T texniki kolleci



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix26.11.2022
ölçüsü1,54 Mb.
#70633
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
SRTFM-1-MÜHAZİRƏ

doğru, yaxud yalan ola biləcək bir fikri ifadə edən nəqli cümlə başa düşülür. 
Mulahiz
ələr doğru, yaxud yalan kimi məntiqi qiymətlər alır. Məsələn, “2x2=4”, yaxud, 
“Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır” cümlələri mülahizələrdirlər, “Saat 
neçədir?”, yaxud “6x+14x+22=0 tənliyini həll edin.” cümlələri isə mülahizə deyildir. 
Mülahizələr doğru, yaxud yalan kimi məntiqi qiymətlərdən yalnız birini alır, yəni, heç bir 
mülahizə eyni zamanda həm doğru, həm də yalan kimi məntiqi qiymətlər ala bilməz. 
Bir neçə mülahizə nümunələrinə baxaq:
1) Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir.
2) Moskva 
– İngiltərənin paytaxtıdır. 
3) Qurbağa balıq deyil.
4) 6 
ədədi 2-yə və 3-ə bölünür.
5) 33 
ədədi sadə ədəddir.
6) Əgər a müsbət həqiqi ədəddirsə, onda a ədədinin modulu özünə bərabərdir.
1), 3), 4), 6) mülahizələri doğru, 2),5) mülühizələri isə yalan mülahizələrdir. Qeyd edək 
ki, h
ətta bitmiş bir fikri ifadə edən istənilən nəqli cümlə mülahizə olmaya bilər. Məsələn, 
“Yaşasın vətənin qəhrəman övladları!” cümləsi mülahizə deyildir. Çünki bu cumlə 
doğru, yaxud yalan kimi məntiqi qiymət ala bilmir. Abstrakt şəkildə verilmiş “x ədədi 2-


12 
y
ə bölünür” cümləsi də bu mənada mülahizə deyildir, belə ki, x ədədinin tək və ya cüt 
ədəd olması haqqinda heç bir məlumatımız olmadığından bu təklifin doğru və ya yalan 
olması haqqında heç bir fikir söyləyə bilmərik. Mülahizələr sadə və mürəkkəb olur. 
M
əsələn yuxarıda qeyd olunan 1), 2) və 5) mülahizələri sadə mülahizələrdir. Sadə 
mülahizələrdən, onları “deyil”, “və”, “və ya”, “əgər ..., onda ...”, “onda və yalnız onda” və 
s. qramatik bağlayıcıları vasitəsi ilə əlaqələndirilməklə alınan yeni mülahizələrə 
mürəkkəb mülahizələr deyirlər. Məs. 3), 4) və 6) mülahizələri mürəkkəb mülahizələrdir, 
bel
ə ki, 3) mulahizəsi “qurbağa balıqdir” mülahizəsindən “deyil” inkarı vasitəsi ilə 
alınmışdır, 4) mulahizəsi isə “6 ədədi 2-yə bölünür” və “6 ədədi 3-ə bölünür” 
mülahizələrindən “və” bağlayıcısı vasitəsi ilə əlaqələndirilməklə alınmışdır, 6) mulahizəsi 
is
ə “a müsbət ədəddir” və “a ədədinin modulu özünə bərabərdir” mülahizələrindən “əgər 
..., onda ...” bağlayıcısı vasitəsi ilə qurulmuşdur. 
Mülahizələr latın əlifbasının böyük hərfləri ilə işarə olunur. Doğru məntiqi qiyməti D hərfi 
il
ə, yalan məntiqi qiyməti Y hərfi ilə işarə olunur.
3. A h
ər hansı mülahizə olduqda və bu mülahizəni inkar etdikdə biz yeni bir mülahizə 
almış oluruq. Bu yeni mülahizə verilmiş A mülahizəsinin inkarı olur və “
” və kimi işarə 
edilir. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin