Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə21/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   17   18   19   20   21   22   23   24   ...   86
İmtahan suallarının cavabları 2

Müasir təlim metodları.

Təlim metodları dövrün tələblərindən asılı olaraq, daim yeniləşir və müasirləşir. Hazırda təlimin ənənəvi metodları ilə yanaşı fəal və ya interaktiv təlim metodları da yaranmışdır. İnteraktiv termini dialoq, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək mənasını verir. Bu metodun tətbiqi təlim prosesini intensivləşdirir, yəni fəallaşdırır. Fəal təlim metodlarına aşağıdakıları misal göstərmək olar.


1.Rollu oyunlar. Bu şagirdlərin tərəfindən oynanılan və həyata keçirilən kiçik səhnəciklərdir. Bu metoddan bütün biologiya fənlərinin tədrisində istifadə etmək olar.
2.Qruplarla iş. Bu metod şagirdlərə hər hansı problem barədə fikir mübadiləsi aparmağa imkan verir. Qarşıya qoyulan problem şagird kollektivi tərəfindən araşdırılır və ümumiləşdirilir.
3.Layihələrin hazırlanması. Bu metodla şagirdlər müxtəlif mövzuların tədrisi zamanı sərbəst tədqiqat işi aparırlar.Tədqiqat müəllimin təlimatı və nəzarəti ilə həyata keçirilir.
4.Sualların hazırlanması. Bu metodla dərs keçdikdə şagirdlərə konkret suallar hazırlamaq tapşırılır.Şagirdlər problemə uyğun sual qoyurlar.Sonra sualları oxuyurlar. Müəllim isə onların suallarını dəqidləşdirir.
5.Divar qəzetlərinin hesablanması. Şagirdlərin fəal iştirakı ilə divar qəzeti hazırlanır. Bunun üçün müəllim əvvəlcədən şagirdlərə maraqlı ədəbiyyat verir, yaxud şagirdlər əyləncəli kitablar tapır və oradan elmin yeniliklərinə dair məlumatların toplayırlar.
6.Müsahibələrin aparılması. Müsahibə şagirdlər tərəfindən ümumiləşdirici dərs mövzularında aparılır. Onlar hər hansı bəhsin təkrarı və ümumiləşdirməsi zamanı müsahibə aparırlar. Müəllim onların suallarını dəqiqləşdirir və yekunlaşdırır.

25. Tərbiyənin real həyatla əlaqələndirilməsi prinsipi.

Bu prinsip tərbiyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Məktəb insanı həyata hazırlayır. Əgər tərbiyə işi həyatdan, cəmiyyət quruculuğundan ayrı düşərsə, bu vəzifəni yerinə yetirmək olmaz.


Tərbiyə həyatla, cəmiyyət quruculuğu ilə sıx əlaqəli şəkildə aparıldıqda insan həyatı dərk edir, ictimai təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.
Bu prinsipin tətbiqi müxtəlif yollarla həyata keçirilir. Məktəbliləri öz qüvvə və imkanları daxilində cəmiyyət quruculuğuna, cəmiyyətin iqtisadi, sosial-siyasi həyatına cəlb etmək lazımdır. Bu məqsədlə bəzi məktəblərdə şəfqət dəstələri, yaşıllıq dostları, sərhədçilərin və polisin gənc dostları, diyarşünaslıq dəstələri və s. yaradılır.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin