Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə15/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   11   12   13   14   15   16   17   18   ...   86
İmtahan suallarının cavabları 2

Həyatın III yaş dövrü.

Həyatın üçüncü ilində uşağın fiziki inkişafı ləng gedir. Bir ildə orta hesabla uşağın çəkisi 2- 2,5 kq, boyu isə 7-8 sm artır, lakin onlar artıq daha möhkəm və dözümlü olurlar. Sinir sisteminin iş qabiliyyəti bu yaşda daha da artır. Fasiləsiz olaraq o, 6 saatdan 6,5 saata kimi oyaq qala bilir.
Bu dövrdə yerimək müntəzəm xarakter alır. Üç yaşa yaxın müstəqil geyinir, soyunur, əl- üzünü yuyur, karandaşla işləyir və s.Üç yaş içərisində olan uşaqda nitqin əhəmiyyəti yüksəlir, xatirələr danışır, nəticə çıxarır, təbiət hadisələrinə öz münasibətini bildirir, göy guruldayanda “yağış yağacaq” deyir.
Üç yaşda uşaqda lüğət ehtiyatı zənginləşir, 1200-1300 sözdən istifadə edir, öyrəndiyi şeri yadda saxlayır. Bu yaş dövründə uşaqların nitq inkişafını, ətraf mühitə münasibətini formalaşdırmaq üçün didaktik vəsait komplektindən istifədə etmək çox faydalıdır. Bu komplektdə aşağıdakı vəsaitlər olmalıdır: a) mürəkkəb hərəkətləri inkişaf etdirmək üçün arabacıq, top, yelləncək, velosiped və s. oyuncaqlar; b) nitqin inkişafı üçün şəkillər, tablolar, oyuncaq heyvanlar, meyvələr və s.; c) süjetli oyunlar üçün kuklalar; d) təsviri fəaliyyət üçün taxta, təbaşir, rənglər və s. Uşaqlarda əhval-ruhiyyə yaratmaq üçün əyləncəli oyunlardan, o cümlədən “Gizlənpaç” oyunundan da geniş istifadə etmək lazımdır.
Uşaqların ümumi inkişafını, xüsusən nitqini inkişaf etdirmək üçün gəzinti və ekskursiyaya getmək, şəkil və tablolar üzrə söhbət keçirmək, heyvanlar haqqında qısa şer öyrənmək və s., yaddaşı və təsəvvürü inkişaf etdirmək üçün tapmaca xarakterli oyunlardan da istifadə etmək səmərəlidir.
Konstruktiv oyunları keçirmək üçün tərbiyəçi əvvəlcə nümunə göstərməli (kubikdən ev düzəltmək) , sonra uşaqları işə qoşmalıdır. Uşaqların yaxşı işi tərbiyəçi tərəfindən təriflənməli , bəzən də tərbiyəçi uşaq fəaliyyətində çatışmazlıqları aradan qaldırmaq üçün suallar verir: “Tikdiyin evin qapısı hanı?” “O biri pəncərəni hara qoyacaqsan?” və s. Karandaş və kağızla iş bu yaş dövründə daha çox kollektiv xarakter daşıyır. Uşaqlar tərbiyəçinin göstərişi və nümunəsi əsasında ağac, ev, quş şəkli çəkir, çəkdiklərini müqayisə edirlər.

Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin