TəHSİl problemləRİ İnstitutu


Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 
2.2.1. Üç dairəsində sayma, hesablama əməliyyatları yerinə 
yetirir. 
2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq) tanıyır. 
2.2.3. Əşyaları müəyyən əlamətinə (forma, ölçü, rəng, 
kəmiyyət) görə fərqləndirir və müqayisə edir. 
2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliy-
yatlar (toplama, az-çox, uzun- qısa, böyük-kiçik, hündür-alçaq) 
yerinə yetirir və s. 
“Sadə riyazi təfəkkür əməliyyatları” kimi ifadə edilmiş 
məzmun alt-standartlarda konkretləşdirilərək təlimin tərbiyəçi 
tərəfindən düzgün təşkil edilməsinə yardımçı olur. Alt-standart-
lardan aydın olur ki, uşaq üç dairəsində saymağı, həndəsi fiqurları 
(dairə, üçbucağı) tanımağı, əşyaları müəyyən əlamətinə görə 
fərqləndirməyi, əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə 
əməliyyatlar aparmağı və s. bacarmalıdırlar. 
Alt-standartlar məzmun komponenti üzrə sadələşdirildiyi 
kimi, fəaliyyət komponenti üzrə də aydınlaşdırılır. Alt-standartlar 
təlim məqsədlərinin müəyyən olunması üçün zəmin olan 
komponentləri əks etdirir.
Standartlar kodlaşdırılarkən, birinci rəqəm inkişaf sahəsini 
bildirir. İkinci rəqəm əsas standartı, üçüncü rəqəm isə alt-
standartı bildirir. Məsələn, 3-4 yaş, yəni, orta qrupda belə bir 
standarta nəzər salaq. 
2.3.4. Problemin həllində sadə yolları tapır və onlardan 
istifadə edir.


31 
Deməli, bu kodlaşmada istifadə olunan 2 rəqəmi ikinci 
inkişaf sahəsi olan idrakın inkişafını, həmin inkişaf sahəsinin 
üçüncü əsas standartının dördüncü alt-standartını bildirir. 
Digər bir nümunəyə nəzər salaq. Məktəbəhazırlıq (5-6 yaş) 
qrupunda belə bir standarta nəzər salaq və onun kodunu izah 
edək.
4.1.1.Arzu və istəklərini özünəməxsus tərzdə icra edir.
Deməli, dördüncü inkişaf sahəsi olan sosial-emosionalın birinci 
əsas standartının ikinci alt-standartıdır. 
Alt-standartların dəyişən və artan inkişaf xəttini həmin alt-
standartların hər yaş qrupu üzrə ardıcıllığına baxdıqda daha aydın 
görmək olur. Bunun üçün

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin