Milli Kitabxana
393
-
Afərin, Qaraca köpəyim! Baba, gördünmü?
-
Görürəm, qızım, və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər
məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta cəvərəni də aparır.
-
Hələ bu nədir ki, baba, gor ona qədər öyrədəcəyəm. Mən qaraçı dəstəsində
olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq,
baba, heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa, döymək ilə bir şey olmaz.
Amma qorxutmağın eybi yoxdur.
Bax, Yusif ayını doydü, o da onu parçaladı.
Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.
İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı
nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin
oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.
Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri
insana zövq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun
yetmiş yaşında olduğuna inanmırdı.
Onlar gəlib almalığa çatdılar. Qırmızı ətirli almaları gördükdə, Qaraca qızın
gözləri parladı.
-
Baba, nə gözəl almalardır.
-
Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyi qadağan etmirəm,
ancaq ac qarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən
də səbətə yığım.
Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yere tökməyə başladı. Ağzını da
bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:
-
Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq.
Qaraca qız düşdü. Almalardan cəvərəninə qoyub yenə Qara köpəyin boynuna
asdı. Armudluğa gedərkən birdən Qara köpək cəvərəni yerə atıb ildırım kimi
götürüldü. Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik
qaçır, Qara köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb
yüyürə-yüyürə Qara köpəyi geri çağırdı. Lakin nə qədər qışqırdısa o, pişikdən əl
çəkmədi. Piri baba da çağırdı, Qara köpək onun da sözünə qulaq asmadı. Qara
köpək az qalmışdı ki, onu tutsun pişik cəld armud ağacına dırmaşıb özünü qızmış
köpəkdən xilas edə bildi. Qaraca qız bu işdən xeyli şad olub, əllərini bir-birinə
vura-vura qaqqıltı ilə gülməyə başladı.
Milli Kitabxana
394
-
Dızz, Qara köpək, dızz, necəsən, tuta bildinmi, - deyə Qara köpəyə yanıq
verdi.
Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki,
sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yızıq pişik hərçəndi hündürdə
idi və əl çatan yerdə deyildi, lakin bununla belə titrəyə-titrəyə gözlərini Qara
köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik
onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki,
xallıca gözəl bir pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını cəvərənə
doldurub armud ağacının dibinə gəldi. Bu halda Qara köpək bir qədər sakit
olmuşdu. Amma yenə də gözləri ağacda idi.
-
Baba, bax, nə gözəl pişik baiasıdır, bunu aparıb evimizdə saxlayacayam.
-
Çox yaxşı, qızım, apar. İndi o, armudları da dər, sonra düş.
Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü.
Qara köpək əvvəl bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın səyilə
bilmərrə sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu.
Meyvələr hazır olduqda Piri baba dedi:
-
İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi mənə kömək et, sonra
mən özüm apararam.
-
Baba, məgər mən ağalığa gedə bilmərəm?
-
Yox, qızım, getsən Pəricahan xanıma xoş gəlməz, elə bilər ki, onun
əmrindən çıxırıq.
Qaraca qız Piri kisini bağın qapısına kimi ötürüb öz xal-xal pişiyini qucağına
aldı, bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağca
xanım da mürəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki,
Ağca xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl
kəpənək gəlib Ağca xanım oturduğu skamyanın üstünə qondu. Ağca xanım
gizlincə kəpənəyi tutmaq istədisə də lakin tuta bilmədi. Bunu mürəbbiyə görüb çox
acığı tutdu və hirsli Ağca xanımın əlindən tutub evə apardı.
Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım yenə bağçaya çıxacaqmı.
Bir azdan sonra mürəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab
oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağca xanımı evə salıb dustaq etdi.
Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə,
bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı.
|