elan edən ali məktəbin binası deyil, onun rektorluğudur və s.
"Bir
boşqab yedim ", "Bir fincan içdim "
-deyən də boşqabdakı xörəyi,
fincandakı mayeni nəzərdə tutur. Eləcə də
qara qızıl deyiləndə nefti,
san qızıl dedikdə taxılı, ağ ölüm
dedikdə
nar- komaniyalıq, anaşa,
tiryək, heroin kimi maddələr. Odlar yurdu
dedikdə
Azərbaycan
yada düşür.
3.
Sinekdoxa.
Məcazın bu növündə eyni söz həm bütövü, həm də
bütövün hissələrini bildirir. Bir şey, hadisə haqqında danışılarkən
onun bütövünü deyil, bir hissəsinin adını çəkməklə təsəvvür yaradılır.
Sözün cəm haldakı forması əvəzinə təkdə işlənməsi də sinekdoxa
hesab olunur. Məsələn:
Tələbənin
vəzifəsi yaxşı oxumaqdır:
Çalpapaq
iri addımlarla vargəl edirdi; Anam sənə qurban, ay
sarıköynək;
O ki özün tutub
keçəl qurumsaq və
s.
4.
Epitet
məcazi mənada işlənən obrazlı, bədii təyindir.
Epi- tet
yunanca "epitos" sözündən olub mənası "əlavə" deməkdir. Əşya və
hadisələrə məxsus əlamət oxşar olan başqa bir əşya və ya hadisəyə
əlavə edilir. Məs:
Dostları ilə paylaş: