TariXİ GÜNLƏr altun kitab



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix24.01.2017
ölçüsü0,71 Mb.
#6292
1   2   3   4   5   6   7   8   9

 

Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az 

sonra, Nazirlər  Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil 

Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin 

mənafeyinə  ləyaqətlə xidmət etdi, asayişin və  təhlükəsizliyin mühafizəsi, sabitliyin və  əmin-amanlığın 

qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. 

AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə 

strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı. 

Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox 

bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili-

si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır. 

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı  bərpa olundu, onun funksiya və 

vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin  ərazi 

bütövlüyü uğrunda gedən döyüşlərdə  fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların 

şəxsi heyətinin 931 nəfəri bu müharibədə  şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda "Milli Qəh-

rəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. 

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq 

standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə  hər il iyulun 2-si 

Azərbaycan Polisi Günü kimi qeyd olunur. 


 

19 


22 İYUL 

 

MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ 



 

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana 

dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də 

çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər 

ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. 

"Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol 

oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş  və iki il sonra qəzet 

bağlanmışdı. 

Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. 

XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. 

XX  əsrin  əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, 

Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin 

mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " 

(1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə "Molla Nəsrəddin" 

jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə 

xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. 

Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat 

sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. 

Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə  məşğul olan qəzet və jurnallar nəşr 

olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" 

(bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai 

və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin 

çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu. 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış 

mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət 

göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  "Əkinçi" qəzetinin nəşrə başladığı 

gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. 


 

20 


1 AVQUST 

 

AZƏRBAYCAN ƏLİFBASI  



VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ 

 

Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və 

Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli  əsərləri 

yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində 

yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan al-

banların 52 hərfdən ibarət əlifbası vardı. 

Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər 

boyu  ərəb dili din, elm və  təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni 

əlaqələrinə xidmət etmiş  ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə  əks etdirə bilmir, 

onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə 

başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında  əlifba islahatı keçirmək ideyaları yaratmışdı. 

Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı. 

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə 

Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi 

yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı  əlifbaya keçmə prosesi 

sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu 

il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi  şəkildə latın qrafikalı  əlifba tətbiq edildi. Bu hadisə 

Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. 

Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-

də  və xaricdə yaşayan türk xalqları arasında mədəni  əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası 

rəhbərliyində Azərbaycan  əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. Nəticədə 1940-cı il 

yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. 

Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün 

Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım  əsrdən çox bir müddət  ərzində kiril 

qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan  əlifbasının 

bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan  əlifbasının tətbiqi 

barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 

Latın qrafikalı  əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı 

mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti H. Əliyev 

2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında 

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. 



 

21 


5 AVQUST 

 

HƏRBİ DONANMA GÜNÜ 



 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi-dəniz donanması da yaradıldı. 

Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını  tərk edərkən  şəhər limanının idarəçiliyini və  hərbi 

gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər 

hərbi-dəniz donanması  təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin 

qorunmasında mühüm addım oldu. Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya 

Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi-

dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan 

Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə  hərbi 

donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə 

Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab 

notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. 

Azərbaycanın limanları və ticarət gəmiləri vardır. Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir. 

Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatik səylər öz nəticəsini verdi. Denikin 

beynəlxalq ictimaiyyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkdi. 

Azərbaycan hökumətinin Hərbi Nazirliyi hərbi donanmanın maddi-texniki bazasının 

gücləndirilməsinə diqqəti artırmışdı. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq 

etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı 

qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı. 

Azərbaycan Hökuməti rus donanmasının admiralı,  Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk 

əsilli  İslamovu milli donanmanın yaradılması  işinə kömək göstərmək üçün 1919-cu ilin yayında 

Azərbaycana dəvət etmişdi. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı 

kapitanlara tapşırıldı. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi 

planları aprel işğalı  nəticəsində  həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan 

hərbi donanması ləğv olundu. 

SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə  şərait yarandı. 

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası  Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə  və  təminat 

rotası yaradıldı. Xəzər Hərbi-dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizçilik məktəbi Azərbaycan 

Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan 

Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi  əsasında Dəniz 

Akademiyası  təşkil olundu. Azərbaycan Prezidenti H. Əliyevin fərmanına  əsasən hər il avqustun 5-i 

Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur. 

 


 

22 


15 SENTYABR 

 

BİLİK GÜNÜ 



 

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm 

öyrənmək Allaha ibadət qədər  əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir 

çox səhabələrinin hikmətli sözləri və  hədisləri vardır.  İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və 

ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdi. 

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn 

səyi  əsirgəməmişdir. Azərbaycan elminin tarixində  Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa 

Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə  nəhəng alim və filosoflar olmuşdur ki, 

onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər. 

Ölkəmizdə Bilik günü məktəblərdə  dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə  qədər həmin 

gün sentyabrın 1-nə  təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 21 av-

qust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində  dərslərin sentyabrın 15-dən 

başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. 


 

23 


18 SENTYABR 

 

MİLLİ MUSİQİ GÜNÜ 



 

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy 

Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın 

bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə  məhəbbət, onun 

ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi 

ənənəsinin  əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin 

vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən 

əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər 

Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli 

Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

 

Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan 



"Leyli və  Məcnun" operası ilə  təkcə Azərbaycanda deyil, bütün müsəlman  Şərqində opera sənətinin 

əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun 

"Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan 

məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. 

Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra  əsərlər, o 

cümlədən Azərbaycan peşəkar musiqi sənətinin  şah  əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan 

dahiyanə "Koroğlu" operasını  bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni 

Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi mu-

siqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına 

rəhbərlik etmişdir.  O,  müasir  bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya 

bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı 

musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. 

Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar. Azərbaycan və 

dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 

100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. 


 

24 


20 SENTYABR 

 

NEFTÇİLƏR GÜNÜ 



 

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün 

oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanmış  və bütün 

dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın 

neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. 

Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə 

böyük miqyasda saziş imzalayırdı. Bu saziş  Xəzər dənizində beynəlxalq  əməkdaşlığın  əsasını qoydu, 

xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni 

neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. 

"Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" 

platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-

Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. 

"Əsrin müqaviləsi"nə ilkin qoşulan  şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" 

(ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk 

Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", 

"Amerada Hess" (ABŞ)  şirkətləri də qoşuldu. Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya 

olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və  əlaqələndirilməsi məqsədi ilə 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. 

Ölkəmizin neft strategiyasının  əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya 

bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəməri 

layihəsinin hazırlanması  və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun 

bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur. 

1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə  və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" 

Əsas  İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in  İstanbul sammitində 

(1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və 

Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə  və  qısa müddətdə  həyata keçirilməsinə 

yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 

2002-ci il avqustun 18-də  Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru 

Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də  kəmərin 

Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması  mərasimi keçirilmişdir. 

2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir. 

"Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. 

Bu layihə  Şərq-Qərb enerji dəhlizinin  əsasını  təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 

kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə 

50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin 

gerçəkləşdirilməsində  əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru 

Kəmərinə onun adı verilmişdir.  

Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə  hər il sentyabrın 20-si "Neftçilər 

Günü" kimi qeyd olunur. 


 

25 


1 OKTYABR 

 

PROKURORLUQ İŞÇİLƏRİ GÜNÜ 



 

Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun  əməkdaşları öz peşə 

bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli 

lider Heydər  Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər  Şurasının 1 oktyabr 1918-ci il tarixli 

qərarı ilə Bakı Dairə  Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını  əsas 

tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü 

kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. 

Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli 

sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun  əsası ilk dəfə 

XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin 

prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm 

də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və  fəaliyyəti 

haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. 

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq 

Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən 

"Azərbaycan Məhkəmə Palatası haqqında  Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, 

A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca 

mürəkkəb və  ağır  şəraitdə  fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı  və  Gəncə dairə 

məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.  

AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv 

olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə  nəzarət funksiyasını 

həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 

1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də 

sovet prokurorluğunun  əsası qoyuldu. Xalq ədliyyə komissarları  Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov, 

B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları  həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar. 

1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən 

çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. 

Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə  və 

partiya liderlərinə xidmət edən bir orqan olmuşdur. 

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi 

mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, 

cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və 

demokratik inkişaf yoluna qədəm qoymuşdur. 


 

26 


18 OKTYABR 

 

MÜSTƏQİLLİK GÜNÜ 



 

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 

Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə  və  çətinliyə dözməyi bacarasan. Tale elə  gətirdi ki, 

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması 

səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci 

tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli 

müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali 

Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu 

mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. 

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və  əbədi 

arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər  şeyə hazır idi. Bu xalq artıq meydan 

hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.  İmperiyanın tankları da artıq azadlığa gedən yolun 

qarşısını  kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə  şəhid və qurbanlar vermiş 

Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı 

qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul 

olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. 

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi 

respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab 

edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan 

verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq 

qalır, Azərbaycan yenə  də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi 

bunlar arxada qalmışdır. 

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. 

Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan 

Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ 

olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət 

müstəqilliyinə tərəfdar çıxdı. 

Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə  fəaliyyət 

göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 

1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 

1991),  İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) 

və b. dövlətlər tanıdılar. 

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto 

tanınmasına başlandı. 

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. 

Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ 

müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət 

və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini 

reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər  Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə 

bu təhlükə sovuşdu. 

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi 

sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub 

saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi 

dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. 

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə 

çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. 

Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı  və razılığı olmadan həyata keçirilmir. "Əsrin 

müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan"  Əsas  İxrac Boru Kəməri artıq neftimizi dünya 

bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm 

də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır. 


 

27 


6 NOYABR 

 

TELEVİZİYA VƏ RADİO İŞÇİLƏRİ GÜNÜ 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin