4
Giriş
XXI əsr insan fəaliyyətinin
bütün sahələrində yeniləşmə-
lərlə səciyyələnir. Bu yeniləşmələr ötən əsrin axırlarında
meydana çıxmağa başlasa da, onun mahiyyət aydınlığı,
məzmunu, tətbiq imkanları və yolları XXI əsrdə dəqiqləşmə və
zənginləşməyə məruz qalmışdır. Cəmiyyətin tərəqqisinin vacib
amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialı-
nın formalaşması onun təhsil sistemi ilə təmin edilir.
Təhsil sisteminin qarşısında duran dərin biliyə, bacarığa
malik şəxsiyyət formalaşdırmaq,
vətənini, xalqını sevən,
hərtərəfli inkişaf etmiş sağlam nəsil yetişdirmək kimi mühüm
vəzifələrin yerinə yetirilməsində məktəbəqədər təhsilin rolu
böyükdür. Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi
olmaqla uşaqların intellektual, fiziki və psixoloji inkişafında,
onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanma-
sında xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan təhsil sisteminin
modernləşdirilməsinin əsas
strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəl-
dilməsi, yeni yanaşmaların, fəal təlim metodlarının tətbiqi və
onlardan səmərəli istifadənin təşkili təhsil sistemində ən vacib bir
problem kimi qiymətləndirilir. 1999-2013-cü illəri əhatə edən
Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramın-
da deyildiyi kimi, “cəmiyyət öz
gələcəyini təmin etmək məq-
sədilə yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalı və
buna görə də təhsil üstün inkişaf etdirilən sahəyə çevrilməlidir”.
1
Təhsil-cəmiyyətin ən zəruri komponentlərindən olub mühüm
sosial hadisə kimi inkişafın əsasını təşkil edir. Demokratik tərəqqi
yolunda olan Azərbaycanda təhsilə məhz bu müstəvidə yanaşılır.
1
Azərbaycan Respublikasının Təhsil sahəsində islahat Proqramı.Bakı, 1999,
s.8
5
Təhsil sahəsində İslahat Proqramında məktəbəqədər təhsilin
strukturunda aşağıdakı islahatların aparılması bir vəzifə kimi
qarşıya qoyulmuşdur:
Azərbaycan Respublikası ərazisində yerləşən məktəbə-
qədər müəssisələrdə uşaqların kəskin surətdə azalmasını nəzərə
alaraq məktəbəqədər müəssisələrin şəbəkəsini genişləndirmək;
Müasir
tələblərə cavab verən, uşaqların dünyagörüşünü
artıran, onların fiziki inkişafına imkan yaradan, sağlamlığını
qoruyan yeni tipli müəssisələrin açılmasını təmin etmək.
Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proq-
ramında qoyulmuş vəzifələrə əsasən Azərbaycanda məktəbəqədər
təhsilin sürətlə inkişaf etdirilməsi və onun beynəlxalq standartlara
tam uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 12 mart 2007-ci il tarixli, 2089
nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında məktəbəqə-
dər təhsilin yeniləşdirilməsi Proqramı” (2007-2010-cu illər)
təsdiq edilmiş və hazırda proqramın
yerinə yetirilməsi istiqamə-
tində əməli tədbirlər həyata keçirilir.
Məktəbəqədər təhsil proqramının (kurikulumun) xarakterik
cəhəti ondan ibarətdir ki, təlim prosesində uşaqların yaddaşının
təkcə yeni məlumatlarla zənginləşdirilməsinə deyil, həm də
təfəkkürünün, şəxsi keyfiyyət və qabiliyyətlərinin inkişaf
etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına
imkan yaranır, uşaqyönümlülüyə, nəticəyönümlülüyə, tələbyö-
nümlülüyə istinad olunur.
Məktəbəqədər təhsil proqramı (kurikulumu) nəticəyönümlü,
uşaqların meyl, maraq
və qabiliyyətlərinə əsaslanan, onların
potensial imkanlarını nəzərə alan, məktəbəqədər yaş dövrünün
xarakterik xüsusiyyətlərini, məzmununu, məqsəd və vəzifələrini,
təlim strategiyalarını və uşaqların inkişafının izlənilməsi və
qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir.
6
Məktəbəqədər təhsil proqramının (kurikulumun) ən mühüm
xarakterik cəhəti onun nəticəyönümlü olmasıdır. Bu sənədin
hazırlanması zamanı, bir qayda olaraq, hər bir yaş qrupunda təlim
prosesində əldə edilməsi nəzərdə tutulan
nəticələr əvvəlcədən
müəyyənləşdirilir və məzmuna gətirilir. Bu nəticələr həm
məzmunu ifadə edir, həm də uşaqların inkişafının izlənilməsi və
qiymətləndirilməsinə imkan verir. Nəticələrin əvvəlcədən müəy-
yən olunması onları əldə etməyə yönəlmiş fəaliyyətlərin
inkişafını izləmək və istiqamətləndirmək üçün imkan yaradır.
Məktəbəqədər təhsil proqramındakı (kurikulumdakı) təlim
nəticələri uşaqların
fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik,
sosial-emosional, idraki, estetik və yaradıcı inkişaflarına və
yaşlarına uyğun elementar bilik və bacarıqların mənimsənil-
məsinə yönəlmişdir.
Dostları ilə paylaş: