TəLƏBƏLƏRDƏ MİLLİ-MƏNƏVİ MƏDƏNİYYƏTİn formalaşdirilmasi onlarda sosiallaşmanin əsasi kiMİ



Yüklə 66,03 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü66,03 Kb.
#44591
növüReferat
1   2   3   4   5   6   7   8   9
TAHİRE QULYEVA. AVTOREFERAT

Tədqiqatın obyekti – tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması prosesidir.

Tədqiqatın predmetini tələbələrin sosiallaşmasının əsası olaraq milli-mənəvi mədəniyyətin formalaşdırılmasının təşkilatı-pedaqoji imkanları təşkil edir.

Tədqiqatın məqsədi - ali məktəb tələbələrində milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmanın təşəkkülünün nəzəri və praktik əsaslarını müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqatın vəzifələri.

-tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin nəzəri əsaslarına aydınlıq gətirmək;



-şəxsiyyətin milli-mənəvi mədəniyyətinin formalaşdırılmasının tarixi, fəlsəfi və sosial-pedaqoji aspektləri üzərində dayanmaq;

-tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin mahiyyətini, məqsəd və vəzifələrini müəyyənləşdirmək;

-tələbələrin sosiallaşmasını yeni pedaqoji təfəkkürün tələbi kimi nəzərdən keçirmək;

-tələbələrin milli-mənəvi mədəniyyətinə sosial-pedaqoji problem kimi yanaşmaq;



-tələbələrin sosiallaşmasında milli-mənəvi mədəniyyətin rolunu aydınlaşdırmaq;

-tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin praktik məsələlərini tədqiq etmək;

-milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə aparılan işləri tələbələrin sosiallaşmasının başlıca şərti kimi araşdırmaq;

-təlim prosesində tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin imkanları və yollarını müəyyən etmək;

-auditoriyadankənar tədbirlər zamanı tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işin imkanları və yollarını işləmək;

-eksperimentin təşkili, aparılması və nəticələri barədə təsəvvür yaratmaq.

Araşdırmalar zamanı aşağıdakı tədqiqat metodlarından istifadə olunmuşdur:

1. Nəzəri təhlil və tərkib. Nəzərdən keçirilən problemin tədqiqi vəziyyəti barədə təsəvvürə yiyələnmək üçün elmi-pedaqoji, psixoloji və metodik ədəbiyyat öyrənilmişdir.



2. Pedaqoji müşahidə. Tədqiqatla bağlı Azərbaycan Dillər Universitetində, Sumqayıt Dövlət Universitetində və Gənclər Dövlət Universitetində Azərbaycan tarixi, Uşaq ədəbiyyatı və Ailə pedaqogikası üzrə mühazirə və seminar məşğələləri, auditoriyadankənar tədbirlər müşahidə olunmuş, onların təhlili aparılmış, iş təcrübəsi ümumiləşdirilərək dissertasiyada əks etdirilmişdir.

3. Pedaqoji müsahibə ali təhsil müəssisələrinin müəllimləri, tərbiyə işləri prorektorlar, fakültə dekanları, pedaqogika və psixologiya müəllimləri və tələbələrlə keçirilmişdir.

4. Sənədlərin öyrənilməsi. Tələbələrin təşkilatçılıq fəaliyyətinə aid sənədlər, fakültə elmi şurasının protokolları, mühazirə və seminar məşğələlərinin dinlənilməsi zamanı aparılmış qeydlər, ali məktəbin, eksperimental və kontrol qrupların auditoriyadankənar tədbirlərə aid fəaliyyət planları öyrənilərək onların təhlili aparılmışdır.

5. Riyazi-statistik metodlar. Toplanmış məlumatlar sistemləşdirilmiş və qruplaşdırılmışdır. Həmin əsasda ümumiləşdirilmələrin aparılması öyrənilən pedaqoji hadisə və proseslər arasında kəmiyyət asılılıqlarının müəyyənləşdirilməsinə; iş metodları isə tələbələrin milli-mənəvi mədəniyyətinin formalaşmasına və bu əsasda onlarda sosiallaşmanın təşəkkül tapması səviyyəsinin diaqnostikasına, eksperimentin göstəricilərinin qiymətləndirilməsinə, nəzəri ümumiləşdirmələrə, nəticələrin etibarlılığına şərait yaratmışdır.

6. Pedaqoji eksperiment. Tədqiqat zamanı eksperimentin müəyyənedici, öyrədici və yoxlayıcı mərhələlərindən istifadə olunmuşdur. Eksperiment 2017-2020-ci illərdə aparılmışdır.


Yüklə 66,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin