TəHSİl problemləRİ İnstitutu


Perspektiv (illik) planlaşdırma



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

Perspektiv (illik) planlaşdırma
standartların reallaşması 
məqsədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin 
planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsil proqramının 
(kurikulumunun) əsas istiqamətlərinə müvafiq olaraq müəyyən-
ləşdirilmiş inkişaf sahələrinin planlaşdırılmasında inteqrativlik 
prinsipi ciddi şəkildə gözlənilir. Perspektiv planlaşdırma həm 
müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf 
səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin 
vəzifələrini konkretləşdirməlidir. 
Perspektiv planlaşdırma müxtəlif yaş qrupuna və uşaqların 
ehtiyaclarına uyğun olaraq işin əsas mərhələlərini nəzərdə 
tutmağa icazə verir. Məktəbəqədər təhsil müəssisələrində işin 
planlaşdırılması uşaqların təlim-tərbiyə prosesinə təşkilati 
xarakter verir, tərbiyəçinin işini daha mənalı və nəticəli edir.
Məktəbəqədər yaşlı uşaqların bilik və bacarıqlarının 
genişlənməsinə onun məzmununun, həmçinin təlim-tərbiyənin 
metodlarının, məktəbəqədər yaşlı uşaqların inkişaf səviyyəsinin 
nəzərə alınması ilə fəaliyyətin təşkili formalarının tədricən 
mürəkkəbləşməsi kimi baxmaq lazımdır. Məzmunun tədricən 
mürəkkəbləşməsi məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin 
tamlığı üçün şəraiti təşkil edir. 
Uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcə-
dən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır. Bu növ 


35 
planlaşdırma özündə tərbiyəçinin hər hansı inkişaf sahəsi üzrə 
nəzərdə tutulmuş yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. 
Orada konkret yaş qrupu üzrə məzmun standartları, məşğələnin 
növü, bölmə, mövzular, inteqrasiya, resurs və tarix kimi 
məsələlər əhatı olunur.
Perspektiv planlaşdırma hazırlamaq üçün 
tərbiyəçidə bir sıra bacarıqların olması vacibdir. Bölmə və 
mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm 
bacarıqlardan biridir. Tərbiyəçi bu ardıcıllığı müəyyənləşdirərkən 
bir neçə prinsiri nəzərə almalıdır.Təbii ki birinci prinsip məzmun 
ardıcıllığı baxımından sadədən mürəkkəbə və asandan çətinə 
istiqamətində fəaliyyətin nəzərə alınmasıdır. Tərbiyəçi qrup üzrə 
fəaliyyətini planlaşdırarkən, bu nəticələrə yanaşmada müstəqildir. 
Zəruri olan hallarda onları müxtəlif səviyyələrdə inteqrasiya 
etməkdə sərbəstdir.
Bölmə və mövzuların ardıcıllığı planlaşdırılarkən aşağı-
dakılar nəzərə alınmalıdır: 

inkişaf sahəsi daxilində inteqrasiya

inkişaf sahələri arası inteqrasiya;

ardıcıllığın (məntiqi, sadədən mürəkkəbə, xronoloji) 
gözlənilməsi. 
Planlaşdırma aparmaq üçün lazım olan bacarıqlardan 
mühümü inteqrasiya imkanlarının müəyyən edilməsidir. Hər bir 
inkişaf sahəsinin digər inkişaf sahələri ilə inteqrasiyası 
mümkündür. Planlaşdırma aparılarkən mövzunun digər inkişaf 
sahəsi üzrə bu və ya digər mövzu ilə inteqrasiya imkanları 
müəyyən olunmalıdır. Məsələn, savad təlimi üzrə məşğələdə “A” 
hərfinin öyrədilməsi keçirilirsə, bu ana dili və ətraf aləmlə 
tanışlıq məşğələsində “Vətənim Azərbaycan!” mövzusu ilə, 
təsviri fəaliyyət, musiqi məşğələləri ilə əlaqə yaradaraq 
öyrədilməsi daha müsbət nəticələr verir. 


36 
Perspektiv planlaşdırma aparmaq üçün lazım olan bacarıq-
lardan biri də mövzuya uyğun resursların seçilməsidir. Uşaqlara 
tanış olmayan hadisələri, əşyaları yalnız quru sözlərlə aydınlaş-
dırmaq çətindir. Müxtəlif əyani vəsaitlər məktəbəqədər dövrdə 
xüsusilə mühümdür. Bu elə bir yaş dövrüdür ki, burada əyani 
vəsaitlərin rəngarəng və baxımlı olması mühümdür. 
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü 
tarixi müəyyənləşdirməkdir.
Perspektiv planlaşdırma aparmaq məqsədilə tərbiyəçi 
aşağıdakı bacarıqlara malik olmalıdır: 
1.
İnkişaf sahələrinə və məzmun standartlarına əsasən 
dəqiqləşmələr aparmaq, hansı məşğələdə reallaşdırılacağını 
müəyyənləşdirmək.
2.
Mövzuların ardıcıllığını müəyyənləşdirmək. 
3.
İnteqrasiya imkanlarını müəyyən etmək. 
4.
Əlavə resurslar seçmək.
5.
Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq. 
Planlaşdırma aparılarkən tərbiyəçi aşağıdakı tövsiyələri 
nəzərə almalıdır: 

Standartlar qrupuna əlavə standartlar daxil edə bilər.

Mövzuları dəyişə və ya artıra bilər. 

İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər.

Əlavə resurslar seçə bilər. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin