27
•
sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir;
•
insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nüma-
yiş etdirir;
•
özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı
ünsiyyət qurur;
•
sosial normaları dərk edir və davranışında ona riayət edir;
•
sadə əmək bacarıqları
nümayiş etdirir;
•
sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir;
•
özünüdərk bacarıqları nümayiş etdirir;
•
mədəni-estetik təsəvvürlərə malikdir və yaradıcılıq baca-
rıqları nümayiş etdirir.
Bu nəticələr məktəbəqədər təhsil
pilləsi üçün milli səviy-
yədə müəyyənləşdirilmişdir ki, onlar respublikada məktəbəqədər
təhsilin məzmununu ifadə edir. İnkişaf sahələri və yaş qrupları
üzrə hazırlanmış nəticələr isə ümumi təlim nəticələrinə uyğun
xüsusi nəticələr kimi təsdiq olunur.
İnkişaf və təlim standartları bölməsində təqdim edilən məz-
mun standartları ümumi təlim nəticələrinin reallaşmasına xidmət
edir və standartlarda qoyulmuş tələblər bilik formasında uşaqlar
tərəfindən mənimsənilərək təcrübədə artıq bacarıqlara çevrilir. Bu
isə uşaqların inkişafını izləmək, istiqamətləndirmək üçün qiymət-
ləndirmə aparmaq baxımından əhəmiyyətlidir.
Ümumi nəticələr
bütün inkişaf sahələri üzrə hər bir yaş dövrünə uyğun mənim-
sənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş
təlim nailiyyətlərinin konkret hissəsi
olduğundan onlar həm
məzmunu müəyyənləşdirir, həm də uşaqların əldə etdiyi nailiy-
yətlərin dəyərləndirilməsinə şərait yaradır.
Məktəbəqədər təhsil proqramına (kurikulumuna) görə uşaq-
lar lazımsız
informasiya ilə yüklənmir, gələcək həyat fəaliyyət-
ində ona lazım olacaq ən zəruri ilkin həyati bacarıq və qabiliy-
28
yətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlər
aşılanır, qabiliyyətlərin formalaşması ön plana çəkilir.
Dostları ilə paylaş: