4.4 Televiziyanın kulturoloji təhlili. Televiziya mənəvi tərbiyəçi kimi
Televiziyanın cəmiyyətin mənəvi tərbiyəsində, məhsuldar qüv
vələrin istiqamətləndirilməsində, düşüncə tərzinin, zövqlərin bi
çimlənməsində böyük və əhəmiyyətli yer tutması birbaşa onun
kütləviliyi ilə bağlı bir amildir. Televiziya yarandığı ilk günlərdən
incəsənət nümunələrinin çatdırılması, işıqlandırılması və qorunub
saxlanılaraq yeni nəsillərə təbliğ olunması işini özünün başlıca
vəzifəsinə çevirdi. “Televiziya elə ilk addımından səsligörümlü
informasiyanı vermək və bədii mədəniyyət əsərlərini reproduk
siya etmək üçün müəyyən texniki kanal, kütləvi kommunikasiya
vasitəsi kimi fəaliyyətə başladı” (296, səh. 156) fikri televiziyanın
mədəniyyət sistemində bir təbliğatçı və onun başlıca funksiya
larından olan sosial təcrübənin ötürülməsi – varislik funksiyası
nı daşımaqla özünün maarifləndirmək məqsədinə xidmət etmiş
oldu. Televiziya mədəniyyət sisteminə cəsarətlə daxil olub onun
tərkib hissəsi kimi kütləviləşmənin, yayımın təminatçısı olaraq
ümumi inkişafını stimullaşdırdı. “Yaxın gələcəkdə televiziya
nın …inkişafını, əsasən mədəniyyət tərəqqisi müəyyən edəcək,
onlar isə öz növbəsində milli və dünya mədəniyyəti sistemi ilə
birləşəcəklər” (51, səh. 112) fikri mədəniyyətlərin inteqrasiya
sının gerçəkləşdirilməsi, onların qarşılıqlı münasibətlərinin ya
ranmasında televiziyanın oynadığı əvəzsiz rolu və televiziyanın
tərəqqisinin bilavasitə mədəniyyət prosesindən asılı olduğunu
açıb göstərir.
Televiziya özünün yayım saatının və əhatəliliyinin artması hesa
bına hər bir evə, hər bir insana nüfuz etməklə, onun formalaşmasın
da başlıca təsiredici amil kimi çıxış edir. “Kütləvi kommunikasiya
vasitələrinin, ilk növbədə isə televiziyanın XX əsrin ortalarından
başlanan zəfər yürüşü yeni növ mədəniyyətin formalaşmasına
gətirib çıxartdı” (51, səh. 112) fikrində kütləvi mədəniyyətin ya
ranmasının bilavasitə televiziyanın üzərinə qoyulması təsdiqini
tapır. Müəllifin bu fikri ilə razılaşmayaraq kütləvi mədəniyyət an
layışının tarixinə nəzər yetirməklə, əslində, televiziyanın yeni növ
mədəniyyət yaratmadığını, əksinə, mədəniyyətin, incəsənətin bir
növü kimi inkişaf etdiyini təsdiqləməyə çalışaq.
273
Mədəni dəyərlərin istehsalı və istehlakının xüsusiyyətləri kultu
roloqlar tərəfindən mədəniyyətin iki sosial formasının mövcudlu
ğunu ortaya qoymağa imkan verdi: elitar mədəniyyət və kütləvi
mədəniyyət. Bir çox kulturoloq, filosoflar mədəniyyətin bu iki
sosial formasının çözümü və onların cəmiyyətin inkişafında rolu
nu müəyyən etməyə çalışmışlar. Bu baxımdan X. OrteqaiQas set,
M. Maklüen, E. Moren, D. Düi, E. Fromm, R. Mixels, Q. Moska,
B. Astafyev kimi tanınmış alimlərin tədqiqatları maraqlı və elmi
dir. Elitar və kütləvi mədəniyyətin izahını hələ e.ə. V əsrdə mövcud
olan Kirenaik məktəbinin yaratdığı etik təlim – gedonizm və onun
böyük nümayəndəsi Aristipdə, sonrakı dönəmdə A. Şopenhauer,
F. Nitsşe, Z. Freyd kimi filosof və psixoloqların əsərlərində tap
maq olar. Yəni bütün zamanlarda mədəniyyətin formaları filosof
ları düşündürmüş və bu ətrafda fikirlər söyləməyə vadar etmişdir.
Kütləvi mədəniyyətin yaranma tarixi müxtəlif cür hesablanır. Elmi
ədəbiyyatda, kulturologiyada kütləvi mədəniyyətin insanlığın
yaranması ilə və ən azından xristianlıq sivilizasiyasının bərqərar
olmasına bağlandığı fikrinə az rast gəlinmir. Bunun üçün ən ba
riz nümunə kimi müqəddəs kitabların sadələşmiş nüsxələrinin
meydana gəlməsi göstərilir. Məsələn, “Yoxsullar üçün Bibliya”
və s. Digər qrup kulturoloqlar isə bu prosesi XVII–XVIII əsrlərdə
macəra, detektiv, avantürist romanların meydana gəlməsi ilə bağ
layır. Misal kimi ingilis yazıçısı Daniel Defo, onun “Robinzon Kru
zo” və çoxlu sayda digər romanları göstərilir.
Bir başqaları Avropada kütləvi savadsızlığa qarşı aparılan mü
barizə və bunun nəticəsində XIX əsrdə real nəticələrin əldə olun
ması ilə o dövrün ən populyar bədii yaradıcılıq növü olan romanın
kütləvi oxunuşunun asanlaşması ilə bağlayırlar.
Əksəriyyət isə bütün yuxarıda sadalananların giriş olduğunu
və həqiqi kütləvi mədəniyyətin XIX–XX əsr ABŞda yarandığı
nı deyirlər. Hətta Amerika politoloqu Zbiqnev Bjezinski “Əgər
Roma bəşəriyyətə hüquq, İngiltərə parlament fəaliyyətini, Fransa
mədəniyyəti və respublika millətçiliyini verdisə, indiki ABŞ dün
yaya elmitexniki inqilabı və kütləvi mədəniyyəti bəxş etdi” (253,
səh. 176) fikrini söyləməklə, kütləvi mədəniyyət fenomeninin XIX–
XX əsrlərdə həyatın ümumsahəli kütləviləşməsindən yarandığını
deyən filosofların fikrinə tərəfdar çıxdığını bildirmişdir.
Sonuncu fikir reallıqla səsləşsə də, burada yalnızca kütləviliyin
daha çoxtirajlı olmasından söhbət gedə bilər. Elə çap maşınının
kəşfi və ya elektron KİVi yalnızca tirajın artırılmasına xidmət
edən vasitə idi. Əslində, “kütləvi mədəniyyət” anlayışının tarixi
274
köklərini qədimdə axtarmaq, bizim fikrimizcə, daha fundamental
yanaşma olardı. Çünki hər bir xalqın yaratdığı mif və folklor kimi
mənəvi dəyərlər var ki, bunlar bəzən bütöv bir region üçün po
pulyar, kütləvi olurdu. Deməli, kütləviləşmə texnikanın köməyi
ilə yalnız bir az asanlaşdı, amma heç də onunla yaranmadı.
Kütləviləşmə qədim dönəmlərdə yaddaş zoruna aparılırdı. Yəni
yaddaş vasitəsilə mif təkcə nəsildənnəslə ötürülüb mədəniyyətdə
varislik faktorunun yaranmasına şərait yaratmadı, həmçinin bu
dəyərlə rin – mədəniyyətin böyük bir arealda yayılmasına xidmət
etdi. Məsələn, “Azərbaycan folkloru” anlayışı bu baxımdan xarak
terikdir. Belə ki, onun əhatə etdiyi coğrafi ərazi böyükdür. Deməli,
“hələ qədimdə mədəniyyətin kütləvi forması mövcud olub”
nəticəsinə gəlmək olar.
Digər tərəfdən, eradan çoxçox əvvəl qeyd olunan müxtəlif mə
rasimlər, məsələn, Dionisin şərəfinə qurulan şənlik və ondan yara
nan Antik teatr, məhz formaca kütləvi xarakter daşıyırdı. Eləcə də
Azərbaycan meydan tamaşaları, el oyunları kütləviliyi ilə seçilirdi.
Buraya musiqi və başqa sənət növlərinin yayılma metodunu əlavə
etsək, yuxarıda deyilən fikri təsdiqləmiş olarıq. Deməli, “kütləvi
mədəniyyət” anlayışı hələ qədimlərdən, bəlkə də, insanlığın ya
ranması ilə başlanır. Bu proses həm də xalqın formalaşmasında
iştirak edən başlıca amildir. Belə ki, xalqın formalaşma prosesində
vahid mədəniyyət amili böyük əhəmiyyət daşıyır. Mədəniyyətin
kütləviləşmədiyi halda onun vahidliyindən necə danışmaq olar?
Deməli, bu, qanunauyğun və lazımi proses olduğu qədər də, ta
rixidir.
Yuxarıda gəlinən qənaətlərin doğruluğunu qəbul edərək bu
rəyə gəldik ki, kütləvi mədəniyyət tarixi mədəniyyətin inkişaf
tarixinə bağlıdır və bu forma mədəniyyətin bir tərkib hissəsi kimi
fəaliyyət göstərib. Deməli, televiziya yeni növ mədəniyyət yarat
mayıb, sadəcə, artıq mövcud olan kütləvi mədəniyyətin tamaşaçı
arasında daha böyük marağa səbəb olmasını nəzərə alaraq məhz
kütləyə hesablanmış mədəni təbliğatla məşğul olub, özünün yara
dıcı axtarışları, yenilikçi sənət üsulları ilə incəsənətin bir növünə
çevrilib. B. Qurbanov televiziyanın yaradıcı imkanlarını və na
iliyyətlərini əsas götürüb onu incəsənət növü adlandırır: “Heç
şübhəsiz, televiziya – aləmə açılan bu “pəncərə” də, özünəməxsus
ifadətəsvir vasitələri ilə real varlığın spesifik bədii ifadəsini verə
bilir və incəsənətin bir növü kimi digər sənət vasitələri arasında
özünəməxsus yeri tutur” (54, səh. 55).
275
Televiziya kütləvi mədəniyyətin yayıcısı kimi bütün tamaşa
çıların həyatına daxil olaraq, onların mədəni səviyyəsinin müəy
yənləşməsində fəal iştirak edir. Bu mənada E. Quliyevin “İndi te
leviziya insan fəaliyyətinin bütün sahələrinə nüfuz edərək onun
davranışının, gündəlik həyat tərzinin güclü tənzimləyicisinə çev
rilmişdir” (51, səh. 108) fikri ilə razılaşmamaq olmaz. Yuxarıda biz
televiziyanın cəmiyyətdə yeri və insan tərbiyəsində əhəmiyyətli
rolunu qeyd etmişdik. Televiziyanın bu qədər əhəmiyyətli yer al
ması, böyük rol oynaması və sosial statusu onun maarifləndirmə
işini davamlı və ardıcıl olaraq aparmasınının nəticəsidir.
Televiziyada yayımlanan audiovizual əsərlər insanların davra
nışını, həyat tərzini, intellektual səviyyəsini artırmaq gücünə ma
likdir. Asudə vaxtını televizor qarşısında keçirən insan oradakı
danışıq tərzini, geyim və davranış mədəniyyətini mənimsəməklə
bərabər, orada göstərilən informasiyaları özünün bilik ehtiyatına
toplayır. Bir çox sosioloqlar televiziyanın inkişafı ilə elmi biliklərin
kütləvi yayılması fikrini söyləyərək, bunu bilavasitə televiziyanın
mədənimaarif funksiyasının göstərdiyi təsirin nəticəsi kimi qeyd
edirlər.
Şüurlu insan bütün ömrü boyu nələrisə öyrənməyə, elmi biliklər
toplamağa, özünün mədəni səviyyəsini yüksəltəməyə meyillidir.
Televiziyanın audiovizual imkanları elmikütləvi informasiyanın
və mədəni dəyərlərin daha asan qavranılan bir tərzdə çatdırılması
na imkan yaratdı. “Milyonlarla teletamaşaçı auditoriyası üçün bu
müxtəlif informasiyanı, o cümlədən incəsənətin böyük əsərlərini
qavramaq ən tez ələ düşən vasitədir” (356, səh. 171). Ekran qarşı
sında oturan tamaşaçı elmi, texniki biliklər sistemi ilə tanış olmaq
la, tarixi faktların ekranlaşdırılması yolu ilə maariflənməklə yana
şı, həm də televiziya ekranında göstərilən mədəniyyət əsərlərini
izləməklə bəşər mədəniyyətinin inciləri ilə yaxından tanış olur və
mənəvi cəhətdən zənginləşmək üçün bu vasitələrdən faydalanır.
Televiziya ekran qarşısında onu izləyən hər bir tamaşaçının
mə nəvi zənginləşməsini, maariflənməsini, ədəbiintellektual sə
viy yəsinin artırılmasını vacib bir ictimai, mədəni hadisə kimi
də yərləndirərək, bu məsələyə xüsusi diqqətlə yanaşmalıdır. “Tə
rəqqiyə can atan cəmiyyətdə təhsil, elm və mədəni tərbiyə ilə
bağlı təbliğat funksiyası sosial televiziyanın əsasında dayanır.
Mədəni təbliğat insan fəaliyyətinin bütün sahələrindəki mütərəqqi
istiqamətləri kütlələrə çatdırmaqla, maarifçilik funksiyasını yerinə
yetirir” (23, səh. 143) fikri cəmiyyətdə televiziyanın üzərinə düşən
sosialictimai vəzifələrin əhəmiyyətini əks etdirir. Televiziyanın
276
mənəvi tərbiyə işində oynadığı vacib rolu nəzərə alsaq, bu işin
bilavasitə dövlətin nəzarətində olmasının vacibliyini xüsusi vur
ğulamalıyıq. Böyük Britaniya, Rusiya və digər ölkələrin televiziya
və ona nəzarəti həyata keçirən qurumların televiziyalar qarşısında
qoyduğu öhdəliklərdə maarifçiik işinin xüsusi çəkisi deyilən fikrə
əyani sübutdur.
Televiziya ilk günlərdən bədii filmlərin, teatr tamaşalarının, sim
fonik musiqinin, sərgilərin verilməsi, elmi, tarixi faktlar əsasında
silsilə proqramların hazırlanması, sağlamlıq, din və ictimai
hadisələrlə bağlı maarifçilik işinin aparılmasını öz üzərinə götürən
audiovizual əsərlərin yayımlanması ilə mədənimaarif işini qur
muş oldu. Tanınmış televiziya nəzəriyyəçisi Ənvər Bağırovun
“Kütlələrin və həmçinin elmitexniki sahə ziyalılarının mədəni
tərbiyəsindəki boşluqları doldurmaq televiziyanın borcudur” (398,
II – səh. 26) fikri istənilən kanalın mədəni maariflənmə işinə yanaş
masının cəmiyyətin bütün təbəqələri üçün vacib və əhəmiyyətli
bir məsələ olduğunu vurğulamaqla, bunun qurulmasında mənəvi
tərbiyə və ideoloji təbliğat məsələsinin vacibliyini önə çəkir.
Azərbaycan televiziyalarında mədəni maariflənmə işinin qu
rul ma sı mənzərəsinə diqqət edək: SSRİ məkanında mədəniyyət
əsərlərinin ideoloji yöndən təbliğatçı rolu oynaması onların qar
şısında duran başlıca vəzifə olduğundan, televiziya da məhz ha
kim kommunist ideologiyasının, sosialist realizminin təbliğatçısı
kimi çıxış edərək maarifləndirmə işini məhz bu müstəvidə qurur
du. “Kütləvi informasiya vasitələri arasında xüsusi yer tutan te
leviziyanın da mədəni təbliğatda xidməti onun mövcud olduğu
sistemin ideoloji tələbinə bağlıdır” (23, səh. 143) deyimində ide
oloji hakimliyin mənəvi tərbiyə işində yeri açıqlanır. Azərbaycan
televiziyası sovet idarəçiliyi sistemində özünün mənəvi tərbiyə,
mədənimaarif işini məhz bu ideologiya əsasında qururdu, çünki
“Sovet televiziyası və radiosu marksistleninçi ideologiyanı – fəhlə
sinfini, bütün əməkçilərin ideologiyasını əks və ifadə etdirir” (52,
səh. 5).
Azərbaycan müstəqillik əldə etdikdən sonra təşəkkül tapan
kom mersiya televiziyaları və milli dövlətçilik ideologiyası əsa sın
da maariflənmə işini qurmalı olan dövlət televiziyasının qarşı sında
mədənimaarif funksiyası tamam yeni, tarixi kökləri olmayan tərzdə
ortaya çıxdı. Aydın Dadaşovun “Avtoritar rejimin klassisizmindən
doğan ictimaiplakat janrı keçid dövrünün romantizminin yaratdı
ğı milliplakat janrı ilə əvəz olundu” (23, səh. 146) fikri yeni dövr
Azərbaycan teleməkanında mədəni təbliğat işinin məzmunideya
277
problemlərini açaraq, ortaya çıxan real problemləri göstərmiş
olur. Tənqidçi milli plakat janrının maarifçiliyə xas elmçilik və
dünyəviliyin tələbinə cavab vermədiyindən daha çox nəsihətçilik,
ritorika və populizmə yer verməsi üzündən effektini heçə endirdi
yini deyir və tədricən bu mərhələnin arxada qalaraq, maarifçiliyin
standartlarına uyğun proqramların yaranmasına imkan verən pro
sesin başladığını təsdiq edir. Lakin yeni düşüncəli telekanallarda
mədəni tərbiyə işi arxa plana keçdi, əyləncə və digər gəlir gətirən
proqramlar çoxluq təşkil etməyə başladı. Kommersiya kanalları
içərisində BMTİ, “Sara” və ABA yalnız əyləncəyə yer ayıraraq bu
yönlü kanal kimi teleməkanda qalmaq istəsələr də, tədricən televi
ziyanın ictimai mahiyyətini qiymətləndirərək mədənimaarif işinə
diqqət yetirməyə başladılar. Hazırda yayımlanmasalar da, “Sara”
və ABA kanalları fəaliyyətlərinin son il lərində maarifçilik proq
ramlarına yer ayırmağa başlamışdılar.
Bir çox hallarda özünün kommersiya maraqlarını güdən kanal
larda maarifçilik məsələləri arxa plana keçdiyindən, bu işdə dövlət
qurumlarının və ictimai təşkilatların nəzarəti olduqca böyük yer
alır. Azərbaycan gerçəkliyində bu məsələ bir o qədər də kəskinliklə
əksini tapmadı. İlk kommersiya kanalı ANS və ondan sonra qu
rulan digər teleşirkətlər öz yayımlarında maariflənmə işinə yer
ayırmaqla bunu ya ölkədə istehsal olunan filmlər, teart tamaşala
rı, yaxud öz istehsalları olan proqramlar, filmlər, ya da bilavasitə
maariflənməyə yönəlmiş sənədli filmlərin efirdə verilməsi ilə
həyata keçirirdilər. “Lider” və ATV kanallarının efirində “Dis
covery” kanalının istehsalı olan filmlərin yayımlanması deyilən
fikrin sübutudur. Tədricən kanalların yaradıcı siyasətində özünə
yer alan mədənimaarif işi özünün konseptual həllini tapmaqla
biçimlənmiş tərzdə əks olunmağa başladı. Doğrudur, bir çox hal
larda kanallar hələ də mədənimaarif işinin mahiyyətini düzgün
dəyərləndirməyərək yayımı sosial plakat formasında, şüar xa
rakterli çıxışlar, maarifçiliyə heç bir aidiyyatı olmayan “dərslər”
üzərində qurmaqla, tamaşaçının ekran qarşısından çəkilərək başqa
kanallara baş vurmasına imkan verməklə, əslində, maarifləndirmə
işini tamlıqla yerinə yetirə bilmirlər.
Maariflənmə proqramlarının özünün daşıdığı mənəvi, mədəni,
sosial yükü baxımından çatdırılması üçün onlar tamaşaçının
qavrayacağı forma, məzmun, ritm və dinamikada olmalıdır.
Azərbaycan Dövlət Televiziyası özünün çoxillik ənənələrindən
ayrılmayaraq, köhnəlmiş formaları saxlamaqla, müasir mətnləri
söyləməklə, əslində maarifçilik funksiyasına deyil, tamaşaçının
278
başqa kanal axtarışına çıxmasına xidmət etmiş olurdular. Dövlət
televiziyası kimi AzTVnin üzərinə bu mənada daha böyük
məsuliyyət düşdüyündən, məsələyə daha kamil yanaşılmasına
ehtiyac var idi. Kommersiya kanalları reytinq və kommersiya ma
raqlarını daha üstün tutduqlarından, bəzi hallarda mədənimaarif
işinin qurulması arxa plana keçməklə başlıca önəm daşımır ki, bu
da ziyanlı bir tendensiya idi.
Mədənimaarif funksiyası özünü müxtəlif janrlarda təzahür et
dirməklə, müxtəlif səpkili audiovizual əsərlər vasitəsilə yayılır.
Tanınmış teletənqidçi Q. Kuznetsov belə düşünür ki, “İstənilən
televiziya verilişi bu və ya digər formada tamaşaçını mədəniyyətə
yaxınlaşdırır. Hətta informasiya buraxılışlarında göstərilən adam
ların görünüşü, savadlılıq dərəcəsi tamaşaçıya təsir göstərir” (237,
səh. 43). Deməli, ekranda hər bir veriliş özünün xarakterindən asılı
olmayaraq, mədənimaarif işində iştirak edir. Bu, televiziya yara
dıcılığı ilə məşğul olan insanların üzərinə konkret tələb qoyaraq
onların məsuliyyətini artırır və tamaşaçının mədəni səviyyəsinə
xələl gətirən məqamların proqramlarda yer almamasını bir tələb
kimi qarşılarına qoyur.
Bütün televiziya verilişlərinin mədənimaarif yükü daşımağı ilə
bərabər, konkret elə audiovizual məhsullar var ki, birbaşa mədəni
maarif işi ilə məşğuldur və onun konsepsiyasında, məhz bu ide
ya yer alır. Formasından asılı olmayaraq, bu proqramların hansı
təbəqəyə, yaş həddinə ünvanlanmasını nəzərə almayaraq, kanalla
rın efirində yer almasını müzakirə edərək çağdaş teleməkanımızda
televiziyanın bu funksiyasının icrası mənzərəsini yaratmış olarıq.
Teatr tamaşaları televiziyada xüsusi yer tutmaqla, yayımın
tərkib hissəsi olaraq çıxış edirdi. Televiziya, təşəkkülünün ilk
dövrlərindən başlayaraq, teatrların tamaşalarını lentə alıb, onların
geniş yayımını özünün yaradıcı ənənəsinə çevirdi. Qərbi Avropa
ölkələrində, eləcə də Amerikada tədricən bu o qədər məşhurlaşdı
ki, kabel televiziyaları arasından yalnız teatr tamaşaları, operalar,
müzikllər yayımlanmağa başladı. Teatrın bədii təsir imkanları və
onun mənəvi tərbiyə işində böyük yeri televiziya vasitəsilə təbliğ
olunması ilə də əhəmiyyətli rol oynamaqda davam etdi. Televizi
yanın daha geniş auditoriyası teatr tamaşasının ekran versiyası
nın yayımını və onun təsir imkanlarını genişləndirdi. Cəmiyyətin
mənəvi tərbiyə işində teatrın bir sənət ocağı kimi göstərdiyi xidmət
və mədənimaariflənmə istiqamətində apardığı fəaliyyət ekrana
gəlməklə daha böyük miqyas almış oldu.
279
Sovet televiziya işində teatrın bu əhəmiyyətli təsir imkanlarını
nəzərə alaraq onun ekranlaşdırılması işi mütləq və vacib sayı
lırdısa, kapitalist cəmiyyətində tamaşanın özünün kommersiya
əhəmiyyəti kəsb etməsi onun ekrana gəlməsi işini ləngidirdi. O za
man kanallar analoji imkanlardan istifadə edib mədənimaarifçilik
işini maarifləndirici, həmçinin bədii gücə malik seriallar vasitəsilə
həyata keçirmək yolunu da qəbul etdilər. Bir sıra bədii ədəbiyyat
nümunələrinin ekranlaşdırılması və televiziya serialı kimi
göstərilməsi məhz bu ehtiyacı ödəməyə yönəlmişdi.
SSRİdə tamaşa müəssisələrinin işinin tənzimlənməsi dövlətin
əlində olduğundan və onun kommersiya marağından daha çox,
sovet teatrında təbliğ olunan ideyanın daha böyük tamaşaçı
kütləsini əhatə etməsi marağı teatr tamaşalarının ekrana yolunu
geniş şəkildə açdı. Tanınmış kinoşünas S. Freylix bu barədə olduq
ca maraqlı statistika gətirir: “Moskva Akademik Bədayə Teatrına
60 il ərzində 25 milyon adam gəlib, həmin teatrın “Zəngli saat
üçün solo” tamaşasına Mərkəzi Televiziya vasitəsilə eyni vaxtda
150 milyon adam baxır” (427, .səh. 15). Bu həm ideologiyanın bədii
təbliğatı, həm də tamaşaçıların mənəvi tərbiyə işinin qurulmasın
da bir vasitə kimi geniş istifadə olunmağa başladı.
Azərbaycan televiziyasının yarandığı 1956cı ildən başlayaraq
teatrla əlaqələr qurulsa da və televiziya tamaşaları çəkilsə də, te
atr tamaşalarının çəkilməsi lentin istifadəsindən sonra baş verdi.
Bakıda və Respublikanın digər yerlərində fəaliyyət göstərən teatr
ların tamaşaları televiziya vasitəsilə daha geniş yayılmağa başladı.
Akademik Milli Dram Teatrının “İblis” (H. Cavid), “Dəli yığınca
ğı” (C. Məmmədquluzadə), “Unuda bilmirəm”, “Natəvan”, “Xi
yabani”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ. Əfəndiyev), “Sizi
deyib gəlmişəm” (Anar), “Yayda qartopu oyunu” (V. Səmədoğlu),
Gənc Tamaşaçılar Teatrının “Danabaş kəndinin məktəbi” (C.
Məmmədquluzadə), “Yazığam, sevmə məni” (Ə. Əylisli), Akade
mik Opera və Balet Teatrının “Leyli və Məcnun”, “Əsli və Kərəm”,
“Koroğlu” (Ü. Hacıbəyov), “Vaqif” (R. Mustafayev) operaları,
“Yeddi gözəl”, “İldırımlı yollarla” (Q. Qarayev), “Min bir gecə”,
“Nizami” (F. Əmirov) baletləri, Musiqili Komediya Teatrının “Hic
ran” (S. Rəhman), “Qayınana” (M. Şamxalov), C. Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Əkssəda” (N. Xəz
ri), “Ömür gözləyir bizi” (N. Hacızadə), “Didərginlər” (Z. Ya
qub), “Məhəbbət yaşayır hələ” (Hidayət), C. Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Elektra” (So
fokl), “Anamın kitabı” (C. Məmmədquluzadə), H. Cavid adına
280
Naxçıvan Poeziya Teatrının “Ana” (H. Cavid), C.Cabbarlı adına
Gəncə Dövlət Dram Teatrının “Dəli Kür” (İ.Şıxlı), “Cavad xan”
(N. Məmmədova), H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili
Dram Teatrının “Bəxt üzüyü” (V. Səmədoğlu), “Qınamayın məni”
(Ş. Arif), N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının
“Ölülər” (C. Məmmədquluzadə) tamaşaları bu gün də televiziya
seyrçilərinin yaddaşında dərin iz buraxmış, yeni nəslin mənəvi
tərbiyəsində mühüm yer tutmuş, onların bədii ədəbiyyatla, dra
maturgiya ilə tanışlığını təmin etmiş, teatra maraq oyatmışdır.
Bir çox tənqidçilər tamaşaların televiziya vasitəsilə verilməsini
tamaşaçıları teatra getməkdən çəkindirən bir hal kimi də
yərləndirirlər. Burada nə qədər həqiqət olsa da, televiziyanın
küt ləviliyi və onun Respublikanın bütün yerlərini əhatə etməsi
baxımından bu vasitədən istifadə edərək teatr tamaşalarının
verilməsini mənəvi tərbiyə işində olduqca böyük addım hesab
edərək, vacibliyini qeyd etməliyik. Zaman göstərdi ki, tamaşaçı
teatr aurasını, canlı aktyor ifasını qiymətləndirərək mədəniyyət
ocaqlarına baş çəkməyi özünün asudə vaxtının bir hissəsi kimi
dəyərləndirməkdə davam edir. Lakin bir çox tamaşalar tədricən
repertuardan çıxarılır, aktyorlar dünyasını dəyişir və bu səhnə
nümunələrinin ekranlaşdırılması indiyədək mümkün olmayan
teatr sənətinin yaşadılaraq yeni nəsillərə çatdırılması işini həyata
keçirir. Məhz bu sosial varislik funksiyasına görə çağdaş tamaşa
çı, teatrsevər və yetişən nəslin nümayəndələri A. İsgəndərovun,
M. Məmmədovun, T. Kazımovun və başqa böyük rejissorların
yaradıcılıqlarını, milli teatr sənətimizdə iz buraxan aktyorların
ifa tərzlərini görüb, bu barədə təsəvvürə malik olurlar. Televizi
yada, həmçinin səhnədə səs salan və dövrünün möhtəşəm sənət
nümunəsi sayılan əsərlərin çəkilərək qorunması, yayımlanması
teatr prosesinə müsbət təsir edərək, yeni yaradıcı nəslin formalaş
masında, onların işlərində özünün təsirini göstərmiş olur.
Teatr tamaşalarının ekranlaşdırılmasından söz açmışkən bu işə
daha geniş yer ayıran və böyük yaradıcılıq ənənəsi olan Azərbaycan
Dövlət Televiziyasının işini yüksək qiymətləndirməliyik. Azər
baycan Milli Teatrının son 40 ildəki ən yaxşı nümunələri məhz bu
televiziyanın videotekasında qorunub saxlanılır və tamaşaçıla ra
göstərilir. Azərbaycan Televiziyasının bu sahədəki çoxillik ənənəsi
və yaradıcı metodları digər kanalların işinə də təsir etmişdir. Re
jissorlar Tariyel Vəliyev, Tofiq Zeynalov, Elxan Məmmədov və
digərləri səhnə sənətinin ən maraqlı nümunələrinin ekranlaşdırıl
ması işində özlərinin yaradıcı üsullarından, axtarışlarından geniş
281
istifadə edə rək televiziya ilə teatr estetikasının harmoniyasını, üz
vi vəhdətini qurmaq, teatr poetikasının ekran təcəssümünü sax
lamaq və səhnə sənətinin prinsiplərini, onun canlılığını, yaratdığı
aurasını qorumaq kimi üzərinə düşən vəzifələri yerinə yetirməklə
maraqlı ekran nümunələrinin müəllifi kimi çıxış etmişlər.
Teatr tamaşasının ekran həllində quruluşçu rejissorun təfsirindən
irəli gələn abhavanın qorunaraq ifadə vasitələri ilə mövzuide
yanın bədii həllinin açılışının, aktyor ifasının geniş mənada
incəliklərinin, xüsusiyyətlərinin saxlanılması olduqca mühüm
vəzifədir. Görüntünün dinamikası, kadr və rakurs dəyişimi, onun
temporitmi tamaşanın ümumi temporitmi ilə uyuşmalı, onun
la vəhdət şəklində çıxış etməlidir. Əks halda yaranmış uyğun
suzluq tamaşanın təsir gücünü zəiflədə, rejissor və aktyor işinin
başlıca uğurlarını heçə endirə bilər. Teatr sintetik sənət kimi bir
neçə sənət növünün birləşməsindən meydana gəlir və bu vəhdətin
üzvi şəkildə tamaşanın ümumi poetikasına uyğun olması vacib
şərt, tamaşanın uğuru sayılır. Televiziya teatrında isə artıq hazır
tamaşanın işinə daha bir neçə televiziya sənətləri qoşularaq, ümu
mi poetikanı biçimləndirirlər. Rejissor, operator, montajçı, səs
rejissoru və digər peşə sahibləri özlərinin yaradıcı fəaliyyətlərini
artıq hazır olan səhnə əsəri nümunəsinə uyğunlaşdıraraq bitkin,
bədii cəhətdən kamil ekran nümunəsinin meydana çıxılmasına ça
lışmalıdırlar. Bütün bu sənətləri tamaşa ətrafında birləşdirən isə
televiziya rejissorudur. Dramaturji materialdan, teatrın yaradıcılıq
yolundan xəbərdar olan rejissor, həm də səhnə təfsirinin müəllifi
quruluşçu rejissorun yaradıcı üslubunu, poetikasını duymalı, ta
maşanın ümumi abhavasını hiss etməlidir.
Burada mühüm amil kimi televiziya sənətkarlarının fərdi ya
radıcı yanaşmaları qeyd olunmalıdır. B. Qurbanovun “Tamaşaçı
həmin əsərlərə, bir növ, televiziyada çalışan sənətkarın gözü ilə
baxır, onun bədii zövqünün, intellektual səviyyəsinin, fərdi is
tedad və qabiliyyətinin təsiri altına düşür” (54, səh. 59) fikrində
televiziya işçisinin bədiiyaradıcı imkanları, onun estetik zövqü
kontekstində teatr tamaşasının ekran həllində yeni imkanlar aç
maqla, tamaşaçının zövqünə müsbət təsir edə, onun bədiiestetik
tərbiyəsinin düzgün biçimlənməsində iştirak edə biləcəyi vurğu
lanır. Lakin televiziya işçisinin sənətkarlıq qabiliyyəti, istedadı,
peşəkarlığı yetərincə olmayanda biz bəsit, zövqsüz halda televizi
ya dilinə çevrilən, sönük teatr tamaşalarının şahidi ola bilərik ki, bu
da tamaşaçının bədiiestetik tərbiyəsinə mənfi təsir göstərməklə,
onun zövqünə də xələl yetirmiş olur.
282
Teatrla televiziyanın oxşar cəhətləri – tamaşaçının hadisə baş
verdiyi anda onu izləməsi, hadisəni həm görməsi, həm eşitməsi,
müxtəlif ifadə vasitələri ilə tamaşaçıya təsir ilə yanaşı, fərqli
cəhətləri də mövcuddur. Teatrda tamaşaçı canlı insanları görürsə,
televizorda təsvirin şahidi olur. “Əlbəttə, tamaşaçı üçün böyük
məna kəsb edir ki, o televizoru qoşanda (əgər söz birbaşa efirdən
gedirsə), həmin anda kamera qarşısında olan adamın təsvirini gör
sün. Amma hər halda onun qarşısında adamın özü deyil, yalnız
optik effektdir; onun qarşısında ekranın şüşəsidir, səhnə genişli
yinin reallığı deyil” (237, səh. 23). Teatra gələn tamaşaçı gündəlik
əhvalından çıxış edərək özünü tamaşaya hazırlayır və foyedəcə
teatrın sehrinə düşür. Televizora baxan seyrçi isə evində, daha
sərbəst və diqqətini yönəltmiş şəkildə tamaşa etmir. Lakin başlıca
fərq görüntü imkanındadır: tamaşaçı teatrda yalnız səhnəni bütöv
halda görməklə ayrıca detalı və ya aktyoru hədəf alıb baxa bilmir,
televiziya isə rakurs, kadr quruluşu və montajın imkanlarından
istifadə edərək hər hansı bir aktyoru və ya əşyanı daha iri plan
da göstərə bilər. Burada həmçinin tamaşaçının seçim imkanı da
məhdudlaşır; belə ki, səhnəyə baxan tamaşaçı istənilən yerə bax
maq, istənilən obyektə nəzər yetirmək imkanı qazanırsa, televizi
yada o yalnız rejissorun müəyyən etdiyi məkana və ya şəxsə baxa
bilər. Televizorun çərçivəsindən o yana artıq heç bir görüntü möv
cud olmur, səhnədə isə rejissorun hadisəni yönəltdiyi məkan və ya
mizana uyğun qurduğu xəyali çərçivə böyük səhnə çərçivəsinin
içərisindədir və tamaşaçı istənilən anda xəyali çərçivəni tərk edib
başqa obyektə nəzər yetirə bilər. Bu cəhətlər televiziyanı teatrdan
ayırmaqla, əslində, teatr tamaşasının ekran versiyasına ciddi ya
radıcı və tamaşanın atmosferinə, təfsirinə uyğun yanaşmanı tələb
edir. Səhnənin başlıca ifadə vasitəsi olan mizansəhnə kameranın
müəyyən etdiyi mizankadrla əvəzlənir. Mizankadr rakurs və plan
ların seçilməsi, dinamikaya uyğun görüntü dəyişimini özündə
birləşdirməklə bütövlükdə ekran plastikasını yaradır. Televiziya
rejissoru ekran plastikasını məhz tamaşanın daxili tempinə uy
ğun tərzdə, onun poetikasına uyuşmuş şəkildə təqdim etdikdə işi
uğurlu və yaradıcı adlandırmaq olar.
C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının “Didərginlər”
(1992) tamaşasında meydan teatrının prinsiplərindən faydalanan
rejissor Vaqif Əsədov xalqın dərdinin səmimi, təbii şəkildə tamaşa
çıya çatdırılmasına cəhd etmişdir. Tamaşada yaşantılarımızın əks
sədası, faciəyə münasibətimiz yüksək bədiiliklə qabardılır. Burada
torpaq itkisi axarında sadə insanların itirdikləri özünün obrazlı
283
ifadəsini tapır. Torpaq faktoru rejissor yozumunda ən məhrəm
hisslərlə verilir. Torpaq – ölülərin yatdığı yer, əkin yeri, ilk dəfə
ayaq açıb gəzdiyin yer, ilk görüş yeri, ömür yeri kimi təzahür edir.
Tamaşanın daxili temperamenti özünəməxsus və fərqlidir. Qaç
qınlar öz vətənlərindən gəldikləri yolun, amansızlıqla donduran
şaxtanın yorğunluğunu almaq istəyirlər. Məhz bu dayanacaqdan
– ömürlərini ikiyə bölən dayanacaqdan dönüb geri boylanırlar.
Yurdlarının axarbaxarını, toydüyününü xatırlayır, dərdsərlərini
təzədən yaşayırlar.
Tərtibat deyilən fikrin bədii təsirini qüvvətli edir. Yer, göy qa
raya boyanmış, obrazlar qara kəfənə bürünmüşlər. Əcəl zəngi
kimi səslənən, keçmişin acı fəryadının və gələcəyin müəmmasının
küləyin dəhşətli uğultusu ilə verilməsi tamaşanın kompozisiyasını
tamamlayır və qüvvətləndirir.
Rejissor yozumunda torpaq itkisi maddi itkidən mənəvi itkiyə
çevrilir. Keçmişlə gələcək arasında yaranan zaman boşluğunda
qiymətləndirmə baş verir. Verilən mizanlar və uğurlu təfsir xal
qın faciəsini bədii şəkildə yüksək sənətkarlıqla çatdırmağa imkan
yaradır.
“Didərginlər” dövrünün ağrısını, faciəsini ilk dəfə, böyük mə
harətlə çatdırdığı üçün tamaşaçı diqqətinə və marağına səbəb ol
muşdur. Onun televiziya həllində rejissor Elxan Məmmədovun
yaradıcı münasibəti, görüntü həllini tamaşanın təfsirinə uyğun
tərzdə qurmaqla, televiziyanın texniki imkanlarından istifadə
edərək xəyalla gerçək arasında əlaqəni tədrici keçidlə verməsi,
məkan boşluğunu ekran həllində qoruyub saxlaması uğurlu işi
təmin etmişdir. Tamaşada qaldırılan Vətən və qaçqınlıq problemi
televiziya həllində bütün bədii gücü ilə çatdırılır, onun mənəvi
tərbiyəsində əhəmiyyətli yerini ala bilir. Bu tamaşanın misalında
cəsarətlə demək olar ki, Elxan Məmmədov rejissorun ali qayəsini
“televiziyanın dili” ilə tamaşaçıya ötürə biləcək bir həll verib və
bu, mədənimaariflənmə işində kifayət qədər əhəmiyyətli bir işdir.
Televiziya özünün mədənimaariflənmə işini bayağı sözçülüklə
deyil, bədii cəhətdən əsaslanmış, yaradıcı cəhətdən kamil, televi
ziyanın ifadə vasitələri ilə zəngin bir tərzdə apara bilər. Bu baxım
dan mədəni maariflənmə işində öz yeri olan teatr tamaşalarının
ekran həllinin uğuru, haqqında danışdığımız funksiyanın icrasını
effektiv edir.
AzTV özünün böyük yaradıcı imkanlarından və ənənəsindən
istifadə edərək teatr tamaşalarının ekranlaşması işini böyük
sürətlə davam etdirməsi, hər həftənin şənbə günü səhər efirində
284
müxtəlif teatrların tamaşalarına yer verməsi ilə mədənimaarif
funksiyasının icrası və teatr sənətinin təbliği baxımından kifayət
qədər əhəmiyyətli və vacib bir iş görmüş olur. Dövlət televiziyası
nın bu ənənəni saxlaması təqdirəlayiq hadisə kimi digər kanallar
üçün də örnək ola bilər.
Kommersiya kanallarında da teatr tamaşalarının ekranlaşma
sı artıq ənənə halını alaraq, onların mədənimaariflənmə işində
əhəmiyyətli yer tutmaqdadır. “Lider” kanalında opera və ba let
lərin, digər tamaşaların ekran həlli, “Leyli və Məcnun”, “Dümanın
Qafqaz səfəri”, “Əsgər anası”, ATV kanalında C. Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Oğru” komediyası,
“Space”in efirində “Ana qaz” tamaşaları kommersiya kanallarında
bu işin vüsət aldığını göstərir.
Televiziya filmlərində mədənimaarif funksiyası xüsusi çəkisi ilə
seçildiyindən, onun təhlilə çəkilməsi vacibdir. Televiziya filminin
tərifi Q. Məhərrəmlinin “Kino, televiziya, radio terminləri izahlı
lüğəti” kitabında TV verilişləri şəbəkəsi ilə göstərmək üçün yara
dılan və xüsusi çəkilişi – montaj texnologiyası olan film kimi ve
rilir. Kino filmindən fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlər
televiziya filminin bədii quruluşuna, planların sayca az olmasına,
təsvirdə xırda detallara varmadığına, sıxlıq diapazonuna görə ki
çikliyi və təsvirdəki kontrastlılığın zəifliyinə əsasən müəyyənləşir.
35 mm və 16 mmlik neqativ və dönər kinoplyonkalardan istifadə
olunaraq yaranan televiziya filmləri hazırda daha çox videolentə
çəkilir.
Kinoda olduğu kimi televiziya filminin oyunlu (bədii), oyunsuz
(sənədli, elmikütləvi, tədris) və cizgi janrları var. Televiziyanın
təşəkkül tarixində onun janrlarından biri kimi film özünün bədii,
estetik axtarışları, yaradıcı yolu ilə püxtələşmə dönəmini yaşayıb.
“Artıq elə telefilm nümunələri var ki, bizə yeni estetik prinsip
barədə danışmağa imkan verir” fikrini söyləyən kinoşünas S. Frey
lix misal kimi İtaliya istehsalı olan “Leonardo da Vinçinin həyatı”
(Renato Kastellani), Sovet filmlərindən “Peçorinin gündəliyindən
səhifələr”i (Anatoli Efros) göstərir və “televiziya kino dayanan
yerdən başlayır. O, kinodan sonra və ya onun əvəzinə yaranmır,
elə bil, kinonun içindən, onun yığılan təcrübəsini partladaraq çı
xır” yazır (427, səh. 163).
Sovet televiziya filmi ənənəsində “Odu üstümüzə çağırırıq”
(1968), “Trest” əməliyyatı” (1968), “Əlahəzrətin yavəri” (1970),
“Kölgələr günorta yox olur” (1972), “Baharın 17 anı” (1973) və daha
neçə bədii cəhətdən kamil ekran əsərlərinin yeri var. Dünya tele
285
viziya kanallarında istehsal olunan “Orson Uelsin yazı dəftərçəsi”
və “Orson Uelslə dünyanın dörd yanı” (rejissor O. Uels, Böyük
Britaniya), “Sehrli fleyta” və “Mərasim” (rejissor İ. Berqman, İs
veç) və başqa filmlərin uğurundan danışmaq olar. Sənədlixronika
serialları “Kapitan Kusto” (Fransa), “XX əsr” (Fransa), “Adi Fa
şizm” (SSRİ), “Hitlerin son günləri”, “İkinci Cahan Savaşı” (Böyük
Britaniya) çağdaş televiziya ekranlarında ardıcıl göstərilən sənət
nümunələri kimi özünün tarixi maarifçiliyini və sənət axtarışları
ilə yenilikçiliyni yaymış olur.
Azərbaycan televiziyasında telefilm sənəti elə təşəkkül dövrü
nün ilk dönəmindən yaranmağa başladı. Azərbaycan televiziya
sında çəkilən ilk sənədli film rejissor Arif Babayevin 1959cu ildə
çəkdiyi “Dostluğun dili” adlı film oldu. 1960cı ildə ekranlarda
görünən “Mənim respublikam haqqında hekayət” adlı A. Babaye
vin filmi televiziya yaradıcılığında milliliyin başlanğıcı sayıla bilər.
İstər həmin illərin siyasi, ideoloji “istiləşməsi”, istərsə də televizi
yaya toplaşan vətəndaşsənətkarlar Azərbaycanın salnaməsini
yaratmaq üçün geniş imkanlar qazanmışdılar. O dövrdə çəkilən
filmlərdə Azərbaycan və onun mənəvi, maddi sərvətləri təbliğ olu
nurdu.
1970ci ildə ən irimiqyaslı iş 6 seriyalı “Sovet Azərbaycanının
salnaməsi” adlı televiziya filmi oldu. Bu filmin ərsəyə gəlməsin
də rejissorlar N. Abbasov, R. Şabanov, O. Babazadə, T. Bəkirzadə,
A. Kazımov çalışmışdılar. Azərbaycanda sovet hakimiyyətinin
qu rulmasının 50 illiyinə həsr olunmuş film bütöv dövrün siya
si, mədəni, iqtisadi inkişafını, rus ordusunun gəlişini, müharibə
və orada xalqımızın iştirakı, sonrakı quruculuq dönəmini əks
et dirərək, bədiisənədli hesabatı xatırladırdı. Təkrarsız və ələ
düşməz kadrların qorunması baxımından bu film bu gün də bö
yük əhəmiyyət daşıyır.
Rejissor kimi maraqlı tapıntıları və yenilikləri ilə ekranlara gə
lən Vasif Babayev birbirinin ardınca kifayət qədər maraqlı filmləri
ilə tamaşaçılarda tamam fərqli görüntü təəssüratı yaratdı: “Sovet
Azərbaycanı – Oktyabrın övladı”, “Azərbaycan iri addımlayır”,
“Zaman və adamlar”, “Xuraman”, “Həqiqət anı” və digər filmlər
yeni bir mərhələnin – təsvir və araşdırma, mənzərəlilik və drama
turji modelin vəhdətində olan filmlərin əsasını qoydu.
Azərbaycan televiziyasında 1960cı illərdən başlayaraq “Bu,
Səttar Bəhlulzadədir” (müəllif – Anar, rejissor – R. Axundov), “Bi
zim qadınlar” (müəllif – M. Mikayılzadə, rejissor – N. Yüzbaşov),
“Üzeyir Hacıbəyov” (müəllif və rejissor – K. Kərimov), “Hakim”
286
(müəllif – N. Rəhimov, rejissor – O. Babazadə), “Şəhərin ritmləri”
(müəllif və re jis sor – R. İsmayılov) “Bakı və bakılılar” (müəllif –
C. Əlibəyov, re jis sor – N. Abbasov), “Bakı dünən, bu gün, sabah”
(müəllif – Ə. Əli ye va, rejissor – R. Şahmalıyev) və digər ölkəmizin
maraqlı yerlərinə, həm çinin qədim sənət növlərinin yaranmasının
təsvirinə həsr olunmuş çoxlu sayda filmlər istehsal olundu.
Televiziya bədii filmi janrında “Aygün”, “İnsan və zəncir”, “Yun
şal”, “Poçt qutusu”, “Quzu”, “Bizi dağlarda arayın”; musiqili te
lefilmlərdən rejissorlar A. Qazıyev, T. Mirzəyev, R. Mirzəyevin
“Təs nif”, “Şur”, “Sevinc”, “Salam, Zeynəb”, “Qaya”nın mahnıla
rı”, “Dir çəliş”, “Oxuyur Qasımova bacıları”, “Üç çeşni”, “Respub
likamı vəsf edirəm”, “Odlar yurdunun melodiyaları” kimi filmləri
tamaşaçı rəğbətini qazanmaqla bərabər, televiziya sənətində
mədəni, ədəbi irsimizin ekranlaşdırılması ilə yanaşı, sənətkarlıq
axtarışlarına, yenilikçiliyə və televiziya yaradıcılığında artıq
biçimlənən yeni üsulların, metod və tapıntıların tətbiqinə rəvac
vermiş oldu.
Televiziyaya cizgi filmi “Danışan ocaqlar” (müəllif və rejissor –
Rasim İsmayılov, operator – Vaqif Behbudov) filmi ilə gəldi, ilk
rəngli cizgi filmi isə “Qırmızılar, qaralar və başqaları” oldu; sonra
kı dövrdə rejissor və operator – Vaqif Behbudovun “Göyçək Fat
ma”, “Sağol, Vəfalı”, “Möcüzəli ada”, “Başlanğıc”, “Qız qalası” və
digərləri Ümumittifaq film festivallarında mükafatlandırıldılar.
Bu yaradıcılıq ənənələri televiziya filminin mədənimaarif işində
böyük əhəmiyyətindən, onun görüntü və nitq vəhdəti ilə tarixi
faktları, informasiyanı, ədəbi əsərləri çatdırmaqla bu günün ta
maşaçısının mədəni, intellektual səviyyəsinin artmasına, onun
daha da dünyagörüşlü olmasına xidmət edir. Televiziya düşüncə
tərzinə təsir etməklə onun biçimlənməsində böyük rol oynadı
ğından ekranda nəyin və hansı tərzdə verilməsi olduqca vacib
və əhəmiyyətlidir. Televiziya filmləri janr fərqindən asılı olmaya
raq, bilavasitə mənəvi tərbiyə işinə yönələn ən təsirli vasitə kimi
mədənimaarif işinin qurulmasında əhəmiyyətli rol oynayır.
Mədənimaarif funksiyasına xidmət edən sənədli və elmikütləvi
filmləri qeyd etmək gərəkdir. Tədris və cizgi bədii filmləri televi
ziyanın digər funksiyalarının yerinə yetirilməsində daha çox işti
rak etdiyindən, bu barədə aşağıda qeyd edəcəyik. Bədii televiziya
filmləri ədəbi əsərlərin reproduksiyası baxımından mədənimaarif
işini görürsə də, özünün təsir dairəsinə görə, daha çox, əyləncə
xarakteri daşıyır. Cizgi filmləri içərisində böyüklər üçün nəzərdə
tutulan elə nümunələr var ki, orada mədənimaarif işini aydınlıqla
287
müşahidə etmək olar. Həmçinin folklor nümunələrinin və ədəbi
əsərlərin animasiya ilə tamaşaçıya çatdırılmasında mədənimaarif
işi görülürsə, bu daha çox uşaqlara ünvanlandığından həm tədris,
həm də əyləncə funksiyalarına aid oluna bilər. Bir çox hallarda
funksiyalar arasında dəqiq sərhədlərin olmasına baxmayaraq,
hər hansı bir televiziya məhsulu eyni vaxtda bir neçə funksiya
nı özündə ehtiva edə bilər. Bu zaman onun təsir dairəsini daha
çox hara ünvanlaması və televiziyada məhz hansı vəzifəni yerinə
yetirməyi öz qarşısına məqsəd kimi qoyması əsas götürülür. Məhz
bu baxımdan, televiziya filmləri bütövlükdə mədənimaarif işini
həyata keçirsə də, birbaşa bu funksiyanın icrasına aidiyyatı olan
sənədli və elmikütləvi filmləri qeyd etməliyik.
Sənədli televiziya filmləri televiziya filmləri içərisində xüsusi yer
tutur. Televiziyanın mövcudluq forması olan proqram indiki za
mana hesablandığından, onun birdəfəlik yayımı nəzərdə tutulur.
Yəni televiziya proqramı konkret gündəmə aid və ya onu əhatə edən
mövzuları ehtiva etdiyindən, onun sonrakı illərdə təkrar verilməsi
mümkünsüzdür. Lakin televiziya filmi proqramdan fərqli olaraq
birdəfəlik yayım üçün deyil, müxtəlif dövrlərdə təkrar göstərilmək
üçün nəzərdə tutulub. Bununla bağlı, proqramdan fərqli olaraq te
leviziya filmi daha uzunömürlü hesab oluna bilər. Bu baxımdan
artıq onilliklərlə televiziya ekranlarından göstərilən filmləri misal
gətirərək, onların bir çoxunun ölməzlik qazanıb sənət incisi kimi
qızıl fondda saxlanıldığını qeyd etmək olar.
Televiziya filminin dramaturji materialı, onun poetikası televizi
yanın kütləviliyi, həmçinin informasiya vasitəsi olması ilə bilavasitə
bağlı olaraq, proqramların axarında öz yerini tapır. Sənədli telefilmə
tərifi, gerçək həyatdan alınan hər hansı bir hadisəni öz təbii çevrəsi
və axını içində, ya da buna ən yaxın şəkildə sonradan qurulmuş
hadisə çərçivəsində canlandırıb müəyyən məqsədlə əks etdirən te
leviziya filmi növü kimi vermək olar. Deməli, sənədli film həyat
gerçəkliyi və hadisəsi ilə bağlı olaraq, onun ekran təcəssümünü
həyata keçirir. Televiziya sənədli filminin öz dili və ifadə vasitələri
var. O, həyat gerçəkliyini, reallığı göstərməklə, tamaşaçını hadisə
ilə tanış etməklə bərabər, mədənimaarif işini öz üzərinə götürür.
Sənədli televiziya filmləri özünün məzmun və formasına görə
çoxşaxəli olur: problemlərin əks olunması, teleportret, müşahidə, al
bom, analitik və mədəni irsi təbliğ edən filmlər ölkə teleməkanımızda
özünə daha çox yer alır. Mövzu genişliyi və sərhədsizlik sənədli
filmlərin formaca müxtəlif olmasına imkan verməklə bərabər, yara
dıcı heyətin – rejissor və ssenari müəllifinin bəşəri ideyalara sadiqli
288
yi, vətəndaşsənətkar mövqeyi və üzərinə düşən ictimai məsuliyyəti
düzgün dəyərləndirməklə, ortaya çıxardığı məzmunforma vəh
dətinin təsir imkanını da artırmış olur.
Televiziya filmləri istehsalında böyük yaradıcılıq ənənəsi olan
Azərbaycan Dövlət Televiziyasının 1960cı ildə əsası qoyulan
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi uzun illər ərzində ekran
larımızda xüsusi yer alan filmlərin yarandığı məkan kimi hazırda
da bu sahədə ən məhsuldar qurum kimi seçilir. İllik film istehsa
lına 14 saat ayıran birlik elmikütləvi, etnoqrafik filmlərlə yanaşı,
musiqili filmlərin istehsalı ilə də AzTVnin ekranında mədəni
maariflənmə işini uğurla davam etdirir. “Odlu məmləkət”, (re
jissor – Nazim Rza), “Deportasiya” (rejissor – Vaqif Behbudov),
“Tənha ruh” (rejissor – Miri Rzayev), “Dvorjakın melodiyası”,
“Qara ney”, “Sənsiz”, “Xiffət”, “Muğam” (rejissor – Nazim Abbas),
“Ümid çıraqları” (rejissor – Vəli Səyyadi), “Abbas və Gülgəz” (re
jissor – Rövşən Almuradlı), “Olqa” (rejissor – Vasif Məmmədzadə)
filmləri çağdaş televiziya yaradıcılığı işində böyük yer alan ekran
nümunələri kimi qeyd olunmalıdır.
İstedadlı rejissor Nazim Rzanın öz ssenarisi əsasında çəkdiyi
“Od lu məmləkət” 12 seriya, 7 filmdən ibarət sənədli filmi Bakı
nefti, onun tarixi keçmişi, Azərbaycanın mədəni, siyasi həyatında
yeri və bu günü mövzusunda çəkilmiş, miqyasına görə bu möv
zunu əhatə edə biləcək bütün filmlərdən daha geniş, məlumatlı,
yeni tarixi faktlarla zəngin ekran nümunəsidir. Rejissor filmdə
tarixi gerçəkliklərin, indiyədək ictimaiyyətdən gizlədilən bir çox
faktların açılması, onların sənədli filmin dili ilə ifadəli tərzdə
təqdimatına nail olmaqla bərabər, tarixə və bu günə iri miqyasda
baxmaqla tamaşaçıya reallığı olduğu kimi çatdırmağa çalışır.
Televiziya filmlərindən danışarkən istedadlı kinorejissor Vaqif
Mustafayevin çəkdiyi “Heydər Əliyev” filmepopeyasını xüsu
si qeyd etmək gərəkdir. Azərbaycan xalqının görkəmli oğlu, bö
yük siyasətçi Heydər Əliyevin keçdiyi həyat yolunu əks etdirən
çoxseriyalı televiziya filmi tarixi şəxsiyyətin, bizim müasirimizin
geniş şəkildə, tam olaraq həyat bioqrafiyasını yaratmağa çalışır.
Onun həyat yolunu, siyasi mübarizəsini əks etdirən film yaxın
keçmişimizə bir baxış, araşdırmanı əks etdirməklə bərabər, böyük
şəxsiyyətin real obraz cizgilərini yaratmış olur. Heydər Əliyevin
fəaliyyəti, Azərbaycanda 1969–1982ci illərdə hakimiyyətdə oldu
ğu dövrdə ölkənin qüdrətlənməsində şəxsi keyfiyyətinin oynadı
ğı başlıca rolu, 1982–1987ci illərdə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi gördüyü xidmətlər və qarşılaşdığı xəyanət,
289
qətiyyətli, iradəli, mübariz, xalqının xilası naminə yenidən yorul
madan çalışan insan obrazı – bütün bunlar, filmin ideyasını təşkil
edən cəhətlər kimi tamaşaçı üçün olduqca maraqlı, yaxın tariximi
zin təbliği işində əhəmiyyətlidir. Rejissor sənədli filmin dili ilə bö
yük liderin obrazını və insan kimi videoabidəsini yaratmağa nail
olur.
Epopeyaya daxil olan “Heydər Əliyev.Əsl məhəbbət haqqın
da” filmi böyük siyasi xadimin, bütün ömrünü ictimai fəaliyyətə
həsr etmiş dövlət adamının şəxsi keyfiyyətləri, ən incə duyğu
ları və ölməz məhəbbətinin obrazını yaratmış olur. Filmdə Hey
dər Əliyev özünün məhəbbətindən, görkəmli alim, akademik
Zərifə Əliyeva barədə danışır və xatirələri yada salır. Rejissor
xa ti rələrin axarında qurma səhnələr vasitəsilə məhəbbətin obra
zını yaratmış olur. Tamaşaçı ekranda məhəbbətin böyüklüyünü,
səmimiliyini iradəli, inamlı bir səsin – Heydər Əliyevin ifasında
eşidir və səhnələşdirmələr vasitəsilə onun ekran həllini görür.
Sənədli filmdə bədii elementlərin uğurla işlədilməsi, məhəbbətin
bütövlükdə filmin poetikasına çevrilməklə plastik həlldə, musiqi
tərtibatında öz əksini tapmaqla ideyanın estetik həll ilə vəhdətdə
çıxış etməsinə imkan verir. Geniş tamaşaçı marağına səbəb olmuş
bu filmin IV Avrasiya Teleforumunda 2001ci ildə əsas mükafa
tı alması, həmçinin “Görkəmli siyasi xadim obrazının istedadlı
təqdimi üçün” xüsusi mükafatına layiq görülməsi böyük hadisə
kimi dəyərləndirilməlidir.
Sənədli televiziya filmlərindən danışarkən “Lider” kanalının
“Azər baycan” redaksiyasının işlərini xüsusilə qeyd etmək lazımdır.
Rejissor Mirsadıq Ağazadənin “BayatıŞiraz” filmində gö
zünün nurunu itirmiş bir şəxsin şəfa taparaq dünyanı görməsi
təsvir edilir. Film onun zülmətdə olduğu vaxt oxuduğu BayatıŞi
razla başlayıb və onun nura qovuşduqdan sonrakı ifası ilə başa
çatır. Rejissor milli musiqimizin bu incisini obrazlı bir üsul kimi
istifadə edib, zülmətdən nura gedən yolu göstərmiş olur. Rejis
sor işinin mükəmməlliyi bir insan taleyi axarında böyük ictimai
əhəmiyyət daşıyan yükün verilməsini bədii dillə etməsindədir.
Bu barədə İlhamiyyə Rzayeva yazır: “Müəllif də elə bu filmində
“BayatıŞiraz” muğamının, əslində, musiqidən daha artıq, bir an
layış olduğunu anlatmaq ehtiyacını əks etdirərək, bəşəri fəlsəfənin
dərin qatlarını təsvirlə, sözlə, duyğuyla, əsəblə, ağrıyla, göz yaşıy
la de məyə çalışıb” (43). Musiqi, fəlsəfə və insan taleyinin obrazlı
birliyinə nail olan rejissorun bu işi uğurlu ekran nümunəsi kimi
dəyərləndirilməlidir.
290
ANS kanalının istehsalı olan “Əsirlər və sirlər” (rejissor – Gül şən
Əliyeva), “Erməni soyqırımı” (rejissor – Qənirə Paşayeva), “Çin
giz zirvəsi” (rejissor – İlqar Mikayıloğlu) filmləri özünün tarixi
araş dırma, gerçəkliklərin açılması baxımından dəyərli işlər kimi
diq qətəlayiqdir. “Erməni soyqırımı” müəllif filmində Qənirə Pa
şayeva uydurulmuş 1915ci il erməni soyqırımının yalanının ifşası
və əslində, ermənilərin dinc türklərə qarşı törətdikləri qanlı soy
qırım barədə danışaraq tarixin bu təzadını açmağa, faktların dili
ilə danışmağa başlayır. İndiyədək Azərbaycan tamaşaçısına bəlli
olmayan gerçəkliklərin verilməsi, zəngin araşdırma filmin ictimai
əhəmiyyətini artırır, onun tarixi və siyasi yerini müəyyən edir.
Ölkə telekanallarında mədənimaarif funksiyasının icrasına
yönəlmiş televiziya filmləri ənənəsi özünün yeni, daha yaradıcı,
yeniliklərin tətbiqi, axtarışlarla zəngin bir dövrünə qədəm qoyaraq,
müasir düşüncəli tamaşaçı üçün bütünlüklə tarixi, coğrafi faktların
açılışı, təbiət, din, mədəniyyət, folklor barədə məlumatlandırma,
problemlərin qabardılması kimi vəzifələrin öhdəsindən yaradı
cı cəhətdən kamil tərzdə gəlməyə çalışır. Bir çox hallarda kifayət
qədər ciddi nöqsanları olan filmlərə rast gəlinsə də, ümumilikdə
bu proses uğurludur və inkişafdadır. Sənədli televiziya filmi rejis
sora geniş yaradıcılıq imkanları verməklə bərabər, onun üzərinə
məsuliyyət də qoymuş olur.
Televiziyada elmikütləvi filmlər televiziya yaradıcılığı işində
olduqca əhəmiyyətli olmaqla, maarifləndirmədə xüsusi yer tu
tur. Geniş tamaşaçı kütləsi arasında elmi araşdırmaların təbliği,
maariflənmə işinin aparılması, təbiət və humanitar elmlərinin
hamının başa düşdüyü tərzdə şərh olunması, elmi dünyagörüşü
nün aşılanması, elmitexniki nailiyyətlərin yayılması, elm adam
larının həyat və yaradıcılıqları, elmi axtarışlar barədə məlumatın
verilməsinə ünvanlanmış elmikütləvi filmlər əsasən elmikütləvi,
elmipublisistik və elmibədii tiplərə bölünür.
Azərbaycan teleməkanında yaranan elmikütləvi filmlərdən
elmi araşdırmalarla təbiət, humanitar elmlər barədə elmi faktlar
la zəngin elmikütləvi tipə – “Azərbaycan təbiəti”, “Dəmirağac”
(rejissor – Nazim Abbas), “Tanış olun: Azərbaycan”, “Azərbaycan
mətbəxi” (Səyavuş Hüseynli), elmi cəhətdən araşdırılmış faktların,
hadisələrin publisistik təqdimatı ilə verilən elmipublisist tipinə
“Atəşgah” (rejissor – Nazim Rza), “Gəncə abidələri” (rejissor – Na
zim Abbas), “Xan sarayı”, (rejissor – Vəli Səyyadi), “Qobustan”,
“Qax abidələri” (rejissor – Rövşən Almuradlı), elmi cəhətdən
əsaslanmış hadisələrin, faktların bədii ifadə vasitələri ilə, bədii
291
dillə təqdim olunduğu elmibədii tipə isə – “Etnoqrafik etüdlər”
(rejissor – Rövşən Almuradlı) kimi filmləri aid etmək olar.
Nazim Abbasın “Azərbaycan təbiəti” filmi çoxçalarlı Azərbaycan
təbiətinin əsrarəngiz gözəlliklərinin çatdırılması, göstərilməsi
baxımından olduqca əhəmiyyətli və vacib hadisə kimi televizi
ya məkanında özünə layiqli yer ala bilmişdir. Peşəkar rejissor
və operator işi təbiətin ən gözəl guşələrinin müşahidə edilərək
videotablosunun yaranmasına imkan vermişdir. Musiqi ilə gö
rüntünün qarşılıqlı həmahəngliyini televiziya sənətinin tələbləri
çərçivəsində özünün dərinliyi, rəngarəngliyi ilə verməyə nail ol
muş Nazim Abbas, kütləvi tamaşaçıda bu təkrarsız mənzərənin
təəssüratını yaratmaqla bərabər, sosial, mədəni, həmçinin ekoloji
sahədə təbliğatı yerinə yetirmiş olur. Azərbaycan tamaşaçısı ek
ran vasitəsilə bütövlükdə təbiətin mənzərəsini müşahidə etməklə
bərabər, rejissorun yaratdığı teledünyaya daxil olaraq, onu həm də
duyur və sevir.
“Azərbaycan mətbəxi” (SOY) filmində isə gənc rejissor Səyavuş
Hüseynli bilavasitə mədənimaariflənməyə həsr olunmuş, elmi,
həmçinin də kütləvi əhəmiyyət daşıyan ideyanı bədii ifadə va
sitələri ilə ustalıqla çatdırmağa nail olur. Qədim kökləri olan milli
mətbəximizin ən ləziz nemətlərinin hazırlanması sirlərini peşəkar
aşpazların canlı şərhi və bu şərhi milli oyun havalarının müşayiəti
ilə dinamik həll etməsi tamaşaçının marağına səbəb olur. Filmin
yaradıcısı onu əyani vasitə kimi xanımların, aşpazların istifadəsi
üçün çəksə də, özünün yaradıcı üslubunu, axtarışlarını da tətbiq
etməklə mükəmməl ekran nümunəsinin ərsəyə gəlməsinə nail
olmuşdur. Dörd saat həcmində olan film milli mətbəximizin in
cəliklərini, bişirilmə texnologiyasının əsaslarının yaşadılması və
audiovizual formatda gələcək nəsillərə ötürülməsi ilə barəbər,
özünün yaradıcı fəndləri, maraqlı tapıntıları, dinamikası, görüntü
zənginliyi, estetik həlli ilə televiziya filmləri arasında yerini alma
ğa layiqdir.
ATVdə “Tanımadığımız tanışlar”, “Azərbaycan sirləri” filmlər
silsiləsində Azərbaycan televiziyasının, mədəniyyətinin, ictimai,
mədəni həyatda mühüm yeri olan insanların həyat və yaradıcılı
ğı önə çəkilmişdir. Azərbaycan televiziya aləminin “Azərbaycan
sirləri” layihəsi bir çox tarixi məsələlərə fərqli yanaşmanı ortaya
qoyur və bu yanaşmanı mükəmməl, rəvan mətnli ifadə ilə əks
etdirirdi. Bir çox hallarda isə layihə real tarixi hadisələrlə mif və
əsatirləri paralel apararaq, əsl tarixi gerçəyin üzə çıxarılmasına
292
nail olurdu. Qax, İlisi, Lahıc, Qəbələ, Qalakənd, Qız qalası, Şirvan
şahlar sarayı haqqında çəkilmiş filmlərin mükəmməl dramaturji
quruluşu tamaşaçını ekran qarşısında həyəcan içində saxlayaraq,
tarixi gerçəkliyi üzə çıxara bilmişdir.
“Tanımadığımız tanışlar” filmlər silsiləsi Azərbaycanın müxtəlif
sənət sahələrində sözü və çəkisi olan görkəmli insanlarının keçdi
yi həyat yolunu, uğurlarını, çətinliklərini əks etdirməklə onların
mükəmməl portretinin yaranmasına nail ola bilmişdir.
Hər iki proqramın struktur və məzmunu televiziya yaradıcılığı
işində xüsusi əhəmiyyətə malikdir.
Lakin bütün bu yaradıcı axtarışlara, uğurlu ekran nümunələrinə
baxmayaraq, bir çox hallarda ekranlarda yaradıcı cəhətdən qüsur
lu olan elmikütləvi filmlər də özünə yer alır ki, bu da mədəni
maarif funksiyasının icrasını zəiflətmiş olur. Son illərdə sənədli
filmlərə yaranan daha böyük maraq elmikütləvi filmləri bir
qədər diqqətdən kənarda qoymuşdur. Elmipublisistik, elmibədii
filmlərin yaranması ölkə teleməkanı üçün olduqca vacib bir hadisə
kimi dəyərləndirilməlidir.
Mədənimaariflənmə yükü daşıyan müəllif proqramlarının yayı
mının təşkili telekanallar qarşısında əsas vəzifə kimi durur. Televi
ziya özünün təşəkkül dönəmində bütün sahələrin peşəkarlarının
işə cəlb olunması ilə mədənimaarifçilik yükü daşıyan proqram
ların yaranmasına çalışdı. Müxtəlif sahələri əhatə edən proqram
larda peşəkarların tədqiqatı, araşdırması, yeni faktarı söyləməsi
olduqca uğurlu və tamaşaçıya təsir edən cəhətlərdir.
Azərbaycan teleməkanında müəlliflərin yaradıcı işə cəlb olun
ması, müəllif proqramlarının yaranması olduqca ciddi, yaradıcı,
maarifləndirici, həmçinin ictimai əhəmiyyət daşıyırdı. 1991ci ilin
sonu, 1992ci ilin əvvəllərində AzTVnin ekranında “Videokanal”
silsiləsi ilk müəllif proqramı kimi qeyd oluna bilər. Həmçinin
AzTVdə Aydın Məmmədovun “Astana” (1990), Mehriban Vəzirin
“Həftəaşırı” (1994), Camal Yusifzadənin “Televiziya videosalo
nu”, “Space” kanalında Nərgiz Cəlilovanın “Azərbaycan musiqi
si antologiyası” (1997), “Vizit”(1997), Mehriban Ələkbərzadənin
“Fövqəldünya və mən” (1997), “Telebenefis” (1997), “Persona”
(2000), “Azərbaycan xanlıqları” (2002), ANS kanalında Mirşahin
Ağayevin “Təmiz söhbət” (1998), Sevil Nuriyevanın “Sevilən saat”
(2000), ABA kanalında “SOY production”ın istehsalı “Qırmızı
xətt” silsiləsi (2000), “Lider” kanalında “Proyekt 066” (2000) uğur
lu müəllif layihələri kimi qeyd oluna bilər.
293
Mehriban Ələkbərzadənin “Telebenefis” müəllif proqramında
milli teatr sənətində özünün dəstxətti olan böyük sənətkarlar
haqqında indiyədək deyilməmiş faktlarla zəngin məlumatlar ve
rilir, yaradıcı cəhətlər açıqlanırdı. Müəllifaparıcı teatr sənətini
mükəmməl bildiyindən, onu duyduğundan peşəkar yanaş
ma sı ilə tamaşaçının maariflənmə işinə bilavasitə xidmət edir
di. Teleməkanda səs salan və tamaşaçılar tərəfindən sevilən bu
proq ramda maraqlı rejissor işi, yaradıcı yanaşma, məzmundan
irə li gələn forma axtarışı kifayət qədər ustalıqla icra olunur
du. “Telebenefis”də tapılan maraqlı forma “Persona” layihəsinə
cəsarətlə tətbiq olunaraq, yaradıcı kamilliklə istifadə olunurdu.
“Persona”da Mehriban Ələkbərzadə ictimai və mədəni həyatda
yeri olan tanınmış adamlarla həmsöhbət, olaraq onların insani
keyfiyyətlərinin açılmasına çalışırdı. Tamlıqla söhbət üzərində
qurulan proqramda aparıcı xüsusi bir aura yaradaraq, gedişa
ta ağırlıq gətirərək həmsöhbətinin etirafına nail olmaq istəyirdi.
ANS kanalında Mirşahin Ağayevin “Açıq söhbət” layihəsində
də ictimaisiyasi və mədəni həyatda tanınmış insanlarla söhbət
zəminində tamaşaçıya məşhurların iç dünyasının açılışı başlıca
məqsəd daşıyırdı. Peşəkar jurnalist yanaşması, düzgün qurulmuş
suallar həmsöhbətin etirafına gətirib çıxarmaqla aparıcımüəllifin
uğurunu təmin edirdi. Mirşahin Ağayevin ölkə telejurnalistikasın
da tanınan sima olması, ən qaynar vaxtlarda reportyor fəaliyyəti
və hələ dövlət televiziyasının ekranında yer alan “Xəbərçi” proq
ramının ilk aparıcısı kimi ciddi imic qazanması söhbətin gedişinə
təsir etməklə bərabər, onun tamaşaçı tərəfindən baxılmasını da
təmin etmiş olurdu.
Azərbaycan tarixinin əhəmiyyətli hissəsi olan XVII–XIX əsr xan
lıqlar dövrünü araşdırma predmeti kimi əsas götürən “Azərbaycan
xanlıqları” telelayihəsi özünün ictimai əhəmiyyətinə görə mühüm
yer tutur. Sovet dövrü dərsliklərinə salınmayan, gizli arxivdə
gizlədilən faktların açılması baxımından böyük maarifləndirmə
işi aparan layihə tarixə fərqli, obyektiv münasibət kimi ciddi
əhəmiyyət daşımış olur. Xanlıqlar ətrafında yaranan düzgün ol
mayan rəyi dəyişdirmək, onların milli dövlətçilik tariximizin bir
parçası olması fikrini aşılamaq kimi məqsədləri qarşıya qoyan
müəllif mədənimaariflənmə işində böyük yer alan tarixin televi
ziya vasitəsilə təbliği işinə nail ola bilir. Görüntü həllində əhatə
olunan dönəmin lent həllinin mümkünsüzlüyü və indiyədək bu
dönəm barədə cəmisi bir filmin – “Fətəli xan”ın olması görüntü
həllini çətinləşdirir və layihəni daha çox, söhbət üzərində qurul
294
masına səbəb olur. Bu isə tamaşaçı diqqətini çəkmək baxımından
qeyrirealdır. Bir çox hallda görüntü həlli olmayan teleçıxış yoru
culuq yaratmaqla, tamaşaçını kanalı dəyişməyə sövq edir.
Qarşısında mədəni, sosial, ictimai problemlərin araşdırılması,
tarixi gerçəklikləri tamaşaçı üçün yeni olan faktlarla zəngin bir
tərzdə təqdimatı kimi vəzifələr qoyan “Qırmızı xətt” silsiləsi özü
nün dramaturji strukturuna və formasına görə televiziya verilişinin
poetikasına yaxın olsa da, burada film elementlərindən məharətlə
istifadə olunması ona yeni, fərqli bir biçim təqdim edirdi. Rejissor
mövcud formalardan bəhrələnərək, onların simbiozunu yaratmaq
la tamaşaçıya gündəlik həyat ritminə yaxın tərzdə problemi, reallı
ğı, həqiqəti qabardaraq, onun altından xətt çəkir. “Saray sakinləri”
(2000) filmində Saray qəsəbəsində zehni cəhətdən qüsurlu uşaq
ların real həyatı və arzuları axarında qayğı, diqqət həsrəti özü
nün bədii tərzdə təqdimatını tapa bilir. Filmin dramaturji həlli
xronoloji ardıcıllıqla uşaq evinə daxil olaraq oradan çıxana qədər
uzanan məsafə üzərində qurulmaqla, özünün toqquşmasını vali
deynini gözləyən qızın ağlamasında tapır. Rejissor ümumi tempo
ritmi, dinamikanı, dəyişkənliyi ifadə vasitəsi kimi təqdim etməklə,
əslində, bu ziddiyyəti yetişdirir – sakit axarlı adi bir gün, hər şey
olduğu kimi gedir, uşaqlar sanki, xoşbəxt görünür və birdən onla
rın həyatında iz buraxan əsas məqam açılır. Məhz qayğı, valideyn
həsrəti və illərlə övladına baş çəkməyən valideynin xəyali obrazı
ziddiyyətin kökündə durur. Filmdə valideynin axtarılıb tapıla
raq onun ittihamı, özünü müdafiəyə durması ilə problemin şərti
həllinə nail olmaq cəhdinin olmaması olduqca uğurlu bir hadisə
kimi dəyərləndirilə bilər. Hər şey o məkanda başlayır və elə onun
divarları arasında da bitir. Montajda videoeffektlərdən, keçidlərin
mənalı alınması üçün tapıntılardan istifadə edən rejissor publisisti
kanı televiziya dilinə çevirərək kadrarxası monoloqla deyil, bitkin
görüntü ilə “danışır”, problemin gücünü, mahiyyətini, dramaturji
ziddiyyəti və onun sakit finalını göstərir. Tamaşaçı problemdən
agah olur, onu görür, yaşayır və özünə lazım olan nəticəni çıxara
bilir. Çünki film pedaqoq rolunu oynayaraq, dərs keçməkdən çox
uzaqda duraraq, düşünməyə imkan verərək nəticənin tamaşaçının
özü tərəfindən çıxarılmasına imkan yaradır.
Rejissorun “Bakı binaları” (2001) filmində isə albom janrının
fəndləri özünü bariz şəkildə göstərir. Səyavuş Hüseynli memar
lıq cəhətdən sənət incisi olan Bakı binalarının obrazını yarat
mağa çalışır. Binaların görüntüsü, memarlıq üslubunun başlıca
cəhətləri, tarixi barədə məlumatlar maraqlı operator işinin köməyi
295
ilə bəzən gündəlik qayğılarımızda nəzərdən qaçırtdığımız inciləri
göstərməklə çatdırılır. Lakin rejissor burada da bədii elementlərə
– səhnələşdirmələrə əl ataraq, əsrin əvvəlində özünün inkişafını
yaşayan Bakının ruhunu, həyat tərzini göstərməyə çalışır. Apa
rıcının nitqi ilə A. Nağıyevin pul qəbzinə gözünü yumaraq imza
atması səhnəsində zaman məfhumunu aradan götürməyə çalışan
rejissor dünənə – binaların tikildiyi günlərə bir xəyali körpü ya
ratmaqla, həm də informasiyanın çatdırılması üçün təkcə yorucu
bina kadrları və ya arxiv materialları ilə kifayətlənməyərək, di
namika ilə zənginlik yaratmağa çalışır. Binaların üzərində olan
naxışlardan keçid elementi kimi istifadə edən rejissor, aparıcını
o dövrə aid geyimdə eyvanda oturdaraq, danışdığı əhvalatın özü
tərəfindən ifa olunmasını bir yaradıcı fənd kimi uğurla həyata ke
çirir və filmin ümumi üslub cəhətlərinə uyğun tərzdə yenə zaman
dəyişimini göstərir. Keçidlərin formaca yeni, görünüşcə maraqlı
bir tərzdə edilməsi filmin ümumi dinamikasını artırmaqla, ona
baxımlılıq verir. Rejissorun mizankadrları kifayət qədər tempo
ritmə uyğun, ifadəli və ideyamövzunun uğurlu yozumu ilə
vəhdət şəklində verməsi onun yaradıcı uğuru sayıla bilər. Səyavuş
Hüseynli açıq havada olan muzeyin incəliyini, ecazkarlığını du
yur, tamaşaçıya zövq almağa imkan verir, sonra bu günə qayıdır
və göstərilən gözəlliyə öldürücü zərbəni – yeni binaların heç bir
memarlıq əhəmiyyəti daşımadığını göstərir. Bu filmdə biz təkcə
memarlıq tariximizin təbliği, Bakının yaxın tarixinin araşdırılma
sını deyil, sakin və onun şəhər davranışının biçimlənməsinin bədii
həllini görürük.
“Qırmızı xətt” silsiləsindən “Təhlükəli nikah” (2000), “Təriqət
toru” (2000), “Dilənçi peşəsi” (2001), “Əsirlər” (2001), “Qırmızılar”
(2001), “Qara daşların əfsanəsi” (2001), “Pulun o biri üzü” (2001)
kimi filmlər qaldırılan problemlər və tarixi, sosial əhəmiyyət daşı
yan faktların tamaşaçının mədənimaariflənməsində böyük yer tut
ması baxımından uğurlu ekran layihəsi kimi dəyərləndirilməlidir.
Mədənimaariflənmə işində mədəniyyət proqramlarının xüsusi
yerini qeyd etməliyik. Mədəniyyət proqramlarının tamaşaçının
ma ariflənməsində əhəmiyyətli yeri vardır. Bu tipli proqramlar
tamaşaçının sənət dünyasından, mədəniyyət aləmindən xə bər ləri
öyrənməsinə, onun zövqünün, estetik dünyagörüşünün biçim
lənməsinə xidmət edir.
Azərbaycan teleməkanında mədəniyyət aləmindən ilk xəbər
ye tirən “Mədəniyyət xəbərləri” proqramı oldu. Özəl telekanal
lar pərvəriş tapdıqca, biribirindən dürlü proqramlar efirlərdə
296
gö ründükcə “Mədəniyyət xəbərləri” arxa plana keçdi və tamam
unuduldu. Bununsa başlıca səbəbi verilişin günün tempindən,
seyrçinin gözlədiyi dinamikadan uzaq olması idi. Dramaturji mo
deli mükəmməl olmayan bu veriliş, televiziya sənətinin qanun
larından uzaqlaşdığına görə nə informasiya, nə də təhlil verilişi
kimi təzahür tapa bilməyərək yorucu təəssürat yaradırdı. Verilişin
aparıcısı uzun müddət AzTVnin peşəkar jurnalisti kimi tamaşaçı
sevgisi qazanmış Telli Pənahqızının aramlı aparıcılıq tərzi verilişin
funksiyası ilə ümumiyyətlə düz gəlmirdi. Onun klassik görkəmi,
ləngərli nitqi heç bir halda mədəniyyət verilişi üçün qəbulolunan
deyildi. Verilişin rejissor həllində nəzərə çarpan qüsurlar, süjetlərin
tempdən uzaq, yorucu tərzdə qurulması ona olan tamaşaçı mara
ğını azaldırdı.
Mədəniyyət proqramı kimi kommersiya kanalları arasında ilk
dəfə “Space” ekranında “SOY production”un istehsalı olan “Həftə
çalçağırı” (1998) əyləncəliinformasiya proqramı oldu. Proqramın
rəngarəngliyi, zövqlü biçimi və ən başlıcası orijinal quruluşun
dan danışmadan bircə bunu deyək ki, bu proqram teleməkanda
mədəniyyət xəbərinin yeni qaydalarını ortaya qoydu. TV sənəti və
informasiya yayma qaydalarına əməl etməklə əyləncəliinforma tiv
proqram olan “Həftə çalçağırı” seyrçilərdə mədəniyyət xəbəri an
layışını büsbütün dəyişərək, bütün telekanallar üçün örnək oldu.
Proqramda mədəniyyət ocaqlarından verilən xəbərlərlə yanaşı
həftəlik “Afişa”, tamaşaçıları milli kinomuzla bağlı bilgiləndirmək,
həvəsləndirmək məqsədi daşıyan “Kinomüsabiqə”, sənət adamla
rı barədə gəzən şayiələrə aydınlıq gətirən, əyləncə üzərində qu
rulan “Pıçhapıç” rubrikası və onun aparıcısı Dilarə Əliyevanın,
həmçinin xəbərçi qarıların maraqlı ifaları, kino yeniliklərini çat
dıran “Qərib filmlər” rubrikaları milli ruhda köklənərək ölkə ta
maşaçısını mədəniyyət xəbərlərindən bilgiləndirib, onun müasir
biçimdə təbliğini həyata keçirirdi.
“Lider” kanalında mədəniyyət aləmində baş verənlərdən bəhs
edən verilişlər ekrana çıxdı. Musiqidən və digər sənət növlərindən
ayrıca verilişlərə yer verən kanalda bir müddət əvvəl yayımla
nan “Biz” (2000) mədəniyyət proqramı öz bədii həllini, biçimini
normal tapmadığından, daha çox xaotik xarakter daşıyırdı. Apa
rıcının təcrübəsizliyi və ciddi maraq kəsb etməyən söhbətləri,
bütünlüklə yorucu quruluş seyrçini özündən elə ilk vaxtlardan
uzaq saldı. 2002ci ildən yayımlanan “Xeyli xəbər” daha maraqlı
və baxımlı proqram kimi tamaşaçılar arasında məşhurlaşdı. 2003
cü ildən efirdə yayımlanan “Xeyli xəbər+” mədəniyyət aləminin
297
və şoubiznes xəbərlərini çatdırmaq məqsədini daşısa da, onu
maarifləndirici proqram adlandırmaq mümkün deyil.
“Lider” kanalında sırf teatr və onun yaradıcı prosesinə həsr olun
muş “Teatral” (2001) verilişi teatr xəbərləri verməklə bərabər, akt
yor və rejissorla tanışlıq üzərində qurulurdu. Verilişdə hazırlanan
süjetlərin yorucu, tempsiz olması, qonaqla söhbətin uzunçuluq
la müşayiət olunması ümumi temporitmi zəiflətməklə bərabər,
onun baxımlılıq gücünü də azaldırdı.
Mədəniyyət verilişlərindən danışarkən AzTVnin “Xalq yara
dıcılığı” redaksiyasının “İrs”, “Karvan”, “Yaddaş”, “Yallı”, “San
dıqca”, “Qaravəlli”, “Yazı”, “Buta”, “Bərəkət”, “Qoşma”, “Yurdun
min bir naxışı”, “Sazın, sözün sehrində”, “Dəmirqapı Dərbənd”,
“Elat”, “Oğuz”, “Qala”, “Dastan”, “Eldənelə”; “İncəsənət və te
atr” redaksiyasının “Sənət söhbətləri”, “Turan”, “Romantika”,
“Premyera”, “Telemizan”; “Kino” redaksiyasının “Kinoalmanax”,
“Kino tariximizdən”, “Kinotəqvim” verilişləri özünün məzmunu
etibarı ilə böyük amallara hesablansa da, bir çox hallarda özünün
yaradıcı solğunluğu, primitivliyi ilə tamaşaçı marağına səbəb ola
bilmirdi. Forma etibarı ilə artıq ömrünü başa vurmuş metodlarla
tamaşaçı görüşünə gələn bu cür verilişlərin müasirləşərək mədəni
maarif işində daha cəsarətli, yaradıcı cəhətdən kamil tərzdə çıxış
etməsinə ehtiyac duyulurdu.
Kommersiya kanallarının mədəniyyətlə bağlı verilişlərindən söz
açmışkən ANS kanalının “Filmin əvvəli”, “Seans”, “Lider” ka
nalının “Muzey”, “Kinoman” verilişlərini nümunə gətirərək, bu
sahədə maraqlı ekran işlərinin olduğunu söyləməliyik. Mə də niy
yət, incəsənət, onun tarixi, çağdaş dönəmi, yaradıcılıq axtarışları
barədə tamaşaçını məlumatlandırmaq, onun bu sahədə bilgisini
artırmaq olduqca əhəmiyyətli və vacib məsələ kimi televiziyala
rın mədənimaarifçilik fəaliyyəti kontekstində ciddi məsələ kimi
durur. Bu vəzifənin icrasının müasir tamaşaçının qavrayacağı bir
tərzdə olması olduqca əhəmiyyətli və vacibdir.
Televiziya maarifçiliyindən danışarkən sağlamlıq, din, tarix,
coğrafi səyahət, heyvanlar aləmi, bitkilər və bir sıra digər möv
zuda olan verilişlərin böyük əhəmiyyətini qeyd etmək gərəkdir.
Televiziya, tamaşaçısının maariflənməsi, bütün sahələrlə bağlı in
formasiya, lazımi məlumat alması üçün bu mövzuları əhatə edən
verilişlərin bədii cəhətdən kamil tərzdə hazırlanmasını özünün
başlıca fəaliyyət istiqaməti seçməlidir.
|