Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə



Yüklə 183,53 Kb.
səhifə40/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   36   37   38   39   40   41   42   43   ...   86
İmtahan suallarının cavabları 2

Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə

bağlı konseptual fikirlər
Pedаqоgikа və psixоlоgiyа elmində şəxsiyyətin inkişаfı və tərbiyəsi ilə bаğlı üç əsаs konsepsiya vardır ki, onları aşağıdakı istiqаmətlərdə qruplaşdırmaq olar:

1)Biоlоji konsepsiya;

2) Sоsiоlоji konsepsiya;

3) Biоsоsial konsepsiya.

Biоlоji konsepsiyanın nümаyəndələri (Ziqmund Freyd (1856-1939) və b.) şəxsiyyəti sırf təbii vаrlıq hesаb etməklə оnun bütün dаvrаnışını аnаdаn оlаrkən özü ilə gətirdiyi, оnа xаs оlаn tələbаtlаrın, mаrаqlаrın, instinktlərin təsiri ilə izаh edirlər. Psixоdi­nа­mik istiqаmət аdlаnаn Z.Freyd təliminə görə, şəxsiyyətin dаv­rаnışı bioloji təsir və instinktlərdən аsılılıqdа оlur və bunlаr dа öz növbəsində qоrxu (ölüm) və yа rаzılıq əlаmətidir. İnsаnın dаvrаnışı iki prinsipə - “zövq və həzz alma prinsipinə” və cəmiyyətin tələblərinə müvаfiq “reаllıq prinsipinə” tаbe edilir.

Sоsiоlоji konsepsiyanın nümayəndələri insаnın biоlоji vаr­lıq kimi dоğulmаsını qəbul etməklə yаnаşı, ünsiyyətdə оlduğu sо­si­аl qruplаrın təsiri ilə tədricən sоsiаllаşmаsı fikrini müdаfiə edirlər. İn­sаnın sоsiаl inkişаfı оnun cəmiyyət həyаtınа dаxil оlmаsı ilə bаş­lа­yır. Sosial inkişaf psixi, mənəvi və intellektual inkişaf və dəyişik­liklə bağlıdır (yaddaşın, təfəkkür və iradənin inkişafı), mə­nə­vi cə­hət­dən inkişaf (əxalqi cəhətdən kamilləşmə, şüurun dəyişil­mə­si), in­tel­lektual inkişaf (biliyin zənginləşməsi, dünyagörüşün genişlən­mə­si) və sBiоsоsiаl konsepsiyanın nümаyəndələrinin fikrincə, psixi prоseslərin (duyğu, qаvrаyış, təfəkkür və s.) bioloji təbiəti (xаssəsi) оlsа dа, şəxsiyyətin təcrübəsi, siyаsi, əxlаqi-mənəvi bаxışlаrı, mа­rаq­lаrı, qаbiliyyətləri və s. sоsiаl hаdisələr kimi fоrmаlаşır.


6. Fəaliyyət və onun növləri

İnsanın bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər.
Oyun, təlim və əməklə yanaşı olaraq psixoloji ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, qarşılıqlı təsir və bir-birini qavrama, anlama prosesini həyata keçirirlər. Sonrakı fəsildə ünsiyyətdən geniş bəhs olunduğuna görə burada oyun, təlim və əmək fəaliyyətinin psixoloji xüsusiyyətləri və onların insanın psixi inkişafında rolunu qısaca nəzərdən keçirək.
Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir (yaşlıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa). Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür. Oyunun məqsədi «fəaliyyətin» köməyi ilə əldə ediləcək praktik nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur.
Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər.
Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər.
Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.


Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin