TəHSİl problemləRİ İnstitutu


  Məşğələnin sonunda tərbiyəçi məşğələni ümumiləşdirib,  yekunlaşdırır



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

44 
Məşğələnin sonunda tərbiyəçi məşğələni ümumiləşdirib, 
yekunlaşdırır.
 
Uşaqların inkişafının izlənilməsi və
dəyərləndirilməsinə dair
Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunmasının, 
inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün 
real vəziyyətin öyrənilməsi vacibdir. Bu işdə isə qiymətləndirmə 
mühüm pedaqoji vasitədir. Qiymətləndirmə təlim-tərbiyə pro-
sesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yük-
səltməyə, uşaqların inkişafının necə getdiyini, nəyi mənimsədik-
lərini, nələri öyrəndiklərini, nələri edə bildiklərini və onlarda 
hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdir-
məyə obyektiv şərait yaradır. 
Məktəbəqədər yaşlı uşaqların qiymətləndirilməsinin əsas 
məqsədi müvafiq qrup fəaliyyətlərini müəyyənləşdirmək üçün 
uşaqlara kömək etməkdən ibarətdir. 
Məktəbəqədər yaşlı uşaqların inkişafının izlənilməsi və qiy-
mətləndirilməsi təlim və inkişafla bağlı düzgün qərarların veril-
məsi üçün, məlumatların toplanılması, təsvir edilməsi uşaqların 
hər bir yaş qrupunda inkişaf və təlimə dair dəlillərin tətbiq edil-
məsi daxildir. Bu məlumatlara uşaqların söhbətlərinin yazılması, 
onların çəkdikləri şəkillər və konstruksiyalar, məktəbəqədər yaşlı 
uşaqların davranışlarını göstərən şəkillər və epizodik qeydlər 
daxildir.
Uşağın inkişafının izlənilməsi ilə əlaqədar aparılan sənədləş-
dirmə və qiymətləndirmə uşağın normal inkişafına dair tərbiyəçi-
lərin anlayışlarını inkişaf etdirir, uşaqların təlim ehtiyaclarının 
başa düşülməsinə kömək göstərir və təlim proqramının əks etdi-
rilməsi üçün tərbiyəçinin bacarıqlarının formalaşmasına kömək 


45 
edir. 
Uşaqların inkişafının izlənilməsi və qiymətləndirilmə prosesi 
aşağıdakı bir sıra tələblərlə şərtlənir: 

Müəyyən vaxt ərzində baş verir. 

Uşaqların inkişafına dair tərtib edilmiş xüsusi formalar 
əsasında aparılır. 

Hər bir uşağın zəruri ehtiyacları, ana dili və inkişaf 
mərhələsini əks etdirir. 

İnkişaf nöqteyi-nəzərindən müvafiq öyrənmə məqsəd-
lərini əlaqələndirir. 

Müvafiq dərəcədə ailə ilə əlaqə saxlayır. 
Uşaqların inkişafının izlənilməsi və qiymətləndirilməsindən 
əldə edilən məlumatlar tərbiyəçinin sonrakı fəaliyyətində istiqa-
mətverici rol oynamalıdır. Bu məlumatlar uşaqların məktəbə 
yerləşdirilməsi və ya siyahıya alınmasına təsir göstərən mühüm 
qərarların əsası kimi xidmət göstərmir. İnkişafın izlənilməsi mək-
təbəqədər təhsilin qiymətləndirilməsinin tam sistemində yalnız 
bir komponent kimi nəzərdən keçirilməlidir.
Məktəbəqədər müəssisələrdə qiymətləndirmənin bir vasitəsi 
kimi portfoliodan istifadə edilir. Portfolio tərbiyəçilərin şərhləri 
ilə birgə uşaqların işlərinə dair nümunələrin sistemli qaydada 
toplanılması və müəyyən edilmiş təlim məqsədlərinə xidmət edən 
dəlil kimi istifadə edilməsidir. Portfolio - müəyyən vaxt ərzində 
öyrənmə məqsədlərini aydın şəkildə göstərir, uşaqların inkişafını 
təsvir edir, sənədləşdirir, hər bir uşağın fərdi inkişafını əks etdirir 
və uşaqların fəal surətdə bu prosesə cəlb edilməsini təmin edir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin