10. Duyğular haqqında ümumi məlumat
11. Duyğuların formalaşması və inkişaf xüsusiyyətlər
Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü biruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir.Hal hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar:Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli),ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur.Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu.Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir.Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik. Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.Adətən insanda bu və ya digər duyğuya təmiz formada rast gəlmək nadir hallarda mümkün olur. Çünki, hər hansı bir qıcıq təkcə bir analizatora təsir etmir, o eyni zamanda bir neçə analizatora təsir edərək müxtəlif duyğuların tam bir qammasını yaratmış olur.Gücünə və davamlılığına görə zəif, orta və güclü duyğuları fərqləndirirlər.
Şahid ,cinayət və mülki prosesin digər iştirakçılarının ifadələrini düzgün qiymətləndirmək üçün duyğunun əsas qanunauyğunluqlarından, xüsusiyyətlərindən və ifadələrin formalaşmasəına təsir edən bir sıra amilləri bilmək lazımdır.Duyğunun bu xüsusiyyətlərindən bunları qeyd etmək olar:
Analizatorun həssaslığı. Analizator özü qıcığı analiz və sintez edən sensor sistemidir. Analizator reseptordan, qıcığın enerjisini sinir impulsuna çevirən; beynin müvafiq yarımkürələrindən( hansı ki, sinir impulslarını burada incələnir) ibarətdir. Bu psixikanın predmet və hadisələrin xüsusiyyətlərinin böyük və kiçik dəqiqliklə əks etmək qabiliyyətidir.
Qıcığın minimal gücü mütləq aşağı hədd adlanır, hansı ki, analizatorun qıcığa mütləq həssaslığını göstərir. Mütləq həssasıqla duyğunun həddi arasında qarşılıqlı əks əlaqə mövcuddur.duyğunun hədddi nə qədər aşağıdırsa həssaslıq bir o qədər yuxarıdır.Qıcığın maksimal gücü mütləq yuxarı hədd adlanır, burada duyğu qıcıqla adekvat olaraq yaranır.Qıcığın gücünün daha da artması insanda ağrı hissi yaradır.Mütləq aşağı və yuxarı hədd analizatorun həssaslığının zonasını təşkil edir.Onu da qeyd edək ki, insanlarda həssalığın bu hədləri individual, fərdi xarakter daşıyır.Yaş və digər amillərin təsiri altında onlar da dəyişir. Həssaslığın itiliyi özünün maksimal həddini 20-30 yaş arasında biruzə verir. Həssaslığın müvəqqəti itirilməsinə vaxt, qıraq qıcıqlar, psixiki vəziyyət, xəstəlik, qadınlarda hamiləlik və s. faktorlar təsir edir. Şahid ifadələrinin formalaşdırılması zamanı şahidin hadisəni və ya hər hansı predmeti gördüyü zaman içkili olub olmaması, narkotiku və s. psixotrop maddələr qəbul edib-etməməsi də aydınlaşdırılmalıdır.Bütün bu faktorları dindirmə zamanı duyğunun keyfiyyətini öyrənmək üçün müxtəlif kiçik eksperimentlər aparan zaman nəzərə almaq lazımdır. Məsələn, özünü ağır eşidən kimi qələmə verən şübhəli şəxsin eşitmə qabiliyyətini çox asanlıqla yoxlayıb, onun yalanını ifşa etmək olar. Xəstənin arxasında hər hansı bir predmeti yerə atmaq kifayətdir ki, onun bu qıcığa qarşı reaksiyasını biləsən. Sağlam eşitmə qabiliyyətinə malik insan bu qıcığa qeyri – iradi olaraq reaksiya verəcəkdir. Bu eksperimentdən sonra şübhəli şəxsi məhkəmə-psixoloji ekspertizaya göndərmək lazımdır.1Adaptasiya. Bu qanunauyğunluq qıcığın uzun müddətli təsiri nəticəsində analizatorun həssaslığının azalması və ya əksinə artmasıdır.
Dostları ilə paylaş: |