4.2 İnformasiyanın cəmiyyətdə yeri
Televiziyanın ictimai funksiyaları arasında informasiya funksi
yasının önə çıxması bu vasitənin məlumatlandırma işində böyük
yeri və elə ilk çağlardan bu məqsədlə yaradılmasından irəli gəlir.
Televiziya xəbərverici kimi bugünkü cəmiyyətdə böyük rol oy
nayır və onun informasiyaları insanların gündəlik həyat tərzini,
məlumatlanmağını təmin edir. Heç bir evi və ya idarəni televizor
suz təsəvvür etmək mümkün deyil, bu qutu insanların məişətində
ayrılmaz bir aksesuara çevrilməklə, onun gündəlik informasiya
tələbatını ödəyir.
İnformasiya – kütləvi kommunikasiyalar vasitələri ilə yayılan
ictimai məzmunlu xəbər, məlumatlar məcmusudur. Nəzəri ədə
biyyatda informasiya sözünün müxtəlif yozumları verilir, in
diki halda isə “informasiya” sözü ən dar və konkret mənada
iş lənir: İnformasiya – insanların baş verən hadisələrlə bağlı mə
lu matlandırılmasıdır. Burada və başqa yerlərdə işlətdiyimiz digər
anlayış – “proqram”, “veriliş” və ya “film”in sinonimi kimi çı xış
edir və xarakterinə görə dövri və ya birdəfəlik – “xüsusi” ola bi lər,
te leviziyada yayım vahididir.
Televiziyanın informasiya funksiyası onun dünyada və ölkə da
xilində baş verən gündəlik (hər saatlıq) hadisələri – siyasi, iqtisadi,
sosial, mədəniyyət, idman və hava haqqında xəbərləri tamaşaçıya
ye tirmək, bu barədə onda ilkin və ətraflı təsəvvür yaratmaq, bununla
da çağdaş insanın gündəmlə ayaqlaşmasını audiovizual tərzdə təmin
258
etməyi əhatə edir. Televiziyadan verilən məlumatın, xəbərin digər in
formasiya daşıyıcı vasitələrdən daha çox maraqlılığı və cəmiyyətdə
rezonans yaratması onun vizuallığı ilə bağlıdır: insan baş vermiş
hadisə ilə bağlı məlumatı eşitməkdən (radio) və oxumaqdan (qəzet,
jurnal, kitab, internet) çox, görməyə üstünlük verir. Televiziyanın baş
vermiş hadisəni operativliklə təqdimetmə imkanı onu informasiya
sahəsinin liderinə elə ilk günlərdən çevirə bilib. Məhz bu cəhət onun
funksiyaları arasında informasiyanı önə çıxarıb və fəaliyyətində baş
lıca istiqamət kimi müəyyənləşdirib. Başlıca istiqamət statusu alması
informasiya verilişlərini – xəbərlər buraxılışlarını hər bir televiziya
üçün (təyinatlı kanallar – idman, moda, musiqi və s. kanalları istisna
olmaqla) vacib bir iş halına gətirib: bütün kanallarda xəbərlər buraxı
lışı və onun stabil efirə çıxma vaxtı var.
Britaniyada Müstəqil Televiziyaları üzrə komissiyanın telekanal
lar qarşısında həftə ərzində 1,5 saat həcmində informasiya proqra
mı verməyi mütləq şərt kimi qoymasının başlıca səbəbi dövlətin
özünün informasiyalaşdırma işində maraqlı olması və əhalinin
dürüst xəbərləri vaxtında öyrənməsi zərurətidir. Rusiyanın
peşəkar jurnalisti və televiziya tənqidçisi Q. Kuznetsov xəbərlərin
televiziyada yerini və oynadığı əhəmiyyətli rolu dəyərləndirərək,
onu “…istənilən telekampaniyanın “siması”, yayım gününün da
yaq nöqtələri” adlandırır: “Onlar çağdaş insanın başlıca tələbatını
ödə yirlər – ölkədə və dünyada baş verən hadisələrindən xəbərdar
olmaq” (237, səh. 115). Məhz xəbərlərin kanalın sifəti olması fikri
onun fəaliyyətində də öz əməli əksini tapır. Dünya praktikasında
kanallar verilişlərin istehsalından çox, onların prodakşnlaristeh
sal şirkətləri tərəfindən sifariş əsasında hazırlanaraq alınmasına
üstünlük verirlər. Xəbərlər buraxılışları isə birmənalı şəkildə tele
kanalın özü tərəfindən istehsal olunur və heç bir halda istehsalçı
şirkətlərin öhdəsinə buraxılmır.
Xəbər buraxılışları, adətən, bütün reytinq cədvəllərində li
derlik edirlər. Bu, onun ideoloji, siyasi, iqtisadi və təşkilati
əhəmiyyətindən asılıdır. Ona görə də “İstənilən yayım teleşirkəti
özünün informasiya buraxılışlarının problemi ilə məşğul olmağa
məcbur idi” (437, səh. 98).
Televiziyanın informasiya funksiyası cəmiyyətin siyasi, mə də
ni, sosial və iqtisadi həyatında kifayət qədər vacib, həlledici, rəy
yaradıcı rol oynamaqla KİVdən məlumat alan insanların son
rakı addımlarının istiqamətlənməsində, onların düşüncə tər zinin
biçimlənməsində və həyat fəaliyyətlərində, həmçinin siyasi möv
qelərinin ortaya qoyulmasında fəal iştirak edir və bir çox hallarda
259
qaydaları, şərtləri, fəaliyyət istiqamətlərini diktə edir. İnsanların
məişətinə daxil olan gündəlik informasiya axını onlarla manipul
yasiyaya imkan verən ən asan üsul olduğundan bu məsələ xüsusi
nəzarətdə saxlanılır və xəbərlərin qərəzdən, birtərəflilikdən uzaq
olması şərti başlıca məsələ kimi qarşıya qoyulur.
Televiziyadan verilən informasiya sosialsiyasi təsirdən əlavə,
psixoloji təsirlər də göstərir. Məhz bu baxımdan onun üzərinə
cə miyyətin həyatında mühüm yer tutan sosialpsixoloji funk
siyalar da düşür: 1. Dünyada baş verən hadisələrlə əhalinin mə
lumatlandırılması: televiziya bütünlüklə insanda xəbərlərin axını
ilə özünüidentifikasiya (özünümüqayisə) prosesini aktuallaşdıra
bilər; 2. Qrup şüurunun biçimlənməsi: müəyyən xəbər axınını
alan əhalinin bu informasiyaya uyğun qruplaşması və eynitərzli
düşüncənin yaranması; 3. Sosial nəzarət: televiziya xəbərləri insan
da “müsbət” və “mənfi” obrazların timsalını yaratmaqla, etik və
estetik qaydaları təyin edir; 4. Şəxsiyyətin ictimailəşməsi: evində,
məişətində gündəlik olaraq dünyanın hər yerindən xəbər tutmaq
insanın şəxsi keyfiyyətinin biçimlənməsində iştirak edir; 5. Psixo
terapiya: gündəlik qadağalar və problemlərlə üzləşən insanda dün
yadan daha pis hadisələrin baş verməsi “qorxu” sindromunu, daha
yaxşı hadisələrin baş verməsi “inam” sindromunu əmələ gətirir
və onun psixoloji durumunun tənzimlənməsində iştirak edir (bu
prosesdə televiziyanın əyləncə ilə bağlı funksiyaları da fəal işti rak
edir).
İnformasiya funksiyasının kanallar tərəfindən qəbul olunmuş
normalar və tamaşaçı zövqünün tələbi çərçivəsində icrası həm də
dövlətin informasiya təhlükəsizliyi baxımından zəruridir. Dünya
da gedən inteqrasiya və hüdudsuz televiziya yayımı dönəmində,
sözsüz ki, ölkəmizdə də informasiya təhlükəsizliyi və milli, mədəni
dəyərlərin qorunması məsələsi gündəmdə durur. Xüsusən də
peyk antenalarından əlavə, məişət antenaları vasitəsilə ölkəmizdə
Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan kanallarının sərbəst
seyrinə imkan yaranması, haqqında danışdığımız problemi daha
da kəskinləşdirir. Bu prosesin qarşısı yalnız milli telekanalların in
kişafı və tamaşaçı auditoriyasının cəlb olunması uğrunda rəqabətin
qurulması ilə alına bilər. Buna görə də informasiya funksiyası
nın təcəssümü xüsusi əhəmiyyət daşıyan məsələ kimi kanallar,
həmçinin ictimaiyyət qarşısında duran mühüm iş hesab olunma
lıdır.
260
Digər tərəfdən, əcnəbi kanalların təsirini azaltmaq işində regio
nal kanalların inkişafı böyük rol oynayır. Lakin ölkəmizdə bir çox
rayon və şəhərlərin TVləri primitiv texnika ilə işlədikləri üçün
rəqabətə qoşulmaq halında deyillər. Əyalət kanalları arasında
ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin “Kəpəz”TV və
“Alternativ”TVnin xəbər xidmətləri peşəkarlığı ilə seçilir. “Kəpəz”
TVnin gün ərzində 4 dəfə efirə gedən “Bu gün” proqramı ölkədə
və dünyada baş verən xəbərləri çatdırmaqla bərabər, yerli xəbərlərə
də üstünlük verir. “Alternativ” kanalında isə gün ərzində 2 dəfə ya
yımlanan “Xəbər+” daha çox yerli xəbərlərə üstünlük verir və efirə
canlı yayımla çıxmır. Bu isə çevik xəbər xidməti işini zəiflətməklə
barəbər, kifayət qədər böyük olan bir region üçün yolverilməzdir.
İnformasiya funksiyasının kanalların cəmiyyət qarşısında götürdü
yü ən mühüm öhdəliklərdən biri olduğunu nəzərə alsaq, deməliyik
ki, regional telekanallarda bu işin mükəmməl qurulmasına zərurət
var.
Televiziyanın informasiya funksiyasının Azərbaycan telekanal
larında təcəssüm mənzərəsinə nəzər yetirdikdə onun hazırlanması
işində peşəkar jurnalistikanın, rejissor, operator, montaj işinin nöq
sanlı olduğu, bu işdə bir sıra ciddi əhəmiyyət daşıyan problemlərin
mövcudluğu, bir çox hallarda televiziyanın başlıca üstünlüyü –
görüntü səviyyəsinin aşağı olduğu, Azərbaycan tamaşaçısına heç
də həmişə operativ, dolğun, dünyanın müxtəlif yerlərindən xəbər
vermək işinin tam yerinə yetirilməməsi, informativ proqramların
bədii, estetik həllində solğunluq, səthi yanaşma və digər qüsurlu
məqamların üzə çıxması qənaətinə gəldik. Həmçinin telekanalla
rın informasiya siyasətində boşluqların təzahür etməsi, kadr ça
tışmazlığı, texniki təchizat problemlərinin üzə çıxması faktları
nı önə çəkərək, bu işin təkcə telekanalların fəaliyyətində böyük
əhəmiyyət kəsb etmədiyini, həm də ölkənin informasiya siyasəti
üçün böyük önəm daşıdığını nəzərə alıb, deyilən nöqsanların ara
dan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməli olduğu
qə naətinə də gəldik. Müsbət və təqdirəlayiq cəhətlərinə baxmaya
raq, dövlət və kommersiya kanallarının informasiya proqramları
nın yaradıcı, texniki səviyyəsinin dünya televiziyalarının analoji
proqramları ilə müqayisəedilməz şəkildə geridə qaldığı, peşəkar
kadrların azlığı və digər mühüm əhəmiyyətli məsələləri önə çə
kərək, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şu
rasının bu məsələyə fəal qoşularaq kadr problemləri, yaradıcı
emalatxanaların yaradılması, xarici təcrübənin öyrənilməsi işinin
261
təşkili, qaydaların müəyyənləşdirilməsi və bu sahənin aparıcı elmi
müəssisələrini, mütəxəssislərini işə cəlb etmək yolu ilə ictimai nə
zarətin güclənməsini təmin etməsini təxirəsalınmaz bir iş sayırıq.
4.3 Azərbaycan televiziyasında infoteynment
Azərbaycan cəmiyyətində demokratikləşmə prosesi və bazar
münasibətlərinin bərqərar olması ilə yeni mərhələ başlanmış oldu:
kommersiya televiziyalarının yaranışı, inkişafı yeni telesənət me
yarlarının, söz azadlığının, iqtisadi maraqların şərtləri ilə çalışan
yayımçı qurumların qarşısında yeni imkanlar açdı. Mövcud seyrçi
təfəkkürü və yayımçı fəaliyyəti kökündən dəyişərək yeni maraq
lar, zövqlər, tələblər üzərində qurulmağa başladı. 1990cı illərin
sonu və yeni əsrin ilk illərində Azərbaycan teleməkanı özünün ya
radıcı və biçim mənzərəsinə görə dünənindən seçilsə də, çağdaş
dünya telesənayesinin nailiyyətlərindən geri qalırdı. Lakin reytinq
uğrunda savaş, əyləncəyə meyillilik özünün mənfi təzahürləri ilə
ölkə teleməkanında görünməyə başlamışdır. “Sara”, ABA kimi te
lekanallar əsas diqqəti əyləncəyə yönəltməklə bərabər, bir çox hal
larda kiçin ekrana çıxmasına rəvac verirdilər.
Tamaşaçının əyləncəyə marağı və bu sahənin gəlirliliyi (şoubiz
nes və s.) rekreativ funksiyanın inkişafına təkan verməklə, digər
sahələri bir qədər passivləşdirdi. Tədris, sosialpedaqoji, mədəni
maarif fəaliyyəti yeni biçim axtarışlarına çıxsa da, əyləncə qədər
tələb olunan və yayılan olmadı. Bir çox teletənqidçilər əyləncəli
informasiyanın sürətlə çoxalmasının yayım keyfiyyətinə təsirini
tədqiq edərək onun ciddi əngələ çevrildiyini, teleyayımın digər
sahələrinin geri çəkildiyini söyləyirlər. Bu qənaəti həm yayımda
əyləncənin – rekreativ işin nisbətdə böyük yer alması, həmçinin
digər funksiyaların təqdimatında əyləncə elementlərinin, əyləncə
biçiminin genişlənməsi, daxili reytinqlər sistemi (yayımçı kanalın
ümumi reytinq nəticələri əsasında müəyyən etdiyi iş prinsipi kimi
həm verilişin efirdə qalması, həm də göstəriciyə əsasən əmək haq
larının ödənilməsi – daxili tənzimləmə sistemi) müəyyən etməklə
çıxış yolunun axtarılması istiqamətində bir çox ölkələrdəki
tənzimləmə cəhdləri ilə izah etmək mümkündür. Lakin danılmaz
gerçəklik tamaşaçının əyləncəyə sönməz marağı olduğunu üzə çı
xarır. Bu tələbi ödəmək uğrunda başlanan savaş kommersiya ma
raqları ilə üstüstə düşməklə, yeni tip yayımlara rəvac vermiş oldu.
Musiqi, yumor kanalları aparıcı yer tutaraq istər kabel və ya peyk,
istərsə də regional yayımda sayca çoxalmağa başladılar. Həmçinin
geniş anlamda informasiyanı əyləncəli şəkildə təqdim etmək cəhdi
262
infoteynment anlayışını yaratdı. İnformasiya və əyləncə sözlərinin
birləşməsindən yaranan bu termin əyləncəlilik axtarışını ifadə
edərək çağdaş yayımın fəaliyyət istiqamətinə çevrildi.
İnfoteynmentin yaranışının 1980ci illərə təsadüf etməsi bilavasitə
telesənayenin sürətli inkişafı, kanalların çoxluğu, onlar arasında
rəqabət, artıq yeni olmayan televiziyanın digər KİVlərdən fərqli
fəndləri hələ tapmaması ilə yaranan islahat, yeniləşmə zərurəti ilə
bağlıdır. Əgər 1950ci illərdə televiziya möcüzə, 60cı illərdə ye
nilik olub, 70ci illərdə hər bir evdə məskən salmışdısa, (məhz bu
dövrdə aparıcı ölkə vətəndaşlarının evində televizorların sayı art
dı), 80ci illərdə artıq özünün fərdi cəhətləri, yeni təqdimat üsulu
ilə seçilməməsi ona olan marağı azaltmağa başladı. ABŞda infor
masiya proqramları reytinqdə ciddi enmənin qarşısını almaq üçün
formatı infoteynment üzərində qurmağa başladılar. İlk növbədə
rəsmi xronikanın yeri və payı dəyişdi. Getdikcə, ümumiyyətlə, sen
sasiyalı və ya əhəmiyyətli olmayan xronikanı, rəsmi informasiyanı
buraxılışlara salmamağa başladılar. Əsas yer sosial və mədəniyyət
mövzularına ayrılmaqla, ekran qarşısında tamaşaçı üçün maraqlı
informasiya mühiti qurmağa cəhd etdilər. Xüsusən ciddi narahat
çılıq yarada biləcək sosial problemlərə, tənqidlərə, araşdırmalara
geniş yer verməklə, onu fəaliyyətin əsas istiqamətinə çevirdilər.
İslahat həmçinin jurnalist yaradıcılığında da duyuldu. Efirdə
səslənəcək xəbəri çatdırmaq biçimlərində dəyişiklik edərək detal
lara, fərdlərə diqqəti artırıb tamaşaçıya maraqlı olacaq məqamları
qabartmaq çağdaş jurnalistikanın yeni yaradıcı siması, üslubu və
fəaliyyət istiqaməti kimi müəyyənləşərək keyfiyyət göstəricisi
(yeni dönəmlə ayaqlaşmayan veteranjurnalistlərin, diktorların
xidmətindən imtina edilərək, daha çox xarakterik görünüşlü,
spesifik danışıq tərzinə malik, bədii publisistika təcrübəsi olan
mütəxəssislərin cəlb olunması) oldu.
CBS kanalında həftəlik “60 dəqiqə” proqramı informasiya
əyləncə xəttinin geniş yayılmasına, ayrıca buraxılışlara rəvac ver
di. Burada aparıcının şəxsi rəyi, münasibətləri, jurnalistlərin süjet
qəhrəmanları ilə bir arada olması mövcud basmaqəlibləri dağıt
maqla bərabər rejissor, operator, montajçı, jurnalist yaradıcılığında
yeni axtarışlara təkan verdi. NBCnin prodüseri Nil Şapira yazır:
“Yekun xəbərləri effektli, qrafika, fantaziya, xüsusi effektlər, xü
susi rəng verərək təqdim etmək gərəkdir. Sensasiyalı xəbər, vacib
görünəni ardıcıllıqda qabaqlamalıdır. Çünki günün (həftənin) so
nunda insanlar bütün yeniliklərdən xəbərdardırlar” (158, səh. 11).
N. Qalyedkinin araşdırmasından bəlli olur ki, NBCnin “20/20”,
263
CBSin “48 hours” proqramları, Fox News kanalı isə bütünlüklə in
foteynment üzərində quruldu. Tezliklə bu ənənənin səmərəsindən
ruhlanan Avropa və Asiya teleməkanında infoteynmentin ekran
təcəssümünə rast gəlmək mümkün oldu.
Azərbaycan teleməkanında ilk belə cəhdlər 1980ci illərin sonla
rında “Dalğa”, “Videokanal”da edilsə də, bilavasitə informasiya
proqramının infoteynmentlə qurulma təcrübəsi ANSin hazırladı
ğı “Xəbərçi” buraxılışında (1991) özünü göstərdi. “Günün ekranı”,
“Zaman”, “Xəbərlər” ifadələrinə alışan Azərbaycan seyrçisi üçün
“Xə bərçi” adı ilə təqdimat yenilik olmaqla bərabər, cəlbedici idi.
İlk dəfə ölkə gerçəkliyini fərqli tərzdə təqdim edən aparıcı Mir
şahin Ağayevin danışıq üslubu, təhlil xarakterli münasibəti seyrçi
üçün alternativ informasiya mənbəyinə çevrildi. Mürəkkəb siyasi
durum “Xəbərçi” proqramını müharibə, siyasi çəkişmələrdən daha
çox danışmağa vadar etsə də, onun sosial problemlərə yer ayır
masını məhdudlaşdırsa da, proqram sensasiyalılıq prinsipindən
məharətlə istifadə edərək rəqabətsiz meydanda liderə çevrilə bildi.
İnfoteynmentin Azərbaycan teleməkanında təcəssümündən da
nışarkən mədəniyyət xəbərlərini əyləncəli tərzdə qurub, seyrçi
yə çatdıran və böyük uğurlar əldə edən “SOY production”un
istehsalı olan “Həftə çalçağırı” proqramını xüsusi qeyd etmək
gərəkdir. Teleməkanda ilk dəfə 1998ci ildə əyləncə ilə infor
masiyanı birləşdirərək, mədəniyyət gündəmini çatdırmaq ba
xımından gərəkli olan proqramın orijinal ekran həlli, yenilik
çi addımları, həmçinin zövqlü, çağdaş teleyaradıcılıqda geniş
tətbiq olunan fəndlərdən istifadə onu təkrarsız etməklə bərabər,
yeni bir axının başlanğıcı oldu. Məhz bu proqramın uğurun
dan sonra orada tətbiq olunan biçim, mövzu özəlliklərinin yeni
şəkildə təzahürləri mədəni həyatın təbliğatına geniş yer vermiş
oldu. İstər klassik sənət nümunələrindən, istərsə də yeni yara
dıcılıq axtarışlarından xəbərlər verən proqramda “KitabiDədə
Qorqud”un 1300 illiyi ilə bağlı silsilə işlər, Novruz bayramının,
milli adətlərin yeni tərzdə və sənət adamları arasında qurmaqla
təqdimatı, ölkəmizə gələn sənət adamlarının təbliği, teatr, kino,
təsviri sənət, dekorativtətbiqi sənət və digər incəsənət növlərini
əhatə etməklə onların həyatında baş verən yeniliklərin seyrçiyə
məhrəm tərzdə göstərilməsi teleməkan üçün yenilik və həmçinin
gərəkli fəaliyyət kimi dəyərləndirilməlidir. Aparıcı Səyavuş Hü
seynlinin təbii, inandırıcı nitqi, səmimiyyəti və ünsiyyətə girmək
qabiliyyəti ilə qurulmuş oyunların vəhdəti ekran sənətinin yeni
cəhətlərini meydana gətirmişdir. Proqramda mədəniyyət ocaqla
264
rından verilən xəbərlərlə yanaşı həftəlik “Afişa”, tamaşaçıları milli
kinomuzla bağlı bilgiləndirmək, həvəsləndirmək məqsədi daşıyan
“Kinomüsabiqə”, sənət adamları barədə gəzən şayiələrə aydınlıq
gətirən, əyləncə üzərində qurulan “Pıçhapıç” rubrikası və onun
aparıcısı Dilarə Əliyevanın, həmçinin xəbərçi qarıların maraqlı
ifaları, kino yeniliklərini çatdıran “Qərib filmlər” rubrikaları mil
li ruhda köklənərək ölkə tamaşaçısını mədəniyyət xəbərlərindən
agah edib, onun müasir biçimdə təbliğini həyata keçirirdi. İlk
ənənə kimi “Həftə çalçağırı”nın gətirdiyi yeniliklər hazırda da bir
çox verilişlərin yaradıcı həllində istifadə olunur.
Artıq cəsarətlə demək olar ki, infoteynment özünün səciyyəvi
xüsusiyyətləri ilə teleyayım işində köklü yer tutmuş, televiziya
yaradıcılığının tərkib hissəsinə çevrilmiş, standartlarını biçim
ləndirərək yeni üslub və tərzlərə meydan açmışdır. İnformasiya
siyasətində ifadə vasitələrindən istifadə etməklə ictimai şüura təsir
imkanlarını genişləndirmək, onu xəbərin əsarətində saxlamaq və
məhz bu kanalı seçdirmək işində infoteynmentin sərhədsiz im
kanları yayımçılar tərəfindən məharətlə istifadə olunmağa başladı.
E. Tofter, N. Qolyadkin, E. Denis, D. Merill və başqa tədqiqatçılar
televiziyada və jurnalistikada bu faktları, onların təsir imkanları
nı araşdıraraq, təsiretmə gücünü, təhlükəli cəhətlərini göstərməyə
çalışmışlar.
İnfoteynment süni yaradıcılıq metodu deyil, bilavasitə tama
şaçının istəyinə söykənən axtarışın nəticəsi olduğu üçün onun
geniş yayılması, yeni biçimlərlə təqdim olunması gerçəyi əks et
dirir. S. Mixaylov özünün “Amerika Birləşmiş Ştatlarının jurna
listikası” (287, səh. 63) kitabında “Amerika cəmiyyəti ciddi ma
teriallardan bezmişdi. 1970ci illərin sosial sorğuları göstərdi ki,
“qəddar” xəbər artıq oxucuları maraqlandırmır” yazmaqla, infor
masiya cəmiyyətində yayımçı bolluğu nisbətində xəbər azlığının
törətdiyi təkrarçılığın kütləvi şəkildə marağı öldürdüyünü əyani
göstərmiş olur. Azərbaycan misalında 1990cı illərin əvvəlində
rəsmi mətbuat özünün “quru xəbərləri” ilə köşklərdə qaldığı hal
da müstəqil qəzetlərin əldənələ gəzməsi oxşar situasiya yaratmış
olduğunu göstərdi. 1990cı illərin ikinci yarısında ölkəmizdə də
artıq “qəddar” informasiyaya maraq azaldığından, çıxış yolları ax
tarılmağa başlandı. Nəticədə sensasiya uğurunda savaş başlandı
ki, bunun da infoteynmentin tərkib hissəsi olduğunu yuxarıdakı
araşdırmalar göstərmişdir.
Marşall Maklüen “elektron cəmiyyət” barədə yazarkən, tele
viziyanın sosialiqtisadi sistemin inkişafında həlledici rolunu
265
göstərmiş, onun dünyanın mənzərəsini mozaik şəkildə yarat
maqla, mən tiqi əlaqə olmadan bağlılıq qurması imkanlarını önə
çəkmiş və bunun insan şüuruna təsirini, siyasi problematik möv
zudan uzaqlaşaraq adi məişət gerçəkliyinə meyil etmək marağını
qabartmışdır. Çağdaş insan toplumunda sosialsiyasi hadisələr,
bəşəri problemlər tamaşaçı üçün maraqsız, cansıxıcı, ən adi
məişətlə bağlı məlumatsa mühüm görünməyə başlamışdır. Əsas
səbəb kimi informasiya mühitinin biçimlənməsi və onun elektron
kütləvi kommunikasiya vasitələrinin hesabına bu mühiti “da
raltması” göstərilir. M. Kastelsin siyasi proseslərə bu halın təsiri
barədə fikirlərində KİVin yaratdığı görkün əsasında liderin ya
randığı, uğur qazandığı, elektoratın isə əyləncəli informasiyanın
diktəsi ilə qərar verən tamaşaçıya çevrildiyi göstərilir. Məhz bu
səbəbdən siyasi fikirlərin təqdimatında, liderlərin nitqlərində,
ümumiyyətlə, istənilən məq sədlə ünsiyyətdə tamaşaçı, onun ma
raqları əsas götürülərək əy ləncəli, adi, məişətçi bir tərzdə xitab ic
rası vacib olan vasitəyə çevrildi. ABŞ misalında təcrübəli siyasətçi,
vitseprezident, radiodebatların qalibi Riçard Niksonun 1960
cı ildə teledebat zamanı rəqibi Con Kennediyə onun cəzbedici
görkəmi, televiziyaünsiyyətindən mə harətli istifadəsi hesabına
məğlubiyyətinin seçkilərin nəticəsi nə birbaşa təsir etməsi fak
tı telelider anlayışının ciddiliyini göstə rir. Eynilə Azərbaycanda
1992ci il prezident seçkilərində namizəd Nizami Süleymano
vun “çörəyin qiymətinin endiriləcəyi, əmək haqlarının qaldırıla
cağı” barədə verdiyi vədlər, televiziyadan istifadə edərək ən adi
problemləri həll edəcəyinə söz verməsi onu real gücə və seçkilərdə
ikinci ən çox səs toplamış namizədə çevirdi. Ekran qarşısında du
ran tamaşaçının verilən konkret vədə mücərrəd ümidlərdən daha
çox inanması “elektron cəmiyyətə” xas cəhətdir. Siyasətçilər bu
cəhətdən məharətlə istifadə edə bildikdə hamının sevimlisinə
çevrilə bilirlər. Fransada prezidentliyə namizəd Jak Şirakın, İtali
yada parlament seçkilərində Berlüskoninin qələbəsində televiziya
nın başlıca rol oynaması danılmaz gerçəklikdir.
İnfoteynment vasitəsilə kütləvi şüura təsir, onu manipul
yasiya etmək asanlaşdığından, bir çox hallarda bu vasitədən
döv lət təbliğatında da istifadə olunmağa başlanıldı. Rusiyada
“İto qo”(NTV), “Odnako” (“Birinci”) kimi əyləncəli publisis
tik teleşərhlərdə ictimai rəyə birbaşa təsir, onu müəyyən səm tə
yönəltmək cəhdləri açıq duyulur. Azərbaycanda Orxan Fik rə
toğlunun aparıcılığı ilə “Zorxana” (ANS) siyasi prosesləri n sa
dələşdirilmiş şəkildə təqdimatına, “Sitatın sonu” (“Lider”) isə
266
bir başa siyasi rəyi biçimləndirməyə yönəlib. Orxan Fikrətoğlunun
sadə nitqi, gediş kimi istifadə etdiyi Xeybər obrazı tamaşaçı
ya doğma olduğundan hansısa baş vermiş ciddi siyasi hadisəyə
məhz onun şərhini dinləmək marağını oyadır. Deməli, bu nüfuz
və kütləvi inamdan suiistifadə halları cəmiyyətdə qarşıdurma
ya da gətirib çıxara bilmək gücünə malikdir və bu səbəbdən jur
nalistin peşə etikasını qoruması vacibdir. Həmçinin Fransadan
vüsət götürərək bir çox ölkələrə yayılan “Kuklalar” layihəsi siyasi
təbliğatda əyləncə modelindən istifadə formasıdır. Bu təbliğat gizli
şəkildə olsa da aparılır və bu, danılmaz gerçəklikdir. Siyasi əyləncə
özünü “Qulp” proqramında da göstərir. Burada gündəmdə olan
siyasi hadisələrin, həmçinin problemlərin yumor elementləri
ilə göstərilməsi daha çox ictimai tənqidə yönəlirsə də, müəyyən
fikirlərin sətiraltı təbliğatı da baş verir. Yuxarıda sadalanan fikirlər
əsasında “elektron cəmiyyətdə yalnız əyləncəli siyasət və əyləncəli
təbliğat real təsir gücünə malikdir” qənaətinə gələrək, onun tele
viziya yaradıcılığı işində mühüm əhəmiyyət kəsb etməsini qeyd
etməliyik.
E. Toffler informasiya cəmiyyətini səciyyələndirərkən ideal də
yərlərin azömürlülüyü, tələbatların mürəkkəb xarakter daşıma
sı, elmitexniki informasiyanın artması, submədəniyyət və həyat
hadisələrinin çoxçeşidliliyini qeyd edərək, ətrafda hər şeyin sürətlə
dəyişməsi hesabına insanın uyğunlaşma cəhətinin yüksəldiyi
qənaətinə gəlir (407, səh. 186). Reallıq hissini qəfil itirməsi, onu
gözləyən gələcəyə uyğunlaşmaq qabiliyyətini “futurşok” – “gə
ləcəyin şoku” adlandıran E. Toffer informasiya ilə güclənən in
sanın rasional düşünmək və optimal qərar qəbul etmək imka
nından məhrum olduğunu söyləyir. Güclənən informasiya axını
şəraitində şəxsi problemlərini həll edə bilməmək “eskeypizm”i –
gerçəkdən qaçışı doğurur. Eskeypizm özünü aşağıdakı biçimlərdə
təzahür etdirməklə çağdaş insanın davranış qaydalarını təyin edir,
onun informasiya məkanında yaşam tərzini əks etdirir.
Qorxu yaradan gələcəyin “bloklaşdırılması” insanın yeni in
formasiyanı qəbul etməkdən imtinasıdır. Bu halda o özünü alda
daraq, gətirilən sübutları fərziyyə hesab etməyə cəhd edir. Digər
halda isə “xüsusiləşmə” baş verir və bu, insanın peşəsinə uyğun
sahədə bütün dəyişiklikləri izləyərək, digər informasiyaları qəbul
etməkdən imtinasını xarakterizə edir. “Reversionizm” – “hazırda
yersiz və gərəksiz olan əvvəlki adaptasiya basmaqəliblərinə qa
yıtmaq təşnəliyi” baş verənlərə əkscavab olaraq, əvvəl etdiklərini
təkrarlamaq cəhdini izah edir. “Çox sadələşdirmək” halı isə bü
267
tün yenilikləri izah edən sadə həllər axtarışını mənalandırır. İnsan
onu udmaqla hədələyən gerçəyə qarşı çıxa bilmədiyinə görə, çoxlu
xırda problemlərlə üzləşərək onlardan birini seçib böyütməklə öz
mövcudluğunu sadələşdirmək istəyir. Deyilən biçimlərdə təzahür
edən eskeypizm insanın kütləvi informasiya axınının qarşılığın
da gerçək mənzərəni yarada bilməməkdən qorunma hallarını
göstərir. Deməli, insanın gerçəyi dərk edə bilmək iqtidarında olma
dığı və ya bunu etməkdən imtina etməsi halı üzə çıxır. Bu psixoloji
vəziyyət, bilavasitə informasiya axınının görünməmiş miqdarda
təzahür etməsi ilə, axına qarşı yaranan müqavimətdir. Çoxçeşidli
vasitələr hər tipdə informasiyanı insana ötürməklə onu “informa
siya şoku”na salır ki, nəticədə dəyərlərin itməsi, meyarların pozul
ması və yalnız əylənməklə gerçəyi unutmaq, düşünməkdən imti
na, “beyin üçün saqqız” axtarışına çıxılır.
Televiziya özünün həm audio, həm də vizual qüdrətindən is
tifadə edərək informasiya yürüşünü gücləndirən vasitə kimi in
sanın düşdüyü bu haldan istifadə edib onu əyləndirməyə, beyin
üçün saqqızlar kəşf etməyə başladı. Yuxarıda dediyimiz böhran
və ondan çıxış yollarının axtarışı işində televiziyanın əhəmiyyətli
rolu, vaxtındaca eskeypizmdən istifadə edərək onu cilovlama
sı, özünün kommersiya maraqlarına yönəltməsi sosial, mədəni
mahiyyət daşıyan hadisə kimi dəyərləndirilməlidir. Çağdaş in
san toplumunda insanın mədəni görüşləri, əyləncəsi, davranışı
sürətlə dəyişməyə başladı. Bu gün danılmaz faktdır ki, insan heç
vaxt olmadığı kimi əyləncəyə meyilli, ona aludə, onun kütləvi is
tehlakçısı, gerçəyə, bəşəri problemlərə qarşı isə sadəcə heysiz hal
da biganədir. Bu durumdan daha çox şoubiznes faydalandı və
əyləncənin yeni kommersiya üfüqləri açıldı. ANSdə 21 aprel 2006
cı il “Amerikanın səsi” verilişində ABŞ həyatını göstərən süjetdə
şoubiznes ulduzlarının siyasətçilərdən daha varlı olduğu barədə
söylənən informasiya birincinin böyük gücünü, auditoriyasını
göstərmiş oldu. Bu gün şoubiznesin ən gəlirli sahəyə çevrilməsi
məhz yuxarıda dediyimiz psixoloji vəziyyətlə bağlıdır. Televiziya
nın rekreativ funksiyası və əyləncə modeli özünü yeni, qeyriadi
biçimlərdə təzahür etdirməklə bütün digər sahələrdən daha çox
inkişaf edib və yayımın böyük hissəsini öz nəzarətinə alıb.
Televiziya yaradıcılığı bu situasiyada iki yol ayrıcında qala
raq ziyanlı, lakin baxımlı və faydalı, ya da baxımsız fəaliyyəti
seçməlidir. Sonsuz informasiya axını insanı gərəkli yeniliklərdən
də imtina etmək həddinə gətirib çıxardığından mədənimaarif,
sosial pedaqoji fəaliyyətə qarşı onda maraqsızlıq yaradır. Əyləncə
268
təşnəsinə çevrilən çağdaş seyrçiyə gərəklini ötürmək baxımından
infoteynment çıxış yolu, faydalı fəaliyyətdir. İnformasiya çatdır
maq üçün istər əyləncəli vasitələr, istərsə də oyun həvəsi geniş
şəkildə istifadə olunmaqla, çağdaş teleyayımın ictimai vəzifələrin
icrasına yönəlmiş fəaliyyətini istiqamətləndirdi.
Oyunun inkişaf xarakteri və hedonist təbiəti, mərhələli artım
istər gedişatdan, istərsə də qələbədən həvəslənməyə və həzz alma
ğa imkan verir. Y. Heyzinqa uduşun həzzi və törətdiyi xəyalların
sonsuz həddə genişlənməsi nəticəsində onun üstünlük vəziyyətini
törətdiyi qənaətini əsas götürərək, bu cəhətlərdən bəhrələnən te
leviziyanın fəaliyyətində oyunun uğurlu vasitə olduğunu qeyd
etməliyik və qələbə həzzinin bütün qrupa keçməsi hadisəsinin
televiziyada olduqca əhəmiyyətliliyini söyləməliyik. Seyrçinin
oynamaq həvəsi, oyunu maraqlandırmaq, təfəkkürü gizli şəkildə
aktivləşdirmək, iştirakçıya, baxana güclü təsir etmək imkanı həm
əyləncəyə, həm də dünyanı dərkə yönəlmiş fəaliyyətə çevrilə bilər.
Y. Heyzinqa gerçəyi bəşər tarixinin başlanğıcından hikməti dərk
etmək üçün oyun formasından istifadə olunduğunu (tapmaca və
s.) göstərir (433). Oyunun öyrədici fəaliyyəti ilə (oyunu oynayarkən
nələrisə öyrənirsən) kütləvi kommunikasiya fəaliyyətinin yaxınlı
ğını əks etdirir. Oyunun qədimdən dünyanı dərk etmək, hikmət
toplamaq işində danılmaz xidməti bu vasitədən televiziyanın
səmərəli istifadəsini zəruri etdi.
F.V. Oleşko televiziya jurnalistikasında oyunun yeri barədə
araşdırmasında onun iki şəkildə reallaşdığını önə çəkir: oyun özü
və jurnalist məhsullarının çərçivəsində müxtəlif yaradıcı fəndlər
vasitəsilə (328) fəndləri, ənənəvi olmayan janrı, fərqli yanaşmanı,
tərtibat detallarını, leksiksintaktik gedişləri ehtiva edir. Bütün bu
fəndlər sərbəst, rahat ünsiyyətə yönəlir. Kapitalşou, realitişou və
müsabiqələrin mənşəyində oyun elementi iştirak etsə də, heç də
həmişə müəyyən biliyin ötürülməsinə yönəlmir. Yəni televiziyada
oyun bir şəkildə təzahür etməyərək, özünün yalnız azart tərəfləri
ilə də üzə çıxır. Azərbaycan televiziyasında “Tap tapmaca”, “Ays
berq”, “Breynrinq”, “Tusi klubu” kimi intellektual oyunlar bu işin
yaradıcısı hesab olunsalar da, “Zəfər zəngi” (“Space”), “Milyonçu”,
“Zəif bənd”, “Teletaym” (“Lider”), “LG Bilik Akademiyası” kimi
verilişlər ölkə seyrçisinə çağdaş anlamda oynamaq imkanı yaratdı.
Bəsit və bayağı tərzdə ekrana çıxan psevdointellektual oyunlar
isə televiziya yaradıcılığında yolverilməz hadisədir. “Bərəkətli ol
sun”, “Oyunçu aparsın”, “Favorit” (“Space”) kimi bayağı və bədii
269
yaradıcılıqdan uzaq, yalnız kommersiyaya (qeyripeşəkar kommer
siya fəaliyyəti) yönəlmiş halda ekrana çıxan verilişlər yayım vaxtını
səmərəsiz edirdi. Səviyyəcə aşağı olan bu tip verilişlər intellektu
al faydadan daha çox, estetik zövqsüzlük yaradır, müğənnilərin
təbliği yolu ilə qarışıq görüntülər əks etdirməklə faydasız fəaliyyətə
rəvac vermiş olurdu. Bir sıra intellektdən uzaq, bacarıqsız aparıcıla
rın meydan suladığı bu cür oyunlar yayımçı şirkətin nüfuzunu aşa
ğı salmaqla, onun tamaşaçı auditoriyasını azaldırdı.
İnfoteynment yaranışından kütləvi mədəniyyətin təbiətinə,
onun qaydalarına və özünəməxsus cəhətlərinə yiyələndi. Orijinal
obraz əvə zinə hamıya ünvanlanmış fəaliyyət, bir hadisəyə çoxlu
sayda yozum vermək, versiyaların tirajlanması, auditoriyaya bəlli
mə dəni işarələrin kombinə edilərək təkrar istifadəsi – intellektual
“sirr” kateqoriyasının və kinayənin geniş istifadəsi çağdaş teleya
yıma xasdır. Fransız sosioloqu J. Fridman, kanadalı A. Lamond
kütləvi mədəniyyətin kommunikasiya vasitələri ilə sıx bağlılığı
nı izah edərək, televiziyanın əsas daşıyıcı olduğunu və mövcud
model əsasında yeni nümunələr yaratdığını söyləyirlər. Tirajlan
ma, seriyalılıq, təkrarlanma infoteynmentin fəaliyyət istiqamətinə
çev rilməliydi, çünki kütləvi kommunikasiya vasitələri bilavasitə
kütləyə hesablandığından, hər şeyə hamının baxması vacib şərtdir.
İnfoteynmentin də başlıca qayəsi hər kəsi ekran başına toplamaq,
elita və kütlənin zövqünü birləşdirəcək modelə – kommersiya
postmodernizminə yaxınlaşır. Burada “reallıq” “hiperreallıq”la,
“gö zəl” və “yüksək”, “möhtəşəm” və “duyğusal”lığa çevrilir.
Kom mersiya postmodernizmi fəlakətçilik, hiperpessimizm, “ek
zis tensial panika”, ruhdandüşmə, ekstaz hissi yaradaraq, eyni
za manda, əyləncə aludəçiliyinə səbəb olur (48, səh. 61). Deməli,
infoteynment quru reallıqdan bədiiəyləncəli hiperreallığa keçid
dir. İnfoteynmentin gəlişi ilə televiziyanın öncə deyilən təsirləri
azalmadı, sadəcə görkünü, ifadə vasitəsini dəyişdi. Əyləncə çox
incəliklə, gülüşlə, həzzlə insan şüuruna təsir edə bilmək qüdrətinə
malikdir.
Rusiya teleməkanında – NTV kanalında infoteynmentin ilk
nümunəsi olan L. Parfeonovun “Namedni” (2001–2004) layihəsi
N. Kortoziyanın tərəfindən ““Namedni” proqramı rus – infoteyn
menti” (230) məqaləsində təhlil edilmiş və onun Amerika təcrübəsi
əsasında qurulduğu göstərilmişdir. Həftənin baş xəbərlərinin ic
malı, ekspertanaliz, səbəbnəticə əlaqələrinin tapılması üzərində
qurulan veriliş süjet vaxtının qısalığı, hadisələrin metaforikobrazlı
270
təsviri, detallara diqqət, qeyritipik qəhrəman və şəraitlərə maraq,
montaj imkanlarından fəal istifadə, Montipaytonanimasiya ob
razlarının sənədli kadrlarda “dirilməsi”, müsahibəklipemosional
təsirə hesablanan qısa audiovizual əsər kimi ifadə vasitələrindən
bəhrələnməsi ilə rusiyalı tamaşaçı üçün, yenilik oldu.
İnfoteynmentlə bərabər, dünya teleyayım işində geniş xalq
kütlə ləri üçün hesablanmayan informasiya proqramları əyləncə
ele mentindən istifadə etməyərək, daha çox, peşəkar istifadəsində
qə bul olunan klassik qaydalarla qurulur. Unutmaq olmaz ki,
cəmiyyətin çoxçeşidliliyi balanslaşmış şəkildə qurulmalıdır. Çağ
daş Azərbaycan teleməkanında informasiya işi ilə məşğul olan
bir çox jurnalistlər əyləncəyə ziyalı element kimi baxaraq, onu
efirə buraxmayaraq, “çəkilərini” qorumaq kimi kökündən yan
lış düşüncəyə sadiqdirlər. Əyləncəli təqdimat özünün mürəkkəb
strukturu, sadələşdirilməsi, effekt yaradacaq məqamların tapıl
ması ilə müşayiət olunur ki, bu da böyük peşəkarlıq tələb edən
işdir. Təəssüflə deməliyik ki, dünyada mövcud yeni yaradıcı
lıq prosesindən xəbərsiz bir çox şərhçi və jurnalistlər mövzunun
üzərində işləmək əvəzinə, onu olduğu kimi təqdim etməyə, yaxud
da söhbətə güvənərək yoruculuğa meyil edirlər. Məhz bu cür ya
naşmanın məntiqi nəticəsi özünü reytinq cədvəlində və tamaşaçı
marağında göstərir. İnfoteynmentin azlığı, yaxud ümumiyyətlə,
mövcud olmaması sadə insanı informasiyadan uzaq salaraq
onu “xəbərsiz qoyur”. Hesab edirik ki, ölkə kanalları bu gərəkli
təcrübəni informasiya, eyni zamanda mədənimaarif, təşkilati, so
sialpedaqoji fəaliyyətdə istifadə etməlidirlər. Bu, geniş anlamda
informasiyanın çatdırılması üçün ən effektiv vasitə ola, bundan
imtina “özü üçün televiziya” formatı yarada bilər.
İnfoteynmentin informasiya buraxılışında və jurnalist yaradı
cılığında iştirakı heç də rekreativ funksiyanın digərlərini sıxış
dırması kimi qəbul olunmayaraq, onun təqdimat biçimi olması
gerçəkliyindən yayım işində istifadə edilməlidir. O, informasiya
proqramında klip, film fraqmentlərindən istifadə edərək süjetin
ideyasının çatdırılmasını daha təsirli etməklə bərabər, mədəniyyət
hadisəsinə istinadla tərbiyələndirici məna da kəsb edir. Leksiksin
taktik quruluşda eyni köklü sözlərin təkrarı, mozaik nitq, kalambur
oyun təəssüratı yaradaraq tamaşaçını özünə cəlb edir, onu azarke
şə, müəllifin iti zəkasının izləyicisinə çevirir. O. Fikrətoğlunun
və yaxud M. Ağayevin çıxışları məhz bu maraq hesabına geniş
şəkildə izlənilir. Həmçinin süjetlərdə az əhəmiyyətli detalların
çoxluğu nitqin tempini artıraraq, informasiya yüngüllüyü və iş
271
tirak effekti yaradır ki, bu da qavrama, inam, etibar baxımından
əhəmiyyətlidir. Problemin vizuallaşdırılması, semiotik yanaşma
tapmaca təəssüratı yaradır ki, bu da seyrçini düşünmək, açmağa
cəhd etmək hissinə sövq edir. Bu məqamda sadəliyin qorunması
nın vacibliyini söyləməliyik, əks halda məntiqi məsələ həllində do
laşığa düşən seyrçi, sadəcə, kanalı dəyişməklə xilas yolunu axtara
bilər. İnfoteynmentdə sirr və onun açılışı barədə səslənən anons xa
rakterli başlıq intriqa yaradır ki, bu da seyrçini sonadək gözləməyə
vadar etməklə bərabər, sosialpedaqoji funksiyanı yerinə yetirir.
Belə ki, seyrçi həqiqəti bilənə kimi öz versiyalarını irəli sürür,
analiz edir, nəticələr çıxarır ki, bu da analitik düşüncənin yaran
masına imkan verir. İnfoteynment rejissor, operator, montaj və
qrafika işinin təkmilləşməsinə xidmət edərək vizual həllin inkişa
fına, kamilləşməsinə, bədii çalarlar almasına şərait yaratmış olur.
Burada görüntü estetikasının yeni ifadə vasitələrinin yaranışını
xüsusilə qeyd etməliyik: keçidlər, arakəsmələr, əyani görüntü, qu
raşdırılmış səhnələr. Bütün bunlar mürəkkəb yaradıcı prosesə, ax
tarışlara, durmadan yenilikçiliyin tətbiqinə sövq etməklə, görüntü
təkrarsızlığının yaradılması prosesində iştirak edir. İnfoteynmen
tin vizual həllindəki uğurlar son illərin kinematoqrafiyasında da
cəsarətlə istifadə olunur.
Deyilənlərdən gəldiyimiz qənaəti ümumiləşdirərək söyləməliyik
ki, informasiya axını ilə meydana çıxan reallıqdan qaçış, televi
ziyaların yeni gələn vasitələrinin tapılması, təqdimat biçiminin
yeniləşməsi mərhələsi ölkəmizdə də baş tutmalıdır. İnformasi
ya xofu götürülməli, sosialpedaqoji funksiyanın əsas məqsədi
baş verənləri təfərrüatı ilə izah etmək olduğundan, bu məramlı
verilişlər yeni biçimdə ekrana gəlməlidir.
Infoteynment məhz bu tələbləri yerinə yetirə biləcək intellek
tual “oyun” ənənəsinə söykənən, xüsusi fəndlərlə tamaşaçını
özü də bilmədən evristik prosesə cəlb edən vasitədir. K. Bü
lerin “funksional həzz” nəzəriyyəsi nəticədən asılı olmayaraq
hərəkət prosesindən həzz almaq xüsusiyyəti ilə oyunu digər
məşğuliyyətlərdən fərqləndirir. Y. Heyzinqanın “oyunu ciddiyə
almayan insan onun vasitəsilə inkişaf edir və bütün mədəniyyətin
növləri: poeziya, fəlsəfə, musiqi, rəqs, təsviri sənət, hüquq ilk baş
lanğıcında oyun kimi yaranmışdır” fikrini əsas götürərək infoteyn
mentin təsir və inkişaf perspektivini proqnozlaşdırmaq olar.
Süjetin obrazlılığı, problemin vizuallaşdırılması, sadələşdirmə,
kadrla oyun, dil oyunu və kinayə, dramatikləşdirmə, intriqa ele
menti, sürətli temp infoteynmentin əsas vasitələri kimi seyrçini
272
maraqlandırır, həmçinin onun sosial maariflənməsinə xidmət edir.
Infoteynment postmodernist mahiyyət daşıyaraq yuxarıda sadala
dığımız kimi onun dəyərlərini istifadə edir, kütləvi mədəniyyətin
cəhətlərindən bəhrələnir və digər sənət növlərinə təsir edir.
Dostları ilə paylaş: |