənərsən.
Biz vidalaşdıq.
Bilirdim ki, getməyəcəyəm. O, qəribədir. Həm də ki, ax-
şam yekun şam yeməyi planlaşdırılmışdı. Rumyantsev təcili 
Moskvaya uçmalı idi: Rusiya parlamenti Yeltsinə etimadsız-
lıq  bildirmişdi.  Embarqo  üzündən  Belqrada  təyyarələr  uç-
madığından, onu maşınla Budapeştə kimi aparmalı idilər.
Həmin axşam biz Oleqi yola salanda, heç kəs güman edə 
bilməzdi ki, cəmi bir neçə saatdan, bir neçə gündən sonra, 
o,  artıq  deputat  olmayacaq  və  üstəlik  onu  döyəcəklər  də. 
Moskvada  aeroportdan  birbaşa  mühasirə  edilmiş  Ağ  evə 
yollandığından, elə Belqraddan getdiyi geyimdəcə  yarımac 
saxlayacaqlar. Həmin evdə, Ali Sovetin binasında, demokra-
tik Rusiya paytaxtının mərkəzində tanklar atəş atacaq. Yara 
kimi, qara ləkələr kimi gah bu, gah da digər mərtəbə yanğı-
na bürünəcək.
Bu  mənzərəni  dünyanın  bütün  telekanalları  göstərdilər. 
Mən bütün bunları Belqraddan sonra gəldiyim Afinada gör-
düm. Yunan həmkarım hündürdən qışqıraraq məni ofisdən 
televizor qoyulan holla çağırırdı: “Nina! Nina! Moskva ya-
nır! Ali Sovetin Moskvadakı evi yanır!” Mən əvvəlcə onun 
nə üçün danışır Moskva dediyini anlamadım (“yanır” əvə-
zinə,  “danışır” kimi eşitmişdim). Amma televizora yaxınla-

255
Gözəl müğənni Tamara Qverdtseteli. Təsadüf olub-olmadığını deyə 
bilmərəm, amma biz Abxaziya Gürcüstandan ayrıldıqdan sonra 
ünsiyyəti dayandırdıq

256
şanda, yanan parlament binasını gördüm, Bi-Bi-Sinin xəbər-
lərini eşidəndə, prezidentimiz Yeltsinin hələ bizə sürprizlər 
edəcəyinə dair öncədən xəbər verən bığlı serbin sifəti gözlə-
rimin önünə gəldi.  
Amma hələ buna bir neçə gün qalırdı...
Hələlik isə gələcəkdən xəbərsiz  bizlər coşqun fəaliyyətə 
girişmişdik. Çox sayda güllərlə bəzənmiş “İnterkontinental” 
mehmanxanasında bizim konfransın birinci və əsas forumu 
keçirilirdi.  Hollda  və  xırda  fəvvarələrdə  su  sakitləşdirici 
tərzdə şırıldayır, içində ekzotik bitkilər, qızıl balıqlar, liana-
lar  olan gözəl rezervuarlara yığılırdı. Bir sözlə, qızmar Belq-
radda – əsl vadi. 
Çoxlu  xarici  nümayəndələr  var  idi.  Hər  yanda  ingilis, 
fransız,  italyan,  yunan  dillərində  sözlər  eşidilirdi.  Bütün 
dünyadan  pravoslav  icmaları  öz  nümayəndələrini  foruma 
göndərmişdilər. Onlar arasında serb qadınları təzadlı gözəl-
likləri  ilə  çox  seçilirdilər.    Onların  saçları  adi  qara  deyildi, 
göyümtül qara idi, həm də süni tük kimi parıldayırdı. Qarğa 
qanadına oxşayırdı. Onlar qaraçı qızlarına bənzəyirdilər, yal-
nız rəngbərəng şallar və güllü ətək geyinməmişdilər, qaraçı 
qızlarının  adət  etmədikləri  ofis  kostyumlarında  idilər.  Bir 
cadugər başqasını əvəz edirdi. Onlar nümayəndələri harasa 
aparır,  oturdur,  beyclər  paylayır,  qəhvəyə  və  sərin  içkilərə 
qonaq edirdilər. Məni yanımdakıların katibə-köməkçilər və 
tərcüməçilər deyil, falçılar olması hissi bir saniyə də dinc bu-
raxmırdı. Elə bilirdim ki, onlar indicə kartları çıxararaq, fala 
baxacaq, qonaqlara talelərini əvvəlcədən xəbər verəcəklər. 
Çox sonralar başa düşdüm ki, intuisiyam məni aldatma-
yıb. Sən demə, bir çox serb qadını üçün cadugərlik və magiya 
haqqında  kitablar  az  qala  stolüstü  kitab  imiş.  Onlar  ovsun 
nüsxələri, otların xüsusiyyətlərini, ay təqvimi və qoroskop-
ları  bilir,  fal  kartlarına  isə  sağlamlıq  və  kulinariya  kitabla-
rından  daha  tez-tez  müraciət  edirlər.  Serbiyada  cadugərlik 
– yemək hazırlanması kimi, adi haldır.
Mənim tanışım Karreras, Dominqo, Pavarotti və Xvoros-
tovski  ilə oxumuş məşhur opera müğənnisi bir dəfə mənə 
inanılması  çətin  olan  bir  əhvalat  danışmışdı.  Bir  dəfə  şam 

257
yeməyi  zamanı  onunla  söhbət  edəndə  bildirdim  ki,  ekstra-
senslərə,  qara  magiyaya  və  fala  inanmıram,  qətiyyən  möv-
humatçı deyiləm. 
- Mən də mövhumatçı deyildim, tanrı heç kəsi sınağa çək-
məsin,  həyatımda  bir  hadisə  olmasaydı,  -  Nataliya  dedi.  – 
Sovet  İttifaqından  gedəndə  müxtəlif  ölkələrdə  çıxış  etmək 
üçün dəvətlər almışdım. Amma mənə əsil uğur ərə getdik-
dən sonra gəldi. Ərim yuqoslav idi. Mən Belqrada onun ya-
nına köçdüm. Bir dəfə konsertdən əvvəl çıxışa hazırlaşarkən, 
qapının zəngi çaldı. Qapını açıram – heç kəs yoxdur, yalnız 
yerdə bir zərf var. İçində də kiçik məktub: “Belqraddan rədd 
ol! Mənim Slobodanımdan əl çəkməsən, öləcəksən!” Bu aciz 
qadın təhdidini oxuyub, konsertə getdim. Mən xoşbəxt idim, 
o  vaxt  hər  şeyə  nail  olurdum.  Mən  Milanda  oxumuşdum, 
Münhendə oxumuşdum, Barselona və Londonda mükafatlar 
almışdım. Dünyanın bütün şöhrətli opera teatrlarında məni 
alqışlayırdılar.  Elə  görünürdü  ki,  mühacir  həyatının  uzun 
sınaqlarından və əzablarından sonra tale nəhayət məni mü-
kafatlandırır. Yaxşı əhval-ruhiyyədə işığın sönməsini və ilk 
alqışların  səslənməsini  gözləyirdim.  Qrim  otağından  çıxış-
da mən oxumalı olacağım sevimli “Aida”nın bir neçə notu-
nu  səsləndirmək  istədim.  Və  dəhşət  bədənimi  dondurdu: 
mənim səsim yox idi! O nə itməmiş, nə də yatmamışdı, heç 
“xoruzlamırdım da”, sadəcə səsim yox idi.   Səsim eşidilmir-
di.  Hədəqədən  çıxmış  gözlərlə,  səhnə  rejissorunun  əlindən 
yapışaraq,  ona  fəlakət  baş  verdiyini  anlatmağa  çalışırdım. 
Amma  boğazımdan  xırıltıdan  başqa  heç  nə  çıxmırdı.  Kon-
serti bir neçə dəqiqədən sonra təxirə saldılar, daha bir neçə 
dəqiqədən sonra isə təcili yardım gəldi. Çünki məni əsməcə 
tutmuşdu və sanki yüksək hərarət məni içəridən gəmirirdi. 
Ərimin də özünü çatdırdığı hospitalda məni ən yaxşı Belq-
rad həkimləri müayinə etdilər, konsilium toplandı. MƏNDƏ 
HEÇ NƏ TAPMADILAR... Slobodan təkrar müayinədə israr 
edirdi. Mən özüm də bunu tələb edirdim. Məndən qan gö-
türdülər, kompüterlə, UZİ ilə yoxladılar – hər şey normanı 
göstərirdi. Amma hər halda yüksək hərarətim vardı! Axı bü-
tün teatr gördü ki, necə titrəyirəm, danışa bilmirəm. Amma 

258
cihazlar hər şeyin qaydasında olduğunu göstərirdi. Hər şey 
gecəki kabus kimi görünürdü.
Biz evə qayıtdıq. Səhər naxoşluğumdan əsər-əlamət qal-
mamışdı. Hər şey əvvəlki kimi oldu. Səsim geri qayıtdı, mən 
öz  tamaşaçılarıma  –  “Aida”  operasını  təqdim  etməli  idim. 
Mən  Verdini  sevirdim.  “Aida”  isə  ən  sevdiyim  rollardan 
biri idi. Növbəti konsert günündə, ərim işə getdikdən sonra 
zəng çalındı və dəyişdirilmiş qadın səsi dedi: “Sən hələ bu-
radasan rus əxlaqsızı? Ölümdən qorxmursan? Sənə az oldu? 
Mənim  Slobodanımdan  əl  çək!  Belqraddan  rədd  ol!”  Mən 
başa  düşdüm  ki,  qadın  səsi  tanınmasın  deyə,  ağzını  bərni 
ilə  tutub,  amma  mənim  üçün  səs  sanki  cəhənnəmdən  gə-
lirdi.  Mənim  yenidən  bir  neçə  dəqiqədə  hərarətim  qalxdı. 
Mən Slobodanı çağırdım, onunla birgə mənim serb rəfiqəm 
Zorka da gəldi. Konsert yenidən təxirə salındı, mən isterika 
içində çırpınırdım. Slobodan hansısa xidmətlərə zəng edir, 
zəngin haradan olduğunu aydınlaşdırmağa çalışırdı, Zorka 
isə ancaq soruşurdu: “Sən təcili mənimlə gedə bilərsən? Biz 
səni xilas edərik!”
Mən mənzildə qala, Slobodana baxa bilmirdim. Mən Zor-
kanın maşınına mindim və biz Novi Sad şəhərinə getdik. 
Yolda  əsirdim  və  mənə  elə  gəlirdi  ki,  məhz  orada  ölə-
cəyəm. Novi Sadın girişində biz kiçik xüsusi evlərin arasın-
da  dolaşdıq  və  əyri  hasarın  yanında  dayandıq.  Doqqazın 
cırıltısına qapıda orta yaşlı, qara saçlı serb qadın göründü. 
O,  bizi  içəri  dəvət  etdi.  Qaranlıq  otaqda  mənim  üzərimdə 
hansısa manipulyasiyaları etdi, nəsə pıçıldadı. Od yandırdı, 
başıma içində soyuq su olan qab qoyulmuşdu və oraya qay-
nar mum tökürdü. Suda qəribə fiqurlar yaranırdı, o, uzun 
müddət  onlara  baxdıqdan  sonra,  nəhəyət  Zorkaya  müra-
ciətlə  dedi:  “Mən  burada  kömək  edə  bilmərəm.  Sənin  rus 
rəfiqəni ölümə məhkum ediblər. Bu lənəti ancaq onu edən 
götürə bilər”.
Gecədən keçmiş biz mənim əvvəllər sevdiyim Ağ şəhərə 
qayıtdıq.  Hiss  edirdim  ki,  bu  şəhərə  məhəbbətim  sürətlə 
azalır. Öz ərimin gözlərinə necə baxacağımı bilmirdim. Zor-
ka ona hər şeyi danışdı. 

259
Sergey Lavrovla. Bir ali məktəbin iki məzunu

260
“Mən onu taparam. Mən hamını taparam. Sən oxuyacaq-
san. Sənə heç nə olmayacaq. Mən hər şeyi edərəm”, - qaran-
lıqda ərim and içirdi. Mənim artıq özüm üçün qərar verdi-
yim kimi, keçmiş ərim.
Tezliklə Nataliya Rusiyaya qayıtdı. Onun bir sıra konsert-
ləri oldu, o cümlədən də Böyük Teatrın səhnəsində. 1990-cı 
il mövsümünü açarkən Dmitri Xvorostovski və Yevgeni Ko-
lobovla birgə konserti “Aida”nın “Qələbə ilə qayıdın” ariyası 
ilə başladı. Moskva publikası istedadlı müğənninin qayıdışı-
nı coşqunluqla salamlayırdı. 
Bir neçə il sonra o, Moskvada bankirə ərə getdi. Səhnədən 
demək  olar  ki,  aralandı  –  get-gedə  daha  çox  müəllimliklə 
məşğul olmağa başladı. Amma serb torpağında keçirdiyi mis-
tik sarsıntılar xatirindən silinmirdi ki, silinmirdi. 
O, bu əhvalatı mənə danışanda tüklərim ürpəşirdi, sanki 
mən özüm onunla birgə Novi Sada getmişəm və  qarğa qana-
dına oxşayan saçında bir dənə də ağ tük olmayan orta yaşlı 
qadının dəhşətli hökmünü özüm eşitmişəm. 
Biz tez-tez görüşmürdük, amma hər dəfə onu gülən, həyat 
ehtiraslı görəndə, düşünürdüm ki, nahaq həmin cadugərlərə 
inanıb. Bu cür dəhşəti özünə yaxın buraxmamalısan, öz alə-
mini belə müdaxilələrə bağlamalısan ki, heç nə olmasın. 
İki  il  sonra,  Rəssamlıq  Akademiyasına,  Zurab 
Konstantinoviç Seretelinin yanına gedəndə, mənə doğru gələn 
dərddən  qəddi  bükülmüş  adamla  rastlaşdım.  Bu  adamın 
Nataliyanın əri olduğunu anlayanda dəhşət məni bürüdü. 
- Budur, gəlmişəm Zurab Konstantinoviçdən Nataşa üçün 
qəbirüstü abidə düzəltməsini xahiş etməyə. 
- O məgər ölüb? – mən pıçıldadım.
-  Hə.  Bəs  sən  bilmirdin?  Qəzetlərdə  yazmışdılar,  televi-
ziyada göstərdilər, nekroloqlar, çiçəklər ... – o artıq göz yaşı 
içində davam etdi.
“Aman tanrım, düşündüm – Aman tanrım... Doğrudanmı 
həmin serb lənəti üstündən neçə il keçdikdən sonra onu hətta 
Moskvada yaxalaya bilib?” O vaxt keçmiş əri ona demişdi ki, 
hədə-qorxu zəngi edən həmin qadını tapa bilməyib. Amma 
Nataliyanın öz ehtimalları var idi. Slobodan yaraşıqlı, zəngin 

261
kişi idi. Qadınlar onun uğrunda mübarizə aparırdılar. Görü-
nür, onlardan biri hesab edib ki, o, gəlmə rus müğənnisinə 
deyil, ona məxsus olmalıdır. Qalanları isə artıq sadəcə tex-
nikadır: bədrlənmiş ay, gecə, bir neçə yanan şam, əsən qara 
saçlar, anlaşılmaz ovsun və teatr afişasındakı fotoya sancıl-
mış qaynar iynələr. Və bütün bunlar çox güman ki, Sloboda-
nın sevimli çorbasının bişirilmə qaydasını ətraflı təsvir edən 
kulinariya kitablarının yanındakı mətbəxdə baş vermişdi...
Amma bu hadisələrdən çox əvvəl, Belqradda bu əhvalat 
mənə  serblərin  sevimli  şəhərlərinin  gələcək  bombalanması 
qədər uzaq idi. 
O vaxt 1993-cü ildə serblər qalib gəlirdilər və “Böyük Ser-
biya”  naminə  tostlar  hər  bir  restoranda  səslənirdi.  Dunay 
körpüləri hələ NATO aviasiyası tərəfindən bombalanmamış-
dı. Miloşeviç ölkəni inamla idarə edirdi. Heç kəs güman edə 
bilməzdi ki, bu şəxs 10 il sonra qürbətdə, həbsxanada öləcək, 
Karaciç isə Haaqa tribunalı qarşısında durmalı olacaq. 
Embarqo da restoran həyatını dondura bilməmişdi. Resto-
ranlar şəhərdə də çoxdu, sahilə yan almış çoxsaylı gəmilərdə 
də. Bütün bu üzən restoranlar tipik Balkan üslubunda işlən-
mişdi. Məlum deyil, Avropa üslubu, yoxsa şərq koloriti çox 
idi. Hər birində dörd-beş musiqiçidən ibarət orkestr var idi, 
onlar serb xalq mahnılarını ifa edirdilər. Serb melodiyaların-
da bir qayda olaraq, güclü türk motivləri var. Mahnıların sü-
jetləri isə bəsitdir: kişilər müharibəyə gedirlər, ölüm, həyat 
yoldaşının sədaqəti, döyüş meydanlarındakı qəhrəmanlıq. 
Məsələn, Monteneqroda kişinin evdə, öz yatağında qoca-
lıqdan ölməsi ayıb hesab olunurdu. O hökmən döyüşçü kimi 
ölməli idi. 
“Bütün bunların ancaq mahnılarda, əfsanələrdə və əsatir-
lərdə olması yaxşıdır, - mən düşünürdüm. – Amma bunlara 
gündəlik həyatda rast gəlmək çox dəhşətlidir!”
Mən cəbhə xəttinə səfərimizi və terrasda oturaraq əli ilə 
təpələrin  arxasındakı  döyüş  yerlərini  göstərən  nümayəndə 
heyətimizin üzvlərindən biri ilə söhbəti xatırlayırdım. 
- O iki qəbirstanlığa bax, - o deyirdi. – Biri – dağın başın-
dakı, sahibsiz, bosniyalılarındır. O birisi – dağın ətəyindəki, 

262
təzə salınmış serb qəbristanlığıdır. Bax: bizdə şəhərcik ovu-
cun içindəki kimidir, bir tərəfdə hər şey bombaların düşmə-
sindən yanıb, digər tərəfdə - uşaqlar velosiped sürür, ipdən 
yelləncək asırlar...
* * *
P.S. Artıq 12 ildir, Serbiya və serblər döyüşmürlər. Elə gö-
rünür ki, yaxşıdır! Amma bu illər ərzində onları prezidentlə-
rini xarici məhkəməyə verməyə məcbur etdilər, elə orada da 
öldü. Serbləri onlar üçün müqəddəs torpaq olan Kosovanın 
itkisi  ilə  barışmağa  vadar  etdilər.  Qədim  mədəniyyət  əvə-
zinə onlara koka-kola və hamburgerlər sırıdılar, xəyallarının 
üfüqlərini isə göz önündəcə dağılan Avropa Birliyinə daxil 
olmaq  haqqında  zəhlətökən  ideya  ilə  məhdudlaşdırdılar... 
Öz döyüşçüləri və tarixləri ilə iftixar etmələri serbləri həmişə 
fərqləndirirdi.  Bəs  bu  gün,  devrilmiş  və  zorlanmış  ölkədə 
onlar nə ilə fəxr etsinlər? 

263
Qəddafi Tripolidə. Əzablı ölümdən bir il əvvəl. Əli buz kimi 
soyuq idi, sifəti isə ölüm maskasını xatırladırdı. Qəddafi öz 
sonunu hiss edirdimi?

264
GEYŞA NEÇƏYƏDİR?
BƏS KİMONO?
Səhər saat 4.30 idi. “Nyu-Otani” mehmanxanasının on bi-
rinci mərtəsindəki otağımda yatağı kiminsə möhkəm tərpət-
diyini  hiss  edib  oyandım.  Gözlərimi  açanda  yaxınlıqda  heç 
kəsin  olmadığını,  amma  təkcə  yatağın  yox,  bütün  otağın 
silkələndiyini  gördüm.  “Alyoşa!”  –  hündürdən  ərimi  çağır-
dım. “Nina! – o, vanna otağından qışqırdı. – Bu, zəlzələdir! 
Tez ol!!”
Qorxmuş  halda,  yataq  ağına  bürünərək  Alekseyin  ardın-
ca  mehmanxananın  dəhlizinə  yüyürdüm.  Döşəmə  tərpənir, 
divarlar  silkələnirdi.  Qonşu  nömrədən  pijama  tumanında 
və  Mikki  Mauslu  maykada  vəhşicəsinə  “What’s  the  hell?!”, 
“What’s the fuck?!” deyə bağıraraq, dünən barda tanış oldu-
ğumuz, nəhəng, həyəcandan, ya da qan təzyiqindən qızarmış 
amerikalı bizə tərəf qaçırdı. 
Yeri gəlmişkən, qaçmağa yer yox idi: zəlzələ vaxtı liftə min-
mək olmaz, pilləkənlə də qaçmaq mümkün deyil. 
Bu anda başında mehmanxana papağı və xrizantema rən-
gində uniforma geyinmiş yapon qızı göründü:
-  Everyrhing’s  all  right?  Everything’s  all  right,  -  melodik 
səsli qız bizə tərəf gəldi. 
- Hara qaçaq? Necə yəni ol rayt? Bu ki, zəlzələdir!!! – Biz 
çaşqın halda və dəhşətlə ona baxırdıq.
Ürəyimiz  şiddətlə  döyünürdü,  qapılar  şaqqıldayır,  yuxu-
lu,  qorxmuş  adamlar  dəhlizə  çıxırdılar.  İndi  artıq  iki  gənc 
yapon  qız  –  mehmanxananın  əməkdaşları  –  hamımızı  sakit-
ləşdirməyə çalışır, yorulmadan təkrar edirdilər: “Hər şey qay-
dasındadır. Bu normaldır. Güclü deyildi. Heç nə olmayacaq. 
Qorxmayın. İndi hər şey sakitləşəcək”. Və onlar bütün bunları 
psixoterapevtlərin seans vaxtında danışdığı kimi, sakit səslə 
deyirdilər. Əlbəttə, cani-dildən gülümsəmək şərtilə. Əgər tə-

