TəHSİl problemləRİ İnstitutu


(canavar, ayı, pələng, tülkü)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

(canavar, ayı, pələng, tülkü)
cəlb edir:-
Bunlar hansı heyvanlardır? Bu heyvanlar harada 
yaşayır? -
kimi suallarla müraciət edir. Tərbiyəçi müvafiq cavab 
aldıqdan sonra uşaqların diqqətini həmin tablonun ortasında üzəri 
kağızla örtülmüş hissəyə cəlb edib, deyir: 
-Uşaqlar, burada da heyvanların şəkilləri var. Onların hansı 
heyvan olduqlarını bilmək üçün gəlin əvvəlcə onların səsini 
dinləyək. (səsləndirir): 
- Hansı heyvanların səsini eşidirsiniz? 
 
Uşaqlar heyvanların adını çəkir. Tərbiyəçi bu dəfə onlara səsi 
təsvirlə birlikdə 
(at, it, inək, pişik, qoyun, keçi)
nümayiş etdirir. 
Bir daha bu heyvanları adlandırmağı təklif edir. Tərbiyəçi 
uşaqlardan mümkün cavabları alır və onlara tapmaca söyləyir: 
Saqqalı uzun sallanar, 
Dağa, daşa dırmanar.
(keçi) 
 
Altı bulaq-içərlər, 
Üstü zəmi-biçərlər.
(qoyun) 
Evimizdə bir kişi var,
Xor-xor yatışı var. 
(pişik)
 


42 
O hansı heyvandır ki,
 
Yarışlarda qalibdir.
 
Keçmişdə döyüşlərdə 
 
Qəhrəmana köməkdir? 
(At) 
 
O nədir ki ,evə girməz,
 
Sədaqəti eldə gəzər?
(İt) və s. 
Cavab düzgün tapılanda həmin heyvanın təsviri ekrana (və 
ya göstərilir) gəlir. Bu heyvanlar harada yaşayır? 
II mərhələ.
Dərketmə mərhələsi: 
Bu heyvanları necə 
adlandırmaq olar? 
Cavab aldıqdan sonra tərbiyəçi bir daha həmin heyvanların 
şəkillərini göstərir və aşağıdakı suallarla uşaqlara müraciət edir: 
• 
Nə üçün bu heyvanları ev heyvanları adlandırırlar? 
• 
İnsanlar ev heyvanlarını nə üçün saxlayırlar?
Ev heyvanlarının xarakter əlamətləri, qidalanması və faydası 
haqqında məlumat verir.
• 
İnək, qoyun və keçi- süd verir, samanla qidalanır, insanlar 
onların əti və südündən faydalanır. Qoyunun yunundan yorğan, 
döşək hazırlanır.
• 
İt-
 
ev heyvanıdır, sahibinə sadiqdir, gəzib-dolaşmağı 
sevir, ət və ət məhsulları ilə qidalanır. 
• 
Pişik-
ev heyvanıdır, çox tənbəldir, istini, yatmağı və 
yeməyi çox sevir, siçanları tutur.
• 
At və ulaq (eşşək)- saman və otla qidalanır, atlar yarışlar-
da iştirak edir, hər ikisindən yük daşımada və nəqliyyat vasitəsi 
kimi istifadə edilir. 
• 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin