Tədqiqatın praktik əhəmiyyəti:
Problemlə bağlı iş sistemi, əsas elmi ideyalar, tədqiqatın nəticələri tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə işlərin; onların sosiallaşmasının səmərəli şəkildə aparılması və nəticələrin obyektiv qiymətləndirilməsi sahəsində ali məktəb müəllimlərinə, tərbiyə işləri üzrə prorektorlara və dekanlara, institut və universitetlərin gənclər təşkilatına, kitabxanaçılara öz köməyini göstərəcəkdir.
Tədqiqatın aprobasiyası və tətbiqi. Təklif olunan iş sistemi Gəncə Dövlət Universitetində tətbiq edilmişdir. Dissertasiyanın problemi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi jurnallarda 6 və xarici ölkədə 1 məqalə; respublikamızda 2, xarici ölkələrdə 2 konfrans materialı nəşr olunmuşdur.
Dostları ilə paylaş: |