265
kanlar qəfildən kəsilməsəydi, bu adamlar nə edəcəkdilər? 
Sakitləşmiş insanlar mənasız, əsəbi hərəkətlərinə ara ver-
dilər, ətrafda baş verənlərə qulaq asdılar, boylandılar. Bir neçə 
saniyə də sakit yapon-ingilis dilində eşidildi: “Hər şey qayda-
sındadır. Hər şey arxada qaldı. Hər şey qaydasındadır...”
Daha bir neçə andan sonra isə ətrafdakıların hamısı danış-
mağa başladı. İnsanlar həyəcanlarını, təəssüratlarını bölüşür-
dülər,  hərdən  bir-birinin  gülməli  görkəmlərinə    baxanların 
ümumi  qəhqəhəsi  səslənirdi.  Həppi-end  hiss  olunurdu.  Hər 
şeyin başa çatdığına və təkrar olunmayacağına sonadək inan-
masalar da, insanlar özlərini qaydaya salmaq üçün otaqlarına 
dağılışdılar. 
Nəm saçlı, dəsmala bürünmüş Aleksey vaxt fərqi üzündən 
yata  bilmədiyini  həyəcanla  mənə  danışırdı.  Bürkü  olduğun-
dan və artıq hava işıqlanmağa başladığından, o, duş qəbul et-
mək qərarına gəlib.
- Təsəvvür edirsən, mən yuxarı bərkidilmiş duşun düz al-
tında  dayanmışam,  su  isə  birdən  əyilərək  mənim  yanımdan 
yerə tökülməyə başladı. Nə baş verdiyini dərk etməyə başla-
yırdım ki, sən qışqırdın. İndi onların dolabçalarının üstündəki 
lampaların vintlə bərkidilməsinin səbəbini anladım. Mən gecə 
lampanı özümə yaxın çəkmək istəyirdim ki, bir az oxuyum, 
görürəm, bərkidilib, - o, izah edirdi. – Nə o yana, nə bu yana. 
Ona görə belə ediblər ki, zəlzələ vaxtı kiminsə başına düşmə-
sin.
- İlahi, necə qorxuludur! Doğrudanmı, bu, bir dəqiqədən az 
çəkdi? – mən heyrətləndim.
- Hə, onlar deyirlər ki, bu qısa təkan idi, 55 saniyəlik, - ərim 
mənə cavab verdi.
- Gedək aşağı – öyrənərik.
Biz geyinib, holla düşdük. Saatın erkən olmasına rəğmən, 
orada xeyli adam var idi. Çay, gül və daha nəyinsə çox zərif və 
təmiz ətri gəlirdi. Ofisiantlar cəldliklə masalara səhər yemə-
yi düzürdülər. Belə erkən və bu qədər sayda onlar haradan 
peyda olmuşdular? Biz yemək istəmirdik və mehmanxananın 
yanındakı bağa çıxdıq.
Sübh  günəşində  hər  şey  ecazkar  görünürdü.  Ortasında 

266
qırmızı körpü olan göl. Artıq açılmış ağ suzanbağı. Lotoslar. 
Çiçəklər.  Gölə  tökülən  bulaqların  şırıltısı.  Ağac  parçın  yek-
nəsək  səsi:  su  onun  ağzına  kimi  dolanda,  çevrilir,  bütün  su 
tökülür və yenidən metronom kimi – tıp – tıp – şırr.
Bu müalicəvi gözəllik içərisində inanmaq çətin idi ki, hələ 
bir saat bundan əvvəl bütün bunlar əbədi olaraq yox ola bilər-
dilər. Bizim ilk dəfə yaşadığımız zəlzələ bütün günün möv-
zusu oldu. Buna görə də səhər yeməyindən sonra arxamızca 
gələn  müşayiətçimiz,  rus  dilində  maraqlı  yapon  ləhcəsi  ilə 
danışan  Eriko-sana  ilk  sualımız  əlbəttə  ki,  belə  oldu:  “Əgər  
yenidən zəlzələ baş versə, hara qaçmaq lazımdır?” 
-  Yaponlar  zəlzələ  zamanı  heç  vaxt  qaçmırlar,  -  yüngülcə 
gülümsəyərək, Eriko-san cavab verdi. – Onlar olduğu yerdəcə 
yerə oturur və hər şeyin başa çatmasını gözləyirlər. Ən yaxşısı 
masanın altında gizlənməkdir, - mənim gözlərimdəki şübhəni 
görüb, Eriko əlavə etdi. – Düşən əşyaların xətər yetirməməsi 
üçün. 
- Sizdə tez-tez belə hallar baş verir? – Alyoşa soruşdu.
-  Bəli,  tez-tez.  Bəlkə  bu  gün  yenə  olacaq. Amma  o  qədər 
güclüsü gözlənilmir. Səhərki kimi. Demək olar ki, bütün Toki-
onu dağıdan ən güclü zəlzələ 1923-cü ildə baş verib. Növbəti 
belə güclü zəlzələ 100 il sonra olmalıdır. Amma hələ olmayıb. 
Gözləyirik. 
- Bəs növbəti zəlzələnin baş verəcəyi ilə bağlı sizə xəbərdar-
lıq edilmir?  -biz sakitləşmirdik.
- Bəs necə, xəbərdarlıq ediblər. Yüz il sonra başqası, sunami 
ilə olacaq. 
- Amma o hələ olmayıb? Elədir?
- Elədir, elədir, - Erika sakitcə cavab verdi. – Olacaq. – Onun 
səsində məni qorxudan əminlik var idi.
- Bəs nə vaxt olacaq? Bəlkə bu gün, yaxud sabah? Bəlkə elə 
biz burda olanda?
- Bəli, ola bilər. 
-  Onlar  heç  olmasa  insanları  xəbərdar  edirlər?  Hər  halda 
sunamidir...
- Onlar artıq xəbərdarlıq ediblər – yüz ildən bir... – Erika 
yenidən mənə izah etdi.

267
Kiotoda, İkenobo İnstitutunun tələbəsi kimi məni mərasimlə 
qarşıladılar. Orada təhsil kursu 10 illikdir
Mənim institutda müəllimim (sensey) çiçək kompozisiyamı
qəbul etdi

268
-  Nə  etmək  lazımdır,  Eriko-san?  –  düz  gözlərinin  içinə 
baxaraq, ondan hansısa məsləhət almaqa, ya da ki ümumiy-
yətlə, nəsə sakitləşdirici bir söz eşitmək istəyirdim.
- Nina-san, heç nə etmək lazım deyil, - Eriko mənə cavab 
verdi. – Bütün bunlar tez baş verir. Heç yerə qaçmaq lazım 
deyil. Daha pis ola bilər. Yaponiyalı oturub, taleyini gözləyir 
və dua edir. 
Mən  özümü  aldadılmış  kimi  hiss  etdim.  Necə  ola  bilər? 
Axı hər şey necə də yaxşı başlamışdı...
Biz Tokioya Yaponiya hökumətinin dəvətilə iyulda gəlmiş-
dik. Aeroportda bizi qara, uzun “Toyota-Sençuri” gözləyirdi. 
Onun güzgü kimi parlaq, qara laklı səthinə bizim, baqajımı-
zın, əşyalarımızı maşına yükləməkdə yardım edən ciddi qara 
qalstuklu sürücünün, qara papaqlı incə Erikanın əksi düşür-
dü.
- Bu nə maşındır belə? – mənim hər şey xoşuma gəlirdi!
-  Bu,  hökumət  “Toyota”sıdır.  Baş  nazir  Koedzuminin  də 
eynilə belə maşını var. Bu yapon maşını “Çençuri”dir,  - bizi 
qarşılayan  müşayiətçi  gülməli  tərzdə  ifadə  etdi.  Biz  yapon 
milli qüruru olan maşının sərinliyinə daldıq. 
Salonda bizi sərinləşdirici içkilər, zərif çaydan, üsgüyə ox-
şayan  balaca  fincanlar,  içində  qaynar  su  olan  termos  gözlə-
yirdi.  Sakit, həzin musiqi səslənirdi və adamı dərhal başqa 
dünyaya aparırdı. 
Eriko-san qabaq oturacaqdan “buyurun”, deyərək, qapa-
ğının altından par çıxan kiçik səbəti bizə uzatdı. Mən elə bil-
dim ki, orada hansısa yemək var və qonaqpərvərlik qaydala-
rına görə, onu dərhal yeməlisən. 
Amma Alyoşa hörmə qapağı qaldıranda yüngül parfümer 
ətrindən aydın oldu ki, bunlar əl-üz silmək üçün qar kimi ağ 
nəm  salfetlərdir.  Onlar  ağ  əməköməci  kimi  qoyulmuşdular 
və  lotosun  ağ-çəhrayı  qönçəsi  ətrafında  yerləşdirilmişdilər. 
Biz  dərhal  xoş  rayihə  saçan  salfetləri  öz  sifətimizin  üstünə 
qoyduq,  oturacağın  arxasına  söykənərək,  yumulu  gözlərlə 
bir-birimizin əlini sıxdıq. “Bu ki, cənnətdir!” – bu əlsıxmanın 
yeganə mənası bu idi.
Nəzakətlə pauza verərək, Eriko-san çay dəmləməyi təklif 

269
etdi. “Biz bu üsküklərdən qaynar çayı necə içəcəyik – bəs tö-
külməyəcək?”  –  fikirləşdim.  Elə  bu  anda  bizim  mindiyimiz 
nəqliyyat möcüzəsi yerindən tərpəndi.
- O gəmi kimi üzür, ancaq ləngər vurmurdu. Mən burda 
yaşamaq istəyirəm, - ağzımdan çıxdı.
Alyoşa və Erika gülüşdülər. O, mənim sözlərimi sürücüyə 
tərcümə etdi. Sürücü qürurla cavab verdi:
-  Cəmi  min  belə  maşın  var.  Yaponiyada  onları  heç  kimə 
satmırlar.
Çay suda dəmlənmiş  samanla yoncaya oxşayırdı, marme-
lad şirin deyildi, görünür, bitki tərkibli idi. Maşın çalxalan-
madan gedirdi – hər şey bayram və gözəgörünməz möcüzə 
vəd edirdi. 
- Aleksey-san,  -  Erika  yenidən  çağırdı,  -  zəhmət  olmasa, 
proqramı  götürün.  Əvvəlcə  sizin  çıxışınızdır.  Bir  saat  çəkə-
cək. Daha yarım saat suallar və cavablar olacaq. Sonra sizin 
XİN-də görüşünüz olacaq, görüşdən sonra yapon televiziyası 
sizdən müsahibə götürəcək. 20.15-də isə sizin bizim XİN-in 
rus şöbəsinin rəhbərliyi ilə görüşünüz olacaq. Nina-sanı mən 
şam  yeməyinə  gətirəcəyəm.  İndi  sizin  istirahət  üçün  iyirmi 
beş dəqiqəniz var. Mən aşağıda, hollda gözləyəcəm. 
Biz “Nyu-Otani” mehmanxanasına yaxınlaşdıq. Nə vaxtsa, 
on  beş  il  öncə  Yeltsin  Yaponiyaya  ilk  səfəri  zamanı  burada 
qalmışdı. 
- Bu, çox yaxşıdır, köhnə Tokio, Akasuka rayonu yaxınlıq-
dadır, - Eriko-san izah etdi. – Və zəlzələyə davamlıdır.
Pəncərənin  o  biri  üzündə  mənzərələr  tez-tez  dəyişirdi: 
sürətli  şosseni  yaşıl  təpələr,  qarmaqşəkilli,  əyri-üyrü  şam-
lar, qırmızı-sarı-yaşıl, sanki qəsdən doğranmış ağcaqayınlar, 
çiçəkli çəmənliklər, bunların ardınca isə sırsıra kimi parılda-
yan  göydələnlər  əvəzləyirdi.  Bunlar  adamın  nəzərlərini  çə-
kir, pəncərədən ayrılmağa qoymurdu. Kino. Yaponiya. Tokio. 
Amma  görünür,  bu  gözəllikdən  ancaq  mən  həzz  alacağam. 
Mənim  yazıq  ərim  isə  həmişəki  kimi,  işləyəcək,  işləyəcək, 
yalnız  fasilələrdə  çay  mərasimləri  (urasanke),  Kabuki  teatrı 
və yapon mətbəxilə tanış olacaq. Yeri gəlmişkən, ərim yapon 
mətbəxini çox sevirdi. 

270
İndi yalnız allergiyası olanlar yapon mətbəxini dadmayıb-
lar. Bu gün artıq çoxları syabu-syabunu saşimidən, rollanı isə 
suşidən ayıra bilir. Ömründə heç olmasa bir dəfə Yaponiya-
da olan adam hətta restorana da deyil, orada hər küncdə olan 
adi suşi-bara giribsə, dərhal başa düşər ki, Moskvadakı “ya-
pon mətbəxi” sadəcə olaraq “ikinci təzəlikli nərə balığıdır”. 
Üzəri  ilə  yapon  balıq  fantaziyası  üzən  fırlanan  konve-
yer  lentinin  yanında  oturan  rus  adamının  başı  konveyerin 
hərəkət sürəti ilə dönəcək. Yaşıl bükülülər, bizdə Rusiyada-
kından fərqli rəngdə olan qızılbalıq, başqa düyü... 
Tokioda,  yaxud  Kiotoda  qısa  müddətdə  qurmana  çevri-
lirsən.  Əsil  musiqi  sərrafları  hərdən  konservatoriyaya  ta-
nış əsərə başqa orkestrin ifasında qulaq asmağa gələn (sən 
demə, bu orkestrdə valtornalar daha ucadan səslənir) kimi, 
Tokioda da yapon mətbəxinin əsil biliciləri göz önündə olan 
restoranlara deyil, darvaza, pilləkan altında, bağçanın o biri 
tərəfində və çiçək açmış xrizantemanın yanından gizli cığır-
la sola gedirlər... məhz orada əsil “syabu-syabu”nun dadına 
baxmaq olar. 
Bizim Yaponiyadakı o vaxtkı səfirimiz xidməti işlə əlaqə-
dar  olaraq  Kyüsü  adasına  getdiyindən,  bizə  məhz  belə  bir 
gizli yerin ünvanını qoymuşdu. Biz Akasakinin yarısını baş-
dan-ayağa  gəzdik,  amma  oranı  tapa  bilmədik.  Lazım  olan 
iki saylı evi gördük, ikinci mərtəbəyə qalxdıq və bələdçi ka-
ğızında göstərilən restoranı tapa bilməyərək, yenidən aşağı 
endik. 
Bu  vəziyyətdən  karıxdığımızdan,  ərim  maykanın  üstün-
dən tünd rəngli pencək geyinmiş qaradərili hündürboy oğ-
lana ingilis dilində müraciət etdi.
Mən bu anda rayonun xəritəsinə baxmaq üçün dayandı-
ğımdan,  Alekseyin  həmsöhbətinin  restoranın  adına  əzabla 
baxaraq, ingilis dilində nəsə deməyə çalışdığını eşitdim. Bir-
dən ərimin ağlına gəldi: 
- Bəlkə siz fransız dilində danışırsınız? – o, soruşdu.
Qaradərili sevincək dil boğaza qoymadı:
-  Əlbəttə,  əgər  Seneqaldanamsa,  fransız  dilində  danışı-
ram. Bəs sən hardansan?

271
Həyatımdakı ən böyük saşimi: professor Şikeqi Xakamadanın, 
İrina Xakamadanın doğma qardaşının qonağı olarkən. 
Yokoqama

272
- Mən Rusiyadanam.
- Qulaq as, - dərhal restoranı unudaraq, sən demə, ara-
düzəldən  olan  seneqallı  birbaşa  işə  keçdi.  –  Mən  səni  elə 
qızlarla tanış edərəm ki, gözlərini çəkə bilməzsən, həyatın 
boyu xatırlayarsan. Gedək, burda, yaxınlıqdadır. 
O, şarnir üstündəki kimi, getmək üçün geri çevrildi.
- Geyşalar? - ərim gülümsəyərək, soruşdu.
-  Yox,  geyşalar  deyil.  Daha  yaxşı  və  ucuzdur.  Geyşa, 
bilirsən  nə  qədər  istəyəcək?  O,  hər  şeyi  hesablayacaq:  ki-
mono  üçün  nə  qədər  ödəyib,  krem  və  saç  düzümünə  nə 
qədər verib, elektrik xərcini və daha nələri. Öz aramızdır, 
elə kimono var ki, qiyməti on min dollardır. Qısası, geyşa 
bahadır! Məndə isə normal qiymətə, normal qızlardır. Tez 
gedək!
- Sağ ol, dost, amma mən restoran axtarıram. Həyat yol-
daşım da buradadır.  Restoran hardadır, bilirsən?
Seneqallı bizi müşayiət etməyi öhdəsinə götürdü, onlara 
yaxınlaşanda, söhbətlərinin sonunu eşitdim.
-  Əlbəttə,  sən  nahaq  arvadınla  gəlmisən.  Burda  əladır. 
Restoran isə budur. Siz yanında dayanmısınız. Sadəcə ola-
raq sizə bir mərtəbə yuxarı yox, bir mərtəbə aşağı lazımdır. 
Amma sən söz verirsənmi, növbəti dəfə tək gələcəksən? – 
o, müəmmalı tərzdə başını yellədi.
Onlar gülüşüb  vidalaşdılar. Biz yapon mətbəxinin mə-
bədinə  endik.  Orada  dadına  baxdığımız  “syabu-syabu” 
yalnız Yaponiyanın qədim paytaxtı Kiotoda xırdaca resto-
randa bizi qonaq etdikləri “syabu-syabu”dan geri qalır. 
Biz  Tokioda  olanda  baş  verən  zəlzələ  isə  doğrudan  da 
kiçik güclü imiş. Təxminən 4,5 ballıq. Əlbəttə, reklam löv-
hələri aşmış, otuzadək insan yaralanmışdı. Küçələrdə sax-
lanmış maşınlar yerlərindən tərpəndiklərindən yüngülvari 
əzilmiş, siqnalizasiyaları işə düşmüşdü. Hardasa vitrinlər 
qırılmış,  universamda  piştaxta  kiminsə  üstünə  aşmışdı. 
Növbəti  axşam  birgə  şam  yeməyi  yediyimiz  zaman  səfi-
rimiz  Aleksandr  Losyukov  danışırdı  ki,  onun  villasında 
səfərdən qayıtdıqdan sonra şəkillərin əyildiyini, qapıların 
açıldığını  görüb.  Orada  qaldığımız  on  gün  ərzində  ərim-

273
lə mən bir neçə dəfə eyni yuxunu görmüşdük: yuxarıdan 
düşən  daşlardan  qurtulmaq  üçün  necə  qaçırıq,  bina  necə 
dağılır, aşağıda isə yer silkələnir və çatlayır... Amma bizim 
üçün bu, yalnız yuxu idi, qorxulu yuxu.
Erika-sanın  haqqında  danışdığı,  yüz  ildən  bir  olan  – 
səkkiz  bal  gücündə  sunami  və  zəlzələ  ilə  əsil  dəhşət  isə 
Yaponiyaya beş il sonra, 10 yanvar 2011-ci ildə gəldi.
Nəhəng dalğalar öz yolunda evləri və maşınları, qırmızı 
körpülü süni gölləri, zavodları, ibadət və meditasiya yerlə-
rini, məktəbləri və xəstəxanaları yuyub apardı. Fukusima 
da onda partladı.
Bu fəlakəti yaşamayan xoşbəxt insanlarsa televiziya ek-
ranlarında faciənin, radiasiyanın qurbanlarının yaşadıqları 
dəhşətlərə baxırdılar. 

274
AH, QƏRİBƏ YENİ DÜNYA!
- Siz bu qrupa necə qulaq asırsınız? O çoxdan köhnəlib. Mən ona üç 
yaşım olanda qulaq asırdım.
- Bəs indi neçə yaşın var?
- Artıq altı yaşım var.
- İndi nəyə qulaq asırsan?
- Ən dəbdə olana - ... 
Bərbərxanada altı yaşlı müştəri ilə söhbətdən
Hər nəslin öz musiqisi, kitabları, kumirləri, qəhrəman-
ları və anti-qəhrəmanları var.
Təxminən yüz il əvvəl, 1932-ci ildə ingilis Oldos Xaksli 
“Çox gözəl yeni dünya” (“Brave New World”) adlı roman 
yazmışdı. Romanın adının tərcüməsi başqa variantda belə 
səslənir  –  “Qəribə  yeni  dünya”.  Müəllif  qəhrəmanlarını 
ailənin, valideyn ocağının, insan həyəcanlarının, şəxsi hə-
yatın, ölkə tarixinin artıq yük kimi “util”ə verildiyi uydu-
rulmuş dünyada yerləşdirir. Bu romanı antiutopiya adlan-
dırdılar. 
Budur, səksən il keçdi. Və həmin qəribə yeni həyat baş-
ladı!  Rusiyada  iyirmi  iki  il  öncə  həmin  dünya  Yeltsin  və 
islahatçılar  tərəfindən  vəd  edilirdi.  Onlar  əvvəlki  dövləti 
ləğv  edərək,  gözəl,  sərbəst  həyat  haqqında  boş  vədlərlə 
insanları iki şəhərə: Moskva və Leninqrada cəlb edirdilər. 
Onların ardınca meydanlara çıxan, azadlıq və demokratiya 
təşnəsi olan insanlar nəhəng ölkənin taleyini həll etdilər. 
İndi artıq iyirmi ildir biz bu gözəl yeni həyatda yaşayı-
rıq. Onu necə xarakterizə etmək olar?
İstənilən insanın bu suala öz cavabı var. Kiminsə xəyal-
ları gerçəkləşib, kiminsə ümidləri puça çıxıb, kimsə əslində 
heç nəyin dəyişmədiyini bildirir.
Mən  ancaq  özüm  haqqında  danışa  bilərəm.  Mənim 

275
Viktor Suxorukov Mossovet adına teatrda ən mürəkkəb rolları 
incəliklə oynayır: həm çar Fyodor İoannoviçi, həm də 
Porfiri Petroviçi

276
üçün, dostlarım və tanışlarım üçün hazırki həyatda dəyər-
lərin saxtalaşdırılması çox hiss olunur. Həm də bu hər yerdə 
duyulur. Həyatın əvvəllər daha yaxşı, necə deyərlər qəndin 
nə vaxtsa daha şirin olduğunu iddia edən insanlara oxşamaq 
istəmirəm. İngilislər bu təzahürü “substitute” adlandırırlar. 
Məhəbbət əvəzinə sənə “substitute for love” (məşhur müğən-
ni Madonnanın populyar mahnısının adı), ailə əvəzinə - part-
nyorluq, sevimli iş əvəzinə - pul qazanmağı təklif edirlər. 
Axı müasir rus dilində “guya ki” parazit - sözü təsadüfən 
yaranmayıb:  guya  ki,  məhəbbət,  guya  ki,  ailə,  guya  ki,  iş, 
guya ki, evli, guya ki, ərdə. Söhbətin nədən getdiyi isə hamı-
ya aydındır.
İndi insanların idealları itib, demək də düz  olmazdı. Amma 
insanların  əksəriyyəti  üçün  ideallar  istehlakla  məhdudlaşır. 
Belə çıxır ki, bir ideallar sisteminin və dəyərlər meyarının iti-
rilməsi digərinin əldə edilməsinə gətirib çıxarmayıb. 
Ətrafımızdakı dünya doğrudan da dəyişdi. Səkidə uzan-
mış  adama çox güman ki, zəif bir qarı köməyini təklif edəcək, 
ətrafda harasa tələsən insanlar yox. Küçədə uzanmış adamı 
sadəcə olaraq sərxoş kimi qəbul etmək hamı üçün daha asan-
dır,  nəinki  onun  əhvalını  bilmək.  Əgər  həmin  adam  maşın 
yolunda uzanıbsa, yüz faizlik inamla söyləmək olar ki, yüz 
maşından doxsan doqquzu yanından ötüb keçəcək! Həm yol-
da maşını əyləmək təhlükəlidir, həm də oturacağın çirklənmə 
ehtimalı var. Üstəlik, maşında yer olmaya bilər. Xariclə bizi 
ayıran “dəmir pərdə” artıq yoxdur, amma o ölkə daxilində, 
insanlar arasında, qəlblərdə qurulub.
Təsadüfi deyil ki, “tusovka” kimi anlayış meydana çıxıb. 
“Tusovka”dakı  insanları  nəzərdən  keçirəndə  bu  insanları 
pulun tükənməsi və “tusovka”dan çıxarılmaq qorxusundan 
başqa  nəyinsə  narahat  edə  biləcəyinə  inanmaq  olmur.  Ən 
çətini  isə  onların  vicdan  əzabı  çəkməyə  qadir  olduqlarını 
təsəvvür etməkdir (ümid etmək istəyirəm ki, bu qərarımda 
yanlışlığa yol verirəm).
“Tusovka”  oxuduğun  kitabı,  gördüyün  tamaşanı  müza-
kirə edə biləcəyin yer deyil. Burada insanı həyəcanlandıran 
və  ağrıdan  hadisələr  haqqında  danışmaq  mümkünsüzdür. 

277
Orada  sponsor  tapmaq  olar,  amma  səni  çətin  durumdan 
çıxarmaq  üçün  faizsiz  borc  verən  dostu  yox.  Kimin  pulu 
varsa,  o  həmin  pulu  işlətməlidir.  Qazanmalıdır.  Zəmanə 
belədir. 
Amma dünyaya və zəmanəyə hökm oxumaq iddiasında de-
yiləm. Mən sadəcə olaraq, patoloqanatom kimi onu yarıram. 
Və  maraqla  yeni  insanlığın  təzahürlərini  müşahidə  edirəm. 
Bax,  deyək  ki,  bizim  həyatımızda  kübar  cəmiyyətin  dişi  as-
lanları peyda olub. Onlar yeni “ali dünya”nı yaratmağa iddi-
alıdırlar. Amma bu adamların əsl kübar dünyaya aidiyyatları 
belə yoxdur. 
Əslində bizim “dişi aslanlar” sadəcə olaraq qərb aləminin və 
rəngli jurnalların Paris Hilton kimi “ulduz”larını təqlid etmək-
lə məşğuldurlar. Əsil ali dünya da mövcuddur, amma bu dün-
ya elm, mədəniyyət, siyasət, kinematoqraf, biznes sahələrində 
nailiyyət qazananlardan ibarətdir. Zadəgan soylarının qaldığı 
bəzi ölkələrdə isə bu təbəqə həm də əsilzadələrin seçilməsi ilə 
formalaşır. Amma bu şəxsləri “xüsusi adam”lar saymaq olmaz. 
Onların əksəriyyəti təşəxxüs və lovğalıqdan uzaq insanlardır. 
Qabsburqların və Qoqentsollernlərin xələfləri adi həyatda öz-
lərini çox sadə aparırlar. Maltanın qədim ailələrindən birinin 
evindəki  əhvalat  haqqında  danışım.  Bu,  Mdine  qəsrində  ol-
muşdu. Özəl qəbul idi. Qəbulda Maltanın 29 qədim zadəgan 
ailələrinin  nümayəndələri  iştirak  edirdi.  Bu  ailələrin  tarixi 
qədim zadəgan ordenindən başlanır.Və XVI əsrdə ispan kralı        
V Karl bütün Malta arxipelaqını bu ordenə hədiyyə edib. Orada 
həmçinin, ölkə prezidenti Qvido de Marko iştirak edirdi.
Malta zadəganlığı Avropada qapalılığı ilə seçilir. Məsələn, 
baron  titulunu  Avropanın  bir  sıra  ölkələrində  satın  almaq 
olar, Maltada isə bu qətiyyən mümkün deyil! Buna görə də 
Malta baronu zadəgan titullarının iyerarxiyasında həmişə di-
gər Avropa baronlarından yüksəkdə dayanacaq.
Furşet zamanı mənə düzgün sifət cizgiləri və gözəl ingilis-
cəsi olan emosional qadın yaxınlaşdı. O, mənə venzelli, ağır 
gümüş çəngəli və bıçağı kənara qoyaraq, əti əllə götürməyi 
təklif  etdi.  Toxunma  salfetin  künclərini  incə  tərzdə  qatladı, 
bir tikə əti əsl məharətlə götürüb dişlədi və dedi:

278
- Burda bıçaq lazım deyil - ət sadəcə ağızda əriyir!
Həqiqətən ət əla hazırlanmışdı. 
Yeri gəlmişkən, bu dəyirmi sonluqlu bıçaq formasını məhz 
mənim ulu babalarım hazırlayaraq XIV Lüdovikə bağışlayıb-
lar.  Doğrudur,  o  bıçaqlar  qızıldan  olub,  -  kənara  qoyulmuş 
bıçağı göstərən İzabel əlavə etdi.
- Bəs onadək əti nə ilə kəsirdilər?
-  İti  sonluqlu  bıçaqla.  Xəncərə  oxşayırdı.  Öz  tikəni  qoruya 
bilərsən.  Dişlərini  qurdalamaq  da  öz  yerində.  Kral  da  məhz 
buna dözə bilmirmiş, - həmsöhbətim danışırdı və mənə elə gə-
lirdi ki, həm XIV Lüdovik, həm də zadəganların qonaqlıqlarda 
ət  tikələrini  yeyərkən  istifadə  etdikləri  xəncərlər,  uzaq  tarix 
deyil. 
- Yeri gəlmişkən, salfetlər də bizim ailəmizin “dünya xə-
zinəsi”nə  töhfəsidir.  –  İzabel  gülümsəyərək,  havada  dırnaq 
işarələri çəkdi. – Bizim Reymsdəki toxuculuq fabrikində on-
lar ilk dəfə kətandan tikilib. Dərhal VII Karlın tacqoyma mə-
rasimində ona hədiyyə edilib və taxt zalındakı təntənəli na-
harda süfrəyə qoyulub.
- Hansı Karla? – dövrləri müəyyənləşdirməyə macal tap-
madığımdan, maraqlandım.
- Yeddinciyə. Janna d’Arkın sevdiyi Karla.
Həmin  axşamın  xatirələrinin  dərinliklərinə  varmağa  ehti-
yac yoxdur. Bizim “dişi aslan”ların əsas xüsusiyyəti qeyri-adi 
dərəcədə ictimailəşmələridir. Əsl aslanlardan xeyli çox. Nəcib 
davranış qaydalarına dair bütün təsəvvürlər isə “Kosmopoli-
ten” jurnalından götürülüb.
Ədalət  naminə  demək  lazımdır  ki,  “tusovka”da  dəyərli 
insanları da görmək mümkündür. O qara dəlik kimi hamını 
içinə çəkib.
Mənim dostlarım və tanışlarımın içində də “tusovka”ya cəlb 
olunmuş xeyli adam var. Onlar oraya “tusovka”nın bir hissəsi 
kimi gəlmirlər. Məsələn, deyək ki, Saşa Jurbin və onun arvadı, 
İra Qinzburqu “tusovka” adamı saymaq olarmı? O, gözəl mu-
siqilər, bir çox teatrlarda nümayiş etdirilən operalar yazır. İra isə 
mahnılara gözəl sözlər yazır. Bu mahnılarsa kinoda da səslənir. 
Bir dəfə Saşa danışırdı ki, hələ sovet dövründə Bəstəkarlar 

279
Nikolay Tsiskeridze ilə. Məğlubedilməz. Həmin gecə Böyük 
Teatrda onu təqib edənlər olmayacağını öyrəndim
“Ey, səma, şlyapanı çıxart!” – dünyada ilk qadın-kosmonavt 
Valentina Tereşkova qışqırdı

280
İttifaqı  ondan,  məşhur  mahnı  və  operalar  müəllifindən  xa-
hiş edib ki, Latın Amerikasından gələn yaşlı qadın-bəstəkarı 
evinə nahara dəvət etsin. Məqsəd qərbdən olan həmkarlara 
sovet  bəstəkarlarının  necə  yaşadıqlarını  nümayiş  etdirmək 
imiş.  Jurbinlər  Moskvanın  ən  yaxşı  mənzillərindən  birində 
yaşayırlarmış. Əlbəttə ki, onlarda nəhəng royal da vardı.
Russayağı yeyib-içəndən sonra, qonaqpərvər ev sahibi royal 
arxasında oturaraq öz əsərlərini ifa etməyə başlayıb. Demək olar 
ki, hər birindən sonra deyib: “Bu 80-ci illərin xiti idi”, “bunu isə 
üç il öncə yazmışam”, “bu, mənim indi teatrlarda gedən “Orfey 
və Evridika” operamdan fraqmentdir”.
İrina coşmuş ərinə işarə edib:
- Jurbin, qoy qonaq da ifa etsin.
-  Nə  danışırsınız,  nə  danışırsınız,  -  meksikalı  qadın  imtina 
edib. – Mən bacarmaram, mənim heç repertuarım da yoxdur. 
Siz elə gözəl ifa edirisini ki! Davam edin!
- Yox, yox, siz də bəstəkarsınız, həmkarsınız, - Saşa onu ruh-
landırıb. – Buyurun, biz sizin əsərlərdən heç olmasa birini din-
ləmək istəyirik!..
Yaşlı qadın royal arxasında əyləşdikdən sonra günahkarcası-
na deyib:
- Əslində mən yalnız bir dənə məşhur mahnı yazmışam. O 
da – on altı yaşımda.
Bir neçə akkord götürüb. İra və Saşa dərhal bütün dünyada 
məşhur olan “Besame muco”nu tanıyıblar. Konsuelo Velaskes 
Torres onların evində idi...
“Tusovka”larda Zurab Konstantinoviç Seretelini də görmək 
olar. Onun əsərlərini hər yerdə görmək mümkündür. Marbelyi-
adan, Qaqradan, Amerikaya kimi, hər yerdədir. Həm də orada 
onun əsərlərinin ölçüləri heç kimi təşvişə salmır.
Mən  Zurab  Konstantinoviçlə  İtaliyada  skripkalar  haqqında 
film çəkərkən tanış olmuşam. Mən “Stradivarinin əbədi müəm-
ması”nın çəkilişlərini yenicə bitirmişdim və dahi italiyalını az 
qala öz müasirim kimi dərk edirdim. Hətta indi, Stradivarinin 
ölümündən iki yüz il sonra, ustanın həyatı boyu (o doxsan üç 
il yaşayıb) yaratdığı min yüz alətin bir nəfər tərəfindən hazır-
lanmasının mümkünsüzlüyünü sübut etməyə çalışan adam-

281
lara rast gəlmək mümkündür. 
İnsan üçün mümkün deyil, amma dahinin gücü çatar!
Seretelinin  də  olduqca  çox  sayda  peyzajları,  portretləri, 
heykəlləri, mayolikaları, mozaikaları var. Onun məhsuldar-
lığı inanılmazdır, amma heç nədən başı çıxmayanlar üçün əla 
dedi-qodu mövzusudur: “Bütün bunları sizin Sereteli etmə-
yib! Ona həm burda, həm də Gürcüstanda bütöv artellər işlə-
yir. Bir nəfər bunu edə bilməz”.
Amma  şəxsən  mən  şahidi  olmuşam,  birlikdə  Avstriyada 
olarkən Zurab Konstantinoviç yalnız bir şam yeməyi ərzində 
öz stulunun söykənəcəyinə bütöv qovluq dolusu eskiz qoy-
du. Biz söhbət edirdik, Sereteli isə çəkirdi...
Erkən yaşlardan, hələ Gürcüstanda olarkən, o işləməyə baş-
layıb və bir sıra peşələrə yiyələnib. Uşaq marağı onu müxtəlif 
ustaların  yanına,  müxtəlif  artellərə  aparıb.  Gürcüstanda  isə 
metal üzərində döymələr, mozaikada, gildə, smaltada işləyən 
istedadlı adamlar həmişə olub. Bütün bunlar cəmləşib – onun 
istedadı Gürcüstan təbiəti kimi səxavətlidir.
O, əmindir ki, istedadı yetişdirmək olar. Onun hətta uşaq 
rəsm məktəbi var. Rəssamlıq Akademiyasında o, balaca uşaq-
lar üçün ustad dərsləri verir. Həm də bunu gənc həmkarla-
rının əksəriyyətindən fərqli olaraq pulsuz edir. O, inanır ki, 
uşaqlarda  hətta  sadə  müşahidə  nəticəsində  istedadı  cücərt-
mək olar. Hesab edir ki, əgər uşaqlar rəssamın işini müşahidə 
etdikdən sonra molbert və fırçaya yaxınlaşırlarsa, bu, istedadı 
ortaya çıxara bilər. Uşaqlara verdiyi yeganə sual isə belədir: 
“Hə, bu gün nə çəkəcəyik?”
Onun  palitrasında  rus  peyzajına  xas  olmayan  rənglərin 
uyğunluğu  var.  Sereteli  onlarla  intim  səviyyədə  qarşılıqlı 
əlaqəyə girir. Onun üçün incəsənət – şəhvani mühitdir, onun 
yaratdıqlarının şəxsən iştirakçısı olanda istənilən şübhən da-
ğılır. Onun əlləri daim nəsə çəkir. Daim.
Deyilənə görə, bir çox rəssamlar belə edirlər. Salvador Dali 
hətta kafedə salfetlərin üzərində çəkir və elə həmin rəsmlərlə 
də  yeməyin  pulunu  ödəyirmiş.  Heç  demə,  onun  rus  arvadı 
Yelena  Dmitriyevna  Dyakova  –  Qala,  rəssamın  əskinaslarla 
davrana bilmədiyini kəsdirib, ona çox vaxt pul vermirmiş.  

282
Sereteli  böyüdüyü  torpağın  rənglərini  səxavətlə  rənglərə 
hopdurur.  Görünür,  balaca  Gürcüstanda  onun  qabiliyyəti 
üçün miqyas qıtlığı olub. Rusiya isə - genişdir, Sereteli bura 
həm rəng, həm miqyaslılıq, həm parlaqlıq, həm də fantaziya 
gətirib. Bura, həmçinin, doğma torpağı kimi qəbul etdiyi Ru-
siyaya, Moskvaya. 
Mən onun nəhəng gül dəstələri olan lövhələrini sevirəm. 
Onlar bizim evdə asılıb. Hətta küçədə yağmur və cansız qış 
peyzajı olanda, onun gülləri sayəsində bizdə yayın ortası olur. 
Zurab Konstantinoviçdə əsil rəssam yaddaşı var. O, öz ba-
şında hər xırdalığı, hər kiçik detalı saxlayır. Bir dəfə hansı-
sa  söhbət  zamanı,  mən  ev  tikdiyimi  və  inşaat  işləri  zamanı 
qabiliyyətsiz  inşaatçılara  nifrət  etməyə  başladığımı,  evimə 
dizayner və memarları buraxmadığımı söylədim. Çünki on-
ların istedadları ancaq bir şeydən ibarətdir: səni mağazalara 
aparsınlar və sənin hesabına öz faizlərini qopartsınlar.  
Mən artıq bu söhbəti unutmuşdum, amma Zurab Konstanti-
noviç bir dəfə mənə dedi:
- Sənin tezliklə ad günündür – çiçək içində üzəcəksən.
Mən elə bildim ki, o, qonaqların gətirəcəkləri gül dəstəsindən 
danışır.  Zurab  Konstantinoviçin  köməkçisi  növbəti  gün  zəng 
edərək, mənə cəfəng görünən sual verəndə, çox təəccübləndim:
- Nina, sizin evdəki vanna otağı standart ölçüdə olacaq?
- Sandro, nəyə görə soruşursunuz?
Xatırlamıram,  o,  cavabdan  necə  yayındı,  amma  mən 
həqiqətən nəhəng gül dəstəsi hədiyyə aldım – mənim vanna 
otağıma qoyulmuş pannonu. Zurab Konstantinoviç özü onu 
çəkmiş və kafel təbəqələrinə keçirmişdi. Deməli, nə qədər ki, 
bu  ev  var,  Seretelinin  güllərində  yuyunacağam.  “Dünyanın 
heç bir yerində belə panno yoxdur, - sonralar o, zarafat edir-
di. – Mən heç kimin vanna otağına tərtibat verməmişəm!”
Amma yalnız Gürcüstan torpağı belə istedadlar yetişdir-
mir.  Hələ  sosializm  dövründə  Ulyanov-Leninin  vətənindən 
– keçmiş Simbirskdən – paytaxta gənc Nikas Safronov gəldi.
Otuz il öncə, mənə, gənc anaya, o, az qala küçədə yaxınlaş-
dı. Biz onda küçədə tanış olmurduq – bu pis qəbul olunurdu. 
Deyəsən,  o,  hansısa  Arbat  döngəsini  tanıyıb-tanımadığımı 

283
Monako şahzadəsi – Albert. Avropanın əsas pleyboyu yalnız 53 
yaşında evləndi

284
soruşdu.  Əlbəttə,  mən  həmin  döngəni  tanıyırdım.  Buralar 
tələbəlik dövründən qarış-qarış gəzdiyim yerlər idi. Mən ona 
ən qısa yolu göstərsəm də o, getmədi. Bildirdi ki, rəssamdır 
və tezliklə çox məşhur insanlar onun ad gününə yığışacaqlar. 
Onun ad günü mənim ad günümlə az qala üst-üstə düşür-
dü,  amma  onda  mən  hələ  onun  bir  sözünə  də  inanmırdım. 
Mənə elə gəlirdi ki, o vaxtın bütün rəssamlarını üzdən tanı-
yıram. Trifonov küçəsi, 456 ünvanında yataqxana yerləşirdi, 
Şukin,  Şepkin,  Surikov  adına  məktəblərin  və  Dövlət  Teatr 
Sənəti  İnstitutunun  (QİTİS)  tələbələri  burada  yaşayırdılar. 
Buna görə də rəssamlar dəstə ilə orada yığışırdılar. Onlar çox 
vaxt bizdən, teatr məktəbinin tələbələrindən onlar üçün poza 
verməyi xahiş edirdilər. Onlar yuyunmur, daranmır, çox vaxt 
uzun saçlı, kobud üst geyimi və çəkmələr geyinirdilər, əlləri-
ni və fırçalarını da geyimlərinə sürtə bilərdilər. Onlar içində 
yaraşıqlılar yox idi. Bütün yaraşıqlılar başqa ünvanlara yolla-
nırdılar – teatr məktəblərinə və Kinematoqrafiya İnstitutuna. 
Mən heç vaxt kişi gözəlliyinə xüsusi dəyər verməmişəm. 
Gözəl kişi sifətində mənim üçün həmişə hansısa çatışmamaz-
lıq olurdu. Çox vaxt bu, aydın şəkildə meydana çıxırdı. Kişi-
nin öz yaraşıqlılığını dərk etməsi bir qayda olaraq, digər əsil 
kişi keyfiyyətlərini: igidliyi, fədakarlığı, sadiqliyi sıxışdırır. 
Bəs bu qəşəng sifətlə necə seçdiyinə sadiq qalacaqsan?
Buna  görə  də  Nikasın  incə  gözəlliyi  mənim  üçün  onun 
sənəti ilə ziddiyyət təşkil etdi. “O, necə rəssamdır? – deyə 
düşündüm.  –  Mən  ki,  onların  hamısını  tanıyıram.  Onlar 
başqadır. Bu isə yəqin ki, sadəcə olaraq tanış olmaq istəyir 
özünə ona elə gəlir ki, “gözəl” sənət seçib”. 
Amma Nikas artıq telefon nömrəsi və adı – Nikas yazılan 
vərəqi mənə uzadır. 
- Siz Baltikyanı ölkələrdən gəlmisiniz? 
Amma o, Baltikyanından ola bilməzdi: Biz ləhcələrlə bağ-
lı səhnə danışığından “zaçot” vermişdik. Əgər o, litvalı ol-
duğunu desəydi, əmin olacaqdım ki, qarşımda yalançı du-
rub. Amma o, dedi ki, anası Litvadandır və ona ruslar üçün 
nadir sayılan ad verib.
- Mən ərimlə gələcəm, - deyə cavab verdim və onun düz-

285
gün, kinematoqrafik cizgiləri olan üzünə baxdım. Amma bu, 
onu pərt etmədi. 
-  İkilikdə  gəlin,  mən  şad  olacağam,  -  Nikas  cavab  verdi. 
– Mənim artıq bir çox şəkillərim var və bəlkə nə vaxtsa mən 
sizin də şəklinizi çəkəcəyəm. 
O vaxt biz gedə bilmədik. Amma qısa vaxtdan sonra biz 
Alekseylə  birlikdə  Manejdə  olanda  onunla  qarşılaşdıq.  Gü-
lümsəyən Nikas mənə tərəf yönəldikdə, mən Alekseyin göz-
lərinə düz baxaraq, dedim:
- Tanış olun: bu rəssam Nikasdır, bu isə mənim ərimdir.
Həmin axşam biz Nikasın Malaya Qruzinskayadakı ba-
laca,  dar  otağında  olduq.  O,  həqiqətən  rəssam  imiş.  Hər 
yerdə şəkillər var idi: yatağın üstündə, divarlar boyu, qa-
pının  üstündə.  Amma  ən  təəccüblüsü  odur  ki,  bu  rəsm 
dünyasına aparan qapının üstündə Nikasın bir çox tanın-
mışlarla – həm sovet, həm də xarici ulduzlarla, Oleq Yan-
kovskidən tutmuş Sofi Lorenədək çəkdirdiyi həvəskar fo-
tolar asılmışdı. 
Onda bu bizə qəribə gəlmişdi. Bizim yaşadığımız aləmdə 
belə fotoların çəkdirilməsi qəbul edilmirdi. Yeri gəlmişkən, 
indiyə  kimi  heyfslənirəm  ki,  bizim  məktəbə  tez-tez  gələn 
və “özününkü”lər üçün ifa edən Svyatoslav Rixterin mən-
də şəkli yoxdur. Hərdən görüşdüyümüz yüksək səviyyəli 
ulduzlarla şəkil çəkdirmək heç birimizin ağlına gəlmirdi.
Nikas  yəqin  ki,  “tusovka”  dövrünün  təntənəsini  öncə-
dən görənlərdən idi, başa düşürdü ki, uğurluluğun sənədli 
sübutu öz-özlüyündə ayrıca dəyərdir. O, 30 il öncə darısqal 
mənzilinin qapısında asılan fotolara bənzər şəkillərlə dolu 
“OK”,  “Hello”  kimi  jurnalların  gələcəyini  də  qabaqcadan 
görmüşdü.  O,  həm  də  hiss  etmişdi  ki,  ölkəyə  əlahəzrət 
“piar” gələcək. 
Nikas-rəssamın  həm  də  öz  arzularının  reallaşdırılması 
sahəsində  istedad  nümayiş  etdirə  bildi.  Moskvanın  tarixi 
mərkəzində,  Tverskaya  yaxınlığında  o,  Avropa  qəsri  üs-
lubunda  gözəl    mənzil-muzey  yaratdı,  burada  zənginlik, 
şöhrət və uğur haqqındakı təsəvvürlərini reallaşdıra bildi. 
O, var-dövlətə etinasız qalıb, hələ də hansısa kommunal 

286
mənzillərdə,  monastırda,  zirzəmilərdə  məskunlaşan  rəs-
samlara qətiyyən oxşamır. 
Amma pul və şöhrət onu korlamayıb. O, istedadını hiss 
etdiyi adamlara çox kömək edir. Xeyirxah ürəyi isə  məh-
rumiyyət çəkənlərə dərhal reaksiya verir.
Belə ki, “tusovka” ancaq saxta insanlardan ibarət deyil. 
Buraya orijinallar da düşür. Zurab Sereteli, Aleksandr Jur-
bin, Nikas Safronov, Nastya Voloçkova, Vladimir Xotinen-
ko, Yuri Razum belə misallardandır.
Nastya  Voloçkova  haqqında  nələr  danışmırlar!  Bəli  o, 
“tusovka”nın bir hissəsidir, amma şöhrətini orada iştirakı 
ilə deyil, uşaq yaşlarından çəkdiyi zəhmətlə qazanıb. 
Tamara  Nastyanın  səhərlər  yarıyuxulu,  qaranlıq,  buz 
kimi Leninqrad küçələri ilə dərslərə özünün necə getdiyini 
danışır. O, deyirdi ki, öz qızının üstünə qan çıxan gipsdən 
uşaq puantlarını indiyə kimi saxlayır. 
Voloçkovanı  çoxları  sevmir:  gah  zövqsüz  geyindiyini, 
gah  utanmazcasına  soyunduğunu,  gah  çiyinlərinin  üzgü-
çü  çiyinlərinə  oxşadığını  deyirlər...  Amma  heç  kim  əsas 
məsələni təkzib edə bilməz: o rəqs edə bilir və Böyük Teat-
rın səhnəsinə layiqdir. 
Bir də ideoloji “tusovka” var. Buraya ictimai nüfuz sahi-
bi olmağa iddia edənlər, hamıya və hər kəsə əxlaqi qiymət 
vermək hüququnu mənimsəyənlər  daxildir. 
Sadə  bir  misal  çəkək.  “Exo  Moskvı”da  “Tam  albats” 
proqramı vardı. Bu soyadda qadın bir çox illər öncə, “Mos-
kovskiye novosti”nin redaksiyasında jurnalist kimi işə baş-
lamışdı.  O,  mənim  ərimi  “redaksiyadakı  yeganə  ləyaqətli 
adam” adlandırırdı. 
Aleksey o anda ən uyğun adam kimi, “Moskovskiye no-
vosti”  QSC-nin  direktorlar  şurasının  sədri  seçildiyindən, 
Albats tez-tez onun yanına qaçaraq, onun xəbəri olmadan 
və  kollektivin  burnunun  önündən  mülkiyyət  və  pulların 
aparıldığını  sübut  etməyə  çalışırdı.  Həmin  vaxt  o,  qəzet 
rəhbərliyi ilə müqəddəs müharibə aparır və “Moskovskiye 
novosti”  qəzeti  baş  redaktorunun  müavini  Viktor  Loşakı 
əsas cani hesab edirdi.

287
Baş tutmayan xaç atası: Nikas Safronov Alekseyin Kremlin 
qarşısındakı məbəddə xaç suyuna salınmasına gecikdiyinə çox 
təəssüflənirdi 
Nastya Voloçkovanın ad günündə. Bəziləri üçün Anastasiya 
daimi qalmaqal predmetidir. Biz onu başqa cür tanıyırıq

288
Mənim ərim “Moskovskiye novosti”ni tərk edərək, TV-də 
xüsusi proqramın müəllifi olandan və orada haqlı olaraq öz-
lərini demokrat və liberal adlandıranları tənqid etməyə baş-
layandan sonra, Albats onun ən qatı düşməninə çevrildi. Hər-
çənd ki, o, heç vaxt bu bədbəxt qadını xatırlamamışdı və ona 
toxunmurdu, siyasi mübarizə aparmaq azarına yoluxmuş qa-
dın isə ərimə şəxsi vendetta elan etdi və onunla bağlı bütöv 
nəzəriyyə quraşdırdı. 
Birbaşa  təkan  isə Alekseyin  “Postskriptum”dakı A.N.Ya-
kovlevin ölümü ilə bağlı şərhi oldu. Onu yaxşı tanıyan ərim 
bir söz dedi – Yakovlev üçün demokratiya ideyası Rusiyanın 
özünün qabağını kəsdi. Bu xəyali demokratiya naminə o, Yelt-
sin və islahatçıların ölkənin başına gətirdiklərinə göz yumdu.
Bu, Albatsın təsviredilməz hiddətinə səbəb oldu və o, əri-
min üzərinə hücuma keçdi. Bunun üçün bütöv bir nəzəriy-
yə düşünmüşdü. Nəzəriyyənin əsasında o dururdu ki, guya 
Aleksey MK-da işləyərkən, “Nepal sektorunda” olub və bu 
ölkənin kommunist partiyası ilə əlaqələrlə məşğul imiş. 
Buradan  iki  şəksiz  nəticə  çıxırdı:  birincisi,  Puşkov  özü-
nü yaxşı yerə verib, ikincisi isə - “Nepal sektorunda işləyən 
adamdan nə gözləmək olar?!”
Biz  həmin  anda  rəfiqəmlə  birlikdə  maşında  gedirdik  və 
hər ikimiz “Exo Moskvı”dan Puşkov soyadını eşitdik. Sonra 
isə Nepal haqqındakı bu cəfəngiyyatı. Həm də efirdə Albatsa 
xas olan qəzəbli tonallıqla, isterik zingilti ilə.
Rəfiqəm hətta soruşdu:
- Nə olub ona? Qadınlar kimsə onların ərlərini əllərindən 
alanda belə cinlənirlər.
-  Sən  başa  düşmürsən...  Burada  başqa  səbəb  var.  Albats 
qəzəbli və ağlını itirmiş bolşevik qadınlara bənzəyir.
Əslində MK-nın beynəlxalq şöbəsində heç vaxt Nepal sek-
toru olmayıb. 
Mənim ərim əslində Amerika xarici siyasəti haqqında dis-
sertasiya  müdafiə  edən,  ingilis  və  fransız  dillərində  əla  da-
nışan ABŞ  üzrə  mütəxəssis  kimi,  beynəlxalq  şöbənin  ən  in-
tellektual  bölməsində  çalışırdı  –  ölkənin  ali  rəhbərliyi  üçün 
analitik materiallar və çıxışlar hazırlayan məsləhətçilər qru-

289
punda. Bu “tam albats”dan başqa hamıya məlum idi. 
Əks-təqdirdə onu “Moskovskiye novosti”nin baş redakto-
ru Len Karpinskiyə beynəlxalq məsələlər üzrə müavini kimi 
məsləhət  görməzdilər.  90-cı  illər  Rusiyasında  ironiyasız  və 
dırnaq işarəsi olmadan həqiqi demokrat sayıla biləcək azsay-
lı insanlardan olan Karpinski isə Alekseyi heç vaxt bu posta 
götürməzdi. 
Əlbəttə, bu, yalnız ştrixlərdir. Amma elə bu da göstərir ki, 
bizdə kim həddindən artıq siyasi və əxlaqi nüfuz sahibi rolu-
na iddia edir.
Tam albats!
* * *
Müxtəlif “tusovka”larda İra Xakamadanı da görmək olar. 
Vaxtilə biz yaxından tanış idik və hətta bir neçə dəfə birlik-
də  istirahət  etmişdik.  Mənim  ərim  və  İranın  əri  gözəl  dağ 
xizəkçiləridirlər, dağların fanatıdırlar.
Mənim  ərim  üçün  dağ  –  heç  nə  barəsində  düşünmədən 
istirahət  etməyin  mümkün  olduğu  yerdir.  O,  dağ  xizəkçi-
liyinə hələ tələbəlik dövründən aşiq olmuşdu, o vaxt “Sla-
lom”  bolqar  xizəklərində  sürüşürdülər,  metaldan  bərk 
məftillə bağları vardı. Polşanın “Polsport” xizəkləri isə xə-
yalların  son  hüdudu  idi.  Elə  Çeqet  də  buzlu  çıxıntıları  ilə 
naşılar üçün əsil sınaq idi. Burada təbii şəraitlə təkbətək qa-
lırsan, bu təbii şəraitə uyğunlaşmalı, onu ram etməli, özünə 
tabe etdirməlisən.
Biz Alplarda tanış olarkən İra xizək sürə bilmirdi. Mən 
onun  yetkin  yaşda  bu  mürəkkəb  elmə  necə  yiyələndiyini 
görürdüm.  O,  dik  yamaclara  qalxır,  əzilmək,  zədələnmək 
riskinə  baxmayaraq,  müstəqil  və  qorxu  bilmədən  oradan 
aşağı enirdi. Oradan üzüaşağı baxmaq belə təhlükəlidir, o 
isə bunun fərqinə varmırdı.
Ona  baxanda  düşünürdüm:  “Bax,  budur  yapon  xromo-
somu. Bu ki, qətiyyən rus xarakteri deyil. Özünə qarşı mər-
həməti yoxdur”.
Bəzən o, zarafatla deyirdi: “Mən sarıyam”. Yəni məndən 
nə istəyirsən? Mən başqa mayadanam. Yapon qanı, samuray.

290
Elə samuray inadkarlığı və səyi ilə qarşısında qoyduğu 
bütün məqsədləri fəth edirdi.
Bir dəfə onun qısa qırxılmış saçına baxıb, soruşdum:
- İra, sən nə vaxtsa uzun saç saxlamısan?
-  Yox,  mən  yəqin  ki,  özbək-tacik  qadınlarına,  asiyalıya 
oxşayardım.  Rus  şüurunda  asiyalı  yapon  deyil,  ağac  par-
çasıdır.
Bu sözlərdə uşaq incikliyi gizlənirdi. Freyd baba ola bil-
sin ki, bunu şəxsi uğura aparan güclü motivasiya adlandı-
rardı.
Mənim üçün İra – həmişə qara geyimdə, həmişə qısa saç 
düzümündədir. İra cəmiyyətə bağlanıb və hansısa mənada 
öz dövrünün kult fiqurudur. İra kişilər arasında işləyib və 
özünü  təsdiq  edib.  O,  siyasətdəki  həyatı  üçün  öz  qiymə-
tini  ödəyib.  Mənim  fikrimcə,  bu  qiymət  böyük  və  ciddi-
dir. Çox az sayda qadın onun həyat tərzini özünə nümunə 
seçə bilər. Çünki onun üzləşdiklərinə hər kəs dözə bilməz. 
Əlbəttə, çox güman ki, Xakamada özünü qadın kimi ifadə 
etmək istəyərdi, amma kişi siyasi aləmində, siyasi vəhşilər 
arasında yaşamalı olmuşdu. Bu, onun şəxsiyyətinə təsir et-
məyə bilməzdi. Buna görə də İra – sovet mahnısında oxun-
duğu  kimi, bir az  “qara  dəri  pencəkdəki komissarlardan-
dır”. Hərçənd ki, bugünün müasirləşdirilmiş qanunları ilə. 
İndi  İrina  bioqrafiyasındakı  kişi  təyinatlarından  ayrı-
lıb: siyasi, ictimai xadim, ekspert... Amma onun üçün ba-
zarın birinciliyi, siyasi vəzifələr həmişə mədəniyyət, tarix, 
psixologiya  üzərində  üstünlük  qazanır.  Bazar  öz  reklamı 
və istehlak tələbatı nəzərə alınmaqla onun təfəkkür tərzini 
cilalayıb.
Hərçənd  iddia  edir  ki,  siyasətdən  gedən  kimi,  məlum 
oldu  ki,  ardınca  gəlmələri  üçün  daha  heç  kimə  heç  nəyi 
sübut etmək, heç kimə heç nəyi satmaq, heç kimə heç nəyi 
sırımağa ehtiyac yoxdur, amma məlum oldu ki, siyasi ax-
saqlıqla “mülki həyat”da yaşamaq çox çətindir. 
Belə  alınır  ki,  onsuz  da  nəyisə  “sırımaq”,  anlayışlarla 
manipulyasiya etmək, bazar sorğularına cavab vermək la-
zımdır. 

291
Nə vaxtsa evimizdə həm liberallar, həm vətənpərvərlər, həm 
satiriklər, həm də islahatçılar yığışardı
“Yapon xromosomu”: İrina Xakamada cəsarətli xizəkçi idi, hə-
yatda isə hər şey daha mürəkkəb alındı

292
Budur, o danışır ki, əri daşınmaz əmlak satışı biznesi ilə 
məşğul olub, sonra daşınmaz əmlak bazarı iflas edib və o, 
maliyyə konsaltinqi ilə pul qazanmalı olub. 
Müxbir qız uyğunsuzluğu hiss edərək dərhal sual edir:
- Yəni, öz biznesində iflasa uğrayanlar, konsaltinqlə məş-
ğul olur və başqalarına məsləhət verir? 
Xakamada pərt olmadan soyuqqanlılıqla cavab verir:
- Əgər bu mənə aiddirsə, yaxşı fitnəkarlıqdır, amma gəlin 
işdən danışaq. 
Onun işi necə yaşamaq haqqında ustad dərsləri oldu. O, 
qadınlara  necə  yaşamağı,  necə  ailə  qurmağı,  kişilərlə  necə 
münasibət qurmağı öyrədir. 
Müxbir qızın sualı:
- Sizin həyatınızda kişi hansı yeri tutur?
Cavab verir:
- İkinci.
Müsahibədən fraqmenti tam vermək istəyirəm.
Müxbir: - Sonra?
İ.:  -  Mənim  özümü  reallaşdırmamdan  sonra.  Mən  özüm, 
kişi, uşaqlar və s. Axı kişilərdə də belədir. Qadın bütün hal-
larda ikinci yerdədir. Məndə də həmin sirrdir – özünü daha 
artıq sevmək, nəinki karyeranı, şəxsi uğuru, kişiləri və s. 
Müxbir: - Bəs neçə əriniz olub:
İ.: - Bu dördüncüdür.
Bununla bağlı yadıma Brejnev dövründə çox tez-tez danı-
şılan bir əhvalat düşdü. Olmuş əhvalatdır.
Leonid  İliçin  çox  gözəl  saçları  tökülməyə  başlayanda, 
dazlaşmaqdan  qorxduğundan,  bu  məsələ  ilə  bağlı  ən  yaxşı 
mütəxəssisləri tapmağı əmr edir. 
Sovet İttifaqından bütün başbilənlər gəlirlər. O, mütəxəs-
sislərin  gözlədiyi  istirahət  otağına  girir  və  birdən  görür  ki, 
onların hamısı ya keçəldir, ya da seyrək saçları var. O, çaşqın 
halda  deyir  -  “Bə-ə-ə-li”.  “Yoldaşları  çaya  qonaq  edin”,  - 
köməkçilərinə deyir və otaqdan çıxır. 
Müasirlərinin qocalıq marazmı ilə ittiham etdikləri əziz 
Leonid İliç keçəlin başda saç saxlamağı öyrədə bilməyəcə-

293
yini tez başa düşür. 
Bizim İrina ilə tanışlığımız o, Sağ Qüvvələr Birliyinin həm-
sədrlərindən biri olduqdan sonra başa çatdı. Ərim öz “Post-
skriptum”  proqramında  bu  partiyanı  həmişə  kəskin  tənqid 
edirdi. Aleksey onların siyasi proqramlarına şübhə ilə yana-
şırdı və heç vaxt bunu gizləmirdi. 
Bir  dəfə  İrina  onu  ittiham  etdi:  “Sağ  Qüvvələr  Birliyinin 
məzarqazanı sənsən!” Aleksey isə onun cavabında dedi: “Yox, 
siz özünüz-özünüzü dəfn etdiniz. Öz reklam rolikinizdə ağ 
təyyarəyə minəndə – siz Rusiyadan ayrıldınız. Siz özünüzü 
gettoya, dar dəhlizə itələdiniz, orada özünüz üçün mövcud 
oldunuz və özünüz-özünüzü məhv etdiniz. Siz ölkəni hiss et-
mədiniz və ölkə sizi rədd etdi”. Çox vaxt Rusiyada olan kimi, 
biz “siyasi səbəblər üzündən” aralandıq.
Axı, vaxt var idi, bizim evimizdəki adamlar birbaşa deyir-
dilər: “Puşkovlar, siz öz mənzilinizdə necə atmosfer yaradır-
sınız ki, hamı ilə, hətta nifrət etdiklərinlə də ünsiyyət xoşdur? 
Axı, Dumada biz bir-birimizdən yan gəzirik, bir-birimizdən 
zəhləmiz gedir. Sizdə isə görüşürük və hətta dərdləşə bilirik”.
O vaxt mənə elə gəlirdi ki, meydana çıxan dostluq məhz 
ziddiyyətlər  və  əksliklər  üzərində  qurulub,  əgər  adamda 
ümumi insani mədəniyyət və ümumi əxlaq qanunlarına ehti-
ram varsa, bunlar uzlaşacaq.
Həmin vaxtdan on il keçib, ölkə isə əvvəlki kimi “özünün-
kü-özgə” prinsipi ilə yaşayır.

294
KİŞİ VƏ QADIN: MƏHƏBBƏT, YOXSA MÜQAVİLƏ 
ƏSASINDA?
Bir dəfə məni “Qovorit Moskva” radiostansiyasına dəvət et-
dilər. Verilişin mövzusu belə idi: “Nikahı necə qorumaq olar?”. 
İki kişi – psixoloq, “İfritəşünaslıq və cazibə məktəbi” mərkəzi-
nin direktoru və veriliş müəllifi ilə polemikaya girməli oldum.
Söhbət maraqlı alındı, amma İnternetdə nədənsə tam yer-
ləşdirilməyib. 
Əvvəlcə  elə  bildim  ki,  bu,  sadəcə  təsadüfdür,  amma  son-
ra  anladım  ki,  hər  bir  təsadüf  qanunauyğunluğu  əks  etdirir. 
Mənə göründüyü kimi, sonuncu passajın (aşağıda onu tama-
milə verəcəyəm) olmaması çox şeyi izah edir. Beləliklə, “Qo-
vorit Moskva”.
- Bizim bugünkü verilişimizin mövzusu belədir: “Ər-evdar 
qadın, arvad – üçü birində: ev qulluqçusu, dayə və seks maşı-
nı. Nigahı necə qorumalı?”
İqor  İqorevin  qonağı  aktrisa,  ssenarist,  prodüser, Aleksey 
Puşkovun  (TV-Sentr)  həyat  yoldaşı  Nina  Puşkova;  psixoloq, 
“Rakovski psixoloji mərkəzinin” direktoru Vladimir Rakovski.

Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin