Milli Kitabxana
391
cüblü şeyler danışırdl. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm.
Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam.
Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra
yuxuya getdi.
* * *
Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də
tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə
doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın.
Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə
əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasın.
Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı.
Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı.
Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı
mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi.
Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı.
Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi
bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı,
Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb
mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə
imtahan etdiyi üçün belə deyərdi:
- Dost-düşmənimi Qara köpəklə tanıyıram.
Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə
idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bəzi vaxt
Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu
geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı.
Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri
girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib heybətli bir halət ilə ona
tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında
uzandı. Əlini yalamağa başladı.
Milli Kitabxana
392
Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara kopəyi
tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:
-
Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?
-
Baba, burada ayı var.
-
Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? - Sonra
Qara köpəyə: - Çəkil, - deyib onu bayıra qovladı.
-
Yat, qızım, hələ tezdir.
-
Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.
-
Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam
ola.
Qaraca qız paltarını geyib dedi:
-
Baba, əl-üzümü harada yuyum?
-
Budur, daxmamızın yanından su axır, get orada yu.
Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ
qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız
üzünü yuyub içəri girdi.
-
Al, qızım, üzünü sil, otur çay içək.
Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub süfrəyə
oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular. Çaydan sonra Piri kişi Qaraca qıza
dedi:
-
Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün
meyvə dərək.
Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir ceverən verdi. Evdən
bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca
qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı.
Qara köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna
keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:
-
Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə
yatmaz.
-
Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.
Bunu deyib Qaraca qız Qara köpəyin qabağına çöməldi və onun gözlərinə
baxarkən dedi:
-
Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.
Qaraca qız cəvərəni yenə onun boynuna saldı. Bu dərə Qara köpək cəvərəni
yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi:
|