25
uşaqların inkişafının və təlim nəticələrinin qiymətlən-
dirilməsini, il ərzində düzəlişlərin
edilməsini nəzərdə tutur;
uşaqların təlim prosesinə cəlb edilməsini və həvəslən-
dirilməsini təmin edir;
müvafiq təlim resurslarına malik olur.
Bu səciyyəvi cəhətlər onu əvvəlki
proqramlardan fərqlən-
dirir.
Məktəbəqədər təhsil pilləsində öyrədiləcək məzmun proq-
ramda hər yaş qrupu üçün dörd
inkişaf sahəsi üzrə məzmun
standartları şəklində təqdim edilir. Məzmun standartları uşaqların
bilik və bacarıq səviyyələrinə qoyulmuş dövlət tələbidir və onlar
məktəbəqədər təhsil dövrünün sonu üçün müəyyənləşdirilmiş
ümumi təlim nəticələrinin reallaşmasını və uşaqların
həmin
nəticələrə nali olmalarını təmin edir.
Məzmun standartları əsas və alt-standartlara ayrılır. Əsas
standartlar 3-6 yaş üçün ümumi verilir. Alt-standartlar isə
nisbətən konkret təlim nəticələri olub hər yaş qrupunda uşağın
əldə
etməli olduğu bilik, bacarıq və dəyərləri ifadə edir.
Məzmun standartlarının funksiyaları aşağıdakılardır:
- inkişaf sahələri üzrə müəyyən olunan təlim nəticələri
bütün yaş dövrləri üzrə ümumi şəkildə ifadə edilir;
- məktəbəqədər təhsilin sonunda inkişaf sahələri üzrə
summativ qiymətləndirmənin aparılmasında istifadə edilir.
Alt-standartların funksiyaları aşağıdakılardır:
- təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı
zəmin yaradır;
- təlim strategiyalarının düzgün seçilməsində mühüm rol
oynayır;
- təlimdə inteqrativliyi təmin edir;
- təlimin məzmununun ardıcıl və davamlı inkişafını təmin
edir.