Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə11/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
İmtahan suallarının cavabları 2

Əxlaq tərbiyəsinin mahiyyəti.

Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması, kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən «əxlaqlı», «yüksək etikalı», «mədəni əxlaqlı», «əxlaqsız» kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.
Elmi pedaqogikada "əxlaq tərbiyəsi” ifadəsini ilk dəfə olaraq elmi pedaqogikanın banisi sayılan böyük çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişdir. O, bir sıra əsərlərində həm "əxlaq qaydaları”, həm də "əxlaq tərbiyəsi” ifadələrini işlətmişdir. Komenskidən təxminən 400 il əvvəl şərqin böyük mütəfəkkiri Nəsirəöddin Tusi "Əxlaqi Nasiri” də əxlaq tərbiyəsinin böyük bir sistemini vermişdir. Keçmiş SSRİ məkanında mövcud olan bütün direktiv və proqram sənədlərdə əxlaq yalnız kommunist əxlaqı kimi verilir. V.İ.Lenin kommunist əxlaqının mahiyyətini şərh edərək göstərir ki, kommunist mənəviyyatının əsası kommunizmi möhkəmlətmək və başa çatdırmaq uğrunda mübarizədən ibarətdir. Tusi pedaqogikasında başlıca amil sayılan əxlaq tərbiyəsi nəzəriyyəsini mütəfəkkir alim 3 mənbədən-özünün ailə tərbiyəsindən, Azərbaycan xalqının tərbiyə ənənələrindən və özünəqədərki nəzəriyyəçilərin tərbiyə haqqındakı fikirlərindən seçdiyi səmərəli toxumların əlaqələndirilməsi, tənqidi təhlil yolu ilə ümumiləşdirilməsi və dərin elmi süzgəcdən keçirilməsi əsasında yaratmışdır. Keçmişin, öz dövrünün təlim-tərbiyə məsələləri üzrə təcrübəsini düzgün dərk etdiyindən, Nəsirəddin Tusi gələcək nəsillərin tərbiyəsinə ağıllı istiqamət vermək imkanına malik olmuşdur.
Nəsirəddin Tusi də bu yolla gedərək milli-mənəvi dəyərlərinizə və qüdrətli söz sahiblərinin fikirlərinə əsaslanaraq həm xalqımız üçün, həm də bütün dünya xalqları üçün səciyyəvi olan əxlaq tərbiyəsi sistemi yaratmışdır. N.Tusi, hər şeydən əvvəl, "əxlaq normaları” müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, təbiətə, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış qaydaları, yeni sosial və məişət münasibətləri də daxildir. Əxlaq ictimai şüur forması olduğuna görə onun məzmunu da cəmiyyətlə bərabər dəyişir, hər cəmiyyət özünün iqtisadi-ictimai tələblərinə uyğun əxlaq normaları, qaydaları müəyyən edir. Bu qaydalar bütün cəmiyyət üzvləri üçün zəruri-məcburi, hamı üçün
məqbul hesab edilən qaydalardır. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyriməqbul, hərəkətlər hesab olunub nə cəmiyyət, nə də ki, digər cəmiyyət üzvləri tərəfindən qəbul edilmir.
Əxlaq tərbiyəsinin məzmununa vətənpərvərlik, dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq insanlara humanist münasibət, onu əhatə edən mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.
Vətənpərvərlik – öz doğma vətəninə, ölkəsinə, diyarına məhəbbət, onun düşmənlərinə qarşı barışmazlıq ifadə olunan əxlaqı keyfiyyətlərdir. Bu aparıcı əxlaqi keyfiyyət olub digər əxlaqi keyfiyyətlərin əsasını qoyur. Belə ki hər bir müsbət əxlaqi keyfiyyətin əsasını öz millətinə, vətəninə, xalqına, doğma, kiçik kəndinə məhəbbət təşkil edir. Bütün müsbət keyfiyyətləri insanlara, vətəninə olan müsbət münasibətlər stimullaşdırır.


  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin