TəHSİl problemləRİ İnstitutu


Keyfiyyətin idarə olunmasının təmin edilməsi



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   2   3   4   5   6   7   8   9   10   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

Keyfiyyətin idarə olunmasının təmin edilməsi 
Azərbaycan təhsil sisteminin modernləşdirilməsinin əsas 
strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəl-
dilməsi, yeni yanaşmaların, fəal təlim metodlarının tətbiqi və 
onlardan səmərəli istifadənin təşkili təhsil sistemində ən vacib 
bir problem kimi qiymətləndirilir. Müasir təhsilin modernləş-
dirilməsi onun özülünün saxlanılması şərti ilə təhsilin keyfiy-
yətinin təminatına, şəxsiyyətin, cəmiyyətin və dövlətin aktual və 
perspektiv tələblərinə uyğun inkişafın yeni təhsilləndirici 
siyasətini təklif edir. Azərbaycan Respublikasının dövlət təhsil 
siyasətinin əsas vəzifələrindən biri məktəbəqədər təhsilin müasir 
tələblər baxımından keyfiyyətinin təmin edilməsidir. 
Bu cəhətdən ictimai təhsilin birinci pilləsi olan məktəbə-
qədər təhsilin keyfiyyəti müasirliyin ən mühüm dəyəri kimi çıxış 
edir. 
Hazırda məktəbəqədər təhsil sistemi sürətlə inkişaf edir. 
Müasir cəmiyyət məktəbəqədər təhsil müəssisələrində təlim-
tərbiyə prosesinin təşkilinə, təlim proqramının məzmununa, 
pedaqoji işçilərin fəaliyyətinin nəticəliliyinə, pedaqoji kadrların 
peşəkarlığına yeni tələblər irəli sürür. Yaşadığımız dövr dərin, 
müxtəlif tərəfli və möhkəm biliklər, məzmunun yeniləşməsinin 
yüksək tempini, mənimsəmədə fasiləsizliyi tələb edir. Müasir 
dövrün tələbatlarını nəzərə alaraq, pedaqoji səriştəliliyin və 


13 
peşəkarlığın daha yüksək səviyyəsinin təmin edilməsi günün 
başlıca vəzifəsidir.
Keyfiyyət nədir? Keyfiyyət-fəaliyyətin bütün tərəflərinin 
səmərəliliyini xarakterizə edən (strategiyanın işlənilməsi, təlim - 
tərbiyə prosesinin təşkili və s.) kompleks anlayışdır. 
Təhsilin keyfiyyəti, təhsil sisteminin əsas xarakteristikası 
olub, əldə olunmuş real təlim nəticələrinin, normativ sənədlərin 
tələblərinə və gözlənilən nəticələrə hansı səviyyədə uyğunluğu-
nu müəyyənləşdirir. Keyfiyyətin idarə olunması keyfiyyətlə 
bağlı kompleks məsələlərin həlli səviyyəsini müəyyən edən əsas 
parametr hesab edilir. 
Məktəbəqədər təhsil müəssisəsinin nəticə üzrə idarə olun-
ması təlim-tərbiyə prosesində (proses üzrə idarə olunma) həyata 
keçirilməlidir. Keyfiyyətə nəzarəti yalnız müdiriyyət deyil, 
təlim-tərbiyə prosesinin bütün subyektləri həyata keçirməlidirlər. 
Kefiyyəti idarə edərkən gücü nəzarətə deyil, iştirakçıların təlimi 
və səmərəli texnologiyanın (tərbiyəçilərdə-pedaqoji, rəhbərlərdə-
idarəetmə) formalaşdırılmasına yönəltmək lazımdır. Təhsilin 
keyfiyyəti üç komponentin məcmusundan: 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin