Tərbiyəçilər məzmun standartlarının reallaşdırılması za- manı aşağıda qeyd olunan məsələlərə diqqət yetirməlidirlər:
hər bir yaş mərhələsində mənimsənilməsi əvvəlcədən nəzərdə tutulmuş ümumi təlim nəticələrinə nail olunması, məz- mun standartlarının reallaşdırılması üçün mövzuların düzgün müəyyənləşdirilməsi;
hər yaş dövrünün sonunda uşaqların bilik və bacarıq səviyyələrinin məzmun standartlarında qoyulan tələblərə cavab verməsi;
məzmun standartlarındakı biliklərin uşaqlar tərəfindən mənimsənilməsi və təcrübəyə tətbiq olunaraq həmin biliklərin bacarıqlara çevrilməsi;
təlim məqsədlərinin alt-standartlara uyğun olaraq düzgün müəyyənləşdirilməsi;
hər bir məzmun standartından bir neçə mövzunun, çıxarılması. Məsələn, 4-5 yaşlılar qrupunda (böyük qrupda) idrakın
inkişafı üzrə təqdim edilən
“2.3.3. Canlı və cansız aləmin obyekt- lərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq) əlamətinə görə fərqləndirir.” standartı əsasında standartda verilən obyekt-
lərlə tanışlıq üzrə bir çox məşğələ planlaşdırılır. Planlaşdırma
həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf
səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin
vəzifələrini konkretləşdirməlidir. Mövzular planlaşdırılarkən
xronoloji, sadədən mürəkkəbə və məntiqi ardıcılllığın gözlənil-
məsinə əməl olunmalıdır.
29 Standartların strukturu və verilmə ardıcıllığı Qeyd edildiyi kimi, məktəbəqədər təhsil proqramında
(kurikulumunda) hər bir inkişaf sahəsinin məzmunu standartlar
şəklində ifadə olunur. Məzmun standartları uşaqlardan gözlənilən
ümumi təlim nəticələrini məşğələnin imkanları baxımından
xüsusiləşdirir.Standartlar öyrədiləcək məzmundan xəbər verir və
bacarığın xüsusiyyətini göstərir. Yəni nəyin öyrədiləcəyini və
öyrədilənlərin necə nümayiş etdiriləcəyi aydın təsvir edilir. Hər
bir standart hər yaş qrupuna uyğun olaraq alt-standartlarla
müşayət edilir.
Alt-standartları aşağıdakı kimi səciyyələndirmək olar:
Alt-standartlarda ümumi məzmun konkret məzmuna
bölünür.
Alt-standartlar təlim məqsədlərinin müəyyən olunması
üçün zəmin olan komponentləri əks etdirir.
Yaş qrupları artdıqca alt-standartlar dəyişir.
Bu xüsusiyyətlərin hər birini daha ətraflı nəzərdən keçirək.
Məzmun alt-standartlarda hissələrə bölünür. Məktəbəqədər
təhsilin kurikulumunda müəyyən edilmiş təlim nəticələri
məşğələnin səciyyəvi cəhətlərindən çıxış edərək, xüsusiləşdirilsə
də, ayrı-ayrı mövzuların təlim məqsədlərinin müəyyənləşməsi
üçün onların ümumiliyi saxlanılır. Bu ümumilik müxtəlif təlim
məqsədlərinə nail olunarkən, həmin standartlara dəfələrlə müra-
ciət etmək imkanını genişləndirir. Məktəbəqədər təhsilin hər
hansı yaş dövrü üçün müəyyənləşdirilmiş məzmun standartı
müxtəlif mövzuların tədrisi zamanı təlim prosesinin hədəfinə
çevrilir. Ümumiliyin qorunub saxlanması məzmun standartlarında
məzmun mürəkkəbliyi yaradır. Bu mürəkkəbliyə alt-standartlarda
aydınlıq gətirilir. Mürəkkəb məzmunun sadə məzmunlara bölün-
məsi tərbiyəçinin fəaliyyətinin düzgün təşkilinə şərait yaradır.
30 Məsələn, İdrakın inkişafı – inkişaf sahəsi üzrə (3-4 yaş) məzmun
standartının alt-standartlarda sadə fikirlərə necə bölündüyünə
nəzər salaq: