Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Bağça yaşlı uşaqların yaddaşı hələ ixtiyari deyildir, lakin asanlıqla başa düşülən fikirləri, nağılları çətinlik çəkmədən yadda saxlaya bilir



Yüklə 183,53 Kb.
səhifə17/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   13   14   15   16   17   18   19   20   ...   86
İmtahan suallarının cavabları 2

Bağça yaşlı uşaqların yaddaşı hələ ixtiyari deyildir, lakin asanlıqla başa düşülən fikirləri, nağılları çətinlik çəkmədən yadda saxlaya bilir.
Məktəbəqədər yaşlı uşaqlarda diqqət də əsasən qeyri-ixtiyari xarakter daşıyır. O çox davamsız olur və asanlıqla yayılır.
6 yaşlı uşaqların təxəyyülü çox canlı və parlaq olur. Təxəyyül əsasən uşağın oyunlarında təzahür edir
Məktəbə hazırlıq qrupunun uşaqlarında inad göstərmək, qorxuya qalib gəlmək və s. kimi iradi keyfiyyətlər inkişaf etməyə başlayır. Beləliklə, uşaqlarda xarakterin əmələ gəlməsi üçün bu yaşda bünövrə qoyulmağa başlayır. Buna görə də tərbiyə işində uşaqların yaşlar üzrə inkişaf xüsusiyyətləri həmişə nəzərə alını


  1. Ana südünün körpə üçün keyfiyyətli olması.

Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün “qızıl standart” hesab olunur. Belə ki, bu qida ilk 6 ayda körpə orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını, 6-12 ayda yarısını, 13-24 ayda isə üçdə birini qarşılayır. Vaxtından əvvəl doğulan uşaqlarda isə ana südü demək olar ki, həyatın mühafizəsini təmin edir. Belə uşaqlar üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir.
Ana südünün tərkibində qidalı maddələrdən əlavə, bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz bu fermentlər uşaq orqanizmində yağ, karbohidrat və s. maddələri həzm etməyə müsbət təsir göstərir. Südün əsas tərkib hissəsini su təşkil edir (80 faizdən artıq). Lakin bu adi su deyil, bioloji aktiv sudur. Ana südündəki su uşağın orqanizmi tərəfindən tam mənimsənilir. Bu hətta isti yay günlərində körpənin suya olan ehtiyacını tam ödəyir və körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə su, çay və s. mayelər verməyi tövsiyə etmirlər.
Ana südünün komponentlərindən biri də karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza uşağın bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur.
Ana südünün tərkibində xüsusi əvəzsiz yağ turşuları da var ki, onlar uşağın inkişafı üçün (xüsusən də beyin və bağırsağın inkişafı) olduqca vacibdir. Ana südünün tərkibində olan zülallar uşaq böyüdükcə tədricən azalır. Zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olması isə böyrəklər üçün zərərlidir və nəticədə orqanizmdə metabolik stresə səbəb ola bilər. Metabolik stres isə öz növbəsində müxtəlif xəstəliklərə (şəkərli diabet, piylənmə) yol açır.
Ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlərə də rast gəlinir. Ana südü sadəcə qida deyil, o həm körpə orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, həm də müxtəlif immun faktorlarla (lizosim – təbii antibiotik, makrofaqlar – mikrobları məhv edən xüsusi hüceyrələr) zəngin olduğuna görə immun sistemin inkişafına kömək edir. Beləliklə, ana südü ilə qidalanan körpə müxtəlif xəstəliklərdən daha etibarlı müdafiə olunur və süni qida ilə qidalanan körpələrlə müqayisədə bağırsaq pozuntularına, respirator xəstəliklər və allergiyalara daha az məruz qalırlar. Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma xüsusilə vacibdir. Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahanın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir. Ana südü ilə qidalanma immun sistemini aktivləşdirir, allergik reaksiyaların, ani uşaq ölümü sindromunun, xroniki xəstəliklərin, eləcə də diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır.
Ana südü ilə qidalanan uşaqlar süni qida ilə qidalanan uşaqlara nisbətən bəzi peyvəndlərə qarşı daha müsbət reaksiya verirlər. Həmçinin bu körpələr fiziki inkişafı ilə də seçilirlər.
Uşaqlar arasında anemiyaya daha çox rast gəlinməsi məhz ana südü ilə qidalanma göstəricisinin aşağı olması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, keyfiyyətsiz qidalanma və körpələrin qida rasionunda ana südünün olmaması anemiyanın əsas səbəbidir. Uşaqlar arasında anemiya halı onların böyüməsinə və inkişafına mənfi təsir göstərərək öyrənmə və idrak pozuntularına səbəb ola bilər. Ana südü asanlıqla həzm oluna bilən dəmir, zəruri vitaminlər və anticisimlər ehtiva edir. Geniş yayılmış anemiya probleminin həlli, xüsusən də uşaqların sağlamlığının yaxşılaşdırılması üçün ana südü əsas vasitədir.
Ana südünün körpəyə yetərli olmasını gün ərzində bezinin azı 5-6 dəfə dəyişdirilməsi ilə də analar müəyyən edə bilərlər. Körpənin kifayət qədər ana südü ilə qidalanmasının digər əlamətlərindən biri də çəkisinin gündə azı 14 qram artmasıdır.


  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin