T ƏHSİ L nazi rli Yİ G



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix31.01.2017
ölçüsü2,72 Mb.
#7270
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
                    

IX f

əsil  

 

Professor S



ədnik Paşa Pirsultanlı 

Tikm

ədaşlı Xəstə Qasımın ədəbi irsinin 

mahir t

ədqiqatçısıdır 

 

 



Az

ərbaycan  xalqının  qədim və  zəngin tari-

xind

ə aşıq sənəti onun mənəvi dünyasına və milli 



m

ədəniyyətinə  dayaq  olmuş,  dövrün  zülm-

karlığına  qarşı  telli  saz  davam  gətirmiş,  cavab 

vermişdir. Kərəmin, Qəribin, Qurbaninin, Koroğ-

lunun  sazında  yolunu  azmış  istismarçı  ağalar, 

b

əylər ifşa edilmişdir.  



Az

ərbaycan  xalqının  ruhundan  qidalanmış 

aşıq  sənəti  xalqı  mənəvi cəhətdən kamilləş-

dir


mişdir. Cəmiyyətə və təbiətə məhəbbətdən ya-

ranmış  çoxşaxəli  aşıq  sənəti insana təlim-tərbi-

y

əvi, bədii-estetik və yüksək əxlaqi keyfiyyətlər 



aşılayır, onun mənəvi aləmini zənginləşdirir. 

Görk


əmli  aşıqlar  şeirin möhürbəndində 

doğulduğu yeri özünə təxəllüs götürür. Məsələn, 

Dirili  Qurbani,  Tufarqanlı  Abbas,  Tikmədaşlı 


 

546 


X

əstə Qasım, Valeh Abdal Gülablı bu baxımdan 

çox maraqlı və əhəmiyyətlidir. 

Görk


əmli  folklorşünas  alimlər  H.Araslı, 

M.H.T


əhmasib, M.Seyidov, Ə.Axundov, P.Əfən-

diyev, M.H

əkimov, V.Əliyev, İ.Ələsgərov, S.Pa-

şayev,  Q.Namazov,  R.Rüstəmzadə, Z.Məmmə-

dov, V.Hacıyev və başqaları aşıq sənəti haqqında 

faydalı tədqiqat əsərləri yazmışlar. 

H

əmin folklorşünas alimlərin tədqiqat əsər-



l

əri görkəmli sənətkarların  əmək fəaliyyətini və 

yaradıcılıq  yolunu, xüsusilə  yaratdıqları  zəngin 

ədəbi-bədii irsin məzmun və  ideyasını  ətraflı 

t

əhlil edir. 



Aşıq  poeziyası  insanların  qəlbində  yurd 

sevgisi, el qayğısı yaşadır, insanlar ulu ozanlara, 

ustad aşıqlara dərin hörmət bəsləyirlər. Şöhrətin 

zirv


əsinə yüksələn Tikmədaşlı Xəstə Qasım coş-

qun  aşıqlıq  fəaliyyətində  özünün  heyranlıq 

doğuran  sənət  dünyasını  yaratmışdır.  Onun  sə-

n

ətkarlıq imkanlarının zənginliyi və genişliyi ona 



d

ərin hörmət qazandırmışdır. 

M

ərdliyə,  mehribanlığa,  dostluğa,  qardaş-



lığa  çağırış  Tikmədaşlı  Xəstə  Qasım  şeirlərinin 

əsas motividir. Onun sənətinin hörməti elə  və 

obaya, v

ətənə və vətəndaşlara möhkəm bağlıdır. 

X

əstə  Qasımın  fitri  istedadı  onun  xüsusi  mül-



kiyy

əti deyil, elin sərvətidir.  



 

547 


Buna gör

ə  də  Xəstə  Qasım  zəngin poeziya 

yaratmaqla elin s

ərvətini özünə  qaytarır,  vətənə 

v

ə xalqa şərəfli xidmət edir. Sənətkar öz xalqının 



h

əmişə  cavan  duyğularını,  arzularını  lirikasında 

canlı  tərənnüm edir, ürəkdən-ürəyə  ilhamla yol 

açır, insanların qəlbini pərvazlandırır. 

X

əstə  Qasımın  şeirlərində  sənətə  məhəb-



b

ətlə, vətənə  məhəbbət vəhdət təşkil  edir,  bir-

birini  tamamlayır.  Deməli, Xəstə  Qasımın  sənət 

dünyası zəngin və rəngarəngdir, vətənə və xalqa 

s

əmərəli xidmət yolundadır. Xəstə Qasımın həyat 



h

əqiqətini bədii həqiqətə  çevirmək  bacarığı  çox 

qüvv

ətlidir. 



Filologiya elml

əri doktoru, professor Sədnik 

Paşa  Pirsultanlı  1975-ci ildə  “Xəstə  Qasım” 

kitabını  Bakıda  nəşr  etdirib  oxuculara  hədiyyə 

vermişdir.  

Folklorşünas  alim  Sədnik  Pirsultanlı  səmə-

r

əli  axtarışlarını  davam  etdirmiş,  2011-ci ildə 



Bakıda “Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin 

t

ədqiqi” adlı monoqrafiyasını çap etdirmişdir.  



Bu monoqrafiya görk

əmli  aşıq-şair  Tikmə-

daşlı  Xəstə  Qasımın  dövrünü,  həyatını,  yaradı-

cılıq  yolunu  tarixilik,  elmilik,  pedaqoji-metodik 

prinsipl

ər əsasında ətraflı təhlil edən mükəmməl 

t

ədqiqat əsəridir. 



 

548 


Professor S

ədnik  Pirsultanlının  elmi-nəzəri 

t

ədqiqat əsəri giriş, dörd fəsil, nəticə və ədəbiy-



yatdan ibar

ətdir.  Maraqlı  cəhətdir ki, müəllif 

monoqrafiyada Tikm

ədaşlı  Xəstə  Qasımın 

qoşmalarından,  deyişmələrindən, təcnislərindən, 

g

əraylılarından,  divanilərindən  maraqlı  nümunə-



l

əri və  “Dağıstan  səfəri”  əsərini də  oxuculara 

ərməğan etmişdir.  

Əməkdar mədəniyyət və  qabaqcıl  təhsil 

işçisi,  əməkdar müəllim, mahir pedaqoq, pro-

fessor S


ədnik Pirsultanlı altmışdan artıq monoq-

rafiya, d

ərslik, dərs vəsaitinin və  yüzlərlə  elmi-

n

əzəri, pedaqoji-metodik məqalənin müəllifidir.  



Professor  S

ədnik  Paşa  Pirsultanlı  Azərbay-

can  Yazıçılar  və  Jurnalistlər Birliyinin üzvüdür. 

O,  iyirmi  beş  il  Gəncəbasar  Aşıqlar  Birliyinin 

s

ədri və  Daşkəsən, Kəlbəcər, Goranboy rayon 



q

əzetlərinin redaktoru vəzifəsində  səmərəli 

işləmiş, orden və medallarla təltif edilmişdir.  

Professor S

ədnik Pirsultanlı monoqrafiyanın 

“Tikm


ədaşlı  Xəstə  Qasımın  həyatı,  yaşamı  və 

mühiti”  adlı  birinci  fəslində  hadisələrin elmi-

n

əzəri şərhini azərbaycançılıq ideyasının tələbləri 



əsasında düzgün vermişdir.  

Görk


əmli sənətkar Xəstə Qasım XVII əsrin 

sonu, XVIII 

əsrin əvvəllərində Tikmədaşda ana-

dan  olmuş,  Tikmədaş  mədrəsəsində  mükəmməl 



 

549 


t

əhsil almış, ərəb və fars dillərini öyrənmiş, şifa-

hi xalq yaradıcılığını və klassik ədəbiyyatı səmə-

r

əli mütaliə  etmiş,  mahir  qələmini poeziyada 



sınamış,  lirik  şerlər  yazmış,  Dağıstana  səfər 

etmiş  və “Dağıstan səfəri” əsərini yazıb tamam-

lamışdır. 

Aşıq  sənəti Azərbaycan  şifahi  xalq  ədəbiy-

yatının  ən zəngin və  geniş  yayılmış  qoludur. 

M

əlumdur  ki,  aşıq  gördüyünü,  duyub  bildiyini 



sazla ifad

ə edir. Bu xalqın müqəddəs kəlamıdır. 

Az

ərbaycanda Qurbanilər,  Tufarqanlı  Ab-



baslar, K

ərəmlər, Alılar, Ələsgərlər yaranmış və 

əsrlər boyu dərdlərini sazla demişlər.  

Aşıqların  sazı  Koroğlular,  Nəbilər, Qaçaq 

Tan

rıverdilər  kimi  müdrik  tarixi  şəxsiyyətlərin 



söz  silahı  olmuş,  onlara  qəhrəmanlıq  və  igidlik 

qüvv


əti vermişdir.  

XVIII 


əsrdən başlayaraq Nəcəf bəy Məlikov 

Z

ərdabi, Cəlil Məmmədquluzadə, Nəcəf bəy 



V

əzirov,  Üzeyir  Hacıbəyov, Nəriman Nəri-

manov, C

əfər Cabbarlı, Səməd Vurğun aşıqların 

qüdr

ətindən bəhs etmiş, xalqın istək və arzularını 



ilhamla ifad

ə  etdiklərini göstərmiş,  onların 

f

əaliyyətini yüksək qiymətləndirmişlər.  



“Aşıq gördüyünü çağırar” atalar sözü xalqın 

s

ənətə  və  sənətkara dərin hörmət və  məhəb-



b

ətinin bədii ifadəsidir.  Aşıqların  dərin mənalı, 



 

550 


insana qol-qanad ver

ən, nikbin ruhlu, məhəbbətə 

h

əsr edilmiş qoşmaları dillər əzbəri olmuşdur. 



El  ağsaqqalı  kimi  ümumxalq  ehtiramı 

qazanan Tikm

ədaşlı Xəstə Qasım böyük sənətkar 

v

ə  alovlu qəlbə  malik,  fitri  istedadlı  aşıqdır, 



ustad aşıqdır.  

Onun 


əsərlərində  müdrik  şəxsiyyətinin 

əyyən cizgilərini, daxili ehtirasını, həyəcanını 



oxucu d

ərk edir, ona dərin hörmət bəsləyir. Ona 

gör

ə ki, o, müdrik sənətkardır.  



Professor S

ədnik  Paşa  Pirsultanlı  Xəstə 

Qasım haqqında ayrı-ayrı variantlarda üç dastan 

toplamışdır. Dastanın Əhliman Axundov variantı 

il

ə  Göyçə  mahalının  Ağzıbir  kəndindən olan 



Aşıq Məhəmməd variantları bir-birinə bənzəyir. 

Birinci dastanda X

əstə Qasımın atasının adı 

N

əsrullah  şah,  ikinci  dastanda  isə  Nəsrəddin 



şahdır. Ancaq Həsən Pərvanə variantına üstünlük 

verilir. Ona gör

ə  ki, bu dastanda hadisələr düz-

gün ifad


ə  olunur. Bu dastanda indiyə  kimi  şəx-

siyy


əti məlum olmayan baş müştehid Tikmədaşlı 

Qaraxanın adı aşkarlanır. 

Az

ərbaycan  ədəbiyyatı  tarixində  dastanları-



mızı ilk dəfə folkllorşünas Hənəfi Zeynallı təsnif  

etmişdir.  Hənəfi  Zeynalı  “Seçilmiş  əsərləri”ndə 

(1983)  dastanları  “Məhəbbət  əfsanələri” və 

“Q

əhrəmannamə” adlandırmışdır.  Professor 



 

551 


M.H.T

əhmasib 


dastanları 

“Qəhrəmanlıq”, 

“M

əhəbbət” və  “Ailə-əxlaq  dastanları”  adlan-



dırıb, üç yerə bölmüşdür. 

Tarixi m


ənbələr və aşıq ədəbiyyatı haqqında 

yazılan  tədqiqat  əsərlərində  Hənəfi  Zeynallının 

v

ə  professor Məmmədhüseyn  Təhmasibin das-



tan

ların bölgüsü haqqında fikirlərinin elmi-nəzəri 

şərhi verilmir, bu bölgülər tarixilik və  elmilik 

prinsipl


əri əsasında təhlil olunmur.  

Professor S

ədnik  Paşa  Pirsultanlı  dastanları 

düzgün olaraq, “Real-tarixi dastanlar”, v

ə 

“X

əyali-romantik dastanlar” olmaqla iki yerə 



bölür. O, Tikm

ədaşlı  Xəstə  Qasımın  “Dağıstan 

s

əfəri”  dastanını  real-tarixi  dastan  adlandırır  və 



bu fikrini t

əsdiqləyir.  

Professor S

ədnik Paşayev yazır: “Qurbani”, 

“Abbas v

ə  Gülgəz”, “Xəstə  Qasım”,  “Valeh  və 

Z

ərnigar”  dastanları  da  real-tarixi  dastanlardır. 



Bu  dastanların  əsas qəhrəmanları  olan  Dirili 

Qurbani d

ə,  Tufarqanlı  Abbas  da,  Tikmədaşlı 

X

əstə  Qasım  da,  Abdalgülablı  Valeh  də  tarixi 



şəxsiyyət  olmaqla  yanaşı,  onların  yaşayıb-yarat-

dıqları  əsr də,  yaşadığı  coğrafi  yerlər də 

m

əlumdur.  



O da m

əlumdur ki, onların  özləri ilə  bağlı 

dastanlar h

əmin sənətkarların  həyat macəraları 

əsasında  yaradılmışdır.  Daha  konkret  desək, bu 


 

552 


dastanların  yurdunun  üzərində  tarixin möhürü 

var.


1

 

Professor S



ədnik  Paşa  Pirsultanlı  düzgün 

göst


ərir ki, “Nəcəfxan”, “Alıxan və Pərixanım”, 

“Dilsuz v

ə  Xəzəngül”, “Məsim və  Diləfruz” 

dastanları  epos  və  nağıllardan  istifadə  yolu ilə 

yaradılmış  xəyali-romantik  dastanlardır.  Bu 

dastanların şərhi həmin  fikri təsdiqləyir.  

Tarixi h

əqiqətdir ki, real-tarixi dastanlar da 

zaman keçdikc

ə  dəyişir,  təkmilləşir,  zənginləşir, 

h

əm də  özünün  əsl  yaradıcısını  tarixən  yaşadır. 



“Qurbani”  dastanının  qəhramanı  Qurbani  Qara-

dağ  mahalının  Diri  kəndindədndir.  Butası  Pəri 

is

ə  Gəncə  şəhərində  yaşayır.  Xəstə  Qasım 



Tikm

ədaşdan Dağıstana, Aşıq Valeh Qarabağdan 

D

ərbəndə  səfər edir. Bu hadisələr dastanlarda 



b

ədii ifadəsini tapır.  

“X

əstə  Qasımın  Dağıstan  səfəri”nin  Aşıq 



H

əsən Pərvanə  variantında  ayrıca  göstərilir ki, 

ona niy

ə  Dədə  Qasım  deyilir.  Müştehid  Xəstə 



Qasımdan  soruşur:  “Oğlum,  adın  nədir?” Xəstə 

Qasım  cavab  verir ki, mənə  el-oba iki ad 

veribdir. “X

əstə Qasım” və “Dədə Qasım”. Mən, 

sözün düzünü deyir

əm, yolun düzünü göstərirəm. 

                                                 

1

 S



ədnik Paşa Pirsultanlı. Tikmədaşlı Xəstə Qasımın  ədəbi irsinin 

t

ədqiqi. Bakı, 2011, səh.26. 



 

553 


Ona gör

ə də “Dədə Qasım” deyirlər. Mən dosta 

v

ə düşmənə fərq qoymuram, həqiqəti bildirirəm.  



Müştehid  soruşur  ki,  oğul,  bəs o “Xəstə 

Qasım” kimdir və  ona niyə  “Xəstə” deyirlər? 

Qasım  cavab  verir  ki,  “mənim  qıfılbəndlərimi, 

sözl


ərimi sənin kimi alimlər, üləmalar o qədər 

fikir el


əyir, ancaq  bir yana çıxarda bilmir, axırda 

x

əstə düşürlər. Ona görə də mənə “Xəstə Qasım” 



deyirl

ər. Bu sizin sualın düzgün  cavabıdır.  

X

əstə  Qasım  cığalı  təcnisin bir neçə  gözəl 



nümun

əsini  yaratmışdır.  Aşıq  poeziyasında  qoş-

ma-müst

əzadın ilk nümunəsini görkəmli saz-söz 



ustası Xəstə Qasım yaratmış, oxuculara ərməğan 

vermiş və ümumxalq məhəbbəti qazanmışdır.   

Şah  İsmayıl  Xətai (1487-1524) dövründə 

yaşamamasına baxmayaraq, Xəstə Qasım mənalı 

ömrünün  sonuna  kimi  Şah  İsmayıl  Xətainin 

yaradıcılıq ənənələrinə sadiq qalmış, həmişə on-

dan b

əhrələnmişdir.  Ona  görə  ki,  Şah  İsmayıl 



X

ətainin zəngin  ədəbi irsi ona gözəl təsir 

b

ağışlamışdır.  



Şah  İsmayıl  Xətayi bir neçə  təxəllüslə  - 

“Şair Xətayi”, “Sultan Xətayi”, “Miskin Xətayi” 

v

ə  “Xəstə  Xətayi” təxəllüsləri ilə  şeirlər yaz-



mışdır.  Şah  İsmayıl  poeziyasının  vurğunu  olan 

şairlər onun sağlığında və sonra da həmin adları 



 

554 


özl

ərinə  təxəllüs  seçmiş,  həm də  bununla fəxr 

etmişlər.  

Şah  İsmayıl  Xətayinin  sağlığında  Abdal 

Hüseyn  -  “Miskin”,  sonralar is

ə  Tikmədaşlı 

Qasım –“Xəstə”,  Borçalı Aşıq Həsən - “Xəstə” 

t

əxəllüslərini qəbul edərək şeirlər yazmışlar. Şah 



İsmayıl  Xətai özünün Mənsur  kimi,  İmadəddin 

N

əsimi (1370-1417)  kimi  “Ənəlhəq” ideyasına 



bağlı olmasını bir şeirində əsaslandıraraq yazır: 

 

Şəriət sancağı gəldi dikildi, 



T

əriqət yolunda güllər saçıldı, 

M

ərifət dəryası daşdı, töküldü, 



H

əqiqəti pirü-pirandan aldım.

2

 

 



Şah  İsmayıl  Xətai Səfəvi dövlətinin ideo-

logiyasını  formalaşdırarkən islami dəyərlərə 

əsaslanırdı. O, təriqətə əsaslanır, seçdiyi dini təri-

q

ət  yolundan  dönmürdü,  xalq  arasında  dini-



t

əriqəti mərifətlə  təmsil edirdi. O, həqiqəti se-

virdi. O, özünd

ə dörd cəhəti birləşdirmiş, insani-

kamil olmuşdur. 

Şah  İsmayıl  Xətai islami təriqətə  əsas-

lanmış, dini-təriqət ideologiyasına  sadiq qalmış, 

                                                 

2

 

Şah İsmayıl Xətai. Sazım. Bakı,1973, səh.23. 



 

555 


özünün forma

laşdırdığı  Səfəvi  dövlətinin 

ideologiyasını zənginləşdirməyə çalışmışdır.  

Bu keyfiyy

ətlər  İmaməddin Nəsimi,  Şah 

İsmayıl  Xətai, Qurbani və  Pirsultan  Abdalın 

yaradıcılığında  geniş  və  inandırıcı  şəkildə  bədii 

ifad


əsini  tapmış,  oxuculara  gözəl  əxlaqi key-

fiyy


ətlər aşılamışdır. Ona görə ki, lirikada  bədii 

ifad


əsini təsirli tapmışdır.  

Şah İsmayıl Xətai lirikasında yazır ki, mənə 

gör

ə: “Ay-Əlidir, gün-Məhəmməd”, bilənə”.



3

 

Tikm



ədaşlı  Xəstə  Qasım  Əlini  pir,  Şah 

İsmayıl Xətayini mürşid qəbul edir və “Əli” adlı 

qoşmasının birinci bəndində deyir: 

 

Ərşi zəmin nohu qələm yox ikən, 



Varlığa hamıdan tez gələn Əli. 

Ustadlar ustadı özü olubdur, 

C

əbrayil məqamın düz bilən Əli. 



 

Əli  ustadlar  ustadıdır,  Cəbrayıl  məqamını 

hamıdan  düz  bilmişdir.  Şah  İsmayıl  Xətayiyə 

gör


ə həyatın zəmzəmi, dirilik suyu, hətta elm və 

bilik onun say

əsində cəm olubdur. 

Tikm


ədaşlı  Xəstə  Qasım  qəlbinin istəyini 

poetik dill

ə Əliyə ərmağan verib deyir: 

                                                 

3

 Yen


ə orada, səh.13. 

 

556 


X

əstə Qasım üzərmi daməndən əli? 

Al

əmi zərridə demişəm bəli. 



Bir ismin Əlidi, bir ismin Vəli, 

C

əmi pünhan dərdi tez bilən Əli. 



 

Şah  İsmayıl  Xətayinin Həzrəti  Əlini  bir 

etibarlı  mürid  kimi  yüksək qiymətləndirməsi 

XVI 


əsrin görkəmli sənətkarı  aşıq-şair  Pirsultan 

Abdalı ürəkdən sevindirdiyinə görə, o da Həzrət 

Əlinin,  Məhəmmədin  şəninə  gözəl  qoşmalar 

yazmış,  özünü  Həzrəti  Əli  məsləkinə  və 

müq

əddəs ideyalarına fəda edib yazmışdır: 



 

Ay Əlidir, gün Məhəmməd.

4

 

 



XVI 

əsrin görkəmli sənətkarı Miskin Abdal 

H

əzrəti  Əlinin  səmimi  dostu  olduğunu  poetik 



dill

ə ifadə edir: 

 

H

ər kim əgər şərdə şərri bilməsə, 



Göyd

ə əfsəl qəzənfəri bilməsə, 

H

ər kim ki, Əlini Vəli bilməsə, 



Onun başın zülfüqara verəsən.

5

 



                                                 

4

 Cahid Öztelli. “Pir Sultan Abdal”, Ankara caddesi, s



əh.82. 

5

 S



ədnik Paşayev. “Ağdabanlı Qurban və müasirləri”. (Namizədlik 

dissertasiyası), 1969, səh.10. 



 

557 


Miskin  Abdal  Şah  İsmayıl  Xətaiyə 

m

əhəbbətini şeirlə bildirir: 



 

İqlimin şahıydı, Həzrət Süleyman, 

Ədalətə pənah idi Nuşravan. 

Şıx oğlu İsmayıl – o cənnət məkan, 

Düşməz ələ, o bir yadigardı getdi.

6

 



 

Tikm


ədaşlı  Xəstə  Qasım  XVII  əsrin sonu, 

XVIII 


əsrin  əvvəllərində  sənət  meydanına 

g

əlmiş,  şifahi  xalq  yaradıcılığından  və  klassik 



ədəbiyyatdan, xüsusilə  aşıq  sənətindən səmərəli 

b

əhrələnmiş,  istedadlı  sənətkar zirvəsinə  



yüks

əlmişdir. 

Firti  istedadlı  Tikmədaşlı  Xəstə  Qasım 

şifahi xalq ədəbiyyatını, yəni zəngin Azərbaycan 

folklorunu v

ə  yazı  ədəbiyyatı,  yəni klassik 

ədəbiyyatı səmərəli mütaliə edib öyrənmişdir.  

Az

ərbaycan  ədəbiyyatı  tarixində  Məhəm-



m

əd  Füzulinin  klassik  şeirin  bayrağını  uca 

göyl

ərə qaldırdığı, Şah İsmayıl Xətayinin böyük 



əqidə yolunda qılınc ilə sözü birləşdirdiyi, Dirili 

Qurbaninin el s

ənətini xalqa  şərəfli xidmətə 

yön


əltdiyi tarixi həqiqətdir.  

                                                 

6

 Yen


ə orada, səh. 70. 

 

558 


“Büllur  qaşlı,  qızıl  cildli  kitabın”  müəllifi 

X

əstə  Qasımın  yaradıcılığında  vətən məhəbbəti 



parlaq  yer  tutur.  “Özüm  düşdüm  qürbət elə” 

dey


ən Xəstə  Qasım  vətən həsrətli sənətkardır. 

Onun  bu  şeiri çox səciyyəvidir. Ona görə  ki, 

V

ətən  həsrəti ilə  ağlar  qalmış,  yad  və  qürbət 



ell

ərə düşüb demişdir:  

 

X

əstə Qasım, tamam oldu sözlərim, 



Eşq ucundan kabab oldu közlərim. 

Q

ərib yerdə, yad ölkədə, gözlərim, 



V

ətən deyib ağla, ağlar qal indi. 

 

Tikm


ədaşlı  Xəstə  Qasım  Azərbaycanın 

Nizami G


əncəvi, Məhəmməd Füzuli, Qurbani və 

Tufarqanlı  Abbas  kimi  sənət inciləri  yaratmış 

dahi müt

əfəkkirlərin ədəbi irsindən öyrənmiş və 

özünün s

ənət yolunu düzgün müəyyənləşdirib 

v

ətənə və xalqa şərəfli xidmət etmişdir.  



Tikm

ədaşlı  Xəstə  Qasımın  yaradıcılıq  yolu 

aydın  göstərir  ki,  onun  Şah  İsmayıl  Xətai bədii 

irsini sevm

əsi, “Xəstə” təxəllüsü götürməsi  Şah 

İsmayıl  Xətai sənətinə  vurğunluğunu  təsdiq 

etmişdir.  Ona  görə  ki,  Şah    İsmayıl  Xətai poe-

ziyası  vətənin poetik səlnaməsidir.  

Molla P

ənah Vaqiflə  Xəstə  Qasımın  aşıq 



yara

dıcılığı  və  yazılı  ədəbiyyatın  qovuşmasın-

dakı  şərəfli xidmətləri mütəxəssislər tərəfindən 


 

559 


yüks

ək qiymətləndirilmiş,  Xəstə Qasımın Molla 

P

ənah Vaqifdən  əvvəl yaradıcılığa  başlaması  və 



Vaqif poeziyasına təsiri göstərilmişdir.  

Professor M

əmmədhüseyn Təhmasib  yazır: 

“XVII-XVIII 

əsrlərdə  aşıq  ədəbiyyatı,  aşıq  şeiri 

o q


ədər  geniş  yayılmış,  elə  böyük  şəxsiyyətlər 

yetişdirmişdir  ki,  hətta,  əgər belə  demək 

mümküns

ə,  yazılı  ədəbiyyatın  önündə  getməyə, 



ona istiqam

ət göstərməyə  başlamış,  Vaqif  ədəbi 

m

əktəbinin  formalaşmasında  həlledici rol 



oynamışdır”.

7

 



Professor S

ədnik  Paşa  Pirsultanlı  Xəstə 

Qasım  şerlərinin ahəngi və  gözəlliyinin Molla 

P

ənah Vaqifə  səmərəli təsir etdiyini hər iki 



s

ənətkarın  poeziyasından  gətirdiyi nümunələr 

əsasında  çox  düzgün  müəyyənləşdirir,  həm də 

fitri  istedadlı  folklorşünas  kimi  təsirli  şərhini 

verir.  

Professor S

ədnik Paşa Pirsultanlı Xəstə Qa-

sımın    “Ola”  rədifli  qoşmasının  son  möhür-

b

əndini misal gətirir və iftixar hissilə göstərir ki, 



sevgi üçün candan keçm

əyə hazıram:  

 

M

ən Qasımam, əl götürməm canandan, 



Canan qarşı gəlsə, keçərəm candan, 

                                                 

7

 M.H.T


əhmaisb. AZərbaycan Xalq dastanları (orta əsrlər).  Bakı, 

1972, s


əh. 55. 

 

560 


R

əngi artıq ola güldən, reyhandan, 

Zülfl

əri boynuma bir kəmənd ola. 



 

Folklorşünas  Sədnik  Paşa  Pirsultanlı  Molla 

P

ənah Vaqifin “Ola” rədifli  qoşmasının  Xəstə 



Qasım qoşmasının davamı olduğunu, həm də hər 

iki s


ənətkarın  poeziyasının  sənətkarlıq  baxı-

mından bir-birini təsdiqlədiyini göstərir.  

Molla  P

ənah  Vaqif      beş  bəndlik  “Ola” 

r

ədifli qoşmasında hadisələri çox canlı və təsirli 



cilalayır: 

Döşün açıb, əl dəyəndə yaxaya, 

Ağ gülün bağrına peykan toxuya. 

B

ədənindən müşkü ənbər qoxuya, 



Zülfü g

ərdənində bir qucaq ola.

8

 

 



Aydındır  ki,  yazılı  və  şifahi  poeziyanın  bir 

m

əcrada birləşməsində  bu sənətkarların  şərəfli 



xidm

ətləri  vardır.  “Ustadlardan  dərs  almışam” 

müq

əddəs kəlamının  müəllifi Xəstə  Qasım 



özünd

ən  əvvəl səmərəli fəaliyyətə  başlayıb, 

z

əngin ədəbi irs yaratmış Xətai, Füzuli, Qurbani, 



Abbas  Tufarqanlı  və  Sarı  Aşığı  özünün  ustadı 

hesab etmiş və onların sənət incilərindən bəhrə-

l

əndiyini  vurğulamışdır.  Tikmədaşlı    Xəstə  Qa-



                                                 

8

 



M.P.Vaqif. “Qurban olduğum”. Bakı, 1994, səh.80. 

 

561 


sım  poeziyanın  həqiqi  yaradıcısı  və  təbliğatçısı 

olmuş, oxucular tərəfindən sevilmişdir.  

X

əstə Qasımın yaşadığı dövrdə Nadir Şahın 



apar

dığı işğalçılıq müharibələri ölkəni talan edir, 

insanları  didərgin  salır,  xalqa  zülm  edirdi.  Bu 

ağır  vəziyyəti mütəxəssislər çox real faktlarla 

göst

ərmiş,  Nadir    şahın  işğalçılıq  siyasətini  ifşa  



etmişlər.  

Görk


əmli  xalq  yazıçısı,  akademik  Mirzə 

İbrahimov yazır: 

“İstər Nadir şah, istərsə  də  Ağa  Məhəm-



m

əd  şah  Qacar  çox  zaman  tutduğu  kəndləri, 

şəhərləri talan etməklə  kifayətlənməyib,  Şah 

Abbasın  yolu  ilə  gedərək  oranın  bütün  əhalisini 

İranın  cənub  əyalətinə  köçürürdülər. Ata 

oğuldan,  ana  baladan,  sevgili  sevgilisindən  ayrı 

düşürdü”.

9

 



Şamaxı şəhəri ilə möhkəm əlaqəsi olduğunu 

şerlərində  göstərən Xəstə  Qasım  şəhərin  faciəli 

v

əziyyətini kədərli bir dillə  “Qalıbdı”  rədifli 



qoşmasında çox təsirli cilalayır: 

 

Köhn



ə Şamaxının seyrin eylədim, 

Əl dəyməmiş təzə bağlar qalıbdı. 

El

ə köçüb gedib, ulusu, eli, 



İşlənməmiş ağ otaqlar qalıbdı. 

                                                 

9

 Mirz


ə İbrahimov. Aşıq yaradıcılığında  realizm. Bakı, 1966, səh.42. 

 

562 


Bu şeir həmin dövrdə yaşamış Şirvanlı Şakir 

Şirvaninin “Əhvali-Şirvan” şeri ilə həmahəngdir. 

O, Nadir 

şahın  işğalçı  ordularının  Şamaxını 

darmadağın etməsini bu şeirində alovlu qəlbinin 

ağrıları ilə çox canlı və təsirli ifadə edir, oxucuya 

v

ətən sevgisi aşılayır. 



“X

əstə  Qasım”  dastanından  məlum olur ki, 

X

əstə Qasım “Ay üzü birçəkli, xallı Sənəm gəl” 



demiş,  sevgilisini  unutmamış,  onun  eşqiylə 

yaşayıb,  yazıb-yaratmışdır.  Onun  “Nec  ola” 

şeirindən  Əhməd  adlı,  “Sərv xuraman” boylu 

ömür-


gün yoldaşı olduğu vurğulanır: 

 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin