TəHSİl problemləRİ İnstitutu


Portfolio vasitəsilə qiymətləndirmə üçün müəyyən



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

Portfolio vasitəsilə qiymətləndirmə üçün müəyyən 
strategiyalar həyata keçirilir: 

Qiymətləndiriləcək inkişaf sahələrini müəyyənləşdirir (mə-
sələn, idrakın inkişafı, böyük və kiçik motor bacarıqları, riyazi 
anlayışlar, yaradıcılıq, ünsiyyət və s.). 


46 

Uşaqların işlərinə dair nümunələr bir qayda olaraq toplanı-
lır. 

Uşaqların işlərinə dair nümunələrinin saxlanılma sistemlə-
rini inkişaf etdirir. 

Uşağın inkişafına dair əlavə perspektivlər əldə etmək üçün 
sənədlər vasitəsilə öz həmkarları ilə fikir mübadiləsi edir.

Uşaqların inkişafının izlənilməsinə kömək edir və s. 
Portfolioya aşağıdakılar daxildir:

təsviri və ya gündəlik qeydlər; 

iş nümunələri; 

ailə məlumatları;

yaş və inkişaf səviyyəsi cədvəlləri; 

inkişafa dair hesabat. 
Təsviri və ya gündəlik qeydlər.
 
Bu, uşaqların fərdi və ya 
qrup şəklində fəaliyyətləri haqqında günün sonunda təəssüratların 
qeyd olunmasıdır. Onlar subyektiv xarakter daşıyır. Bu qeydlər 
gün ərzində baş verən hadisələr arasında uşaqların müəyyən 
nailiyyət və uğursuzluğunu izləməkdə faydalı ola bilər. 
İş nümunələri.
İş nümunələrinin təhlili zamanı uşaq əvvəlcədən tərbiyəçi 
(valideyn) tərəfindən hazırlanmış хüsusi tapşırığı yerinə yetirir. 
Tapşırıq şəkil çəkmək, işarələr qоymaq, yarımçıq işi tamamla-
maq, quraşdırma, yapma, riyazi əməliyyatları yerinə yetirmək, əşya-
larla оyun və s. ibarət оla bilər. Belə tapşırıqlardan, əsasən, 
köməkçi metоd kimi istifadə edilir. Bir tapşırığın nəticəsi ümumi 
rəy üçün əsas оla bilməz. Bu nəticələrin digər qiymətləndirmə 
metodlarının nəticələri ilə müqayisəsi (korrelyasiyası) aparılır.
 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin