TəHSİl problemləRİ İnstitutu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   2   3   4   5   6   7   8   9   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

İdrakın inkişafı 
Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda 
öyrənməyə həvəs və maraq formalaşdırır. Məktəbəqədər yaşlı 
uşağın idrak fəaliyyətində sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat 
şəraitinə uyğunluq, mühüm şərt hesab olunur. Məktəbəqədər yaş 



dövründə uşaq idrakın inkişafı baxımından, ilk növbədə, sadə 
danışıq dilinə və rabitəli nitqə yiyələnir, ətrafdakılarla ünsiyyət 
qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Uşaqlar təmasda 
olduqları əşyaların adlarını, əlamətlərini, necə hərəkət etməsini 
düzgün ifadə edir, bu istiqamətdə məntiqi mühakimə yürütmək, 
düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək 
qabiliyyəti nümayiş etdirir. İdrak üzrə uşağın yerinə yetirdiyi 
tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək bacarıq-
larını, intuisiyasını, məkan və zaman haqqında təsəvvürlərini 
genişləndirir. Riyazi tapşırıqların həlli zamanı uşaqlarda 
induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, 
analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə 
və analogiya kimi mühakimə qabiliyyətləri inkişaf edir.
 
 
Estetik və yaradıcı inkişaf 
Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, 
estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq 
üçün ilkin pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin 
vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik 
inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik 
tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərin və zövqün, 
bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri 
müşahidə və müzakirə etmək bacarığının inkişafını təmin edir. 
Təsviri fəaliyyətdə rənglər və formaların yeni birləşməsi, 
quraşdırma prosesində müxtəlif modellərin qurulması, yeni 
hekayə və nağılın, musiqi fəaliyyətində sadə melodiyanın 
dinlənilməsi, mahnı və uşaq musiqi alətlərində ifa məktəbəqədər 
yaşlı uşaqların estetik inkişafına kömək edir. Uşaqlarda ətraf 
aləmin gözəlliklərini düzgün qiymətləndirmək bacarığı və ətraf 
aləmə müsbət emosional münasibət formalaşmağa başlayır. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin