33
nin cəmiyyətin müasir tələblərinə uyğun yenidən qurulması
təlimin strategiyasının dəyişilməsi ilə müşayiət olunmalıdır.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesində
qarşılıqlı fəaliyyətin üzə çıxarılması və uşaqların şəxsi potensia-
lının stimullaşdırılması həlledici əhəmiyyət daşıyır. Odur ki,
müasir təhsil təlim prosesinin daha da optimallaşdırılması və
səmərəliliyinin artırılması üçün təlim strategiyaların təkmilləş-
dirilməsinin diqqət mərkəzində saxlanılmasını tələb edir. Məktə-
bəqədər müəssisələrdə təlim strategiyasında
köklü dəyişiklik
edilməlidir. Buna nail оlmaq üçün sadəcə tərbiyə və təlim
prоqramının dəyişdirilməsi kifayət deyil, hər yaşın və
məktəbəqədər təhsilin sonunda uşaqlara lazım
оlacaq bilik və
bacarıqların müəyyən edilməsi vacib məsələlərdəndir.
Müasir təhsildən fərqli olaraq, ənənəvi təhsil sistemində
təlim strategiyaları məsələlərinə diqqət yetirilmirdi.
Təlim
strategiyaları “mövqe”, “yol” mənasını ifadə edir. Tərbiyəçinin
təlim zamanı mövzuya uyğun olaraq müxtəlif mövqe və
yollardan istifadə etməsi, uşaqların yeni öyrədilən bilikləri daha
asanlıqla mənimsəmələrini təmin edir və təlimin səmərəliliyini
yüksəldir. Təlim prosesində öyrədənin (tərbiyəçinin) hər hansı
mövqedən çıxış edərək, öyrənənə (uşağa) öz aralarındakı
qarşılıqlı ünsiyyət əsasında yeni materialı daha yaxşı mənimsət-
məsi nəzərdə tutulur. Bəzən təlim zamanı uşaqların
maraq və
ehtiyaclarının, bacarıqlarının nəzərə alınmaması onların ümumi
inkişafına mənfi təsir göstərir ki, bu da uşaqların
gələcək
həyatlarında müstəqil fikir yürütmək, öz istəklərinə uyğun
bacarıqlarını nümayiş etdirmək, müstəqil fəaliyyət göstərmək və
həyatda öz yerlərini tutmaqda çətinlik çəkmələrinə səbəb olur.
Buna görə də tərbiyəçilər təlimin bütün mərhələlərini uşaqların
ümumi inkişafı, maraq və ehtiyacları çərçivəsində qurmaq üçün
strategiyaları düzgün müəyənləşdirməlidirlər.
34
Məktəbəqədər təhsil müəssisələrində
təlimin səmərəli
təşkili işin düzgün planlaşdırılmasından başlayır. Düzgün
planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən
layihələşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir.
Məktəbəqədər təhsil müəssisələrində planlaşdırmanın, əsasən,
aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab edilir:
perspektiv
(illik) planlaşdırma;
cari
(həftəlik) planlaşdırma.
Dostları ilə paylaş: