Effekt (effect)
–
1) səmərəli və təsirli nəticə; 2) hər hansı hərəkətin, fəaliyyətin
müsbət, səmərəli nəticəsi; 3) TVdə montaj prosesində xüsusi qurğuların
köməyi ilə mənalandırma elementi.
Efir (ether/broadcasting/over-the-air) 1) qədim yunanların təsəvvürünə
görə, atmosferin ən yuxarı qatı, həm də Allahların yerləşdiyi məskən; bütün
varlığın ilkin maddi elementi, ədəbi hərəkət; 2) dünyanı əhatə edən fəza, radi
odalğaların, TV və radio verilişlərinin yayıldığı hava boşluğu.
Efir yayımı (over-the-air-broadcasting)
–
radio və telesiqnalların efir
məkanından verilməsi. E.y. qeyriefir məkanı ilə müqayisədə daha ənənəvi
forma sayılır. Qeyriefir məkanı dairəsinə kabel TVsi ilə yanaşı, videokaset
informasiya da aid edilir. Yayımın bu formaları arasında auditoriya uğrun
da kəskin rəqabət getsə də, analitiklərin fikrincə, istehsalçıların zövq və ma
raqlarının maksimal dərəcədə nəzərə alınması bu rəqabətin taleyini həll edə
bilər.
Efirdə montaj (standup editing)
–
əvvəlcədən hazırlanmış verilişin efir də
göstərilməsi zamanı strukturca (montaj baxımından) və məzmunca dəyiş diri
lib montaj edilməsi.
Eklektika (eclecticism)
–
nəzəriyyələrdə, inam və əqidədə bütövlüyün, ba
xış birliyinin, ardıcıllığın olmaması; sənətdə, o sıradan EE proqramlarında ay
rıayrı üslubların üzdən və necə gəldi birləşdirilməsi.
Ekran (screen)
–
1) elektrik qurğusunu, cihazı və insanın, özünü elektromaq
nit sahəsinin, istinin, işığın, şüalanmanın ziyanlı təsirindən qoruyan qalxan,
lövhə, lay; 2) çərçivə üzərində tarım çəkilmiş parça və ya plastmas örtük, özəl
maddə doldurulmuş şüşə təbəqə. Belə çərçivələrin hamar səthinə kino, foto,
TV və ya rentgen görüntüləri proyeksiya edilir; 3) kineskop kolbasının ön
şüşəsinin iç üzünə çəkilmiş lüminofor örtük.
Ekran əsərinin bütövlüyü (wholeness of filming)
–
ayrıayrı hissələrə (ele
mentlərə) xas olmayan, amma müəyyən əlaqə sistemində bu hissələrin qar
şılıqlı fəaliyyəti nəticəsində yaranan yeni keyfiyyət və xüsusiyyətlər. E.ə.b.
seçilmiş forma və məzmunun vəhdəti sayəsində əldə olunur. Məzmunla
formanın qarşılıqlı fəaliyyətinin dialektikası məzmunun elementlərinin müx
təlif keyfiyyətli səviyyəsindən irəli gəlir. Bu və ya digər janr forması həmişə
jurnalistin qarşısında duran vəzifələrlə diktə olunur. Bir halda o, ictimaiyyəti
hansısa əlamətdar hadisələr barədə xəbərdar etməlidir, digər halda baş verən
hadisəni təhlil etməlidir, üçüncü halda isə müasirinin tipik obrazını yaratma
lıdır.
Ekran əsərinin kompozisiyası (screen composition)
–
müəllifin topladığı
(rejissorun çəkdiyi) faktik materialın ədəbi quruluş cəhətdən tərtib oluna
raq müəyyən formaya salınması. Bu yaradıcı vəzifənin gerçəkləşdirilməsi
prosesində əsərdə məzmunun bütün elementləri təkcə formal vasitələr olan
süjet və kompozisiya vasitəsilə deyil, həm də fakt, rəy, problem və s. arasında
çoxölçülü əlaqə və münasibətləri birləşdirən ideya sayəsində qaydaya salınır.
360
Ekran-kadr kompozisiyası (screen-frame compossition)
–
ekranın kompo
zisiya baxımından şaquli və üfüqi olaraq cüt sayda xəyali hissələrə (tən
yarı, dörd bərabər hissəyə və s. ) bölünməsi. Kadrda görünən obyektlərin
vəziyyətinə onların ölçüsü, forması, parlaqlığı, fona uyuşubuyuşmaması,
nisbi vacibliyi və s. təsir etdiyindən, kadrda düzgün kompozisiya qurmağa
nail olmaq üçün müxtəlif üsullardan, o cümlədən “üçqat bölüm qaydası”ndan
istifadə olu nur. Bu qayda görüntünün kompozisiyasını qurmağa kömək edir.
Həmin qay daya uyğun olaraq, fikrən monitorda elə xanalar çəkilməlidir ki,
ekran şaquli və üfüqi xətlərlə üç bərabər hissəyə bölünsün. Bundan sonra kad
rın kom pozisiyasını elə qurmaq lazımdır ki, əsas obyektlər həmin xanaların
xətti üzərində və ya onların kəsişmə nöqtələrində yerləşsin.
Ekranşünaslıq (screen studies) — Ekran və ekran mədəniyyətinin nəzə
riy yəsi, tarixi və sosiologiyası haqqında elm. Müasir ekran prosesinin qiy
mətləndirilməsi, veriliş və filmlərə operativ baxış ekran tənqidi ilə həyata ke
çirilir.
Ekranlaşdırma (filming/screening)
–
ədəbi əsər (hekayə, povest, roman,
po ema və s.) əsasında film yaradılması; ədəbi əsərlərin ekranlaşdırılması ilə
kino sənətində yeni janrlar (kinoroman, kinopovest və s.) yaranmış, bu janrlar
tədricən müstəqil kino əsəri növü kimi forrmalaşmışdır. Ədəbi əsərin oriji
nalına ehtiyatla yanaşmaq, onun bədii ideyası, üslubu və obrazlar sistemini
ekranda canlandırmaq E.nın əsas prinsipidir.
Ekspozisiya (exposition/exposure)
–
1) bədii əsərdə süjetin təkib hissəsi;
təhkiyənin inkişafı üçün hazırlıq olan bir hadisəni izah edən epizod; 2)
fotoşəkil çəkdikdə, yaxud fotoşəkil çap etdikdə işığahəssas təbəqədə (fotoma
terialda) alınan işığın miqdarı. E. işıqlanma dərəcəsinin işıqlandırma vaxtına
hasili ilə ölçülür.
Elmi kino (science film)
–
kinematoqrafiya sahələrindən biri. 4 əsas növü
var: elmikütləvi kino, tədris kinosu, elmitədqiqat kinosu, elmistehsalat ki
nosu. E. k. növlərinin özünəməxsus obyekti, funksiyası və ifadə vasitələri olur.
Kinematoqrafiyası inkişaf etmiş bütün ölkələrdə E.k. müstəqil sahə təşkil edir.
1947ci ildə yaradılan Beynəlxalq Elmi Kino Assosiasiyası bu sahənin inkişa
fına kömək edir.
Emosiya (emotion)
–
həyəcanı, duyğunu danışmaq (göstərmək); gerçəkliyin
əks etdirilməsi prosesində insanda yaranan ovqat.
Empatiya (empathy) özünü başqa insanın və ya canlının yerində hiss etmə
bacarığı, başqasının dərdinə şərik olma hissi.
En-ti-si (NTSC-National Television Standarts Committee)
–
ABŞda qəbul
olunmuş və bir sıra digər ölkələrə (Yaponiya və s.) uyğunlaşdırılmış 525 sətir,
60 Hs göstəricisinə malik videostandart.
Epitet (epithet)
–
məcazın növlərindən biri olub, hər hansı leksik vahidi
qüvvətləndirmək və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz.
Epizod (episode)
–
1) bədii əsərin bitkin, müstəqil parçası; hadisələr sil
siləsində bir məqam; 2) ssenarinin əsas kompozisiya vahidi. Pyesdə və bədii
filmin ssenarisində əsərin ümumi toxumasına üzvi şəkildə daxil olaraq onun
süjetinin inkişafında mərhələ təşkil edən, özünün başlanğıcı, davamı və sonu
361
olan əhvalat, təsadüf və hadisələrə E. deyilir. Kino şəklinin məzmunca bitmiş
hissəsi; teatr tamaşasında əhvalatın inkişafı ilə birbaşa bağlı olmayan səhnə,
pərdə.
Eskepizm (escapism)
–
1) gündəlik həyatın reallıqlarından, problemlərindən
qaçmaq cəhdi, xüsusilə mənəvi və intellektual fəaliyyətin müxtəlif növlərində
abstrakt mülahizələr irəli sürmək; 2) asiyasilik, ictimaisiyasi həyatda iştirak
etməkdən qaçmaq.
Eskiz (scetch/outline)
–
1) bir şəklin, rəsmin və ya onun bir hissəsinin ilk
qaralaması. Ani çəkilən, sürətlə yerinə yetirilən ilkin rəsmə E. deyilir. Rəssam
gördüyü naturanı yadda saxlamaq üçün kağızda müəyyən cizgilər çəkir və
burada əşyanın ən vacib əlamətlərini əks etdirir. Sonra bu E.lərin əsasında
əsəri tamamlayır; 2) heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan
ilk nümunəsi, modeli.
Estetik hiss (aesthetical feeling (emotion))
–
bizi əhatə edən gerçəkliyin es
tetik özünəməxsusluğunun: ictimai münasibətlərdə, insanların davranışında,
incəsənətdə gözəlliyin, ülviliyin qavranılması sayəsində insanda əmələ gələn
spesifik həyəcan. Belə gözəllik obyekti hər şey
–
təbiət və onda baş verən
müxtəlif hadisələr, ictimai həyat, insan, onun rəftarı, həmçinin varlığı düzgün
və yüksək bədii səviyyədə əks etdirən incəsənət (kino, teatr və s.) və ədəbiyyat
əsərləri ola bilər. E. h. ictimai xarakter daşıyır. Estetik tələb və normalar tarixən
şərtlənir, müxtəlif olur. Bu, bir tərəfdən həmin hissləri keçirən adamların dün
yagörüşü, ümumi inkişaf səviyyəsi, zövqləri, aldıqları tərbiyə, fərdi fərqlərə
malik olmaları, digər tərəfdən isə həmin hissləri doğuran obyektlərin hədsiz
çoxcəhətliliyi və müxtəlifliyi ilə izah olunur.
Estetik qavrayış (aesthetic(al) perception)
–
insanın ətrafdakı predmetlərin
gözəlliyini (onların formasını, rəngini, musiqi səsini və s.) hiss etmək
qabiliyyəti. E. q. hissi qavrayış əsasında müxtəlif predmetlərin insanın görmə
və eşitmə üzvlərinə təsir edərkən əsəb sisteminin oyanması, onun beyinə
verilməsi və orada yeni şəkil alması ilə əşyaların məkan formalarını, rəngini,
səsini və s. əks etdirmək (hiss etmək) qabiliyyəti əsasında inkişaf edir.
Estetik tərbiyə (aesthetical training)
–
insana həyatın və incəsənətin gözəllik
və ülviliyini qavramaq, başa düşmək, qiymətləndirmək və yaratmaq bacarı
ğının aşılanması və onun təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemi.
E. t nin məqsədi cəmiyyət üzvlərinin əqli, siyasi, əxlaqi və fiziki cəhətdən
hərtərəfli inkişafına kömək etmək, onlarda gözəllik hissini təkmilləşdirmək,
gözəllik qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır.
Estetik zövq (aesthetic taste)
–
insanın təbiət və cəmiyyətin pred
met və hadisələrinin estetik xüsusiyyətlərini duymaq, başa düşmək və
qiymətləndirmək qabiliyyəti. E. z. insanın gerçəkliyə, estetik keyfiyyətlərin
zənginliyinə, ictimai praktika prosesində gözəllik, eybəcərlik, komiklik,
faciəvilik və s. kimi təsəvvürlər mövqeyindən verdiyi qiyməti ifadə edir.
Həmin qiymətvermənin predmeti incəsənət əsəri olduqda bu qabiliyyət “Es
tetik zövq” adlanır.
Ədəbi ssenari (literary script)
–
gələcək ekran məhsulunun səs və gö
rüntü həllini plastik dramaturji keçidlər, dialoqlar, montaj üsulları və digər
362
ifadə vasitələrinin köməyi ilə verən xüsusi ədəbi əsər. Çəkiləcək ekran
əsərinin tam dolğun təsəvvür edilməsi ssenaristin məharətindən və Ə. s.nin
mükəmməlliyindən çox asılıdır. Ekranda nələrin olacağı barədə sözlə ay
dın təsəvvür yaratmaq, dramaturji qanunlara və əyaniliyə əməl edərək əsas
elementlərin, kadrların uyğunluğunu tam göstərmək Ə.s. üçün əsas şərtdir.
Əldən çəkiliş (manual shooting)
–
TV çəkilişinin dayaqsız (ştativsiz) aparıl
ması. Bu halda operator görüntüləri çiyninə qoyduğu (TVdə), yaxud əsində
saxladığı (kinoda) kamera ilə çəkir. Ə. ç. yalnız operativ hadisə süjetlərinin
çəkilişi zamanı tətbiq olunur. Bütövlükdə çəkilişin ştativsiz (operator dayağı)
aparılması məqbul deyildir.
Əsas fokus (basic focus)
–
əsas optik oxun sonsuz uzaqlaşmış obyekti gös
tərən nöqtəsi. Hər bir linzada və hər bir obyektivdə iki əsas fokus olur: ön və
arxa.
Əsas xəbər proqramı (primenews)
–
axşam saatlarında (saat 20dən 22dək)
göstərilən, ən çox tamaşaçı toplayan və günün əsas xəbərlərini çatdıran geniş
informasiya proqramı.
Əsas işıq (main ligth)
–
hər yerdə rastlaşdığımız, ancaq bəlli qaynağı olma
yan işıq. Gün işığı birbaşa düşməyən yerlərdə (təbiətdə) belə işıqla üzləşirik.
Ə. i.ı süni yolla seyrəldici cihazlar dəstinin və güzgüləyicilərin köməyi ilə al
maq mümkündür.
Əyləncəli proqram (entertainment program)
–
müasir massmedianın
informasiya sahəsində əhəmiyyətli dərəcədə payı olan və müxtəlif oyunla
ra əsaslanan bədiimusiqi proqramları. Analitiklər Ə. p. ı təkcə medianın
asudə vaxt funksiyaları spektrinin genişləndirilməsi ilə deyil, həm də KİVin
reklam sponsorluğundan asılılığının güclənməsi ilə əlaqələndirirlər. Belə ki,
onlar əyləncəli proqramlardan özlərinin kommersiya maraqları üçün istifadə
edərək bunun köməyi ilə reklam həvəsləndirməsinin müxtəlif formalarını
təşkil edirlər. Ə. p. ın xəbər proqramları ilə birləşməsi prosesi də inkişaf edir.
Bu proseslər nəticəsində meydana çıxan infoteynment calaq janrları KİV
in kütləvi sahəsini daraldır və əyləncəliinformasiya proqramlarının yayım
şəbəkəsində mövqeyini möhkəmləndirir.
Fabula (plot/story
–
1) bədii əsərdə (kinofilmdə, teatr tamaşaasında, ədəbi
əsərdə) təsvir olunan hadisələrin müəyyən zaman ardıcıllığı ilə nəql olun
ması. F. Süjetlə sıx bağlıdır: hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu
bbədii əsərdə F. və süjet məfhumları birbirinə uyğun gəlir; 2) hadisələrin nəql
edilməsi üsulu. Bu termin çoxmənalı olduğuna görə bəzən süjet anlayışı ilə
səhv salınır. Əgər süjet dedikdə təsvir edilən hadisələrin xronoloji ardıcıllığı
başa düşülürsə, F. dedikdə hadisələrin nəqledilmə qaydası nəzərdə tutulur.
Bəzi ədəbiyyatşünaslar xronoloji ardıcıllığı F., onların bədii düzülüşünü isə sü
jet adlandırırlar. F. ədəbi əsərin məzmunu, burada təsvir olunan hadisələrdir.
Beləliklə, materialın F. düzülüşü süjet düzümündən onunla fərqlənir ki, bu
rada jurnalistin əsas işi hər hansı sosial təzahür, yaxud problemi aça biləcək
daha əlamətdar hadisələri fərqləndirməkdir.
Fakt (fact/case)
–
1) süjet və veriliş üçün ilkin material, hadisə, istinad
sənədi, əsas, dəlil, sübut; 2) fəlsəfi anlayış
–
obyektiv və elmi F. anlayışları bir
363
birindən fərqləndirilir. Obyektiv F. insan fəaliyyətinin və ya idrakının obyek
tini təşkil edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək
kimi qəbul olunub. Elmi F. obyektiv F.ın insan şüurundakı inikasıdır, yəni
onun müəyyən dilin vasitəsilə təsviridir.
Faktura (texture)
–
1) müəyyən materiala xas olan, yaxud onun emalı
nəticəsində alınan səthin xarakteri. İncəsənətdə təsviri sənətdə – bədii əsərin
səthinin, onun işlənməsinin bədii yaradıcılıq üsulu. Məs., daşı, mişarlanmış
və təsvir edildiyi əşyanın hazırlandığı materialı göstərməklə onun haqqında
təsəvvürü dəqiqləşdirir; 2) verilişin quruluşu, onun materialı, texniki üsulu,
musiqi elementləri, səslənmə məcmusu. Melodiya, akkompanement, ayrıayrı
səslər, səsaltı sədalar, mövzu və s. F.nın əsas elementləridir. F.nın akkordlu,
harmonik və polifonik növləri mövcuddur.
Fars (farce)
–
komikliyin təlxəklik hərəkətlərində, kobud zarafatlarda təzahür
edən formalarından biri; incəsənətdə
–
buffonadan, qrotesk priyomlarından,
gündəlik zarafat və sərt yumordan geniş istifadə edən teatr tamaşası; yüngül
komediya, dram tamaşasının növlərindən biri; sonralar kobud məzmunlu ko
mediya və ya vodevil; şit zarafat.
Film (film)
–
ayrıca kino əsəri. Peşəkar kinematoqrafiyada F.lərin bədii,
multiplikasiya, xronikalsənədli, elmikütləvi, tədris və s. növləri mövcuddur.
Janrına və bədii yönümünə görə F.lər səssiz, səsli, ağqara, rəngli, genişekran
lı, genişformatlı, panoramlı, stereoskopik; göstərilmə davamiyyətinə görə isə
tammetrajlı və qısametrajlı kimi növlərə ayrılır. F.lərin istehsalı kinostudiya
larda cəmləşdirilir.
Film-tamaşa (film-play)
–
kinonun ifadə vasitələrindən istifadə etməklə teatr
tamaşasının ekranlaşdırılması. Çəkiliş zamanı hadisələr səhnədən kinostudiya
pavilyonlarına və naturaya keçirilir. F.t.lar montajla, planlara bölüşdürməklə
çəkilir. Bu da aktyor ifasının teatrdan fərqli texnikasını tələb edir. F.t.lar teatr
incəsənətinin nailiyyətlərini təbliğ edir və teatr yaradıcılığı nümunələrini ge
niş tamaşaçı auditoriyalarına çatdırır.
Filmoqrafiya (filmography)
–
arayış xarakterli işlərdə filmlərin siyahıyaalın
ması üsullarını və prinsiplərini öyrənən elm sahəsi. Annotasiya olunan, tema
tik, xronoloji F. növləri mövcuddur. F.lar sorğuməlumat kitabçası şəklində
tərtib olunur.
Fokus (focus)
–
optik sistemin baş oxuna paralel istiqamətdə düşən işıq şüa
larının həmin sistemdən keçdikdən sonra cəmləşdiyi nöqtə; hər optik sistemin
iki qabaq və arxa fokusu olur. TVdə və kinoda təsvirin keyfiyyətli alınması,
ilk növbədə, dəqiq fokus nöqtəsi tapılmasından asılıdır.
Fokus-qrup (focus-group)
–
tədqiqatçıların bu və ya digər informasiya
verilişinə reaksiyanı rəy sorğusu ilə öyrənmək üçün seçdiyi auditoriyanın bir
hissəsi. F. q. dan sonra isə kontenttəhlil keçirilir.
Fon (background/hum)
–
1) bəzən teleradio verilişlərini, kinofilmlərin nü
mayişini müşaiyət edən kənar səs effektləri; 2) səsin ucalıq səviyyəsinin vahidi.
Fon işığı (background light)
–
çəkiliş prosesində zaman və ovqatı bildirmək
üçün istifadə edilən işıq. F. i bütövlükdə işıqqurmanın ən mühüm dəyişən
tərkib hissələrindən biridir. Onun köməy ilə seçilən səhnənin zamanını və ov
364
qatını seyrçiyə yetirmək və seyrçi qavrayışına təsir göstərmək mümkündür.
F. i.nı əks işıqla eyniləşdirmək olmaz; işıq çəkiliş obyektini, fon işığı isə arxa
planı işıqlandırır.
Fon musiqisi (background music)
–
videoaparatda səsin (danışığın) dubl
yajı (əvəz edilməsi) zamanı materiala əlavə olunan səs effektləri.
Fonoqram (phonogram/scaning) sonradan səsləndirilməsi nəzərdə tutulan
səs siqnallarının yazılışı; səsin (nitqin, musiqinin və ya şərti siqnalın) qramp
lastinkada, maqnit lentində, kinoplyonkada yazılması; audiolentə
–
diskə yaz
ma.
Format (format)
–
TV verilişlərinin daimi əlamətlərinin məcmusu. F. çap for
malarının xətti ölçülərinin uzunluğunun, eninin, kağız vərəqi hündürlüyü
nün, kitab səhifələrinin, sütunların, zolaqların, eləcə də fotokinoməhsulların,
telekadrların və s. müəyyənləşdirilməsi zamanı işlədilir. Lakin terminin əlavə
–
informasiyanın növü, tipi, xarakteri, təqdimat forması kimi mənaları da var.
Bu mənada termin, informasiyanın ötürülməsinin həm texniki vasitələrinin,
həm də janr xüsusiyyətlərinin təsnifatı zamanı işlədilir. Konseptual plan
da formalı qaydaların tərəfdarları F.ların strukturlaşdırma imkanlarını
vurğulayarkən informasiya sistemlərinin qalan tərkib hissələrini onlardan
asılı hesab etməyə meyillidirlər. Formalizmin əleyhdarları F.ların rolunu
yalnız onların informasiyanın məzmunu, məqsədi və vəzifəsi, mənbəyi və
ünvanı ilə sistemli əlaqədə öyrənməyi təklif edirlər. Bu cür yanaşma üsu
lu jurnalistlərin informasiya fəaliyyətinin səmərəsini yüksəldir, rəngarəng
şəraitdə və vəziyyətlərdə prosesin yaşa görə, sosialmədəni və etnodemoq
rafik məqamları nəzərə alınmaqla onun auditoriyaya ayrıayrı deyil, bütün
ehtimal olunan təsir amillərini üzə çıxarmağa kömək edir.
Formatların qovuşması (melting of formats)
–
reklam kliplərindən daxil
olan və konsyumerizm psixologiyasını formalaşdıran bayağı obrazların və
motivlərin köməyi ilə janr əlamətlərinə görə müxtəlif TV proqramlarının
birləşməsi. Tədqiqatçılar F. q.nı TV imiclərinin yenidən qurulması prosesləri
ilə izah edirlər.
Fraqmentlilik
–
bir şeyin ayrıayrı kiçik hissələrə (fraqmentlərə) bölün məyi.
Gerçək şoular və ya gerçək televiziya (real show/real TV)
–
əyləndirici tele
viziya verilişinin bir növü və onlaynyayımlanan (canlı yayımlanan) televiziya
janrıdır. Bu cür verilişlərin özünəməxsusluğu onların süjetində bir qrup insan
ların adi həyat tərzinə yaxın fəaliyyətinin göstərilməsi ilə bağlıdır.
Gizli reklam (candid advertisement)
–
reklam məqsədi güdən, lakin reklam
kimi açıq elan olunmayan görüntülər, ayrıca süjet, subtitr və s.
Gündüz teleserialı (daytime serial) müəyyən kateqoriya tamaşaçılar üçün
gündüz saatlarında verilən çoxseriyalı TV filmləri. Bu filmlər sırasında “sabun
operaları” əsas yer tutur.
Hərəkətlə böyütmə (dollying in)
–
telekameranın təsviri böyütməsi; hər
hansı predmetin xırda, yaxud orta plandan iri plana gətirilməsi.
Hərəkətli çəkiliş (dollying)
–
eyni çəkiliş daxilində (zamanında) kameranın
müxtəlif yerdəyişmələri.
365
Hipertrafiya (hypertrophy)
–
müxtəlif faktorların təsirindən həcmin böyü
məsi.
Hollivud üslubu (Hollywood style)
–
Amerika kino sənətinin mərkəzinə
çevrilmiş Hollivudun istehsal və yaradıcılıq üslubunun məcmusu. ABŞ kine
matoqrafiyasının başlıca xüsusiyyətlərini (“kino ulduzları” sistemi, standart
kinodramaturgiya, filmlərin axın istehsalı) özündə əks etdirən sistem.
Xarakter (nature/character)
–
1) şəxsiyyətin ictimai həyat şəraiti və tərbiyənin
təsiri ilə formalaşan mühüm, əsas fərdi xüsusiyyətlərinin məcmusu. Bu
fərdi xüsusiyyətlər insanın iradi fəallığında, ətraf aləmə, həmçinin özözünə
münasibətində ifadə olunur və onun psixoloji simasına müəyyənlik verir; 2)
incəsənətdə, o cümlədən EEdə insanın sabit, mühüm psixi xüsusiyyətlərinin
məcmusunun bədii cəhətdən təcəssüm etdirilməsi. Bu xüsusiyyətlər in
san üçün müxtəlif şəraitdə, onun digər adamlara münasibətində, həyat ha
disələrini qiymətləndirməsində, fərdi hərəkət tərzində təzahür edir; 3)
xasiyyət; hər hansı bir adamın hərəkət və davranışında təzahür edən psixi
xüsusiyyətlərin məcmusu. Ədəbi əsərlərdə, teleradio tamaşalarında ruhi,
mənəvi xüsusiyyətləri qabarıq şəkildə fərqləndirilən insan surəti. X. surətin
ətrafındakı adamlara, mühitə, tarixi şəraitə münasibətinin göstərilməsi yolu
ilə yaradılır. Sənətkarın fikirləri, əsasən, xarakterlər vasitəsilə ifadə edilir və
bu, əsə rin forma və məzmun özünəməxsusluğunu şərtləndirir. Sənətin ayrı
ayrı tarixi inkişaf mərhələlərindəki cərəyanların özünəməxsus insan X.i kon
sepsiyaları olmuşdur.
Dostları ilə paylaş: |