Erkən yaş dövrünün xüsusiyyətləri. I-II yaş dövrləri.
Həyatın birinci ilində uşaq böyüklərin köməyinə möhtacdır. Buna görə də bu yaşda uşaqların inkişafına kömək etmək üçün onları qorumaq, sağlamlığına xüsusi diqqət yetirmək, həyatlarını düzgün təşkil etmək, onlarda müsbət keyfiyyətlərin yaranmasına xüsusi fikir vermək lazımdır. Yeni anadan olmuş normal uşağın boyu 50-60, çəkisi isə 2800-4500 qrama qədər olur. Birinci yarım ildə hər bir uşağın aylıq çəkisi 600-700qram, boyu isə 2-3 sm artır. İkinci yarım ildə isə boyun artım sürəti bir az azalsa da, çəki yenə çox yüksək olur. Uşağın aylıq çəki artımı 400 qr, boy artımı isə 2sm olur.Uşaq doğulandan 10-15 gün sonra anadangəlmə şərtsiz reflekslər əsasında xarici mühitlə əlaqədə onda şərti reflekslər əmələ gəlir. Məsələn, 2-ci aydan sonra rejim əsasında qidalanmağa adət edir, müəyyən edilmiş vaxtda yatır və durur. Bu dövrdə uşaq üçün yaradılan rejimin də rolu böyükdür. Rejimin düzgün təşkil olunması, mükəmməl qidalanma, təmiz havada yatma, ciddi gigiyenik qulluq və s. uşağın normal psixi-fizioloji inkişafını təmin edən əsas şərtlərdir. 1-3 yaş müddətində uşaqda sümüklərin bərkiməsi çox sürətlə gedir. Uşağın dişləri 6 ayından çıxmağa başlayır və 1 yaşında normal inkişaflı uşağın 8-ə qədər dişi olur. Uşağın bel sütunu qığırdaq halında olur. Ümumiyyətlə, uşağın sümükləri yumşaq və qığırdaq halında olduğu üçün onunla fiziki rəftarda ( bələmə, qucağa götürmə ) bu xüsusiyyətlərə ciddi əməl olunmalıdır. Uşağın ciyərləri və ürəyi çox sürətlə böyüyür. Uşağı kiçik yaşdan burnu ilə düzgün nəfəs almağa alışdırmaq lazımdır. Bunun üçün onları tez-tez təmiz havaya çıxarmaq lazımdır. İlk günlərdə uşaqda qoxu və dadbilmə, toxunma və hissetmə, eşitmə ( 2-3 həftə ərzində uşaq heç bir səs eşitmir), görmə ( uşaq 3 həftədən sonra görməyə başlayır), qavrama çox zəif olur. Uşaq 5 aylığında kürəyi üstündən qarnı üstə çevrilməyə başlayır.9 aylığında uşaq dayaq ətrafında yaxşı gəzməli, 11 aylıqda dayaqsız yaxşı durmalı, 1 yaşında isə gəzməyə başlamalıdır. Uşaq həyatının birinci ili nitq inkişafına hazırlıq mərhələsidir. Uşaq 2-3 ayında qığıldanmağa başlayır,