TəHSİl problemləRİ İnstitutu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

Ailənin məlumatları.
 
Tərbiyəçilər və valideynlər məktəbəqədər yaşlı uşaqların 
təlim-tərbiyəsi işində daim əməkdaşlıq edirlər. Bu əməkdaşlığın 
mühüm bir cəhəti kimi ailənin uşaq haqqında məlumat verməsi-


47 
dir. Tərbiyəçilər sorğudan istifadə etməklə uşaq haqqında məlu-
mat toplayır. Açıq ünsiyyət inkişafın müxtəlif sahələrində müşa-
hidə və biliyin qiymətləndirilməsi üçün ilkin şərtdir. 
Yaş və inkişaf səviyyəsi cədvəlləri.
 
Hər yaş dövrünün sonun-
da uşaqların inkişaf səviyyələri müəyyən olunur. 
 
Uşaqların yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi 
və qiymətləndirmənin mütəmadi aparılması uşaqların fərdi ma-
raqlarına, öyrənmə üsullarına və bacarıqlarına cavab verən müva-
fiq təlim strategiyalarının planlaşdırılması üçün əsas üsul hesab 
edilir. Bu qiymətləndirmə sistemi təlim strategiyaları vasitəsilə 
tərbiyəçilərin əsas nələrə diqqət yetirmələrinə və uşaqların da-
vamlı inkişaf və təliminə dəstək olmaqda köməklik göstərəcəkdir.
Hər rübün sonunda keçirilən bu monitorinq uşaqların əldə 
etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək 
məqsədilə aparılır. Bu prosesdə toplanmış məlumatlar təlim 
prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Belə 
ki, həmin məlumatlar əsasında tərbiyəçi uşaqların inkişafında 
özünü göstərən geriqalmaları müəyyən etməli, onların aradan 
qaldırılması üçün müəyyən tədbirlər hazırlamalı və uşaqlara fərdi 
yanaşmaqla, yaxud kollektiv fəaliyyət növlərindən istifadə et-
məklə həmin geriləmənin aradan qaldırılmasına nail olmalıdır. 
Bununla da, tərbiyəçi hər bir uşağın yaşına uyğun bütün inkişaf 
sahələri üzrə standartların tələblərinə cavab verməsi üçün onların 
irəliləməsinə nail olmalıdır. Bu zaman tərbiyəçi uşaqda müəyyən 
edilən zəifliyin aradan qaldırılması və onunla əlavə iş aparması 
üçün nə qədər vaxt sərf edəcəyini, uşağın öyrəndiyini sərbəst 
tətbiq edə biləcəyini müəyyənləşdirməli, ümumi qrup üçün nəzər-
də tutduğu planında hər hansı dəyişikliyin aparılması üçün 
optimal yollar tətbiq etməlidir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin