Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə19/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   15   16   17   18   19   20   21   22   ...   86
İmtahan suallarının cavabları 2

Təlimin ideyalılıq prinsipi.

Uşaq bağçasında təlimin ümumi didaktik prinsipləri aşağıdakılardır: Təlimdə ideyalılıq prinsipi; 2. İnkişafetdirici təlim prinsipi; 3. Alınmış bilik və bacarıqların həyatla, əməklə əlaqələndirilməsi prinsipi; 4. Təlimdə elmilik prinsipi; 5.Təlimin tərbiyəedici prinsipi; 6. Təlimdə müvafiqlik prinsipi; 7. Təlimdə sistematiklik prinsipi; 8. Təlimdə şüurluluq və fəallıq prinsipi; 9. Təlimdə əyanilik prinsipi; 10. Təlimdə fərdi yanaşma prinsipi.
Məktəbəqədər yaşlı uşaqlara ideyalılıq adı altında mürəkkəb hadisələri görməyə səy etmək zərərlidir. Uşaqlar ictimai həyatla tanışlıq prosesində bəzi mühüm məsələləri sadə və anlaşıqlı dildə nəqletmə prosesində başa düşürlər. Əqli tərbiyənin əsas vəzifəsi uşaqları ideyalılıq ruhunda tərbiyələndirməkdir. Uşaqlar ətraf aləm, təbiət, adamların əməyi, bir sıra tarixi ictimai hadisələr, əşyaların nəyə lazım olması haqqında sadə biliklərə əqli təhsil vasitəsilə yiyələnirlər. Uşaqlar məşğələlərdə ictimai həyatla və əmək adamları ilə tanışlıq prosesində Vətənə, öz xalqına məhəbbət, başqa xalqlara rəğbət və hörmət ruhunda tərbiyə olunurlar. Tərbiyəçi məşğələlər zamanı yeri gəldikcə uşaqlara yaş və anlaq səviyyələrinə uyğun erməni millətçilərinin törətdikləri ağır cinayətlər, onların ədalətsiz torpaq təmənnaları, Azərbaycanın bu günü və gələcəyi haqqında sadə məlumatlar da verməlidirlər.



  1. Təlimdə əyanilik prinsip.



Əyanilik prinsipi. Əyanilik prinsipi təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret əşyalar və hadisələr üzərində qurmağa deyilir. Məktəbəqədər yaşlı uşaqlara təlim prosesində əşyaların özünü, onların şəkillərini göstərmək olar. Məşğələ zamanı texniki vasitələrin tətbiqi, sxem və modellərdən istifadə etmək çox faydalı olur. Uşaq bağçalarının qabaqcıl tərbiyəçiləri əmək məşğələlərində əyanilikdən bacarıqla istifadə edirlər. İnsan həyatı ərzaq məhsulları ilə sıx bağlıdır. Ərzağın ən əvəzedilməzi və müqəddəsi çörəkdir. Çörək haqqında təsəvvürlər elə anlaşıqlı şəkildə aydınlaşdırılmalıdır ki, o uşaq beynində silinməz izlər buraxsın. Uşaqlarla məşğələni əyaniləşdirmək üçün söhbət belə aparıla bilər. Bilirsinizmi çörək süfrəyə gələnədək neçə mərhələdən keçir və insanlar nə qədər böyük əmək sərf edirlər. Çörəyin bişirilməsi və bununla əlaqədar təndirin gildən hazırlanmasını uşaqlara izah etmək məqsədəuyğun olar. Beləliklə uşaqlarda həm çörəyə məhəbbət və hörmət hissi oyanır, həm də əyani olaraq gillə işləmək həvəsi yaranır. Belə əyaniləşmiş məşğələlər uşaqların böyük marağına, fəallığına və əməksevərliyinə müsbət təsir göstərir.


  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin