Əsas elmi nailiyyətləri
Y.H. Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957–58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.
Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.
Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun — partlayıcı maddələr üçün xammalın — əldə edilməsi əsasında işlənib-hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərb. KP MK I katibi M. C. Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı.
Əsas elmi
nailiyyətləri
- Azərbaycanda Elmlər Akademiyası 1945 ilin yazında yaradılmışdı və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birincitərkibinə haqlı olaraq daxil edildi. Onun hələ 40 yaşı olmamışdı.
Dostları ilə paylaş: |