Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə45/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   41   42   43   44   45   46   47   48   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 54. 
Kiçik bir 
məqalə 
yazın, onun giriş, orta (əsas) 
hissə və sonluğunun həcm nisbətini izah edin. 
Çalışma 55. 
Mətndəki fonetik, leksik və morfoloji dialek- 
tizmləri göstərin. Məhəlli xüsusiyyətlərin hansı dialektə aid olduğunu 
müəyyənləşdirin: 


... Hamı əsəbiləşmişdi, hətta cavanlardan bir neçəsinin çıxıb 
evlərinə getdiklərini görən Cəbo yenidən başladı və: 
- Ə, noldu ə? Bir kişi tapılmadı mənim maşınımı yusun? Pul 
verirəm da bə, müftə yumayacaq ki? -dedi. 
Bu sözlərdən sonra Zalı Məmmədoğlu Cəbonu nə ilə, necə 
vurdusa onu çul kimi yerə sərdi və dedi: 
- Ədə, köpəyin balası, bu kənddə səni tanımırlar kimsən? 
Hansını deyim ə? Niyə belə qudurdun, bala? 
Və Zalı Məmmədoğlu özünü dədəsinin üstünə atan Kamranı 
görən kimi: - Ədə, qoduq, apar onu əvə, ayılsın, sonra buraxın adam 
içinə. Bəsdir, adam qudurur ey, ta belə yox! İtin balaları, elə bilirsiniz 
camaatın mənliyi-filanı yoxdur? Ə, qanın da bula- n?! Dünənə kimi 
acından köpük qusurdunuz dana! Bir tikə, Allah yetirən çörəyi nə 
üçün adam balası kimi yemirsiniz ə, hi? 
Zalı Məmmədoğlu kənddə montyor işləyirdi və ailəsini namusla 
dolandıran kişilərdən idi; bir tikə çörəyi o, daşdan çıxarırdı, əlindən 
inni-cinni qurtarmazdı: pəncərələrə şüşə salmaq, qapı-pəncərə 
qayırmaq, elektrik avadanlıqları təmirçisi, xolodilnik ustası, radiyo, 
televizor, bir sözlə, necə deyərlər. Zalı belə Zalı idi. (Şamil Zaman. 
Qarabağları tərənnüm edirəm. (... Bakı, 2007, səh.83) 
NİTQİN MƏNTİQLİYİ. Obyektiv gerçəkliyi doğru, dürüst əks 
etdirən hökm, fikir məntiqə əsaslandığı üçün 
məntiqi nitq 
adlanır. 
Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret 
ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni 
məzmun insan təfəkkürünün məhsulu kimi meydana gəlir. Məntiqilik 
şifahi xalq ədəbiyyatı nümunələrində - əfsanə, nağıl, qaravəlli və 
təmsillərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası 
bilərəkdən şişirdilir, ya da kiçildilir. Məs: Yeddi gün, yeddi gecə yol 
getdi; Koroğlu yeddi 
90 


qazan plovu yedi; Qırx gün, qırx gecə yatdı; Dərələrdən sel kimi, 
təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü; Uçan xalçaya 
mindi; Sehirli papağı geyib görünməz oldu; Yeddi başlı əjdahanın 
canını aldı; Zümrüd quşunun qanadına minib qaranlıq dünyadan çıxdı 
və s. 
Məntiqilik nitqin ən mühüm keyfiyyətidir. Elmi informasiya 
məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, 
fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur. 
NİTQİN AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə onun 
səlisliyi, gözəlliyi, axıcılığı, rəvanhq gözlənilməklə materialın alçaq 
tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, 
tempin dəyişməsi, dinləyiciləri özünə cəlb etmə qabiliyyəti, dilin 
fonetik imkanlarından bəhrələnməklə cümlədə eyni köklü üzvlərin 
ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və 
rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur. 
NİTQİN ZƏNGİNLİYİ. Zəngin söz ehtiyatına malik natiq yalnız 
dilin incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngarəng qura bilir. 
Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu 
deyil, rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən - 
sinonimlərdən, antonimlərdən, fiazeoloji birləşmələrdən, ibarələrdən, 
məcazların müxtəlif növlərindən istifadə hesabına nitqini maraqlı 
qurur, onların asan dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. 
Deməli, nitqin zənginliyi dilin ifadə və təsvir vasitələri hesabına başa 
gəlir. 
Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv söz ehtiyatının 
kəmiyyət və keyfiyyətindən asılı olan məsələdir. Nitqin zənginliyi 
bütün üslublar üçün vacib olsa da, bədi üslubda o daha yüksək, elmi 
və publisistik üslublarda nisbətən aşağıdır. Səbəbi də onunla izah 
edilir ki, bədii əsərlərdə yazıçının dilin bütün laylarında işlənən 
sözlərdən istifadə etmək hüququ var, amma elmi və publisistik 
üslublarda mövzu ilə əlaqədar sahə sözləri və terminlər çoxluq təşkil 
edir. Bədii əsərdə yazıçının söz 
91 


ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, ifadəli, obrazlı 
və orijinal üsulda ifadə imkanına malikdir. O, sözlərin lek- 
sUc-semantik zənginliyindən tutmuş intonasiya və ritin incəliklərinə 
qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır. 
Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin təkrar 
olunmadan kəmiyyətcə çoxluğudur. Geniş dünyagörüşünə
mükəmməl savada, daimi mütaliəyə malik şəxsin söz ehtiyatı 
kəmiyyət və keyfiyyətcə çox zəngin olur. Söz sənətkarlannm - şair və 
yazıçıların bədii nitqinin zənginliyi məhz bu hesabadır. 
Biz tələbələrimizin, o cümlədən, gələcək məşqçi və bədən 
tərbiyəsi müəllimlərimizin zəngin nitq mədəniyyətinə nail olmasını, 
mədəni və savadlı şəxs kimi yetişməsini istəyiriksə, onlara ana 
dilimizdə radio-televiziya verilişlərini diqqətlə izləməyə, mütaliə 
etməyə maraq oyatmalı, müxtəlif vasitələrlə - dis- putlar, bədii 
gecələr, şair və yazıçılarla görüşlər keçirməklə, sözlərin, ifadələrin
cümlələrin ifadə tərzinə diqqəti yönəltməklə, nitqin məziyyətlərini 
mənimsətməklə onların söz ehtiyatını artırıb zənginləşdirməyə 
çalışmalıyıq. Bədii, elmi, kütləvi, publisistik əsərlərin müntəzəm 
mütaliəsi gənclərimizin söz ehtiyatını artırmaqla onlar üçün 
ümumişlək olmayan, az işlətdikləri sözlərin də nitqdə aktivləşməsinə 
səbəb olacağı şübhəsizdir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin