T texniki kolleci



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix26.11.2022
ölçüsü1,54 Mb.
#70633
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
SRTFM-1-MÜHAZİRƏ

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


40 
 
 
 
Mövzu 13. Təqribi ədəd anlayışı. Təqribi ədədin onluq işarələri və 
qiym
ətli rəqəmlərinin sayı. Ədədlərin yuvarlaqlaşdırılması. 
Plan 
1. D
əqiq və təqribi ədədlər. Xəta anlayışı. Xətaların mənbəyi. 
2. T
əqribi ədədlərin onluq işarələri və qiymətli rəqəmlərinin sayı. 
3. 
Ədədlərin yuvarlaqlaşdırılması. 
4. T
əqribi hesablamalar. 
1. T
əbiətdəki proses və hadisələrin tabe olduqları əsas qanunları öyrənmək üçün onları 
ifad
ə edən riyazi məsələ və münasibətləri tədqiq etmək lazım gəlir. Hər bir riyazi 
m
əsələni həll etməzdən əvvəl onun həllinin varlığını, yeganəliyini və dayanıqlığını 
müəyyən edirlər. Sonra isə həmin məsələnin həlini tapmağa çalışırlar. Bir çox 
m
əsələlərin həllini bəzən dəqiq və aşkar şəkildə tapmaq olmur. 
Bel
əliklə, riyazi məsələlərin həlli zamanı həm dəqiq, həm də təqribi ədədlər 
üzərində müəyyən riyazi əməllərin icra edilməsi zərurəti yaranır. Xüsusilə bu hal ölçmə 
prosesi il
ə bağlı məsələlər üçün daha çox xarakterikdir. Dəqiq ədəd dedikdə kəmiyyətin 
doğru ədədi qiymətini ifadə edən ədəd, təqribi ədəd dedikdə isə həqiqi qiymətə kifayət 
q
ədər yaxın olan ədəd başa düşülür. Bu halda təqribi qiymətin dəqiq qiymətə yaxınlıq 
d
ərəcəsi hesablamanın xətası ilə müəyyən edilir. Məsələn, “kubun üzlərinin sayı 6-dır”, 
“kitabın 325 səhifəsi var” təkliflərində 6 və 325 ədədləri dəqiq ədədlərdir. “Otağın eni 
8,25 m-
dir”, “Yerin radiusu 6300 km-dir” təkliflərində 8,25 və 6300 ədədləri təqribi 
ədədlərdir. Bu zaman alınan ədədlərin təqribi olması ölçü alətlərinin mükəmməl 
olm
aması ilə bağlıdır. Ümumiyyətlə mütləq dəqiq olan ölçü cihazı yoxdur. Yalnız bir
ölçü cihazının dəqiqliyi digərindən yaxşı ola bilər. Yəni hər bir ölçü cihazının öz dəqiqlik 
d
ərəcəsi (öz xətası) var. Bəzi hallarda eyni bir ədəd həm dəqiq, həm də təqribi ola bilər. 
M
əsələn, üçbucağın tərəflərinin sayını göstərən 3 ədədi dəqiq, S = 

düsturunda 
-
nin əvəzinə 3 götürdükdə 3 təqribi ədəd olur.
Bel
əliklə, xətaların yaranmasının mühüm mənbələrindən biri ölçü alətlərinin 
mütləq dəqiq olmamasıdır. Xətaların yaranmasının digər mənbəyi də var. Məsələn, 
riyazi 
əməllərdə iştirak edən ədəd rasional ədəd olduqda və bu ədədi onluq kəsr 
şəklində yazmaq lazım gəldikdə, onun üçün dəqiq qiymət tapmaq mümkün deyil. Bu 
halda h
əmin ədədi bu ədədin onluq yaxınlaşması adlanan sonlu kəsrlə (sonlu sayda 
onluq işarəni saxlayıb qalanlarını atmaqla) əvəz etmək lazım gəlir.
Bu halda meydana g
ələn xətanın mənbəyi yuvarlaqlaşdırma xətası və ya hesablama 
x
ətası adlanan xətadır. Xətaların meydana gəlməsinin üçüncü mühüm mənbəyi baxılan 
m
əsələnin həlli üsulunun xətasıdır. Bu o vaxt olur ki, baxılan məsələnin ilkin qoyuluşu 
mürəkkəb olur. Onu daha sadə üsulla həll olunan müəyyən qədər sadə məsələ ilə əvəz 
edirl
ər və nəticədə həll üsulunun özündə xətaya yol verilmiş olur.
2. 
Aşkardır ki,təqribiədədin dəqiqilik dərəcəsi onluq işarələrin sayı ilə müəyyən edilir. 
M
əsələn, x təqribi ədədinin 41,453 qiyməti onun 41,45 qiymətindən daha dəqiqidir. 
T
əqribi ədədin dəqiqlik xarakteristikasının onun onluq işarələrinin sayı kimi təyin 
edilm
əsi üsulu ilə yanaşı, dəqiqlik xarakteristikası kimi onun qiymətli rəqəmlərinin 
sayının göstərilməsi üsulundan da istifadə edilir. 
T
əqribi ədədlər üzərində əməllər yerinə yetirərkən, əlverişli olsun deyə 
yuvarlaqlaşdırmadan istifadə olunur. Bu əsasən ədədin çox kiçik onluq hissələrinin 
atılmasına aiddir. Onluq kəsrləri yuvarlaqlaşdırarkən, onun dəqiqliyi dəyişir. Bu işdə 
əsas rolu ədədin onluq işarələri və qiymətli rəqəmləri oynayır. 


41 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin