TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


FƏSĠL VƏ PARAQRAFLAR AġAĞIDAKI



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   2   3   4   5   6   7   8   9   ...   37
FƏSĠL VƏ PARAQRAFLAR AġAĞIDAKI 

MÜƏLLĠFLƏR TƏRƏFĠNDƏN YAZILMIġDIR 

 

Giriş - İqrar Əliyev 



Azərbaycanın təbii-coğrafi şəraiti - B.Ə.Budaqov 

 

I BÖLMƏ 



 

DAġ DÖVRÜ. ĠBTĠDAĠ ĠCMA QURULUġU 

 

I FƏSİL. 



PALEOLĠT DÖVRÜ. ĠBTĠDAĠ OVÇULAR – YIĞICILAR 

 

Daş dövründə Azərbaycanın təbii şəraiti - Ə. V.Məmmədov 



İnsan cəmiyyətinin ən qədim inkişaf mərhələləri - M.M.Hüseynov

                                                                                                  Ə. Q. Cəfərov  

Azərbaycanın paleolit dövrü sakininin mənəvi aləmi haqqında 

                                                                             - İqrar Əliyev 

 

II FƏSİL. 



MEZOLĠT VƏ NEOLĠT DÖVRÜ. AZƏRBAYCAN 

SAKĠNLƏRĠ ĠSTEHSALEDĠCĠ TƏSƏRRÜFATIN MEYDANA 

ÇIXMASI DÖVRÜNDƏ 

 

Giriş qeydləri - İqrar Əliyev 

Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq. 

Balıqçılıq - C.N.Rüstəmov  

Neolit dövrünün əkinçi-maldar qəbilələri. Əmək alətləri. Keramika 

                 - C.N.Rüstəmov  

İctimai quruluş - C.N.Rüstəmov  

Mənəvi mədəniyyət - C.N.Rüstəmov 

 

III FƏSİL. 



AZƏRBAYCANDA ENEOLĠT DÖVRÜNÜN 

ƏKĠNÇĠ-MALDAR TAYFALARI 

 

Abidələrin icmalı - İ.H.Nərimanov 

 

 

II BOLMƏ 

 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ TUNC DÖVRÜ. 


32 

 

ĠBTĠDAĠ-ĠCMA QURULUġUNUN DAĞILMASI 



 

IV FƏSİL. 



ĠLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNĠYYƏTĠ

 

-  İ.H.Nərimanov 



 

V FƏSİL. 



ORTA TUNC DÖVRÜ 

İqrar Əliyev, İ.H.Nərimanov 

 

VI FƏSİL. 



SON TUNC VƏ ERKƏN DƏMĠR DÖVRÜ. ĠBTĠDAĠ- 

ĠCMA QURULUġUNUN DAĞILMASI. ERKƏN SĠNĠFLĠ 

CƏMĠYYƏT ƏRƏFƏSĠNDƏ AZƏRBAYCAN TAYFALARI 

 

Tayfalar və tayfa qrupları - İqrar Əliyev 

Abidələrin icmalı - İ.H.Nərimanov 

Yaşayış yerləri və qalaçalar - İ.H.Nərimanov 

Təsərrüfat – İ.H.Nərimanov 

Sənətkarlıq – İ.H.Nərimanov 

İctimai və mülki bərabərsizliyin güclənməsi. İbtidai icma 

quruluşunun dağılması - İ.H.Nərimanov 

Qəbilələrarası mübadilə. Xarici əlaqələr - İ.H.Nərimanov 

Mənəvi mədəniyyət və ideologiya – İ.H.Nərimanov 

Aşşurluların və elamlıların Zaqros vilayətlərinə yürüşləri -   

İqrar Əlivev 

 

VII FƏSİL. 



E.ə. II MĠNĠLLĠYĠN SONU - I MĠNĠLLĠYĠN 

BAġLANĞICINDA AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ 

ƏHALĠNĠN TƏRKĠBĠ 

-  İqrar Əliyev 

 

 

 

 

 

 

 

 

 

 

 

 


33 

 

III BÖLMƏ 



 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLK DÖVLƏTLƏR 

 

VIII FƏSİL. 



AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLKĠN SĠYASĠ 

QURUMLAR. MANNA DÖVLƏTĠ 

 

Urmiya gölü hövzəsində ilk siyasi qurumlar - İqrar Əliyev, 



S.M.Qaşqay  

Manna çarlığının meydana gəlməsi. Aşşurlulara və urartululara qarşı 

mübarizə - İqrar Əliyev, S.M.Qaşqay 

Mannanın təsərrüfat həyatı: əkinçilik, maldarlıq, sənətkarlıq 

-

 

S.M.Qaşqay 



Mannanın şəhərləri və şəhər həyatı - S.M.Qaşqay 

Mannanın dövlət quruluşu - S.M.Qaşqay 

Manna çarlığının qüvvətlənməsi və genişlənməsi - İqrar Əliyev

                                                               S.M.Qaşqay 

Mənəvi mədəniyyət və dini etiqadlar - S.M.Qaşqay 

 

IX FƏSİL. 



KĠMMER VƏ SKĠF (ġKUDA) TAYFALARININ 

AZƏRBAYCAN VƏ ÖN ASĠYA ƏRAZĠSĠNƏ BASQINLARI. MĠDĠYA 

(MADA) VƏ SKĠF ÇARLIQLARININ YARANMASI 

-  İqrar Əliyev 

 

X FƏSİL. 



CƏNUBĠ AZƏRBAYCANIN MĠDĠYALILAR 

(MADALILAR) TƏRƏFĠNDƏN ĠġĞALI. MANNA 

ÇARLIĞININ SÜQUTU

 

-  İqrar Əliyev 



 

XI FƏSİL. 



AZƏRBAYCAN TORPAQLARI FARS ƏHƏMƏNĠ 

(NAXAMANĠġĠLƏR) DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ

 

-  İqrar Əliyev 



 

 

 



 

 

 



 

34 

 

IV BÖLMƏ 



 

HELLĠNĠZM DÖVRÜNDƏ AZƏRBAYCAN 

ƏRAZĠSĠNDƏ DÖVLƏT QURUMLARI 

 

XII FƏSİL. 



MADA-ATROPATENA (*At

a

/

u

rpatakan) DÖVLƏTĠ 

-

 



İqrar Əliyev 

 

Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada- 

Atropatena - Kiçik Mada dövlətinin yaradılması - İqrar Əliyev 

Atropatenanın etnik mənzərəsi. Mada-Atropatena etnosunun təşəkkül 

tapması - İqrar Əliyev 

Təsərrüfat həyatı - K.H.Əliyev 

Atropatena hellinizm dövlətləri sistemində - İqrar Əliyev 

Atropatena eramızın ərəfəsində. Yadelli istilaçılara qarşı mübarizə 



İqrar Əliyev 

 

XIII FƏSİL. 



ATROPATENANIN MADDĠ MƏDƏNĠYYƏTĠ VƏ DĠNĠ 

İqrar Əliyev 

 

XIV FƏSİL. 



ANTĠK ALBANĠYANIN ƏRAZĠSĠ VƏ ƏHALĠSĠ, 

TƏSƏRRÜFAT HƏYATI. ĠCTĠMAĠ MÜNASĠBƏTLƏR 

VƏ SĠYASĠ QURULUġ 

 

Qədim Albaniyanın ərazisi və əhalisi - İqrar Əliyev  

Əkinçilik. Bağçılıq. Üzümçülük - K.H.Əliyev  

Maldarlıq, balıqçılıq. - K.H.Əliyev  

Sənətkarlıq - K.H.Əliyev  

Ticarət. Ticarət yolları - K.H.Əliyev 

 Pul tədavülü - İ.Ə.Babayev 

Şəhərlər      və      başqa      məskənlər      -      İqrar      Əliyev      [Bu      paraqrafda 

F.L.Osmanovun təqdim etdiyi bir sıra materiallardan istifadə edilmişdir] 

Sosial münasibətlər - K.H. Əliyev 

 Qoşun və hərbi iş - K.H.Əliyev 

 

XV FƏSİL. 



ANTĠK ALBANĠYANIN SĠYASĠ HƏYATI 

 

Eramızdan əvvəl IV-II əsrlərdə Albaniyanın siyasi həyatı. Albaniya 



dövlətinin meydana gəlməsi - İqrar Əliyev  

35 

 

Albaniya eramızın hüdudlarında və ilk əsrlərində. Parfiya və 



Romaya qarşı mübarizə - K.H.Əliyev  

Eramızın hüdudunda və ilk əsrlərində şimaldan Albaniyanın və 

bitişik vilayətlərin ərazisinə köçərilərin girməsi – İqrar Əliyev 

 

 



XVI FƏSİL. 

ANTĠK ALBANĠYANIN MƏDƏNĠYYƏTĠ 

 

Albaniyanın maddi mədəniyyət abidələri - F.L.Osmanov 

Antik Albaniyanın incəsənəti - F.L.Osmanov 

Din - K.H.Əliyev 

XRONOLOGİYA GÖSTƏRİCİSİ - S.M.Qaşqay 

ƏDƏBİYYAT - İqrar Əliyev, R.S.Məlikov 



36 

 

AZƏRBAYCANIN TƏBĠĠ-COĞRAFĠ ġƏRAĠTĠ 



 

Azərbaycanın tarixi  ərazisi Şərqi Zaqafqaziya  və İranın şimal-qərb hissəsində 

yerləşir. Sahəsi 221,6 min km

2

, əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır. 



Hazırda  bu  tarixi  ərazinin  bir  hissəsini  tutan  Azərbaycan  Respublikasının 

sahəsi  86,6  min  km

2

,  əhalisi  8,5  mln  nəfərdir  (2006-cı  il),  Cənubi  Azərbaycanın 



ərazisi 135 min km

2

, əhalisi 25 mln nəfərə qədərdir. 



Azərbaycan  ərazisi  düzənlik  və  dağlıq  relyefə  malik  olub,  mütləq  yüksəkliyi 

28 m-dən (Xəzərsahili düzənlik) 4821 m-ə (Savalan dağı) qədərdir. 

Azərbaycan  Respublikasının  ovalıq  və  düzənlik  relyefi  Gəncə,  Qazax, 

Qarabağ,  Mil,  Muğan,  Şirvan,  Salyan,  Lənkəran,  Samur-Dəvəçi,  Arazyanı  və 

Şərurdan ibarətdir. 

Azərbaycan  Respublikasının  ərazisi  beş  coğrafi  vilayətə  bölünür:  onlardan 

dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-

Araz və ya Mərkəzi Aran) ovalıqdır. 

Böyük  Qafqazın  Azərbaycan  hissəsi  hüdudunda  iki  əsas  dağ  silsiləsi-Baş 

Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq 

Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. 

Baş  Qafqaz  dağ  silsiləsinin  cənub  yamacı  ətəyi  boyunca  Qanıx-Əyriçay 

dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. 

Baş  Qafqaz  silsiləsi  Bazardüzü  dağından  şərqə  Azərbaycan  ərazisi  daxilində 

şimal-qərbdən  (Tinovroso  dağı)  cənub-şərqə  doğru  uzanmaqla  4000  metrdən  1026 

metrə  qədər  (Kəmçi  dağı)  alçalır.  Azərbaycan  və  Dağıstan  xalqları  arasında  tarixən 

gediş-gəliş, o cümlədən də  ticarət  əlaqələri Baş Qafqaz  silsiləsinin Tinovroso (2800 

m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 

m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), 

Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. 

Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ - 

3367 m), Murovdağ (Gamışdağ - 3724 m), Qarabağ (Böyük Kirs - 2725 m) sıra dağları və 

Qarabağ vulkanik  yaylası (Böyük İşıqlı  - 3552  m, Dəlidağ  -  3616 m) relyefdə  üstünlük 

təşkil edir. 

Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ - 3120 m) və Zəngəzur sıra dağları 

(Qapıcıq dağı - 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 

m) yerləşir. 

Lənkəran  ovalığı  cənub-qərbdə  Talış  sıra  dağları  ilə  (Gömürgöy  -  2493  m) 

sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu 

isə Peştəsər (2200 m) sıra dağları uzanır. 

Cənubi  Azərbaycanın  relyefi  bir  neçə  dağ  silsilələrindən  və  dağarası 

çökəkliklərdən ibarətdir. 



37 

 

Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş 



Qaradağ  silsiləsi  əyməvari  şəkildə  qərbdən  şərqə  doğru  uzanır.  Araz  çayının  sağ 

sahilindən  başlanan  bu  silsilənin  mütləq  yüksəkliyi  3000  metrə  qədər  çatır.  Qaradağ 

silsiləsinin  şimal  yamacı  50  kilometr  məsafədə  3000  metrdən  200  metrə  qədər,  cənub 

yamacı  isə  25  kilometr  məsafədə  3000  metrdən  1000  metrə  qədər  enir.  Onun  şimal 

yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır. 

Kiəmki-Qaraca  silsiləsi  Qaradağın  cənub,  cənub-qərbinə  yaxın  olmaqla  110 

kilometr  məsafədə  uzanır.  Onun  Kiəmki  zirvəsi  3358  metrə,  ən  uca  zirvəsi  isə  3975 

metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-

şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən 

şərqə  doğru  130  kilometr  uzanmaqla  4821  metrə  qədər  (Savalan  dağı)  ucalır.  Cavan 

(pleystosen)  vulkan  lavalarından,  vulkan  küllərindən,  tuflarından  yaranmış  Savalan 

silsiləsinin  yamacları  Acıçay,  Balıqçay,  Qarasuçay  çayları  vasitəsilə  parçalanmışdır. 

Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə 

doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal 

enliyi  isə  20  kilometrə  çatır.  Bozquş  silsiləsi  şimaldan  Acıçay,  Balıqçay,  cənub-

şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. 

Acıdərə  çökəkliyindən  cənub-qərbə  vulkan  mənşəli  Səhənd  (Haramdağ) 

dağının  (3710  m)  konusu  ucalır.  Ətrafdakı  dağarası  çökəklik  və  düzənliklərdən  2500 

metrdən  artıq  ucalan  Səhənd  dağı  və  Savalan  dağı  relyefdə  öz  vulkan  konusu  ilə  çox 

qabarıq  şəkildə  görünür.  Zirvədən  radial  şəkildə  ətraf  yamacların  ətəklərinə  doğru 

istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir. 

Mişudağ  silsiləsi  Urmiya  gölünün  şimal-şərq  qurtaracağında  yerləşməklə  60 

kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 

kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir. 

Cənubi  Azərbaycanın  qərb  qurtaracağında  İranla  Türkiyə  sərhədi  boyu  110 

kilometr  məsafədə  uzanan  Qotur  silsiləsinin  şərq  yamacı  Sarısu,  Qızılçay,  Ələnd,  Qotur 

çayları  ilə  kəskin  parçalanmışdır.  Qotur  silsiləsinin  ən  uca  zirvələrindən  Heravil  (3676 

m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və 

başqalarını misal çəkmək olar. 

Qotur  silsiləsindən  cənuba,  Urmiya  gölündən  qərbə  Moğancıq-Musalan  silsiləsi 

ayrı-ayrı  dağ  tirələrindən  ibarət  olmaqla,  onların  mütləq  yüksəkliyi  2000  metrlə  3000 

metr  arasında  dəyişir.  Silsilələrin  ən  uca  zirvəsi  3601  metrdir.  Mezozoyun  çökmə 

süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir 

çox çay dərələri vasitəsilə parçalanmışdır. 

Dağ  silsilələri  arasında  Ərdəbil,  Acıdərə,  Sərab  və  Mianə  adlı  iri  dağarası 

çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 

230  km,  Təbriz-Quşçu  istiqamətində  isə  (qərbdən  şərqə)  125  km  məsafədə  uzanır. 

Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır. 



38 

 

Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 



km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə 

isə gətirmə konusları vardır. 

Ərdəbil  çökəkliyi  Balıqlıçay,  Quruçay  və  Qarasu  çaylarının  qovuşduğu  yerdə 

vulkanogen,  allüvial-prolüvial  çöküntülərindən  təşkil  olunmuş  düzənlikdən  ibarətdir. 

Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir. 

Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25-

30 kilometr məsafədə uzanır. 

Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə 

doğru 200 metrə qədər yüksəlir. 

Cənubi  Azərbaycan  relyefində  təbiətin  yaratdığı  əvəzsiz  abidələrdən  biri  də 

vulkan mənşəli Savalan dağıdır. 

Azərbaycan  ərazisində  dağlıq  relyef  şəraitində  geniş  yayılmış  sürüşmələr, 

uçqunlar,  sellər  və  vaxtaşırı  baş  verən  zəlzələlər  yaşayış  məntəqələrini  dağıdır, 

təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. 

Azərbaycan  ərazisi  mezo-kaynozoyun  çökmə,  vulkanogen  və  intruziv 

süxurlarından  yaranmışdır.  Azərbaycan  ərazisi  Alp  qırışıqlıq  zonasına  aid  olub, 

tektonik  cəhətdən  olduqca  fəaldır.  Bu,  özünü  ilk  növbədə  güclü  zəlzələlərdə  (9  bal) 

büruzə verir. 

Azərbaycan  ərazisi  yeraltı  faydalı  qazıntılarla  zəngindir.  Bu  torpaq  ən  qədim 

zamanlardan  özünün  faydalı  qazıntıları  ilə,  ilk  növbədə,  nefti  və  qazı  ilə  şöhrət 

tapmışdır.  Dəmir,  maqnezium,  titan  (maqnetitli  qumdaşı),  xrom,  mis,  polimetallar, 

kobalt,  mərgmüş,  molibden,  İslandiya  şpatı,  dağ  bülluru,  kvars,  kükürd  kolçedanı, 

kükürd,  barit,  alunit,  andaluzit,  bitum,  daş  duz  və  s.  kimi  filiz  və  qeyri-filiz  faydalı 

qazıntılar  bu  torpağın  sərvətidir.  Tikinti  üçün  yararlı,  odadavamlı,  abraziv  və  digər 

təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb. 

Azərbaycanda  olan  mineral  bulaqlar  öz  kimyəvi  tərkibinə  görə  on  bir  tipə 

bölünür.  Buraya  hidrokarbonatlı,  hidrokarbonatlı-xloridli,  hidrokarbonatlı-xloridli-

sulfatlı,  hidrokarbonatlı-sulfatlı,  xloridli,  sulfatlı-xloridli  və  başqa  kimyəvi  tərkibli 

mineral  bulaqlar  daxildir.  Azərbaycanın  coğrafi  yeri,  onun  dağlıq  və  düzənlik 

relyefinin  atmosfer  proseslərilə  qarşılıqlı  əlaqə  və  təsiri  nəticəsində  bir  neçə  iqlim 

tipləri yaranmışdır. 

Azərbaycan  Respublikasının  iqlimi  Kür-Araz  ovalığının  mərkəz  və  şərq 

hissələrində,  Qobustanda,  Abşeron  yarımadasında  və  Samur-Dəvəçi  ovalığında  yayı 

quraq  keçən  mülayim-isti  yarımsəhra  və  quruçöl  (bozqır  və  ya  step)  iqliminə 

malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. 

Qışı  quraq  keçən  mülayim  iqlim  yarımsəhra  və  quru  çöl  iqlimi  Kür-Araz 

ovalığının  Ağdaş-Qarqarçayın  aşağı  axını  istiqamətindən  qərbə  uzanan  Qarabağ 


39 

 

düzünün  bir  qismini,  Gəncə-Qazax  düzünü,  Boz  dağı,  Ceyrançölü  və  Acınohur 



öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. 

Yuxarıda  adları  çəkilən  hər  iki  iqlim  daxilində  qarlı  günlərin  sayı  20  günə 

qədər  olduğundan  və  həmin  müddətdə  qarın  qalınlığı  10  santimetrdən  artıq 

olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. 

Bu  ərazidə  iyulun  orta  aylıq  temperaturu  27°C-dən  yüksək  olduğundan 

pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi 

və  qismən  orta  dağlıq  hissəsində,  eləcə  də  Acınohur  öndağlığında  və  Qanıx-Əyriçay 

çökəkliyi daxilində qışı quraq keçən mülayim  isti iqlim mövcuddur. Kiçik Qafqazın 

və  eləcə  də  cənub-şərqi  Qafqazın  şimal  yamacının  orta  dağlıq  ərazisində  qışı  quraq 

keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün 

yağıntısı  demək  olar  ki,  bərabər  paylanmış  mülayim-isti,  orta  dağlıq  ərazi  üçün  isə 

qışı rütubətli keçən soyuq iqlim mövcuddur. 

Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti 

iqlim vardır. 

Azərbaycanda  rütubətli  subtropik  bitkilər  (çay,  limon,  portağal,  feyxoa  və  s.) 

bu  iqlim  tipinin  əhatə  etdiyi  Lənkəran  ovalığı  və  ona  qovuşan  alçaq  dağlıq  ərazinin 

şərq  yamacında  geniş  yayılmışdır.  Talış  dağlarının  alçaq  dağlığı  ilə  orta  dağlığın 

qovuşduğu  dar  bir  zolaqda  yağıntısı  demək  olar  ki,  bərabər  paylanmış  mülayim-isti 

iqlim yaranmışdır. 

Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq 

keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu 

iqlim tipi daxilində illik  mütləq minimum temperatur  -32°C, illik  mütləq  maksimum 

temperatur  isə  +43°C  olur.  Hər  iki  ərazinin  orta  və  yüksək  dağlıq  hissəsində  yayı 

quraq  keçən  soyuq  iqlim  tipi  mövcuddur.  Bu  iqlim  şəraitində  istər  Naxçıvan  MR, 

istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən 

yox  dərəcəsindədir.  Dağ  yamaclarının  meşədən  məhrum  olması  ariddenudasiya 

proseslərinin  güclənməsinə,  eroziyanın  intensiv  getməsinə,  sellərin  tez-tez  baş 

verməsinə  səbəb  olur.  Bu  iqlim  tipinə  daxil  olan  ərazilərdə  yay  otlaqları  az 

məhsuldardır. 

Azərbaycanın  mütləq  yüksəkliyi  2600-2800  metrdən  artıq  olan  yüksək  dağlıq 

əraziləri üçün soyuq və  tundra  tipli iqlim xasdır. Belə  iqlimi olan  ərazilərdə  qismən 

daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. 

Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları 

dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da 

qismən quraq iqlimə  malik olan  dağarası çökəkliklərdə, dağ  ətəklərində, düzənlik və 

ovalıqlarda  suvarma  əkinçiliyi  üçün  ciddi  maneə  törədir.  Buna  görə  də  tarixən  ən 

intensiv  əkinçilik  və  bağçılıq  çay  dərələri,  çay  yataqları  boyu  və  çayların  dağlıq 

ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı. 



40 

 

Atmosfer  yağıntılarının  miqdarının  paylanma  dərəcəsindən  və  səthə  çıxan 



yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. 

Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 

l/san/kv.km)  aiddir.  Cənubi  Azərbaycanın  eyni  yüksəkliyi  olan  dağlarının  ərazisi  isə 

orta axın zonasına (25-5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası 

çökəkliklərdə isə zəif axım (5-1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir. 

Atmosfer  yağıntıları  ərazi  üzrə  bərabər  paylanmamışdır.  Əgər  Azərbaycan 

Respublikasının  Astara  rayonunda  illik  yağıntının  miqdarı  1800  mm-dən  artıqdırsa

1



Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir. 

Mülayim iqlim qurşağın orta illik  yağıntılarının  miqdarı 200  mm-dən az olan 

ərazilərində tipik səhra, 200-400 mm olan ərazilərində tipik yarımsəhra, 400-500 mm 

olan  ərazilərində  isə  rütubətli  dağ  çölləri  və  alçaq  dağlıq  arid  meşələri  inkişaf 

etmişdir.  İllik  yağıntının  600-1400  mm-ə  çatdığı  ərazilərdə  meşə  örtüyü  vardır. 

Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə 

qədərdir. 

Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin 

yaranmasına  səbəb  olur.  Azərbaycan  ərazisində  ilin  isti  yarısında  düşən  dolu,  əsən 

isti-quru küləklər (qara yel ve ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur. 

Azərbaycan  Respublikasının  ən  iri  çayları  Kür,  Araz,  Samur,  Tərtər, 

Naxçıvançay  və  başqalarıdır.  Cənubi  Azərbaycanda  Qarasu,  Hacılar,  Sərdərirud, 

Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır. 

Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti 

vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır. 

Urmiya  gölünün  sahəsi  5900  kvadrat  kilometr,  onun  sutoplayıcı  hövzəsinin 

ümumi  sahəsi  isə  50  min  kvadrat  kilometrdir.  Gölün  səviyyəsi  125  m  mütləq 

yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi 

şimal  hissədə  6  m-ə,  cənubda  isə  15  m-ə  çatır.  Payız  və  yaz  fəsillərində  yağışların 

yağması  ilə  əlaqədar  olaraq  onun  səviyyəsi  qalxır,  yayda  isə  əksinə,  su  səthindən 

intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. 

Hövzə yüksək minerallaşmaya (220 

0

/

00



) malikdir. Lakin göldə xərçəngəbənzər 

canlılar vardır. 

Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra 

iqlimi  şəraitində  (5000  m-dən  yüksəklikdə)  dağ-çəmən  torflu  torpaqlar  formalaşır. 

Sıra  dağların  suayırıcı  sahəsi  boyunca  yay  otlaqları  kimi  istifadə  edilən  dağ 

çəmənlikləri geniş sahəni tutur. 

                                                           

1

 



1959-cu ildə Astara rayonunun Gəgiran məntəqəsində yağıntının miqdarı 2767 mm-ə çatmışdı.

 


41 

 

Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq 



tipləri  inkişaf  etmişdir.  Lənkəran  dağlarının  Xəzər  dənizinə  doğru  istiqamətlənmiş 

cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. 

Cənubi  Azərbaycanın  torpaq  örtüyü  arid  iqlim  və  kəskin  parçalanmış  relyef 

şəraitində  formalaşmışdır.  Alçaq  dağlıq  ərazilərdə  tipik  və  açıq-sarı,  əksər  hallarda 

skeletli torpaqlar  əmələ  gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin 

allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. 

Cənubi  Azərbaycanda  qəhvəyi  torpaqlar  geniş  ərazini  örtür.  Maqmatik 

vulkanların  püskürməsi  nəticəsində  yaranan  effuziv  və  intruziv  süxurlar  üzərində 

əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı 

yüksək  olur.  Qarabağ  vulkanik  yaylasını,  Savalan  və  Səhənd  dağlarının  yamaclarını 

buna misal çəkmək olar. 

İqlim  şəraitinin  kontinentalvarı  və  quraq  keçməsilə  əlaqədar  Cənubi 

Azərbaycandakı  dağ  yamaclarında  seyrək  kserofit  kolluqları  və  yarımkol  friqonoid 

bitkiləri  geniş  sahə tutur.  Dağarası Çökəkliklərdə  və  maili  düzənliklərdə quru çöl  və 

yarımsəhra  bitkiləri  inkişaf  etmişdir.  Qotur-Musalan  dağ  silsiləsinin  şərq 

yamaclarında  enliyarpaqlı  meşələr, bozqır  və  friqonoid bitkilərindən ibarət kolluqlar 

yayılmışdır.  Xəzər  dənizinin  sahili  boyu  Üçüncü  dövrün  dəmirağacı,  şabalıdyarpaq 

palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. 

Yüksək  dağlığın  qayalıq  hissələrində  bezoar  keçiləri,  muflonlar  məskunlaşıb. 

Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, 

muflon  (dağ  qoyunu),  cüyür,  çöl  donuzu  (qaban),  tetra  quşu,  göyərçin,  ular  və  b. 

vardır.  Yarımsəhra  şəraitində  qırmızıquyruq  siçan,  oxlu  kirpi,  nutriya,  gürzə,  turac, 

kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır. 

Azərbaycanın daimi və  müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, 

bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və 

endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara 

Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan 

və başqa qoruqlar aiddir. 

Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb 

təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və 

təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. 

Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-

buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və 

meşədən  sonrakı  çəmən-çöl,  orta  dağlığın  dağ  kserofit  (friqonoid)  landşaftları 

mövcuddur.  Dağ  ətəklərinin  enliyarpaqlı  meşə,  alçaq  dağlığın  kserofit,  quru  çöl  və 

arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. 

Düzənlik  ərazilərdə  ovalıq  və  düzənliklərin  meşə-çəmən,  quru-çöl  və 

yarımsəhra landşaftları inkişaf etmişdir. 



42 

 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin