Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Tərbiyənin prinsiplərindən kollektivdə tərbiyə



Yüklə 183,53 Kb.
səhifə22/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   18   19   20   21   22   23   24   25   ...   86
İmtahan suallarının cavabları 2

26.Tərbiyənin prinsiplərindən kollektivdə tərbiyə.

Bu prinsip insanı təklikdə yox, kollektivdə, yalnız tərbiyəçinin təsiri ilə yox, həm də kollektiv vasitəsilə tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv münasibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi mənafeyi üçün yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli imkan əldə edir, kollektivçi kimi böyüyür.


Kollektiv fərdin inkişafı üçün təkcə əlverişli sosial mühit rolu oynamır. Düzgün təşkil olunmuş kollektiv həm də tərbiyəçi kimi çıxış edir; öz üzvlərini tərbiyə edir. Bu halda o, tərbiyənin obyektindən subyektinə çevrilir. Tərbiyə işində tərbiyəçinin (müəllimin) təsiri nə qədər vacib olsa da, o hələ kifayət deyildir. Bu təsir uşaq kollektivinin təsiri ilə birləşdikdə daha böyük səmərə verir. Belə birgə təsir sayəsində uşaqda müsbət keyfiyyətlər formalaşdırmaq, neqativ halları aradan qaldırmaq daha asan olur. Belə paralel pedaqoji təsir həmişə öz bəhrəsini verir. Kollektivin qəti tələbi ilə uşağın daxili aləmində az vaxtda kəskin dönüş baş verir. Bunu "partlayış" nəzəriyyəsi adlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca forması, şəxsiyyətin tərbiyəçisi hesab edir və deyirdi ki, düzgün tərbiyə vahid, qüvvətli, nüfuzlu kollektivlər yaradılması yolu ilə mümkündür. Bu halda müəllim uşaq kollektivi simasında qüvvətli köməkçi əldə etmiş olur.
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Bütöv tərbiyə prosesində onlar kompleks halda özünü göstərir. Yalnız prinsiplərin qarşılıqlı əlaqədə götürülməsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün idarə və tənzim etməyə imkan verir. Bu prinsiplərdən hər hansı birinə üstünlük verilməsi və ya digərinə laqeydlik göstərilməsi yolverilməzdir. Bu, bütün tərbiyə prosesinə xələl gətirə bilər.
Həm də real tərbiyə prosesində prinsiplər bir-birini şərtləndirir, tamamlayır. Məsələn, tərbiyədə məqsədyönlülük prinsipi digər prinsiplərin tətbiqində əsas götürülür. Bütün prinsiplər bu və ya digər dərəcədə bir-birilə bağlıdır. Buna görə də tərbiyəçi öz fəaliyyətində tərbiyə prinsiplərinə bir sistem halında yanaşmalı, onlara istinad etməlidir.
Tərbiyə prinsipləri humanist xarakter daşıyır, yəni onlar birlikdə insan şəxsiyyətinin inkişafına, nəcibləşməsinə xidmət göstərir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə çalışmalıdır.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin