Müdafiəyə çıxarılan əsas müddəalar:
1. Ali təhsil müəssisələrində təlim-tərbiyə mühitinin optimallaşdırılması, milli dəyərlərə önəm verilməsi, milli adət və ənənələrimizdən faydalanmaq tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşmasına və bu əsasda onlarda sosiallaşmanın bərqərar olmasına gətirib çıxarır.
2. Yeni pedaqoji təfəkkür şəraitində tələbə gənclərdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və əsasda onlarda sosiallaşmanın yüksək səviyyədə təşəkkülündə təlim prosesinin (mühazirə və seminarların), auditoriyadankənar tədbirlərin rolu.
3. Təhsil prosesində tələbələrin sosiallaşması prosesi mexanizminin fəallaşdırılmasının zəruriliyi.
4. Sosiallaşmanın modeli: 4.1. Tələbələrin sosiallaşmasının məqsədi. 4.2. Şəxsiyyətin sosiallaşmasına kömək edən və iki blokdan ibarət olan məzmun: a) tələbənin təlim fəaliyyəti; b) tələbənin auditoriyadankənar fəaliyyəti. 4.3. Professor-müəllim heyətinin fəaliyyəti. 4.4. Sosiallaşma metodları (tələbənin şüurunu formalaşdıran metodlar: söhbət, mühazirə, disput, nümunə; fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar: ictimai rəyin formalaşdırılması, alışdırma, tapşırıq, tərbiyəvi vəziyyətin yaradılması və s.; davranışın və fəaliyyətin stimullaşdırılması: yarış, rəğbətləndirmə, cəzalandırma və s.) 4.5. Sosiallaşmanın formaları (fərdi, kollektiv, qrup halında). 4.6. Sosiallaşmanın vasitələri. 4.7. Sosiallaşma prosesinin nəticələri: tələbənin təhsili, tərbiyəsi, özünütəhsili, özünütərbiyəsi, yenidəntərbiyəsi, özünüdərki təmin olunur. Onun obrazı özündə 3 komponenti birləşdirir: 1) özünü tanı; 2) özünü qiymətləndirmə; 3) özünə münasibət.
Dostları ilə paylaş: |