15
İkinci istiqamət:
pedaqoji tərkibin (tərbiyəçilərin peşəkarlı-
ğının) keyfiyyətinin nizamlanması;
Üçüncü istiqamət:
məktəbəqədər təhsil konsepsiyasının
tələblərinə uyğun olaraq inkişafetdirici, zənginləşdirici və
sağlamlaşdırıcı mühitin keyfiyyətinin nizamlanması.
Bütün səviyyələrdə keyfiyyətin layihələndirilməsi.
İdarəetmənin I səviyyəsi - uşaq bağçasının müdiriyyəti;
İdarəetmənin II səviyyəsi - pedaqoji kollektiv;
İdarəetmənin III səviyyəsi - uşaqlar və onların valideynlə-
ridir.
Bütün səviyyələrdə “Tədris prosesinin keyfiyyəti” anlayışı
müxtəlif cür izah olunur.
I səviyyədə
rəhbərlər
üçün tərbiyəçilərin valideynlərlə
fəaliyyətinin yüksək qiymətləndirilməsi, bununla da, məktəbəqə-
dər təhsil müəssisəsinin inkişaf və fəaliyyəti faktoru kimi uşaq
bağçasının etibarının yüksəldilməsi; uşaqların sağlamlığının
qorunması; uşaqların inkişafı və təlimində pedaqoqların nailiy-
yətləri; tədris proqramının tam mənilsənilməsi, uşaqların
məktəbə keyfiyyətli hazırlığı nəzərdə tutulur.
II səviyyədə
tərbiyəçilər
üçün – onların fəaliyyətlərinin
müəssisə rəhbərliyi və valideynlər tərəfindən yüksək (müsbət)
qiymətləndirilməsi; tədris proqramının bütün uşaqlar tərəfindən
uğurla mənimsənilməsi; tərbiyə, tədris və sağlamlıq prosesinin
optimallaşdırılması; təlim prosesində uşaqların uğurlu inkişafı;
uşaqların təlim vaxtı və tərbiyəçinin iş vaxtından rasional istifa-
dəsi; pedaqoji prosesin bütün lazımi vəsait və avadanlıqlarla
təchiz olunması məsələləri öz əksini tapmalıdır.
Dostları ilə paylaş: