Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə90/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   86   87   88   89   90   91   92   93   ...   196
Milli Kitabxana

213


Y a s ə m ə n. Cəbi, Çingizi Səfi bəy tutub həbsxanaya apardı.

C ə b i. Nə deyirsən, çoxdanmı getdilər?

Y a s ə m ə n. Elə indicə.

C ə b i. Bu saat Çingizi burada görərsiniz. Mən getdim. (Cəld qapıdan çıxır.)

Q ə m ə r (zəif səslə). Ana, Cəbi lələ nə deyirdi.

Y a s ə m ə n. Cəbi getdi, dedi ki, Çingizi bu saat gətirəcəyəm.

P i r i b a b a. Özünü nahaq yerə ölümə verəcəkdir. Bir tək Cəbi üç  misəlləh

adamın əlindən dustaqmı ala bilər?!

Y a  s ə m ə n. Cəbi  Çingizi  çox  istəyir.  Doğrudan  da  onun  xilası üçün  özünü

ölümə verecəkdir.

Q ə m ə r. Cəbi lələni  mən də çox istəyirəm. Ürəyi çox  nazik insandır. Bizim

cümləmizi çox istəyir.

Bu halda bir neçə tüfəng açılır.

Y a s ə m ə n. Aman, ya rəbb, bu güllələri Cəbi lələyə atdılarmı?

Q ə m ə r. Yazıq lələ, səni cəlladlar öldürdülərmi?

P  i  r  i    b  a  b  a. Demədimmi nahaq  yerə özünü  güdaza verəcəkdir,  qoy  gedim

görüm necə oldu?

Q ə m ə r. Yox, baba, qoymaram, səni də öldürərlər.

P i r i  b a b a. Mənim diri qalmağımdan nə fayda var. Cavanları gora göndərib

mənmi sağ qalacağam?

Y a s ə m ə n. Piri baba, biz iki arvadı pənahsızmı qoymaq istəyirsən?

Q ə m ə r. Ah!..Bu çərxi-fələk biz zavallıdan nə istəyir? (Ağlayır.)

Bu halda Əlimərdan çiynində tüfəng, düşündə iki qatar patrondaş daxil olur.

Y a s ə m ə n (cəld qalxıb ona tərəf gedir.) Sən... Kimsən?..

Ə l i m ə r d a n. Kürdqızı, məni tanımırsan?

Y a s ə m ə n (qışqırıb onun üstünə atılır.) Əlimərdan!

P i r i b a b a. Yasəmən nə deyirsən? Ölü də dirilərmi?

Ə l i m ə r d a n. Əmi ölü dirilməz, Əlimərdan dirilər.

P  i  r  i b  a  b  a (onu  qucaqlayıb  öpür.) Əlimərdan,  gör  Qəmərin  nə gözəl  qız

olmuş.


Ə l  i  m ə r  d  a  n (onu  öpərkən).  On  beş  ildir  ki,  sizdən  ayrılmışam. Qızım,

mənsiz gününüz necə keçir, düşmənlərim sənə sataşmamışlar ki?




Milli Kitabxana

214


Q ə m ə r. Ata, Çingizin bacısına sataşmaq olmaz. Ah, ata, kaş bir az tez gəlmiş

olaydın, Çingizimi məğrur düşmənin əlindən alaydın.

Ə l i m ə r d a n. Qəm etmə, qızım, məğrur düşmən cəzasına çatdı. Qardaşın bu

saat gələr.

Çingiz, İbad və Cəbi lələ daxil olur.

Q ə m ə r. Çingiz gəldi (gedib boynunu qucaqlayır.)

İ b a d. Qəmər, məni tanımırsan?

Q ə m ə r. Ah, İbad dayım. (Onu qucaqlayır.)

Y a s ə m ə n. İbad, qardaşım! (Boynunu qucaqlayıb ağlayır.)

İ b a d. Bacım, nə üçün ağlayırsan?

Y a  s ə m ə n.  Necə ağlamayım.  Sizin  ikinizin  də ölüm  xəbəri gəlmişdi. İndi

bizim üçün yenidən dünyaya gəlmisiniz.

İ b a d.  Bacım  o  sizə yalan  xəbəri  çıxaran  Səfi  bəy  də,  bizi  bu  bəlalara  salan

Şahbaz bəy də cazalarını aldılar. Bacım, görməli idin Şahbaz bəy necə ayaqlarıma

düşüb  yalvarırdı  ki,  məni  öldürmə,  onsuz  da  mən  bidərman  azara  düşmüşəm,  bu

gün sabah öləcəyəm. Dedim, onda qoy səni bu əziyyətdən xilas edim. Tüfəngimin

beş  gülləsini  də onun  ürəyinə boşaltdım.  Ruhun  şad  olsun,  ey  qeyrətli  nişanlım

Qəmər, İbad intiqamını düşməndən aldı.

Ç i n g i z. Qəmər, hərgah Cəbi lələ tez atamgilə xəbər verməsəydi, indi məni

burada sağ görməyəcəydin.

Q ə m ə r. Sağ olsun, Cəbi lələ.

P i r i  b a b a. Məgər sizin gəlməyinizi Cəbi bilirdi?

İ b a d. Bilirdi, ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin.

Ə l i m ə r d a n. Topal, al bunu! (Pul verir.)

C ə b i. Sağ ol, sahib.

Ə l i  m ə r  d  a  n.  Kürd  qızı,  mən  gəlmişəm  sizi  aparmağa,  tez  ol  hazırlaş,  bu

ittifaqdan sonra sizi burada qoymaq olmaz.

Y a s ə m ə n. Bizi haraya aparacaqsan?

Ə l  i  m ə r  d  a  n. İrana,  Arazın o  tayına.  Yoldaşlarım  bu  saat  bizi  meşədə

gözləyirlər.  Gərək  sübh  açılınca  İran  torpağında  olaq.  Daha  durma,  cəld  ol!  Bir

dost paltardan və dəyişəcəkdən savayı  heç bir zad  götürmə. Uşaqlar, siz də gedin

üst paltarlarınızı götürün.

Çingiz və Qəmər gedirlər.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin