TəLƏBƏLƏRDƏ MİLLİ-MƏNƏVİ MƏDƏNİYYƏTİn formalaşdirilmasi onlarda sosiallaşmanin əsasi kiMİ


Dissertasiya şurasının Mələk Əlislam qızı Zamanova



Yüklə 66,03 Kb.
səhifə2/9
tarix02.01.2022
ölçüsü66,03 Kb.
#44591
növüReferat
1   2   3   4   5   6   7   8   9
TAHİRE QULYEVA. AVTOREFERAT

Dissertasiya şurasının Mələk Əlislam qızı Zamanova

elmi katibi: pedaqogika üzrə fəlsəfə doktoru

Çapa imzalanıb:

Kağızın formatı:

Həcm: ________ (işarə sayı)

Tiraj:

TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Tələbələrin sosiallaşması pedaqoji problemlər arasında özünəməxsus əhəmiyyət daşıyır. Yeni pedaqoji təfəkkürün tələbi belədir ki, sosial fəallığa, peşə səriştəliliyinə, yüksək mədəniyyətə, müstəqilliyə, təşəbbüskarlığa, məsuliyyət hissinə malik vətəndaşlar yetişdirmək lazımdır.

Şəxsiyyətin sosiallaşması problemi bir çox elm sahələri mütəxəssislərini, o cümlədən pedaqoq və psixoloqları, sosioloq və filosofları özünə cəlb etmişdir. Onlardan S.V. Başirova, İ.A. Karelina, Y.V. Kablinova, N.S. Şutilina, O.V. Vasilenko və b. adlarını qeyd edə bilərik. Haqqında söz açılan alimlər sosiallaşmanın mahiyyətinə, məqsəd və vəzifələrinə, mexanizm və amillərinə münasibət bildirmişlər. Respublikamızda A.N. Abbasov, F.A. Rüstəmov, H.Ə. Əlizadə, P.B. Əliyev, M.S. Kazımov və B.S. Ağayeva öz tədqiqatlarında sosiallaşmanın ayrı-ayrı məsələlərinə bu və ya digər dərəcədə diqqət yetirmişlər.

Tələbələrdə sosiallaşmanın tərbiyə edilməsi zamanı bir sıra vasitələrdən istifadə olunur. Bu baxımdan gənclərdə milli-mənəvi mədəniyyətin formalaşdırılması onlarda sosiallaşmanın təşəkkül tapmasına kömək göstərir. Xarici ölkələrdə, o cümlədən Rusiyada ümumtəhsil məktəbləri şagirdlərində, kollec və ali təhsil müəssisələri tələbələrində ayrıca götürülməklə mənəvi mədəniyyətin formalaşdırılması mühüm tədqiqatların obyekti olmuşdur. Bu baxımdan J.B. Baldanovanın, R.B. Qodjiyevanın, O.Y. Zubovun, S.K. Maqometovanın, S.Q. Maxmadaliyevin, R.A. Saxabutdinovanın, N.V. Maxovanın, S.P. Razikovanın və b. tədqiqatlarını qeyd etmək mümkündür.

Təhsilalanlarda mənəvi mədəniyyətin formalaşdırılması kimi önəmli problemə Azərbaycan pedaqoqlarından Ə.Ş. Həşimov, Y.R. Talıbov, Ə.Ə. Ağayev, A.N. Abbasov, F.A. Rüstəmov, P.B. Əliyev, T.H. Hüseynova və b. öz münasibətlərini bildirmişlər.

T.H. Hüseynova 2018-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kiçikyaşlı şagirdlərdə mənəvi mədəniyyətin formalaşması üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dissertasiyada mənəvi mədəniyyətin elmi-nəzəri və pedaqoji əsaslarını müəyyənləşdirməyi; təlim prosesində və dərsdənkənar tədbirlər zamanı ibtidai sinif şagirdlərinin mənəvi mədəniyyətinin formalaşdırılmasının imkanları və yollarına aydınlıq gətirməyi qarşısına məqsəd qoymuşdur.

Haqqında danışılan dissertasiyanın mövzusu bizim tədqiqatın mövzusuna bu və ya digər dərəcədə yaxındır. Lakin fərqli cəhətləri daha çoxdur. Əvvəla, T.H. Hüseynova ümumtəhsil məktəblərinin ibtidai siniflərini (şagirdləri), biz isə ali təhsil müəssisələrinin I və II kurslarını (tələbələri); T.H. Hüseynova Azərbaycan dili, Həyat bilgisi, Musiqi və Təsviri incəsənət fənlərinin, biz isə Azərbaycan tarixi, Uşaq ədəbiyyatı və Ailə pedaqogikası fənlərini əhatə etmişik. T.H. Hüseynova - kiçikyaşlı məktəblilərdə mənəvi mədəniyyətinin, biz isə, milli-mənəvi mədəniyyətin formalaşdırılması əsasında tələbələrdə sosiallaşmanın təşəkkülü kimi problemləri tədqiqata cəlb etmişik.

Azərbaycanın ali məktəblərində tələbələrdə sosiallaşmanın formalaşdırılması istiqamətində səmərəli işlər görülür, müxtəlif tədbirlər həyata keçirilir.

Sosiallaşma problemi XIX əsrin sonlarında diqqət mərkəzinə gəlib. Ötən yüzilliyin 30-cu illərindən etibarən öyrənilməyə başlayıb, 70-ci illərdən sonra aktuallığı müstəsna dərəcədə artıb. Sosiallaşma dedikdə, təhsilalanların, o cümlədən tələbələrin müxtəlif sosial rolları mənimsəmələri üçün şəraitin yaradılması prosesi başa düşülməlidir. Həmin rollara daxildir: peşəkarlıq, ictimai və ailə sahibi rolu və s. Şəxsiyyətin sosiallaşmasının nəticəsi – sosiallaşmış olmaq deməkdir. Şəxsiyyətin inteqrativ xarakteri əsas sosial rolları yüksək səviyyə aparmağı nəzərdə tutur.

Tələbələrdə sosiallaşmanın təşəkkül tapmasında milli-mənəvi mədəniyyətin rolu böyükdür. Ali məktəblərdə məhz milli-mənəvi dəyərlərdən faydalanmaqla təlim prosesində mühazirə və seminar məşğələlərində və auditoriyadankənar tədbirlər zamanı təhsilalanların - gənc oğlanların və qızların sosiallaşmasına nail olmaq mümkündür. Hazırda milli-mənəvi baxımdan kamilləşmə, əxlaqın saflaşdırılması dövlət əhəmiyyətli problem kimi meydana çıxır.

Milli-mənəvi mədəniyyətin mənbəyi milli-mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərlərdən danışarkən Ümummilli liderimiz Heydər Əliyev aşağıdakı məsələləri diqqət mərkəzinə gətirirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli-mənəvi dəyərlərimizi yüksək qiymətləndirir. Cənab İlham Əliyev deyir: “Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.



Aparılmış məqsədyönlü, sistemli, fasiləsiz iş nəticəsində nail olmaq vacibdir ki, tələbələr milli-mənəvi kateqoriyaları mənimsəsinlər. Səmərəli göstəriciləri əldə etmək üçün ali təhsil müəssisələrinin pedaqoji kollektivləri səfərbər olmalı, innovasiya metodlarından faydalanmalıdırlar. Görülən bütün işlər ona doğru yönəlməlidir ki, tələbələrin sosiallaşması mümkün olsun.

Milli-mənəvi mədəniyyətin formalaşma prosesi tələbələrin sosiallaşma prosesi ilə qarşılıqlı əlaqədə və qarşılığın şərtlənmədə həyata keçir. Azərbaycan Respublikasının ali məktəblərində - institut və universitetlərində təlim-tərbiyə prosesi həm də sosial mühitin təsiri altında inkişaf edir. Odur ki, mühazirə və seminar məşğələlərində, auditoriyadankənar tədbirlərdə nəzərdən keçirilən mövzuların həyatla, əməklə, ölkəmizdə aparılan dinc quruculuq işləri ilə əlaqələndirilməsinə xüsusi fikir verilir. Milli-mənəvi mədəniyyətin təşəkkülü şərtlərinin müəyyənləşdirilməsində əsas istiqamətlərdən biri tərbiyəvi mühitin formalaşdırılmasıdır. Mühazirə və seminar məşğələlərinin də, auditoriyadankənar tədbirlərin də təşkilində təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici funksiyalar diqqət mərkəzində dayanmalıdır. Yalnız belə olan təqdirdə milli-mənəvi mədəniyyətin formalaşdırılması tələbələrdə sosiallaşmanın əsasi kimi çıxış edə bilər. Yüksək göstəricilər o zaman qazanılar ki, milli-mənəvi mədəniyyətin tərbiyə olunmasının mahiyyəti, məqsəd və vəzifələri, səmərəli yolları aydın təsəvvür edilsin.

Deyilənlərdən belə qənaətə gəlmək mümkündür ki, müəllimlər tərbiyə işinin metodikasına, pedaqoji ustalığa yiyələnməklə tələbələrdə milli-mədəniyyəti tərbiyə edə və bu əsasda onların sosiallaşmasına nail ola bilərlər.

Problemin aktuallığını nəzərə alaraq, dissertasiya mövzumuzu aşağıdakı şəkildə müəyyənləşdirməyi məqsədəuyğun hesab etdik: “Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması onlarda sosiallaşmanın əsası kimi”.




Yüklə 66,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin