TəHSİl problemləRİ İnstitutu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

 


18 
Uşaqların inkişafının izlənilməsinə imkan yaradılması 
 
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) uşaqla-
rın inkişafının izlənilməsi və dəyərləndirilməsi üzrə işin məz-
munu bilavasitə bir subyekt kimi təlim alanlara yönəldilmişdir. 
Uşaq şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri 
diqqət mərkəzində saxlanılmışdır. 
Uşaqlar dəstəkləyici, təhlükəsiz, böyüklərin onlara qarşı 
sevgisinin ifadə edildiyi, onlara qarşı hörmət və diqqətin kifayət 
qədər olduğu və fəaliyyət göstərməyə stimulun yaradıldığı 
mühitdə inkişaf edərlərsə, onların hərtərəfli, holistik və tam 
balanslı inkişafını təmin etmək və izləmək olar. Lakin uşaq onun 
təlim ehtiyaclarının ödənilmədiyi bir mühitdə böyüyürsə və onun 
inkişaf xüsusiyyətlərinə uyğun olmayan təlim strategiyalarından 
istifadə edilirsə, onun hüquqları təmin edilmirsə, o zaman uşağın 
inkişafı “natamam” və ya birtərəfli olacaqdır. Məsələn: 

Əgər uşaq kifayət qədər qidalanmırsa, fiziki cəhətdən 
düzgün inkişaf etmir; 

Əgər uşağa kifayət qədər stimulyasiya və təlim 
verilmirsə, bu onların idraki inkişafına mənfi təsir göstərəcəkdir. 
Əgər uşaqlar sevgi və dəstəkləyici mühitdə böyümürlərsə 
və yaxud da, onlar biganəlik və emosional təhqir mühitində 
böyüyürlərsə, o zaman onların sosial-emosional inkişaf səviyyəsi 
zəif olacaqdır. 
Uşağın inkişafının izlənilməsi üçün ən səmərəli yollardan 
biri 
təbii şəraitdə-evdə, məktəbəqədər müəssisədə, məktəbəqədər 
müəssisədən kənar mühitdə uşağın müşahidə edilməsi
və müvafiq 
qeydlərin aparılmasıdır. Müşahidə və qeydlərin aparılması yolu 
ilə tərbiyəçilər uşaqlar haqqında məlumat əldə edib onun 
fəaliyyətini planlaşdırmalı, uşaqların ailəsi ilə paylaşmaq üçün 
ondan istifadə etməlidirlər.


19 
Məktəbəqədər yaşlı uşaqlarda idraki, kommunikativ 
bacarıqların, fiziki inkişafın, şəxsi gigiyena və özünəxidmət 
bacarıqlarının formalaşması uşaqların fərdi inkişafının nəzərə 
alınaraq dəyərləndirilməsi və bunun əsasında onların obyektiv 
qiymətləndirilməsini zəruri edir. Bu səbəbdən, məktəbəqədər 
təhsil proqramında inkişaf sahələri və yaş dövrlərinə uyğun 
müəyyənləşdirilmiş məzmun standartlarındakı minimum tələblərə 
uşaqlar tərəfindən necə nail olunmasının izlənilməsi çox 
əhəmiyyətlidir. Ona görə də məktəbəqədər təhsildə uşaq 
inkişafının izlənilməsi əsasında aparılan qiymətləndirmə təhsil 
prosesinin mühüm elementlərindən biri hesab olunur. İnkişafın 
izlənilməsi və dəyərləndirilməsi zamanı müxtəlif üsul və 
vasitələrdən istifadə etməklə, inkişaf sahələri üzrə uşağın 
inkişafındakı irəliləmə və geriləmə müəyyən edilir, nəticələr qeyd 
olunur. Qeyd olunmuş məlumatlar əsasında uşağın hər hansı 
inkişaf sahəsi üzrə ümumi inkişaf və təlim nəticələrinə nail 
olmaması müəyyən edildikdə həmin istiqamət üzrə tərbiyəçi 
müəyyən mövzular və tapşırıqlar vasitəsilə geriləməni aradan 
qaldırmalı və uşağın inkişafını düzgün istiqamətləndirməlidir.
İnkişaf sahələri üzrə məzmun standartlarının tələblərinə 
uyğun bilik və bacarıqlara nail olmaq üçün hər bir uşağın 
fəaliyyəti müntəzəm olaraq stimullaşdırılmalı, onların standartları 
daha yüksək səviyyədə mənimsəmələri üçün zəruri şərait 
yaradılmalıdır. Tərbiyəçi hər bir uşağın inkişafına çalışmalıdır. 
Tərbiyəçinin uşaqların inkişafındakı irəliləmələri izləməsi və 
bunu diqqət mərkəzində saxlaması uşaqların ümumi inkişafını 
sürətləndirir.
Uşaqların inkişafının izlənilməsi hər bir uşağa fərdi qayda-
da tətbiq edilir və uşaqların nitqində, böyük, kiçik və hissi motor 
bacarıqlarının inkişafında ləngimələrin aşkar edilməsi uşağın 
müntəzəm qiymətləndirilməsinin müəyyənləşdirilməsinə şərait 


20 
yaradır. Tərbiyəçinin uşağı izləmə zamanı əldə etdiyi məlumatları 
məqsəd kimi nəzərdən keçirməsi, onlardan etibarlı nəticələr kimi 
istifadə etməsinə şərait yaradır.
Qiymətləndirmə zamanı uşağın hərəkət və davranışları, 
müəyyən şəraitdə fəaliyyətinin nəticələri qiymətləndirmənin 
obyektinə çevrilir ki, bu zaman aşağıdakılar nəzərə alınmalıdır: 
-qiymətləndirmə zamanı uşağın hərtərəfli inkişafının nəzərə 
alınması;
-uşaqların özləri və yoldaşlarının nailiyyətlərinin qiymət-
ləndirilməsi prosesində iştirak etmələri;
-uşağın valideynləri və xüsusi təhsil mütəxəssisləri ilə 
mütəmadi olaraq əlaqə saxlanılması; 
-hər hansı uşaq haqqında toplanılan məlumatların uşağa 
məxsus olduğunu nəzərə alaraq bu məlumatların yalnız uşağın 
ailə üzvləri ilə bölüşdürülməsi
-uşaqlar arasında müqayisə aparılmaması; 
-hər bir uşağın nailiyyətlərinin müntəzəm olaraq izlənil-
məsi;
-mövcud və əvvəlki nəticələr arasında müqayisə aparılmaq-
la irəliləyişə nail olunması. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin